Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

33 



münasibətdə  müvafiq  bələdiyyə,  dövlət  torpaqlarına dair  münasibətdə  isə  DT  və  XK-nin  yerli  qurumları (rayon, 

şəhər  şöbələri)  arasında  20  gündən  gec  olmayaraq  mülki  və  torpaq  qanunvericiliyinə  uyğun  olaraq  müvafiq 

müqavilə bağlanmalıdır.  

 

18. Vətəndaşlar tərəfindən fərdi yaşayış evinin tikintisi və digər məqsədlər üçün qeyri-qanuni istifadə edilən 

torpaq sahələri onların adına qanuniləşdiriləcəkmi? 

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək ( 29 

iyun 2001-ci il tarixədək) fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək 

məqsədilə  zəruri  obyektlərin  tikintisi  üçün  qeyri-qanuni  istifadə  edilən  (  müvafiq  qaydada  rəsmiləşdirilməmiş) 

bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri 

bələdiyyənin  qərarı  ilə  müsabiqə  və  ya  hərrac  keçirilmədən  onları  istifadə  edənlərin  mülkiyyətinə  bilavasitə 

satılacaq  bu  şərtlə  ki,  həmin  torpaq  sahələri  elektrik,  rabitə,  nəqliyyat,  qaz,  su,  kanalizasiya  və  digər 

kommunikasiya  xətlərinin  mühafizə  zolağında,  habelə  sürüşmə  zonasında  yerləşməmiş  olsun.    “Bələdiyyə 

torpaqlarının  idarə edilməsi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  qüvvəyə  mindiyi  29  iyun  2001-ci  il 

tarixdən sonra fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 

zəruri  obyektlərin  tikintisi  üçün  qeyri-qanuni  istifadə  edilən  (  müvafiq  qaydada  rəsmiləşdirilməmiş)  bələdiyyə 

torpaqları müvafiq bələdiyyələrin qərarları ilə müsabiqəyə çıxarılmalıdır. Bu zaman  möhürlü zərflərdəki təkliflər 

bərabər olduğu halda, torpağın ilkin istifadəçisi üstün hüquqla həmin torpağı əldə edə bilər. 

 

 



15. Hərbi xidmətə çağırış 

 

1. Kimlər hərbi xidmətə çağırılmalıdır və həqiqi hərbi xidmətin müddətləri nə qədərdir? 

 

Hərbi  xidmət  həqiqi  hərbi xidmətdən  və ehtiyyatda  xidmətdən  ibarətdir. 



 

Hərbi  xidmətə  münasibətdə  vətəndaşlar  aşağıdakı kateqoryalara  bölünürlər: 



o

 

çağırışa  qədər yaşlılar-hərbi uçota  qəbul ərəfəsində olan  vətəndaşlar



o

 

çağırışçılar-ehtiyata    keçirilənədək    hərbi  uçotda    duran  və  ya  durmalı  olan    və  ehtiyatda    olmayan,  18 



yaşdan 35 yaşınadək  kişi vətəndaşlar, 

o

 



hərbi qulluqçular-həqiqi  hərbi  xidmətdə olan  vətəndaşlar

o

 



hərbi vəzifələr –ehtiyatda olan vətəndaşlar, 

o

 



hərbi  vəzifəli  olmayanlar-hərbi  uçota  götürülməli    olmayan  və  ya    hərbi uçotdan  çıxarılmış,  o  cümlədən  

istefaya  keçirilmiş  vətəndaşlar.  

 

2.Hansı hallarda çağırışa  möhlət verilir? 

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət ailə vəziyyətinə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək 

üçün, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq verilir. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətrayon, şəhər, 

şəhərdə rayon şağırış komissiyasının qərarı ilə verilir. Həmin məsələdə komissiya  bu Qanunu rəhbər tutur. 

 

Möhlət  almaq üçün əsasları itirmiş çağırışçılar, habelə  möhlət  hüququ olmayan  və ya çağırışdan  azad edilmək 



üçün  bu Qanunda  nəzərdə tutulmuş  əsasları olmayan,  müxtəlif səbəblərə  görə müəyyən edilmiş  müddətlərdə  

müddətli həqiqi  hərbi xidmətə  çağırılmamış  şəxslər 35 yaşına  çatanadək  növbəti çağırış keçirilərkən  xidmətə 

çağırılmalıdırlar. 

 

3.  Ailə  vəziyyətinə  görə  həqiqi  hərbi  xidmətə    çağırışdan    möhlət,    himayəsnidə  aşağıdakı    şəxslər  olan 



çağırışçılara verilir: 

 



Birinci qurup əlil olan ata və ana, onlarla  birlikdə və ya ayrılıqda yaşamalarından aslı olmayaraq, onları 

saxlamalı olan  başqa övladları  olmadıqda. 

 

Hərbi xidmətə çağrılanadək doğulmuş  üç və daha çox  uşağı olan , yaxud  birinci  ya  ikinci  qrup əlil  olan  



arvad: 

 



8 yaşınadək  üç  və ya  daha çox  uşağı olan ana: 

 



18 yaşınadək  və yaxud yaşları  18-dən  yuxarı,  lakin  birinci  və ya  ikinci  qrup  əlil olan  qardaş  və ya 

bacı,  onların saxlamaq imkanına  malik  başqa  şəxslər olmadıqda. 

 

Çağırışçılara      ailə    vəziyyətinə  görə    hərbi  xidmətə    çağırışdan  möhlət    35  yaşa  qədər  verilir.  Bu    yaşa    qədər  



çağırışdan  möhlət  hüququnu  itirməmiş  şəxslər dinc  dövrdə  müddətli  həqiqi  hərbi  xidmətdən  azad olunurlar  

və ehtiyata  keçirilirlər. 

 

4. Hansı hallarda  səhhətə görə çağırışa  möhlət verilir? 



 

 

34 



Tibbi müayinə  zamanı  həqiqi  hərbi xidmətə  müvəqqəti  yararsız  sayılmış  şəxslərə  çağırışdan  səhhətə görə  

möhlət  verilir. 

 

Səhhətə görə  çağırışdan  möhlət  üç  il  müddətinədək, hər dəfə bir ildən  artıq olmamaq  şərti ilə verilə  bilər. Üç 



ildən sonra,  səhətinin vəziyyətindən  aslı olaraq, möhlət  almış  çağırışçılar,  ya  həqiqi  hərbi xidmətə  çağırırlar, 

ya  da    hərbi  xidmətə   tam  yararsız    hesab  olunaraq hərbi  uçotdan  çıxarılırlar, yaxud    da  35  yaşına çatana  qədər  

müntəzəm  ardıcıllıqla  təkrarən  tibbi  müayinədən  keçərək  ehtiyata  keçirilirlər. Bu  yaşa  çatmamış  ehtiyatda 

olan şəxslər, təkrar tibbi müayinə  zamanı  dinc dövrdə  həqiqi  hərbi  xidmətə  çağırılırlar. 

 

5. Hansı hallarda  təhsili  davam etdirmək üçün  çağırışa  möhlət verilir? 

 



Mülkiyyət  formasından  aslı  olmayaraq  qeydiyyatdan    keçmiş    və  xüsusi  razılıq  (lisenziya)  almış    təhsil 

müəssisələrində  və onların  filiallarında  təhsili  davam etdirmək  üçün  aşağıdakı  çağırışçılara  möhlət verilir: 

 

Orta  ümum təhsil  məktəblərində əyani   və ya axşam orta təhil alan,  20 yaşınadək çağırışçılara, 



 

Peşə təhsili müəssisələrində təhsil alan,  bu məktəblərə daxil olana qədər orta təhsil   almamış  20 yaşınadək 



çağırışçılara, 

 



Orta ixtisas məktəblərində  təhsil alan, bu  məktəblərə  daxil olana  qədər orta təhsil almamış  22 yaşınadək  

çağırışçılara, 

 

Dövlət,  qanunvericiliklə  müəyyən  olunmuş    qaydada  dövlət    qeydiyyatından    keçmiş    və  xüsusi  razılıq 



(lisenziya) almış qeyri-dövlət  ali təhsil müəssisələrinin əyani formada  təhsil  müəssisələrinin əyani  formada 

təhsil  alan    tələbələrinə  və  xarici  ölkədə  əyani  formada  ali  təhsil    alan    tələbələrə-təhsilini  bitirənədək.  Ali  

təhsil müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan  möhlət hüquqlarını  itirirlər və ümumi əsaslarla həqiqi 

hərbi xidmətə çağırılırlar, 

 

Dövlət,  qanunvericilikdə  müəyyən    olunmuş  qaydada  dövlət  qeydiyyatından    keçmiş    və  xüsusi  razılıq 



(lisenziya)  almış  qeyri  -dövlət    ali  təhsil    müəssisələrini  bitirəndən    sonra  əyani  formada  magistiraturada, 

aspiranturada davam etdirən  şəxslərə -təhsilini  bitirənədək. 

 

Təhsilini davam etdirmək  üçün  çağırışdan möhlət almış, həmçinin  müxtəlif  səbəblərə  görə qanunvericiliklə 



müəyyən edilmiş müddətdə  həqiqi hərbi xidmətə çağırılmamış  çağırışçılar  35 yaşına  çatanadək həqiqi  hərbi 

xidmətə  çağırılırlar. 

 

16. Miqrasiya xıdməti 

 

1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək 



fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi ilə əlaqədar hansı sənədlər tələb olunur? 

· Ərizə-anket və ərizədə aşağıdakılar öz əksini tapmalıdır: 

 

hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı; 

  

fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə 

vaxt və kim tərəfindən verilmişdir, ünvanı); 

  

əcnəbinin  adı,  atasının  adı,  soyadı,  vətəndaşlığı,  daimi  yaşayış  yerinin  ünvanı,  doğulduğu  tarix  və  ölkə,  cinsi, 



ixtisası, son beş ildə əmək fəaliyyəti haqqında məlumat, işləyəcəyi vəzifə və iş yerinin ünvanı. 

  



 

əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin 

notariat qaydada təsdiq olunmuş surəti; 

 



nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış; 

 



Azərbaycan  Respublikası  ərazisində  başqa  əsaslarla  olan  əcnəbinin  Azərbaycan  Respublikası  ərazisində 

qalmasına hüquq verən müvafiq sənədin surəti. 



 

İşəgötürən hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin 

notarial qaydada təsdiq edilmiş surətləri, fiziki şəxs olduqda isə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədinin və 

fiziki  şəxsə  verilmiş  vergi  ödəyicisinin  uçota  alınması  haqqında  şəhadətnamənin  notarial  qaydada  təsdiq  edilmiş 

surətləri. 

 

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində qanuni əsaslarla 



yaşamaları və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların 

yaşayış yeri üzrə qeydiyyata alınması məsələləri 20 iş günü ərzində həyata keçirilir

 

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə