Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

 

 

29 



mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik 

enerjisinin  alqı-satqı  müqaviləsi  bağlanılmalıdır  və  enerjitəchizatı  müəssisəsi  onun  adına  şəxsi  hesab  açır  və 

istifadə  edilən  elektrik  enerjisinə  görə  ödəniş  sənədini  müstəqil  halda  yazmaq  üçün  qəbzlər  və  bildiriş  blankları 

olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). 



 

12. Qaz təhçizatı sahəsində yaranan suallar 

 

1. Qaz pulunun məbləği nəqədərdir? 

Təbii qazın pərakəndə satış  tarifi 1000  m

3

 üçün (ƏDV ilə)  - 100,0 manat(1 m



3

 -10qəpik). 



 

2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında qaz pulunun ödənilməsində fərq varmı?  

Xeyr, qaz  haqqının ödənilməsində   bütün istehlakçılar qrupları üçün eyni tarifdir. 

 

3. Qaz pulu hara və hansı formada ödənilməlidir? 

Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər 

ay  istehlakçıya  məlumat  (hesab)  təqdim  etməlidir  (göndərməlidir).  İstehlakçı  şəxsən  ödəmələri adiyytı  üzrə  poçt 

bölmələrinə və ya  müvafiq banklara ödəməlidir.  



 

4. Qaz təchizatı hansı hallarda dayandırıla bilər? 

Qaz  paylayıcısı  aşağıdakı  hallarda  qazın  verilməsini  dayandıra  bilər:  istehlakçının  müvafiq  yazılı  müraciəti  (qaz 

təchizatının  dayandırılmasının  səbəbi  və  müddəti  göstərilməklə)  olduqda;  təmir-profilaktika  və  qəza  işləri 

görüldükdə,  o  cümlədən  baş  verən  yanğının  və  ya  qaz  sızmasının  qarşısı  alındıqda;  istehlakçının  qaz  qurğusu 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 

paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim 

edildikdən  (göndərildikdən)  sonra  bir  ay  müddətində  tam  ödənilmədikdə;  paylayıcı  ilə  müvafiq  müqavilə 

bağlanmadıqda; məhkəmənin qərarı ilə. 



 

5.Sayğac quraşdırılmıyan evlərdə hesablama necə aparılır? 

Əgər  abonentin  mənzilində  sayğaclaşma  aparılmayıbsa  bu  zaman  vətəndaş  sərf  etdiyi  mavi  yanacağın  dəyərini 

metodiki hesablama əsasında ödəməlidir. Yəni, abonentin evində İnventarizasia aparılır və istifadə edilən cihazlar 

mövsümi tarif əsasında sərfiyyat üzrə ödəniş edilir. 



 

6.Yaşayış evinin qazlaşdırılması proseduru? 

Qazlaşdırılma  prosesi  “Bir  pəncərə”  prinsipi  əsasında  həyata  keçirilir.  Vətəndaş  “Azərqaz”  İB  yerli  qaz  istismar 

sahəsinin (bundan sonra QİS) texniki şöbəsinə standart formada tərtib olunmuş və müvafiq qaydada doldurulmuş 

istifadə  edilən  qaz  cihazlarının  növünü  və  saylarını  göstərməklə  ərizə  təqdim  edir.  Ərizə  ilə  birlikdə  həmçinin 

şəxsiyyət  vəsiqəsinin  surəti,  mülkiyyət  hüququn  təsdiq  edən  sənədin  (çıxarış,  şəhədətnamə(kupça)),  torpaq 

sahəsinin  ayrılması  barədə  sərəncamın  (qərarın)  və  ya  torpaq  sahəsində  evin  tikilməsinə  icazə  verilməsi  barədə 

sərəncamın(qərarın) surəti təqdim edilir. Həmçinin QİS tərəfindən texniki baxış keçirilidikdən sonra tələb olunan 

vəsaitin  ödənilməsi  barədə  qəbz  əlavə  olunur.Sonunda  sayğac  quraşdırılandan  sonra  istismara  qəbul  aktı  tərtib 

olunur və vətəndaşa abunəçi kodu barəsində rəsmi məlumat verilir. 

 

7. Qazlaşdırmanın qiyməti? 

Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı 

hesabına  həyata  keçirilir.  Vətəndaşın  xərclərinə  aid  olan  layihə-smeta  sənədlərinin  hazırlanması  üçün  nəzərdə 

tutulan 62.81AZN (“Azərqaz” İB-nin hesabına ödənilir) və tikinti daxili xətlərin çəkilməsi haqqıdır. Həmin xətlərin 

çəkilməsi işlərinin dəyəri sifarişçi ilə tikinti təşkilatı arasında bağlanan müqavilə ilə tənzimlənir. Vətəndaş tikinti-

quraşdırma  işlərinin  aparılması  lisenziyası  olan  başqa  tikinti  təşkilatı  ilə  müqavilə  bağlaya  bilər  və  müqavilədən 

asılı olaraq ödəmələr etməlidir. 

 

8. Sayğacın işləmədiyi abonent tərəfindən aşkar olunarsa nə etməli? 

Vətəndaş  nöqsan  aşkar etdiyi  zaman  dərhal  yerlı  Qaz  İstismar  Sahəsinin  qaynar  xəttinə  (104)  zəng  etməli və  ya 

QİS-nin yerli dispetçer xidmətinə yazılı müraciət etməlidir.  

 

9.  İdarə  Nümayəndəsi  tərəfindən  abonentin  qaz  sayğacında  nöqsan  aşkar  edildiyi  zaman  hansı  tədbirlər 

görülməlidir? 

Nümayəndə  abonentin  qaz  sayğacında  nöqsan  aşkar  edərsə  bu  zaman  vətəndaşa  və  öz  idarə  rəhbərliyinə  yazılı 

şəkildə müraciət olunmalıdır. Müraciət olunduqdan sonra isə QİS-nin nümayəndələri abonentlə bilrikdə nöqsan aktı 



 

 

30 



tərtib edərək vətəndaşın son aylarda (mövsümü ödənişlər nəzərə alınmaqla) ödənişləri əsasında ortaq aylıq ödəniş 

tərtib olunur ki, abonent yeni sayğac quraşdırılana qədər həmin ödənişi ödəməlidir.   



 

10. Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma proseduru necə həyata keçirilir? 

Abonet tərəfindən qazdan istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, QİS nümayəndəsi onun və iki nəfər 

hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini abonentə verir. Akt QİS nümayəndəsi, abonent və iki 

nəfər  hal  şahidi  tərəfindən  imzalanmalıdır.  Abonent  aktı  imzalamaqdan  imtina  etdikdə  bu  barədə  aktda  müvafiq 

qeyd aparılır. Abonentin izahatları və mülahizələr akta əlavə olunur. 

 

13. Su təhçizatı sahəsində yaranan suallar 

 

1. Su təhcizatı üzrə fərdi istifadəçilər tərəfindən ödənilən məbləğ nə qədərdir? 

Bakı,  Sumqayıt,  Gəncə,  Mingəçevir  Əli-Bayramlı, Xırdalan şəhərləri  və  Abşeron  rayonu  üzrə  tariflər  1  m

3

  üçün 


ƏDV ilə   30 qəpik, digər regionlar üzrə tariflər 1 m

3

 üçün ƏDV ilə  25qəpik.   

 

2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında su təhcizatı  ödənilməsində fərq varmı? 

Bəli  var,  fərdi  istifadəçilərdən  fərqli  olaraq  digər  sahələrdə  istifadəyə  görə  1  m

3

  üçün  ƏDV  ilə  70  qəpik 

ödənilməlidir, sudan xammal kimi istifadə olunduğu halda isə 1 m



3

 üçün ƏDV ilə 12,0 manat ödənilməlidir. 

 

3. Su təhcizatı üzrə ödəmələr hara və hansı formada ödənilməlidir? 

Su  təhcizatı  üzrə  ödəmələ  vətəndaş  tərəfindən  sayğacın  göstəricilərinə  uyğun  olaraq  aidiyyatı  üzrə  müvafiq 

banklara ödənilməlidir.   

 

4. Sayğac quraşdırılmıyan evlərdə hesablama necə aparılır? 

Sayğac  quraşdırılmamış  mənzillərdə  adambaşına  su  istehlakı  norması    5  m

3

  müəyyən  edilir.  Beləlik  lə,  Bakı, 



Sumqayıt,  Gəncə,  Mingəçevir  Əli-Bayramlı,  Xırdalan  şəhərləri  və  Abşeron  rayonu  üzrə  adambaşına    150 

qəpik( (5x30)digər regionlar üzrə  70 (5x14) aylıq su sərfiyatı kimi sayılır. 

 

5. Ödəniş hansı müddətdə edilməlidi və gecikdirilməsinə görə sanksiyalar? 

Sudan  istifadəyə  görə  hesablaşmalar  su  təchizatı  müəssisəsi  tərəfindən  hər  ay  istehlakçıya  göndərdiyi  məlumat 

(hesab)  əsasında  aparılır.  Ödəmələr  vətəndaş  tərəfindən  şəxsən  olaraq  aidiyyatı  üzrə  poçt  bölmələrinə  və  ya  

müvafiq banklara ödənilməlidir. Abonent  hesablaşma dövründə istifadə etdiyi suyun haqqını su idarəsi tərəfindən 

ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 

 

6. Su təhcizatı hansı hallarda dayandırıla bilər? 

Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: istehlakçının müvafiq yazılı 

müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; tikinti, təmir-profilaktika və 

qəza  işlərinin  görülməsinə  və  su  tutumlarının  təmizlənməsinə  ehtiyac  yarandıqda;  su  götürülən  yerlərdə  səth 

sularının  bulanıqlıq  dərəcəsi  artdıqda  və  ya  su  hövzəsində  fövqəladə  ekoloji  böhran  vəziyyəti  yarandıqda; 

istehlakçının  paylayıcı su kəmərləri  şəbəkəsi,  su  tutarları  (su  anbarları),  qoşulmalar,  siyirtmələr,  kranlar  müvafiq 

icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  dövlət  standartlarının  tələblərinə  cavab  vermədikdə;  su  təchizatı 

müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən 

(göndərildikdən)  sonra  bir  ay  müddətində  tam  məbləğdə  ödənilmədikdə;  su  təchizatı  müəssisəsi  ilə  müvafiq 

müqavilə  bağlanmadıqda;  məişət  (təsərrüfat)  -  içməli  su  ehtiyacları  üçün  nəzərdə  tutulmuş  magistral  su 

kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; məhkəmənin qərarı ilə. 



 

7. Yaşayış evinin sayğaclaşdırılması proseduru və qiyməti? 

Yeni tikilmiş evlərin su xətlərinə qoşulması üçün onların ərizəsi əsasında  müvafiq su idarəsi tərəfindən texniki şərt 

hazırlanır. Göstərilən texniki şərtin hazırlanmasının haqqı borunun diametirindən asılı olaraq fərqlənir (D=15mm-

73.4AZN, D=50mm-914AZN). Sayğacın quraşdırılması ilə əlaqədar diqər xərclər su təchizatı müəssəsinin hesabına 

həyata keçirilir.   

 

14. Bələdiyyələr  və onların vəzifələri 

 

1. Bələdiyyə nədir? 

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz 

mülkiyyəti  və  yerli  büdcəsi  olur  və  o,  yerli  əhəmiyyətli  məsələləri  müstəqil  surətdə  həll  edir.  Bələdiyyələr 

bərabərlik  əsasında  qurulur  və  fəaliyyət  göstərirlər.  Azərbaycan  Respublikasında  yerli  özünüidarə  vətəndaşların 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə