31
fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri
müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət
işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir.
2. Bələdiyyələr hansı səlahiyyətlərə malikdirlər?
Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması,
qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
bələdiyyənin reqlamentinin təsdiq edilməsi; bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa
komissiyaların seçilməsi; yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; yerli büdcənin və onun icrası haqqında
hesabatların təsdiq edilməsi; bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; yerli
sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli iqtisadi inkişaf proqramlarının qəbul və
icra edilməsi; yerli ekoloji proqramların qəbul və icra edilməsi.
Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər . Bu
səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə
səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.
3. Bələdiyyələr hansı dövlət qurumunun tabeçiliyindədirlər?
Bələdiyyə - özünüidarəetmə formasında fəaliyyət göstərən qeyri hökümət qurumu olduğu üçün bir başa olaraq heç
bir dövlət qurumuna tabe deyil. Bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək etmək, metodoloji yardım
göstərilməsi və fəaliyyətinə inzibati nəzarətin keçirilməsi məqsədilə Ədliyyə Nazirliyinin nəzdində bələdiyyələrlə
iş üzrə Mərkəz yaradılmışdır.
4. Bələdiyyənin və bələdiyyə üzvlərinin hərəkətlərindən hara şıkayət etmək olar?
Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən)
inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.
5. Bələdiyyənin büdcəsi necə formalaşır?
Bələdiyyənin büdcəsi yerli vergilər və ödənişlər, icra hakimiyyətləri tərəfindən bələdiyyəyə verilmiş əlavə
səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə ayrılmış müvafiq zəruri maliyyə vəsaiti, bələdiyyə
əmlakının özəlləşdirilməsindən, bələdiyyə əmlakının icarəyə verilməsindən, qanunla müəyyənləşdirilmiş qaydada
özgəninkiləşdirməsindən, yerli lotereyalardan, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər
obyektlərdə yerləşdirilən küçə reklamlarına görə daxil olan ödənişlər, bələdiyyə müəssisə, idarə və təşkilatlarının
mənfəətindən tutulan vergi, dotasiyalar, subvensiyalar, transfert, ödənişləri, qanuna və bələdiyyələrin qərarlarına
müvafiq fəaliyyəti nəticəsində yaranan başqa vəsait təşkil edir. Həmçinin yerli büdcələrin xərclərinin öz gəlirləri ilə
təmin olmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.
6. Bələdiyyə torpaqların ayrılması zamanı hansı istiqamətverici sənədlərini əsas tutmalıdır?
Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış
evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və
fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə
bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə
yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq qəbul edilir.
7. Bələdiyyənin hərrac və ya müsabiqə predmeti olan torpaqları hərraca və ya müsabiqəyə çıxarılanadək
hansı orqanlarla razılaşdırılmalıdır?
DT və XK-nin rayon(şəhər) şöbələri və qeyri kənd təsərrüfatı üçün torpaq ayrılmasında həmçinin yerli icra
hakimiyyətlərinin memarlıq və tikinti şöbələri ilə hərraca və ya müsabiqəyə çıxarılacaq torpaq sahələri
razılaşdırılmalıdır.
8. Bələdiyyələrin torpaq hərracları və ya müsabiqələrinin predmeti olacaq torpaqlarını mülkiyyətə kimlər
əldə edə bilərlər?
Azərbaycan Respublikasının vətəndaşları fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla,
digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları və ya müsabiqələri
vasitəsilə əldə edə bilərlər.
9.Torpaq müsabiqəsinin qalibi kim ola bilər?
32
Torpaq sahəsi mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə
obyektinə ən yüksək alqı-satqı qiyməti və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab olunur.
10. Bələdiyyələr tərəfindən hansı şəxslərə xərracdan kənar torpaq sahəsi satıla bilər?
Bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının
vətəndaşlarına, yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi
qulluqçulara və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və
həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması müvafiq bələdiyyənin qərarı ilə
bilavasitə həyata keçiriləcək.
11. Bələdiyyənin qərarı ilə bilavasitə torpaq hansı qiymətə satıla bilər?
Fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin bilavasitə qərarı ilə ayrılan torpağın hər 0,01 hektarının qiyməti
şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati
rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən
az ola bilməz.
12. Bələdiyyələrin qərarı ilə hansı şəxslərə pulsuz torpaq sahələri verilir?
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların
ailəsinə, ehtiyata, və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün müvafiq
bələdiyyənin qərarı ilə torpaq sahəsi bir dəfə pulsuz verilir.
13. Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları mülkiyyətə satıla bilərmi?
Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki
şəxslərə yalnız icarəyə verilə bilər.
14. Bələdiyyə ehtiyat fondunun torpaqları hansı növbəliliklə icarə verilə bilər?
Bələdiyyə ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün yalnız icarə
qaydasında istifadəyə aşağıdakı növbəliliyə əməl etməklə verilir: sovxozun və ya kolxozun ərazisində müvəqqəti
məskunlaşmış məcburi köçkünlər; Azərbaycan Respublikasının müvafiq rayonunun (şəhərinin) ərazisində yaşayan
torpaq payı almamış fiziki və hüquqi şəxslər; müvafiq ərazidə torpaq payı almış fiziki və hüquqi şəxslər;
Azərbaycan Respublikasının digər fiziki və hüquqi şəxsləri; xarici ölkələrin fiziki və hüquqi şəxsləri.
15. İcarə müqaviləsinin müddəti və müddətin uzadılmasında hansı qüzəştlər var?
Torpaq hüquqi və fiziki şəxslərə qısa və uzunmüddətli icarəyə verilir. Qısamüddətli icarə 15 ilədək, uzunmüddətli
icarə isə 15 ildən 99 ilədək müəyyən oluna bilər.
Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Oanunu qüvvəyə minənədək hüquqi
və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin
torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. İlkin istifadəçi bu halda
istifadəsində olmuş torpağı açıq torpaq hərracı və ya müsabiqəsində təkliflər eyni olduqda icarə hüququ ilə
müvəqqəti istifadəyə əldə edə bilər.
16. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya
müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə hansı şəxslərə üstünlük verilir?
torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların
ailəsinə;
yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya
buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularından başqa);
sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq
istəyən
gənclərə;
müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə;
müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə
qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına;
17. Müsabiqə və ya hərrac nəticəsində yaranan müqavilə hansı qurumlarla bağlanılır?
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müsabiqə və ya hərrac komissiyası tərəfindən verilən şəhadətnamə
əsasında hərrac və və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına dair