Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

 
188 
Müdrikdəsə gözəl söz. 
Bunu bütün görənlər
Heç yaddan çıxarmazlar. 
Kalmıkda fürsət bitdi, 
Şoşay xan - Koblan üçün, 
Döyüş saatı gəldi. 
Döyüş vaxtı gələndə, 
Bir-birin nizələrlə, 
6240. Başladılar didməyə. 
Az keçmişdi - onlara, 
Yaxınlaşdı Qarlıqa. 
Öz gücünü göstərdi, 
Bildilər – hünərvərdi. 
“Qisasa qisas olsun”, 
Yəqin pis söyləməzlər. 
“Bədə bədlik edəndə, 
Səni lənətləməzlər. 
Şoşay xanın yanında, 
6250. Mən səndən aldım qisas. 
Baxmayaraq doğuldum, 
Mən gözəl qadın kimi! 
Sən məni təhqir etdin”. 
Koblan batırı Qarlıqa 
Yandan nizəylə vurdu. 
Vurub yerində durdu, 
Qeyrəti lap duruldu. 
Beləcə düşmən özündən 
Adlı-sanlı Koblanı, 
6260. Dartıb tez atdan saldı. 
Heç kimdən çəkinmədən, 
Qaraspanda qurduğu 
O, çadıra yola aldı. 
Yeddi il burda qaldı. 
Batıra acığı tutdu, 


 
189 
Heç kimə sirr açmadı. 
Koblan atdan düşəndə, 
Xoş gündən gen düşəndə, 
Düşmən qələbə çalanda, 
6270. Qızılbaşın atında, 
Batır hər bir şey etdi
Qeyrətini göstərdi. 
Qızılbaş onu vurdu, 
Vurub yerində durdu. 
Başqa gələn qızılbaş,  
Qoymadı onu çıxmağa, 
Burıla əl atdılar, 
Əsgərlər dövrəyə aldılar. 
Burıl dostuna dedi: 
6280. “Belimə minərsənmi?” 
Koblanın başına dolandı, 
Qurd tək üstünə düşdü, 
Düşmənə tərs-tərs baxdı. 
Sən ey Ömərlə Osman! 
Qoşqar buynuzlu aypara, 
Burıl özün ələ vermədi, 
Dövrədə düşmənlərə, 
 Ölüm qorxusu gəldi
Düşmənlər qarşısında, 
6290. Səs-küylə səmaya uçdu. 
Tayburılı görən tək
Bildi atdan düşüb batır – 
Seil oğlu Qaraman, 
Əsgərlər içinə girdi. 
Burıl atı görən tək, 
Nə olduğun bilməkçün, 
Qayış baldır kəhər atda, 
Oraq əsgərlərə çatdı. 
Tayburılı görən tək, 


 
190 
6300. Bildi yıxılıb batır, 
Altı yaşlı Bokenbay 
Dələ papaq başında, 
Oturub səmənd atında, 
Töküb qaşqabağın da. 
O, şahin tək şığıdı, 
Əl-qolunu sıyırdı. 
Şir doğulmuş Bokenbay, 
Düşmən içinə getdi, 
Daşları da toz etdi, 
6310. Hamı ondan razı qaldı – 
Bu onunçün yazıydı. 
Bokenbay hamıdan öncə, 
Düşmən sırasın yardı. 
Atasının dadına  
Bokenbay gəlib çatdı... 
Bir yerdə dayanmadı. 
Qızılbaşlar döyüşə, 
Sinə gərə bilmədi. 
Qaçdılar bu oğlandan, 
6320. Tayburılı görən tək. 
Bildi yıxılıb batır, 
Kəhər yallı atıyla, 
Yestemis çapdı oraya. 
Əlindəki tunc kuruku, 
Düz iki yerə böldü. 
Şir kimi səs çıxarıb, 
Ordunun içinə girdi. 
Əl-qolun cırmaladı, 
Yaxşıca hamarladı. 
6330. O, çox məşhur qoçaqdı, 
Qurd tək sürünü basdı. 
Qızılbaşları qırdı, 
Koblandıya yetişdi. 


 
191 
 Gördü batırı yaralı.  
“Ya sultanım” – deyib Yestemis, 
Koblan batırla yanaşı, 
Sanki nər tək şığıdı. 
Qurtqaya xəbər verdi, 
Yenidən ata mindi
6340. Nə danışdı, nə dindi. 
Yaylıq saldı başına, 
Yallı atı altına. 
Atla Qurtqaya çapdı, 
Yaxınlaşdı və dedi: 
“Batır yaralanıbdı, 
Burda nə oturmusan! 
Yarasın sarımağa, 
Ayı ödü məlhəmdi, 
Götür get onun yanına. 
6350. Alqan içindədirsə, 
Tamam gücdən düşəcək”. 
Yestemis Qurtqaya dedi: 
“Tez ol sən bir min ata! 
Sultanım yaralıdır, 
Biz onu tez sağaldaq. 
Qurtqa eşidən təki 
Batırdan bu xəbəri
Gözdən seltək yaş axdı. 
Gözəllər gözəli Qurtqa  
6360. Dedi gəlsin yorğa at. 
Bizim qoca Yestemis, 
Çığırdı: “Tez yığılın 
Bir az cəld olun” - dedi: 
Bədəni oddan yanırdı, 
Yağışdan öncə görünən 
Buluda bənzəyirdi. 
“Koblandının üstündə 


 
192 
Tez çadır qurun” – dedi:  
Koblan, mənim sultanım, 
6370. Bu səfərin tutmadı. 
XXI.  Bunlar  burada  qalmaqda  olsun.  İndi  sizə 
Koblandıdan danışım. 
Koblandı  özündən  gedir.  Bir  müddət  keçdikdən  sonra 
özünə gəlib oğlunu yanına çağırır.  
Bir az vaxt keçmişdi ki
Uğursuz səfərindən, 
Başı yaralı idi. 
Üstünü toz örtürdü – 
Gözünü açıb baxdı, 
Bir azdan özünə gəldi. 
Qızılbaşlar qaçırlar, 
Yorğa səmənd atlarda. 
Onun oğulu çapır, 
6380. Öz gözlərilə gördü. 
Tez yanına çağırdı, 
Koblan batır söylədi, 
Söyləyəndə bunu dedi: 
“Yel kimi ot Yelik gölün, 
Orada Yesimbaydır, 
Buxaryay qışlağıdır. 
Səni göndərən Allaha  
Tək mən özüm qurbanam! 
Buna görə yalvardım. 
6390. Yanıma kim gələrdi? 
Sənsə çıxdın elindən, 
Göy geyimdə bir qurd tək, 
Qızılbaş xanı Şoşay, 
Məndən doğulmusansa, 
Bokenbay, onu izlə 
Nizəmi taxmayınca, 
Səni tapşırram pirlərə. 


 
193 
Yerindən durub qışqırdı, 
Ay Ömərim, Osmanım! 
6400. Mənim yeddi pirlərim! 
Bokenbayı qoruyun. 
Xanlara baş əymədim, 
Batırlara baş əymədim, 
Yalnız qadın önündə, 
Mən dizi üstə çökdüm... 
Ölərəm – qəmim getməz. 
Bilməm niyə belə etdim. 
Bilmədim kimdi düşmən?! 
Əkənin sözün eşidib
6410. Bokenbay yola düşdü 
Dedi: “Şoşay, toxta sən. 
Qaçma Şoşay, qaçma sən”. 
Qaçma dedi şığıdı. 
Arkada qulan taxtadı, 
Sərrast silah oxdadı. 
“Uşaq nə edər?” – deyib, 
Şoşay qoşunun saxladı. 
Gördü qarşıdakı uşaqdı, 
Gördü – Şoşay qorxmadı. 
6420. Yaik boyu qamışdı, 
Qoruduğum namusdu. 
Bokenbay ondan qorxmadı. 
 Şoşaya gil tək yapışdı. 
Süngüsün irəli verdi. 
Süngülər hərəkətə gəldi. 
Bir-birini dəldilər. 
Bokenbay atın mindi,  
Tanrım üzünə güldü. 
Tez yağıyla vuruşdu. 
6430. Qeyrət alışdı, daşdı. 
Besin zamanı gəldi, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə