Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

35 



İşə düzələrkən müəyyən edilmiş qaydaları pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan 

Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1.3-cü maddəsinə əsasən, Dövlət Miqrasiya Xidməti tərəfindən 

Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxarılmaqla  və  ya  çıxarılmamaqla  300  (üç 

yüz) manatdan 400 (dörd yüz) manatadək məbləğdə cərimə edilirlər. 

  

Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinin  53.8-ci  bəndində  nəzərdə  tutulmuş  hal  müəyyən 

edildikdə  isə  işəgötürən  tərəfindən  qanunvericiliyin  tələbləri  pozulmaqla  fərdi  icazə  alınmadan  əcnəbinin  və  ya 

vətəndaşlığı  olmayan  şəxsin  işə  cəlb  edilməsinə  görə  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  tərəfindən 

30.000 (otuz min) manatdan 35.000 (otuz beş min) manatadək məbləğdə cərimə tətbiq edilir. 

 

2. Hansı hallarda Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmək mümkündür?  

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ilə əlaqədar tələb olunan sənədlər: 



 

Azərbaycan Respublikası ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir 

mənbəyi  olan,  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  riayət  olunması  barədə  öhdəlik 

götürən,  habelə  Azərbaycan  Respublikasının  dövlət  dilini  bilməsi  haqqında  sənəd  təqdim  edən  əcnəbi  və 

vətəndaşlığı  olmayan  şəxs  mənşəyindən,  irqi  və  milli  mənsubiyyətindən,  cinsindən,  təhsilindən,  dinə 

münasibətindən,  siyasi  və  başqa  əqidələrindən  asılı  olmayaraq  qanunvericiliyə  müvafiq  surətdə  öz  vəsatəti  ilə 

Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər. 

 

Bunun üçün əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi 



Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  təsdiq  edilən  ərizə-anketlə  Azərbaycan  Respublikası  Dövlət 

Miqrasiya Xidmətinə müraciət etməlidir. 

Vətəndaşlığa qəbul ilə bağlı tələb olunan sənədlər: 

 



Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə);  

 



tərcümeyi-hal;  

 



şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş);  

 



Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti

 



Azərbaycan Respublikasının vətəndaşı olan yaxın qohumunun şəxsiyyətini təsdiq edən sənədinin surəti;  

 



Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;  

 



ailə tərkibi haqqında arayış;  

 



Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;  

 



4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  

 



qanuni  gəlir  mənbəyi  olduğunu  təsdiq  edən  sənəd  (iş  yerindən  arayış,  pensiya,  təqaüd  və  ya  sosial  yardım 

alınması haqqında arayış, aliment alınması haqqında arayış, himayəçiliyində olan şəxslərin gəlirləri haqqında 

arayış,  vərəsəlik  şəhadətnaməsi,  qanunla  qadağan  edilməyən  fəaliyyətdən  əldə  edilən  gəlirlər  haqqında  hər 

hansı digər sənəd);  

 

«Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 



dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək 

nailiyyətləri olan şəxslər üçün — onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış 

vəsatəti;  

 



dövlət rüsumunun ödənilməsi haqqında qəbz (110 manat). 

 

3. Hansı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti 

yaşamaq üçün icazə verilə bilər? 

 



həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq (ana, ata, bacı, qardaş, oğul, qız, ər, 

arvad); münasibətlərində olduqda  

 

həmin şəxslər Azərbaycan Respublikası vətəndaşı ilə nikaha daxil olduqda;  



 

həmin şəxslər ölkə iqtisadiyyatına 500.000 manat məbləğində investisiya qoyduqda;  



 

həmin şəxslər Azərbaycan Respublikasının banklarına 50.000 manat məbləğində pul vəsaiti qoyduqda;  



 

həmin şəxslər Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün 



qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi icazə aldıqda;  

 



həmin şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrində əyani təhsil aldıqda;  

 



həmin şəxslər iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli 

mütəxəssis olduqda. 



 

4.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün 

icazənin verilməsi ilə əlaqədar hansı sənədlər tələb olunur? 


 

 

36 



 

 



vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti. 

 

6. Hansı hallarda miqrant statusu almaq mümkündür və bunun üçün hansı sənədlər təqdim olunmalıdır? 

 

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  “Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti 



haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin yeddinci hissəsinə əsasən, ölkə ərazisində azı 2 

(iki) il müvəqqəti icazə əsasında yaşadıqdan sonra “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun 

10-cu  maddəsinin  ikinci  hissəsinə  uyğun  olaraq  daimi  yaşamaq  hüququ  (immiqrant  statusu)  almaq  üçün  Dövlət 

Miqrasiya Xidmətinə müraciət edə bilərlər.  

  

Əcnəbilər vəsatətlərində Azərbaycan Respublikasına immiqrasiyasını əsaslandırmalıdırlar. 



  

 “İmmiqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsi ölkənin ali təhsil müəssisələrində 

əyani təhsil alan və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə şamil olunmur. 

  

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əyani təhsil alan əcnəbi tələbələrə ölkə ərazisində müvəqqəti 



yaşama icazəsi hər tədris ili üçün verilir. 

  

“Əmək  miqrasiyası  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən,  haqqı  ödənilən  əmək  fəaliyyətini 



həyata keçirmək üçün əcnəbiyə verilən fərdi icazənin müddəti 1 ilədəkdir və bu müddət 4 dəfə uzadıla bilər.  

 

6.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  hüququnun 

(immiqrant statusu) verilməsi ilə əlaqədar tələb olunan sənədlər hansılardır? 

Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan 18 yaşına çatmış fəaliyyət qabiliyyəti 

olan  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  (immiqrant  statusu 

almaq) üçün Dövlət Miqrasiya Xidmətinə vəsatət verə bilərlər. 

 

Azərbaycan  Respublikasının  “İmmiqrasiya  haqqında”  Qanununun  4-cü  maddəsinin  birinci  hissəsinə  əsasən, 



əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddətinin bitməsinə azı 3 

ay  qalmış  daimi  yaşama  hüququnun (immiqrant  statusu)  əldə  olunması ilə əlaqədar  Azərbaycan  Respublikasının 

Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. 

  

İmmiqrasiya haqqında vəsatətə notarial və ya ona bərabər tutulan qaydada təsdiq edilən aşağıdakı sənədlər əlavə 



olunur: 

 



doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan sənəd

 



ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və olduğu yer göstərilməklə) 

arayış, nikah haqqında şəhadətnamənin surəti, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə immiqrasiya edən 14 

yaşından 18 yaşınadək olan uşaqların immiqrasiya haqqında yazılı razılığı; 

 



immiqrasiya edən şəxslərin sağlamlığı haqqında arayış; 

 



müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə ərizə-anket – 1 ədəd; 

 



əcnəbinin  ölkə  ərazisinə  daxil  olduğu  pasportunun  və  ya  onu əvəz  edən sənədinin,  vətəndaşlığı  olmayan 

şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti

 

müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notarial və ya ona bərabər 



tutulan qaydada təsdiq edən sənəd; 

 



əcnəbinin sağlamlığı haqqında tibbi arayış; 

 



əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikası  ərazisində  olmasına  və  ya  yaşamasına 

hüquq verən müvafiq sənədin surəti; 

 

3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda); 



 

14-17 yaşında olan uşaqların notarial qaydada təsdiq olunmuş yazılı razılığı; 



 

yaşayış  sahəsinə  köçmək  üçün  əsas  verən  sənədin  (mülkiyyət  hüququnun  dövlət  qeydiyyatına  alınması 



haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə  müqaviləsi,  yaxud 

Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  başqa  sənədin) notarial  qaydada  təsdiq 

olunmuş surəti; 

 



vətəndaşa  yaşayış  sahəsi  verən  şəxsin  Dövlət  Miqrasiya  Xidməti  rəisinin  adına notarial  qaydada 

təsdiq edilmiş ərizəsi; 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə