9
daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsinə (konsulluq idarəsi və icra hakimiyyətinin
nümayəndəliyinə) şəxsən yazılı ərizə verirlər.
Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə
getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə (konsulluq idarəsinə və icra
hakimiyyətinin nümayəndəliyinə) gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid
hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. Gəlməmiş tərəfin ərizədəki
imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin
nümayəndəliyi) tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir.
Ərizəni qəbul etmiş Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi nikaha daxil
olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-birinin səhhəti və ailə
vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-arvad və ya valideyn kimi onlara
hüquqlarını və vəziyyətini izah etməlidir. Nikahın qeydiyyatının günü və saatı nikaha daxil olan şəxslərlə
razılaşdırılaraq müəyyən edilir.
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ərizəni qəbul etdikdən sonra
evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı təyin edilir. Nikah
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq
istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır. Üzrlü
səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin
nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.
Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə
və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının
hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər
hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında
şəhadətnamə və s) təsdiq edilməlidir. Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq
istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması) nikah ərizə verilən gün bağlana bilər.
Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər.
Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.
Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına bilər. Nikahın
qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat şöbəsinə (konsulluq idarəsi
və icra hakimiyyətinin nümayəndəliyinə) nikahın toy mərasimində qeydə alınmaq istəyi barədə məlumat
verirlər.
Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.
Soyadı, adı və ata adını necə dəyişdirilməsi
Soyadı, adı və ata adını necə dəyişdirilməlidir?
Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra dəyişdirə
bilər. Öz adını və soyadını, atasının adını dəyişmək istəyən şəxs müvafiq ərizə ilə daimi yaşayış yerində
qeydiyyat şöbəsinə müraciət etməlidir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri təqdim
olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarına dəyişikliklər edilməsi
haqqında rəy qəbul edir və ya dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla
ərizə verən şəxsə yazılı məlumat verilir.
Əgər şəxslə qeydiyyat şöbəsi arasında mübahisə yaranmırsa və qeydiyyat şöbəsi dəyişiklik etməyə etiraz
etmirsə qeydiyyat şöbədə aparılır. Qeydiyyat şöbəsi ilə şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş
məhkəmənin qətnaməsi əsasında aparılır. Qeydiyyat şöbələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının
qeydindəki dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır.Müstəsna
hallarda qeydiyyat şöbəsinin rəisi tərəfindən ərizə verən şəxsə məlumat verilməklə, həmin müddət bir aydan
çox olmayan müddətə uzadıla bilər.
10
Vətəndaşlıq vəziyyəti aktlarının qeydində edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və
dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş
şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni
şəhadətnamə verilir.
Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir.
Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş
olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı
valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi
valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə
orqanı tərəfindən həll edilir.
5. Notariat və notariat xıdmətləri
1. Azərbaycan Respublikasında notariat
Azərbaycan Respublikasında notariat dedikdə AR notraiat haqqında Qanunla nəzərdə
tutulmuş hüquqi hərəkətləri (bundan sonra notariat hərəkətləri) aparmağa müvəkkil edilmiş şəxslər birlikdə başa
düşülür. Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli
faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət Yalnız
Notariat haqqında qanunla muəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər.
Hüquqi institutlar arasinda notariat əhaliyə ən yaxın olanıdır. Notariat məişət məsələlərinin əksəriyyətini həll
etməyə kömək edir.
2. Kim notarius adlanır?
Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs notarius adlanır.
3. Hansı subyektlər dövlət idarələrində notariat fəaliyyətini həyata kecirə bilər
Dövlət vasitəsi ilə notariat fəaliyyətini dovlət notariat kontorlarında çalışan dövlət notariusları, notariat kontorları
olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər Azərbaycan Respublikasının konsulluqlarının
səlahiyyətli vəzifəli səxsləri bu Qanunla muəyyən edilmiş qaydada həyata keçirirlər.
4. Dövlət və xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlər hansılardır?
Dövlət notariusu asağıdakı notariat hərəkətlərini aparır:
1) əqdləri və etibarnamələri təsdiq edir;
2) miras əmlakın muhafizə olunması üçün tədbirlər görür;
3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;
5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;
6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
7) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
8) sənədlərin bir dildən basqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;
9) şəxsin sağ olması faktını təsdiq edir;
10) şəxsin muəyyən yerdə olması faktını təsdiq edir;
11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;
12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
13) fiziki və hüquqi şəxslərin ərizələrini basqa fiziki və hüquqi şəxslərə verir;
14) Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə
qəbul edir;
15) icra qeydləri aparır;
16) veksellərə protestlər tərtib edir;
17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;
18) sənədləri saxlanmaq üçün qəbul edir;
19) dəniz protestləri tərtib edir;
20) sübutları təmin edir.
Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib edilməsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən muəyyən notariuslara həvalə edilə bilər.
5. Notariusun vəzifələri