Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 

 

27 



məhrum  edilməsi,  ailə  üzvünün  olduğu  yerin  məlum  olmaması  və  s.)  bu  cür    aztəminatlı  ailələr  yardım  almağa 

hüququna malikdirlər 

 

3.Sosial yardım hansı müddətə təyin edilir? 

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən, 1 il müddətinə təyin olunur.  



 

4.Sosial yardım təyin olunduqda  ailə tərkibində nəzərə alınmayan şəxslər kimlərdir? 

 



Tam  dövlət  təminatında  olan  şəxslər  (uşaq  evi  və  internatlarda,  qocalar  və  əlillər  üçün  internat  evlərində, 

sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq xüsusi təhsil müəssisələrində yaşayanlar);

i

 



 

Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 

 

Axtarışda olan şəxslər



 

Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 



 

Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla 



 

5. Sosial yardım almaq üçün hansı sənədlər tələb edilir? 

 



Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin əsli və surəti   

 



Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti  

 



Qəyyumluqda  (himayədə)  olan  uşaqlar  üçün  qəyyumluq  (himayəçilik)  haqqında  rayon  (şəhər)  icra 

hakimiyyəti başçısının sərəncamının surəti 

 

Ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış 



 

Hər  bir  ailə  üzvünün  qazancı  (əmək  haqqı,  pensiya,  müavinət,  təqaüd,  aliment,  kompensasiya,  sahibkarlıq 



fəaliyyətindən  əldə  olunan gəlir,  mülki-hüquqi  müqavilə  əsasında  işləyənlərin  qazancı  və  s.)  barədə  aidiyyəti 

orqanın arayışı  

 

Ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi  və  ya icarəyə götürülməsi barədə müqavilənin 



surəti   

 



Ailəyə və ya hər hansı ailə üzvünə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd 

 

6.Hansı halllarda sosial yardımın verilməsindən imtina olunur? 

 



Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və 

ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə. Bu halda  həmin 

ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir;  

 



Yardım üçün müraciətdən 1 il əvvəl ailə yaşayış sahəsi aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış 

minimumundan  çox məbləğdə təhsil haqqı ödədikdə və ya alğı-satqı etdikdə; 

 

Ailənin  istifadəsində  nəqliyyat  vasitəsi  olduqda  (dövlət  tərəfindən  reabilitasiya  məqsədləri  üçün  verilmiş 



nəqliyyat vasitələri istisna olunmaqla) 

 



Ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda;  

 



Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş iki 

münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan 

sonra baxıla bilər). 

 



Sosial yardımın təyin edilməsindən imtina edildiyi barədə komissiyanın qərarı çıxarıldığı vaxtdan 3 gündən gec 

olmayaraq  sosial  yardım  verilməsindən  imtina  edilməsinin  səbəbləri  göstərilməklə  ailəni  təmsil  edən  şəxsə 

bildiriş verilir 

 

7.Sosial yardım necə ödənilir? 

Sosial  yardım  ayda  bir  dəfə  aztəminatlı  ailənin  yaşayış  yeri  üzrə  ödəniş  müəssisələri  (bank  və  ya  rabitə  şöbəsi) 

vasitəsilə ödənilir. 

 

11. Elektrik enerji  təhçizatı sahəsində yaranan suallar 

 

1. Enerji haqqının məbləği nəqədərdir?  

Tariflər 1 kVt/saat üçün (ƏDV ilə) - 6,0 qəpik 



 

2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında enerji haqqının ödənilməsində fərq varmı? 

Xeyr, enerji haqqının ödənilməsində   bütün istehlakçılar qrupları üçün eyni tarifdir. 

 

3.Enerji haqqı hara və hansı formada ödənilməlidir? 



 

 

28 



Elektrik  enerjisinə  görə  hesablaşmalar  enerjitəchizatı  müəssisəsinin  abonentə  təqdim  etdiyi  ödəniş  sənədlərinə 

əsasən aparılır. Enerji haqqı üzrə ödəmələr vətəndaş tərəfindən şəxsən olaraq aidiyyatı üzrə poçt bölmələrinə və ya  

müvafiq banklara ödənilməlidir. İstehlakçı hesablaşma dövründə işlətdiyi elektrik enerjisinin haqqını enerjitəchizatı 

müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 



 

4.Sayğac nasaz olduğu halda hesablama necə aparılır? 

İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin 

hesabatı  enerjitəchizatı  müəssisəsinin  və  istehlakçının  razılığına  əsasən  uçot  pozulana  qədər  və  ya  ucot  bərpa 

edildikdən  sonrakı  dövrün  orta  gündəlik  sərfinə  uyğun  aparılır.  Elektrik  enerjisinin  orta  gündəlik  sərfinə  görə 

hesablaşma  dövrü  bir  aydan  artıq  olmamalıdır,  bu  müddət  ərzində  hesablaşma  elektrik  sayğaclarının  normal  işi 

enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 



 

5.Ödəniş gecikdirilməsinə görə sanksiyalar? 

Hər hansı bir səbəbdən, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi 

elektrik  enerjisinin  alqı-satqı  müqaviləsində  müəyyən  edilmiş  müddət  ərzində  dövlət  elektroenergetika 

müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 

faizi miqdarında dəbbə (penya) verilməlidir. Elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsinin abonentə təqdim 

etdiyi ödəniş sənədlərinə əsasən ödəmə bir ay müddətinı aparılmalıdır. 

 

6.Enerji təhcizatı hansı hallarda dayandırıla bilər? 

Enerji  təchizatı  müəssisəsi  istehlakçıya  elektrik  enerjisinin  verilməsini  aşağıdakı  hallarda  dayandıra  bilər: 

istehlakçının  müvafiq  yazılı  müraciəti  (elektrik  enerjisinin  verilməsinin  dayandırılmasının  səbəbi  və  müddəti 

göstərilməklə) olduqda; sayğacla müəyyənləşən hesab təqdim edildikdən sonra bir ay müddətində ödənilmədikdə;  

təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 

enerji  təchizatı  müəssisəsi  ilə  müvafiq  müqavilə  bağlanmadıqda;.  məhkəmənin  qərarı  ilə.  İstehlakçıya  elektrik 

enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir.  

 

7.Yaşayış evinin sayğaclaşdırılması üçün nə etməli və proseduru? 

Sayğaclaşdırılma “Bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Vətəndaş yerli enerji təhcizat müəssəsinə standart 

formada  tərtib  olunmuş  ərizə  təqdim  edir.  Ərizə  ilə  birlikdə  həmçinin  şəxsiyyət  vəsiqəsinin  surəti,  mülkiyyət 

hüququn təsdiq edən sənədin (çıxarış, şəhədətnamə(kupça)), torpaq sahəsinin ayrılması barədə sərəncamın (qərarın) 

və ya torpaq sahəsində evin tikilməsinə icazə verilməsi barədə sərəncamın(qərarın) surəti təqdim edilir. Daxil olan 

sənədlər  əsasında  texniki  şöbə  tərəfindən  hazırlanan  texniki  şərt  əsasında  müvafiq  bölmə  tərəfindən  sayğac 

quraşdırılır və abunə kodu tərtib edilərək məlumat bazasına daxil edilir. Fiziki şəxslər üçün sayğaclaşdırma enerji 

təhcizat müəssəsinin hesabına aparılır. 

 

8.Nöqsan aşkar edildikdə və ya sayğac xarab olduqda vətəndaş nə etməli? 

Hesablaşma  uçot  cihazında  nöqsan  əşkar  edildikdə  vətəndaş  nöqsanun  aradan  qaldırılması  üçün  enerji  təhcizatı 

müəssəsinə  ərizə  ilə  müraciət  etməlidir.  İstehlakçı,  o  cümlədən  məişət  abonenti  yazılı  məlumat  verdikdən  sonra 

enerjitəchizatı  müəssisəsi  on  gündən  gec  olmayaraq  hesablaşmanı,  lazım  gələrsə,  sayğacı  yoxlamalı  və  bu 

yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir.  

  

9.Sayğac  yaşayış  binasının  girişində  quraşdırıldığı  halda  onun  korlanmasına  göra  vətəndaş  məsiliyyət 



daşıyırmı? 

Xeyr,  yaşayış  binasının  girişində,  yaxud  pilləkən  meydançasında  quraşdırılmış    sayğacların  baxış  şüşəsinin 

sındırılması və ya diqər mexaniki zədələr görə abonent cavabdehlik daşımır.  

 

10.Sayğaca müdaxilə aşkar edildiyi halda aktlaşdırma proseduru necə həyata keçirilir? 

Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı 

müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət 

abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən 

imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət 

abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina 

etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 



 

11.Abunəçi kodunun digər şəxsin adına keçirilməsi proseduru və müddəti? 

Elektrik  enerjisinin  alqı-satqı  müqaviləsini,  şəxsi  hesabın  digər  məişət  abonentinin  adına  keçirilməsi  onların 

müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə 

əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə