41
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya hansı vəzifələrin
tutulması üzrə müsabiqə elan edir?
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə müvafiq olaraq inzibati
vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda, müvafiq icra hakimiyyəti orqanı
(Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya) həmin vəzifələrin
tutulması üçün müsabiqə elan edir.
Prokurorluq, Ədeliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Fövqəladə Hallar, sərhəd xidməti, Miqrasiya xidməti, daxili
işlər, gömrük, vergi xarici işlər və feldyeger rabitəsi orqanlarına qəbulla bağlı imtahanlar Dövlət Qulluğu
komissiyası tərəfindən aparılmır.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin keçirilməsi ilə bağlı
məlumatı haradan əldə etmək olar?
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət
orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin keçirilməsi ilə bağlı elanlar
mütəmadi olaraq kütləvi informasiya vasitələrində dərc edilir, o cümlədən Komissiyanın rəsmi internet saytında
(http://www.csc.gov.az/) yerləşdirilir.
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar hansı sənədləri təqdim etməlidirlər?
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıdakı sənədləri Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər:
ərizə
şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq edilmiş)
kadrlar uçotunun şəxsi vərəqəsi
ali təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq edilmiş)
əmək kitabçasının surəti (olduğu
təqdirdə, notarial qaydada və ya işəgötürən tərəfindən təsdiq edilmiş)
ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti (olduğu təqdirdə, notarial qaydada və ya işəgötürən tərəfindən
təsdiq edilmiş)
sağlamlıq haqqında arayış
ağ fonlu rəngli fotoşəkil 4 ədəd (2 ədəd 3 x 4, 2 ədəd 4 x 6)
Sənədlərin qəbulu müsabiqə elan edilən gündən etibarən 30 gün Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə
iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır, orta təhsilli vətəndaşlar elan edilən müsabiqələrdə iştirak edə
bilməzlər.
Müsabiqədə iştirak etmək istəyən vətəndaşların təqdim etməli olduqları ərizə formasını və kadrlar uçotunun şəxsi
vərəqəsini Komissiyanın rəsmi internet saytından (
http://www.csc.gov.az/
) yükləyə və ya inzibati binasından
(AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) əldə edə etmək olar.
Dövlət qulluğuna qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?
Qanunvericiliyə uyğun olaraq müsabiqə vahid test imtahanından və söhbətdən ibarətdir. Test İmtahanında mümkün
olan baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir. Əlavə olaraq
bildiririk ki, test imtahanında hər namizədə 100 sual təqdim edilir və hər düzgün cavab bir balla qiymətləndirilir.
19. Vərəsəlik hüququnun ümumi müddəaləri
1. Vərəsəlik nə deməkdir?
Vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməsidir.
2. Miras qoyanın əmlakı vərəsələrə hansı əsaslarla keçir?
Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki,
miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
3. Vərəsələr kimlərdir?
42
1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın
ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras
qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-
olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
QANUN ÜZRƏ VƏRƏSƏLİK
4. Qanun üzrə vərəsələr kimlərdir?
Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər
(övladlığa götürənlər).
(Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin
uşaqlarına və onların övladlarına bərabər tutulurlar.)
2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların
uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ
olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras
alırlar.
3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və
atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt
nənə və baba sağ olmasın.
4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların
uşaqları.
VƏSİYYƏT ÜZRƏ VƏRƏSƏLİK
5. Vəsiyyət üzrə vərəsəlik nə deməkdir?
Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar
sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bunun üçün miras qoyan tərəfindən vəsiyyətnamə qoyulmalıdır.
6. Vəsiyyətnamə necə tərtib olunur?
Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol
verilir.
Vəsiyyətnamənin notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən özü yazır və imzalayır, notarius isə
təstiqləyir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən iki şahid olmaq şərti ilə notarius yaza bilər, vəsiyyət edən
isə vəsiyyətnaməni notariusun və şahidlərin yanında oxuyub imzalayır. Əgər vəsiyyət edən hər hansı bir səbəbdən
vəsiyyətnaməni özü imzalaya bilmirsə, başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən
vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
Ev vəsiyyətnaməsi- vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Bu halda o, vəsiyyətnaməni zərfə
qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər notariusa bəbrabər tutulan şəxsə) verə bilər.
Mirasda məcburi pay nə deməkdir?
Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı
olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi
pay) təşkil etməlidir.
Məcburi pay almaq hüququ olanvərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər qanun üzrə
vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
Mirasın qəbul edilməsi qaydası nədir?
Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik
etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə
miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və
harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.