Qanun nə deyir? Bunu hamı bilməlidir!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix26.08.2018
ölçüsü0,68 Mb.
#64235
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 

 

25 



23.  Əmək  pensiyaçısı  vəfat  etdikdə  onu  ailə  üzvləri    dəfn  etmədikdə,dəfn  müavinatı  o  halda  kimlərə 

ödənilməlidir? 

Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət məhs onu dəfn edən 

şəxslərə ödənilir. 

 

24. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına Azərbaycanda təyin edilmiş əmək pensiyası ödənilirmi? 

Bəli  ödənilir,  belə  ki,  Azərbaycan  Respublikasının  vətəndaşlığını  saxlamış  şəxslərin  xaricdə  olduqları  müddətdə 

onlara  Azərbaycan  Respublikasında  təyin  edilmiş  əmək  pensiyası  arzularına  əsasən  Azərbaycan  Respublikasının 

banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları digər dövlətlərə köçürülür. 



 

25.  Xaricdə  yaşayan  və  Azərbaycan  vətəndaşlığından  çıxan  şəxslərin  Azərbaycanda  təyin  edilmiş  əmək 

pensiyası ödənilirmi? 

Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız əmək zədəsi və 

ya  peşə  xəstəliyi  nəticəsində  təyin  edilmiş  pensiyalar  ödənilir.  Bu  pensiyaların  başqa  dövlətlərə  köçürülməsi 

qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 



 

26. Etibarnamə üzrə əmək pensiyası ödənilə bilərmi? 

Bəli, əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər. 

 

9. Sosial müavinatlar 

 

1. Sosial müavinatlar nə deməkdir? 

 Sosial  müavinətlər  ayrı-ayrı  kateqoriya  şəxslərə  sosial  yardım  göstərilməsi  məqsədilə  aylıq  və  ya  birdəfəlik 

ödənilən pul vəsaitidir 

 

2. Sosial müavinat hansı müddətə təyin edilir? 

 

Sosial müavinat aşağıdakı müddətlərə təyin edilir: 



 

dövlət qulluqçularına ömürlük, yaşa görə müavinət - ömürlük



 

əlilliyə görə müavinət-əlillik müddətinə; 



 

sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  uşaqlara  müavinət  -  18  yaşınadək  uşaqların  müvafiq  icra 



hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə

 



ailə başçısını itirməyə görə müavinət: 

 



vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan 

çox olmamaqla); 

 

vəfat  etmiş  şəxsin  18  yaşına  çatanadək  sağlamlıq  imkanlarının  məhdudluğu  müəyyən  olunmuş  18  yaşından 



yuxarı əlil uşaqlarına - əlillik müddətinə; 

 



vəfat  etmiş  şəxsin  8  yaşınadək  uşaqlarına  baxan  və  işləməyən  (yaşından  və  əmək  qabiliyyətindən  asılı 

olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. 

 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və 



digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu 

hüququ itirənədək; 

 

3 yaşınadək uşağa qulluğa görə  müavinət  -  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs 



qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə; 

 



müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərin  16  yaşınadək 

(ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət: 

 

uşağın 16 yaşı tamam olan ayın sonunadək; 



 

ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox 



olmamaqla). 

 



valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqların  qəyyumlarına  (himayəçilərinə) 

müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə

 

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - uşağın bir yaşı tamam olan ayın sonunadək. 



 

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət edilən aydan sonrakı 



ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. 

 



Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq 

təyin edilir. 

 

3. Uşağın anadan olmasına görə verilən müavinat hansı müddətə qədər ödənilir? 



 

 

26 



Yalnız bir dəfə uşaq anadan olanda ödənilir 

 

4. Uşağın anadan olmasına görə birdəfəlik müavinat aldıqda hansı sənədlər tələb olunur? 

Aşağıda göstərilən sənədlər tələb olunur: 

 



Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti

 



Uşağın doğum şəhadətnaməsinin surəti 

 



Nikah şəhadətnaməsinin surəti

 



Yaşayış yerindən ailə tərkibinə dair arayış.  

Qeyd: Arayışda valideynlərin işləyib işləməməsi göstərilməlidir; 

 



Ailəyə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd; 

 

Qeyd: Torpaq sahəsinə görə məcburi dövlət sosial sığortası ödənildikdə birdəfəlik müavinatı Sosial Müdafiə Fondu 

ödəyir, həmçinin valideynlər işləyirlərsə bu halda da müavinatı Fond ödəyir. Sosial Müdafiə Fondu torpaq sahəsinə 

dair  məcburi  dövlət  sosial  sığortası  ödənilmədiyinə  dair  arayış  verərsə  bu  halda  müavinatı  Sosial  Müdafiəsi 

Mərkəzi ödəyir, habelə valideynlər işsizdirsə o halda da müavinat Mərkəz tərəfindən ödənilir. 

 

5. Sosial müavinat hansı hallarda təyin edilir? 

 



Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 

 



Əlilliyə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda 

 



Sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  uşaqlara  müavinət-müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

təsdiq  edilmiş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  sağlamlıq  imkanlarının  məhdudluğu 

müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda 

 



Ailə başçısını itirməyə görə müavinət: 

 



Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; 

 



Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat 

etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə. 

 

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və 



digər  xidmətlərə  görə  müavinət  -  onu  almaq  hüququ  müəyyən  edilmiş  şəxslərin  əmək  pensiyası  hüququ 

olmadıqda; 

 

3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı 



tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda; 

 



Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi  kateqoriya  şəxslərin  16  yaşınadək 

(ümumtəhsil  müəssisələrində  əyani  təhsil  alanlar  üçün  18  yaşınadək)  uşaqlarına  müavinət  bəzi  kateqoriya 

şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq hüququ müəyyən edildikdə

 



Valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş  uşaqların  qəyyumlarına  (himayəçilərinə) 

müavinət  -  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qəyyum  (himayəçi)  təyin  edilmiş  şəxslərin  "Ünvanlı 

dövlət  sosial  yardımı  haqqında"  Azərbaycan  Respublikası  Qanununa  əsasən  sosial  yardım  almaq  hüququ 

olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda 

 

1  yaşınadək  uşağı  olan  aztəminatlı  ailələrə  müavinət  -  ailənin  "Ünvanlı  dövlət  sosial  yardımı  haqqında" 



Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda; 

 



Radiasiya  qəzası  nəticəsində  zərər  çəkmiş  şəxslərə  hər  il  müalicə  üçün  müavinət  -  şəxsin  radiasiya  qəzası 

nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının 

qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı 

təqdim edildikdə; 

 

Uşağın  anadan  olmasına  görə  müavinət  -  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  verilmiş  arayış  təqdim 



edildikdə; 

 



Dəfn üçün müavinət şəxs vəfat etdikdə. 

 

10. Ünvanlı sosial yardım 

 

1.Ünvanlı dövlət sosial yardımı kimlər üçün təyin olunur? 

Sosial yardım yalnız aztəminatlı ailələr üçün  təyin olunmalıdır 



 

2.Sosial yardımı hansı ailələr ala bilərlər? 

Ailənin  orta aylıq gəliri  hər bir ailə üzvü üçün  ehtiyac meyarının məcmusundan aşağı olduqda(ailəyə daxil olan 

məbləğ) ,ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün Məşğulluq Mərkəzində işsiz 

kimi  qeydə  alınması,  vəfat  etməsi,  məhkəmə  tərəfindən  itkin  düşmüş  və  yaxud  itkin  hesab  edilməsi,  azadlıqdan 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə