Qanun nə deyir? Bunu hamı bilməlidir!


Miras hansı müddətə qəbul edilə bilər?



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   13   14   15   16   17   18   19   20   21

 

 

43 



Miras hansı müddətə qəbul edilə bilər? 

Vərəsə  vərəsəliyə  çağırıldığını  bildiyi  və  ya  bilməli  olduğu  gündən  üç  ay  ərzində  mirası  qəbul  edə  bilər.  Miras 

açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.  

 

Mirasın qəbul edilməsinin xüsusi müddəti 

Əgər  miras  almaq  hüququ  digər  vərəsələrin  mirası  qəbul  etmədikləri  halda  yaranırsa,  miras  onun  qəbulu  üçün 

müəyyənləşdirilmiş  müddətin  qalan  hissəsi  ərzində  qəbul  edilməli,  bu  müddət  altı  həftədən  az  olduqda  isə  altı 

həftəyədək uzadılmalıdır. 

 

Vərəsəlik şəhadətnaməsi nə vaxt verilir? 

Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət: 

Vərəsəlik  şəhadətnaməsi  vərəsələrə  mirasın  açıldığı  gündən  altı  ay  keçdikdən  sonra  istənilən  vaxt  verilir.  Əgər 

notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, 

vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 

 

Vəsiyyətnaməni dəyişdirmək və ya ləğv etmək olarmı? 

Vəsiyyət edən vəsiyyətnaməni həmişə dəyişdirə və ya ləğv edə bilər. Bunu aşağıdakı üsullarla etmək olar: 

-

 

əvvəlki  vəsiyyətnaməni  və  ya  onun  bir  hissəsini  ləğv  edən  yeni  vəsiyyətnamə  tərtib  etməklə  (əvvəlki 



vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır), 

-

 



notariat orqanına ərizə verməklə

-

 



vəsiyyətnaməni  ləğv  etmək  üçün  onun  bütün  nüsxələri  vəsiyyət  edənin  özü  və  ya  onun  sərəncamı  ilə 

notarius tərəfindən məhv edilməlidir.  

-

 

Notariat  vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. 



 

20. Daşınmaz əmlakı qeydiyyətı ilə bağlı bəzi məlumatlar 

 

1. Daşınmaz əmlak nədir? 

Ümumiyyətlə hər bir vətəndaşın istifadəsində və mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Daşınar əmlak 

adından  göründüyü  kimi  bir  yerdən  digər  yerə  daşına  bilən  (Məsələn:  avtomobil,  iri  həcmli  əşyalar,  texnikalar, 

mebel  vəs..)  əmlakdır.  Daşınmaz  əmlak  isə  hər  hansı  bir  tikili,  qurğu,  obyekt(Məsələn  yaşayış  və  bağ  evləri, 

mağazalar, binalar vəs) kimi əmlaklardır.  

 

2. Daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatı nədir? 

-  Daşınmaz  əmlaka  mülkiyyət  və  digər  əşya  hüquqlarının  dövlət  qeydiyyatı  daşınmaz  əmlaka  hüquqların  əmələ 

gəlməsinin,  məhdudlaşdırılmasının,  başqasına  keçməsinin  və  bu  hüquqlara  xitam  verilməsinin  dövlət  tərəfindən 

tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 

 

3. Dövlət reyestrində hansı hüquqlar qeydiyyata alınır? 

-  mülkiyyət  və  digər  əşya  hüquqları,  o  cümlədən  servitut,  uzufrukt,  ipoteka,  etibarlı  idarəetmə,  icarə,  lizinq, 

tikintiyə vərəsəlik hüququ və s. 

 

4. Daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqların tanınması nə deməkdir? 

-  «Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  4.1.ci  maddəsinə  əsasən, 

həmin  qanun  qüvvəyə  mindiyi  günədək  daşınmaz  əmlaka  hüquqların  ayrı-ayrı  qeydiyyat  orqanları  tərəfindən 

aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 

 

5.  «Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında»  Azərbaycan  Respublikası  Qanunu  qüvvəyə  mindikdən 

sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyün) dövlət qeydiyyatı nə vaxt aparılır? 

-  «Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında»  Azərbaycan  Respublikası  Qanunu  qüvvəyə  mindikdən  sonra 

daşınmaz  əmlaka  hüquqların  məhdudlaşdırılmasının  (yüklülüyün)  dövlət  qeydiyyatı  həmin  daşınmaz  əmlak 

üzərində əvvəl yaranmış hüquqlar dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 

 

6. Dövlət reyestrindən arayışlar kimlərə verilə bilər?  

-  Daşınmaz  əmlakın  təsvirinə,  dövlət  qeydiyyatına  alınmış  hüquqlara  və  onların  məhdudlaşdırılmasına 

(yüklülüyünə)  dair  dövlət  reyestrindən  arayışlar  hüquq  sahibinə,  onun  tərəfindən  vəkil  edilmiş  şəxsə,  hüquq 

sahibinin əmlakına qanunla və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş 

səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 

 

7. Dövlət reyestrindən arayışlar hansı müddətdə verilir? 




 

 

44 



-  «Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  5.3.cü  maddəsinə  əsasən, 

qeydiyyat orqanı müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu 5 iş günü müddətində təqdim 

etməlidir. 

 

8. Hüquqların dövlət qeydiyyatı üçün hansı ödənişlər vardır? 

Hüquqların  qeydiyyatı  üçün  qanunla  nəzərdə  tutulmuş  qaydada  və  miqdarda  dövlət  rüsumu  dövlət  büdcəsinə 

ödənilir.  Dövlət  reyestrindən  arayışların  verilməsinə  görə  hüquqların  qeydiyyatı  üçün  qanunla  nəzərdə  tutulmuş 

dövlət  rüsumunun  30  faizi  miqdarında  haqq  qeydiyyat  orqanının  xüsusi  hesabına  ödənilir.  Bu  qanun  qüvvəyə 

minənədək  daşınmaz  əmlak  obyektləri  üzərində  hüquqları  təsdiq  etmiş  aktlar,  şəhadətnamələr  və  qeydiyyat 

vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur. 

 

9. Hüquqların dövlət qeydiyyatı üçün əsaslar hansılardır? 

Daşınmaz  əmlak  üzərində  hüquqların  əmələ  gəlməsinin,  başqasına  keçməsinin,  məhdudlaşdırılmasının 

(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 

 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  icra  hakimiyyəti  və  bələdiyyə  orqanları  tərəfindən  müvafiq  olaraq 



dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka 

qoyulmasına dair qəbul olunmuş aktlar

daşınmaz əmlak barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr 

və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; 

qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 

"Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında"  Qanun  qüvvəyə  minənədək  müvafiq  icra  hakimiyyəti  orqanları 

tərəfindən  verilmiş  daşınmaz  əmlak  üzərində,  o  cümlədən  torpaq  sahələri,  binalar  və  qurğular,  yaşayış  və  qeyri-

yaşayış  sahaləri,  fərdi  yaşayış  və  bağ  evləri,  yer  təki  sahələri,  su  tutarları,  meşələr  və  çoxillik  əkmələr,  əmlak 

kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. 

qanunvericilikdə nəzərdə tutulan digər əsaslar 

 

10. Hüquqların dövlət qeydiyyatı hansı müddətə aparılmalıdır? 

“Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  9.2.ci  maddəsinə  əsasən, 

ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində 

hüquqlar dövlət qeydiyyatına alınır. 

 

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilmiş ərizədə nələr göstərilir? 

-  «Daşınmaz  əmlakın  dövlət  reyestri  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  10.1.ci  maddəsinə  əsasən, 

hüquqların  dövlət  qeydiyyatı  həmin  Qanunla  müəyyən  olunmuş  qaydada  hüquq  əldə  edənin  ərizəsi  əsasında 

aparılır.  Ərizədə  onu  təqdim  edən  fiziki  şəxsin  soyadı,  adı,  atasının  adı,  ünvanı,  şəxsiyyətini  təsdiq  edən  sənəd, 

hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, 

xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. 

 

12. Dövlət qeydiyyatının dayandırılması üçün hansı əsaslar vardır və qeydiyyat nə vaxta dayandırıla bilər? 

Qeydiyyat  orqanının  sənədlərin  həqiqiliyinə  ciddi  şübhəsi  varsa,  qeydiyyat  bir  ay  müddətinə  dayandırıla  bilər. 

Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Hüquqların 

dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında 

bir  aydan  artıq  olmayan  müddətə  dayandırıla  bilər.  Ərizədə  hüquqların  dövlət  qeydiyyatının  dayandırılmasının 

səbəbləri göstərilməlidir. Daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və 

ya  qeydiyyata  alınmalı  olan  hüquq  barəsində  mübahisə  edən  digər  maraqlı  şəxsdən  şikayət  verilməsi  haqqında 

məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. 

 

13. Dövlət qeydiyyatından imtina üçün hansı əsaslar vardır?  

Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 

 



 



dövlət qeydiyyatı barədə müraciət olunan hüquq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununa 

əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 

 

hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması 



və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 

 



hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə

 



daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və bələdiyyə orqanının aktı qanunvericiliklə 

müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 




 

 

45 



 

daşınmaz  əmlak  barəsində  təsdiqləyici  sənəd  vermiş  şəxs  həmin  əmlak  üzərində  hüquqa  dair  sərəncam 



vermək səlahiyyətinə malik olmadıqda; 

 



qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 

 



Hüquqların  dövlət  qeydiyyatından  əsaslandırılmış  imtina  barədə  ərizəçiyə  5  gün  müddətində  bildiriş 

göndərilir. 

 

14. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı necə aparılır? 

Tikintisi  başa  çatdırılmamış  daşınmaz  əmlak  üzərində  həmçinin  mülki  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər 

hallarda  mülkiyyət  və  digər  əşya  hüquqları  dövlət  reyestrində  tikintiyə  icazə  sənədləri  və  plan-cizgi  əsasında 

qabaqcadan qeydiyyata alına bilər. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və 

ya  qeyri-yaşayış  sahələrinə  mülkiyyət  hüququ  və  eyni  zamanda  onun  ipoteka  ilə  yüklülüyü  dövlət  reyestrində 

qabaqcadan qeydiyyata alına bilər. 

 

15. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi necə aparılır? 

Məhv  olunmuş  daşınmaz  əmlakın  qeydiyyatının  ləğvi  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  150-ci 

maddəsinə  uyğun  olaraq  aparılır.  Daşınmaz  əmlak  üzərində  mülkiyyət  hüququ yüklü  deyildirsə  və  bu  cür  əmlak 

mülkiyyətçinin  iradəsi  ilə  sökülüb  tam  məhv  edilmişdirsə,  onun  ərizəsi  əsasında  qeydiyyat  orqanı  mülkiyyət 

hüququnun qeydiyyatını ləğv edir. 

 

16. İpotekanın dövlət qeydiyyatı necə aparılır? 

Daşınmaz  əmlakın,  o  cümlədən  tikintisi  başa  çatdırılmamış  obyektin  ipotekası  haqqında  müqavilənin  dövlət 

qeydiyyatı  ipotekanın  predmeti,  ipoteka  ilə  təmin  edilmiş  borcun  (öhdəliyin)  icra  müddəti,  ipotekasaxlayan  və 

ipotekaqoyan  barədə  məlumatların  dövlət  reyestrinə  daxil  edilməsi  ilə  aparılır.  İpotekanın  qeydiyyatı  ərizənin 

qeydiyyat orqanına daxil edildiyi gündən 5 iş günü müddətində aparılır. 

 

17. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə hansı tələblər qoyulur? 

Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə aşağıdakı tələblər qoyulur: 

Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. 

Pozulmuş,  sonradan  əlavə  edilmiş,  silinmiş  sözlər  və  həqiqiliyi  təsdiqlənməmiş  digər  düzəlişlər  olan,  habelə 

məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı 

üçün qəbul edilmir. 

 

18. Daşınmaz əmlakın(torpağın) alqı-satqı yolu ilə əldə olunması üçün ilk olaraq nədən başlamaq və hara nə 

qədər rüsum ödəmək lazımdır? 

Torpağı  satan  şəxslə  alan  şəxs  razılığa  gəldikdən  sonra  torpağı  satan  şəxs(mülkiyyətçi)  özündə  olan  torpaq 

şəhadətnaməsi  və  ya  reyestr  çıxarışı  ilə  aidiyyatı  üzrə  Daşınmaz  Əmlakın  Dövlət  Reyestr  Xidmətinin  Ərazi 

İdarəsinə müraciət edərək torpağın yüklülüyünə dair arayışı (Forma 1)almalıdır. Bu arayış 5 iş günü müddətində 

verilir  və  buna  görə  də  Dövlət  Rüsumu  haqqında    AR  qanunun  26.6-cı  maddəsinə  müvafiq  olaraq  10  (on)manat 

dövlət  rüsümu  ödənilməlidir.  Arayışın  etibarlılıq  müddəti  isə  20  gündür.    Bununa  yanaşı  torpağın  müayinə 

olunmasına    görə  də    AR  Tarif(qiymət)Şurasının  31  iyul  2009-cu  il  tarixli  qərarına  müvafiq  olaraq  34(otuz 

dörd)manat xidmət haqqı ödənilməlidir. Sonradan torpağı satan şəxs Forma 1 arayışı aldıqdan sonra torpağı alan 

şəxslə  birgə  aidiyyatı  üzrə  Notariat  Kontoruna  müraciət  edir.  Notariatda  tərəflər  arasında  alqı-satqı  müqaviləsi 

bağlanır. Buna görə də Dövlət Rüsumu haqqında  AR qanunun 10.1.2-cı maddısinə müvafiq olaraq  Bakı şəhərində 



110  manat,  digər  şəhər  və  rayonlarda  isə  44  manat  dövlət  rüsümu  ödənilməlidir.  Əgər  əmlak  ümumi  paylı 

mülkiyyətdirsə və ya ər-arvadın birgə nikahı dövründə alınıbsa, bu zaman arin və ya arvadın da razılığı vacibdir.  

Torpağı  alqı-satqı  yolu  ilə  alan  şəxs  Daşınmaz  Əmlakın  Dövlət  Reyestr  Xidmətinin  Ərazi  İdarəsinə  müraciət 

etməlidir.  Bu  zaman  torpağın  qeydiyyatı  aparılır.  Bunu  üçün  ilkin  olaraq  Dövlət  Rüsumu  haqqında  AR  qanunun 

26.1.1 və 26.1.2-cı maddələrinə müvafiq olaraq torpağın dövlət qeydiyyatı üçün reyestr çıxarışına görə 30 manat və 

Texniki pasporta görə isə 50 manat dövlət rüsümu ödənilməlidir. Torpaq  qeydiyyata götürüldükdən sonra isə AR 

Tarif(qiymət)Şurasının 31 iyul 2009-cu il tarixli qərarına müvafiq olaraq 32(otuz iki) manat xidmət haqqı ödənilir 

və 20 gün müddətinə mülkiyyəti təsdiq edən sənəd vətəndaşa təqdim olunur.  



 

19. Daşınmaz əmlakın(tikililərin, evlərin və qeyri-yaşayış sahələrinin) alqı-satqı yolu ilə əldə olunması üçün 

ilk olaraq nədən başlamaq və hara nə qədər rüsum ödəmək lazımdır? 

Tikilini,  evi  və  qeyri-yaşayış  sahəsini  satan  şəxslə  alan  şəxs  razılığa  gəldikdən  sonra  əmlakı  satan(mülkiyyətçi) 

şəxs özündə olan əmlakın şəhadətnaməsi və ya reyestr çıxarışı ilə aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr 

Xidmətinin Ərazi İdarəsinə müraciət edərək  əmlakın yüklülüyünə dair arayışı (Forma 1)almalıdır.  Bu arayış 5 iş 

günü müddətində verilir və buna görə də Dövlət Rüsumu haqqında  AR qanunun 26.6-cı maddəsinə müvafiq olaraq 



10 (on)manat dövlət rüsümu ödənilməlidir. Arayışın etibarlılıq müddəti isə 20 gündür. Sonradan əmlakı satan şəxs 


 

 

46 



Forma 1 arayışı aldıqdan sonra əmlakı  alan şəxslə birgə əmlakın olduğu yer üzrə Notariat Kontoruna müraciət edir. 

Notariatda tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılır. Buna görə də Dövlət Rüsumu haqqında AR qanunun 

10.1.2-cı  maddəsinə  müvafiq  olaraq  Bakı  şəhərində  110  manat,  digər  şəhər  və  rayonlarda  isə  44  manat  dövlət 

rüsümu ödənilməlidir. Əgər əmlak ümumi paylı mülkiyyətdirsə bu zaman həmin evdə, mənzildə qeydiyyatda olan 

18 yaşına çatmış şəxlərin də razılığı olmalıdır və ya əmlak ər-arvadın birgə nigahı dövründə alınıbsa, bu zaman ərin 

və ya arvadın da razılığı vacibdir.  

Əmlakı  alqı-satqı  yolu  ilə  alan  şəxs  Daşınmaz  Əmlakın  Dövlət  Reyestr  Xidmətinin  Ərazi  İdarəsinə  müraciət 

etməlidir.  Bu  zaman  əmlakın  qeydiyyatı  aparılır.  Bunu  üçün  ilkin  olaraq  Dövlət  Rüsumu  Haqqında  AR  qanunun 

26.1.1 və 26.1.2-cı maddələrinə müvafiq olaraq əmlakın dövlət qeydiyyatı üçün reyestr çıxarışına  görə  30 manat 

və Texniki pasporta görə isə 50 manat dövlət rüsümu ödənilməlidir. Əmlak qeydiyyata götürüldükdən sonra isə AR 

Tarif(qiymət)Şurasının  31  iyul  2009-cu  il  tarixli  qərarına  müvafiq  olaraq  Çoxmərtəbəli  (çoxmənzilli)  yaşayış 

binaları üzrə -ümumi sahəsinin hər 1 m2-i üçün 0.40 manat,  

Qeyri-yaşayış sahələri üzrə ümumi sahəsi 50 m2-ə qədər olduqda 50 manat,  

ümumi sahəsi 50 m2-dən 100 m2-ə qədər olduqda isə 50 m2-dən çox olan hər 1 m2 sahə üçün əlavə 1.40 manat,  

ümumi sahəsi 100 m2-dən 200 m2-ə qədər olduqda 100 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə 1.0 manat,   

Mənzillər üzrə ümumi sahəsi 50 m2-ə qədər olduqda 12 manat,  

ümumi sahəsi 50 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə 0.20 manat,  



Fərdi yaşayış və bağ evləri üzrə- ümumi sahəsi 100 m2-ə qədər olduqda 22 manat,  

ümumi sahəsi 100 m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə 0.20 manat xidmət haqqı ödənilir və 20 gün 

müddətinə mülkiyyəti təsdiq edən sənəd vətəndaşa təqdim olunur.  

 

20.Daşınmaz əmlakın bağışlanması hansı sənəd üzrə həyata keçir? 

Daşınmaz əmlakın bağışlanması, bağışlama müqaviləsi bağlandıqda həyata keçir. 

Bağışlama  müqaviləsi  elə  müqavilədir  ki,  onun  əsasında  hədiyyə  verən  öz  əmlakını  bağışlamaqla  hədiyyə  alanı 

zəngınləşdirir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. 

 

21. Daşınmaz əmlakın bağışlaması hansı hallda etibarlı sayılır? 

Daşınmaz əmlakın bağışlama müqaviləsi notariat qaydasında təsdikləndikdə. 

 

22. Əmlak bağışlanması hansı halda geri götürülür? 

Əmlakı bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədəkistədiyi vaxt onu geri 

götürə bilər. 

 

23. Daşınmaz əmlakın bağışlanması hansı hallarda ləğv olunur? 

-

 



bağışlanması vəd edilmiş əmlak məhv olduqda; 

-

 



hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda; 

-

 



hədiyyə  verən  vaxtaşırı  xidmətlər  göstərməyi  öhdəsinə  götürdükdə,  bu  öhdəliyə  onun  ölümü  ilə  xitam 

verilir. 

  

24. Vərəsəlik şəhadətnaməsi əmlaka mülkiyyət hüququn təsdiqləyirmi? 

Xeyir,  vərəsəlik  şəhadətnaməsi  ümumi  qaydada,  AR  ƏMDK  yanında  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri 

Xidmətinə təqdim edilərək  onun əsasında Çıxarış alınmalıdır. 

 

 




 

 

47 



 

                                                 



 

 

 

 

BAKI  

 

 

088 707 07 07 

 

GƏNCƏ   

 

088 202 02 02 

 

LƏNKƏRAN 

088 303 03 03 

 

QUBA 

 

 

088 404 04 04 

 

ŞƏKİ  

 

 

088 505 05 05

 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə