QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə167/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   163   164   165   166   167   168   169   170   ...   184

 

371


1 2 



1911 –ci il 

Yantzı, Çin 

100000 


1642-ci il 

Çin  

300000 


 

Kür çayında daşqın hadisələri, əsasən 4 ay (mart-iyun ayları) baş verir.  



Azərbaycanda 1954-cü ildə tikilən su anbarları və hidrotexniki qurğular Kür və Araz çaylarında baş verən 

daşqınların qarşısını almaqda böyük rol oynadı, lakin onun qarşısını tamamilə ala bilmədi.  

Yalnız 1967, 1969, 1979, 1982, 1988, 1997, 2002, 2003-cü illərdə baş verən daşqınlar nəticəsində 

Azərbaycan iqtisadiyyatın azı 0,5 mlrd. ABŞ dolları həcmində birbaşa və dolayı yolla zərər dəymişdir.  

Qeyd etmək lazımdır ki, Kür və Araz çaylarının aşağı axınlarında 800 km-ə qədər məsafədə bir, bəzən iki 

sıra torpaq bəndləri min illərdən bəri  ətraf  ərazilərdəki yaşayış  məntəqələrini,  əkin sahələrini, bağları 

daşqınlardan qoruyurdu. Bu bəndlərin təmirinə hər il külli miqdarda vəsait sərf edilirdi. Son 20 ildə bu bəndlərə 

münasibət dəyişmiş, yararsız hala düşmüş və ya onlardan başqa məqsədlər üçün istifadə edilir. Hazırda Kürboyu 

zonada yaşayış məntəqələri genişləndiyindən, bəzi ərazilərdə bəndlər kəndlərin daxilində qalmışdır. Əslində isə 

yaşyış məntəqələri torpaq bəndlərindən 50-100 metr aralıda yerləşməliydi, bəndlərlə çay arasında bütün tikinti 

işləri və digər mənimsənilmələr dövlət qanunu ilə qadağan olunmalıdır. Burada yalnız meşələrin, meşə-bağların 

salınması  məqsədəuyğun olardı. Bu torpaq bəndlər bəzən dağıdılır,  ətraf  əraziləri suvarmaq üçün bəndləri 

kəsərək arxlar və kanallar çəkilir, üstündən avtomobil yolu kimi istifadə edilir.  

Tarixən Kürün sağ sahilində çay boyunca çoxlu kiçik göllər və axmazlar mövcud olmuşdur. Onlardan 

Sarısu və  Ağgöl indi də qalmaqdadır. Vaxtilə bu göllər və axmazlar Kür çayının suyunun tənzimlənməsində 

mühüm rol oynamışdır. Belə ki, Kür çayı daşarkən, sular bu göl və axmazlara dolar, səviyyə aşağı düşəndə isə 

əksinə göl və axmazlardan Kür çayına axaraq, onun səviyyəsini tənzimləyərdi. Lakin 1960-cı ildən başlayaraq 

göl və axmazları Kürlə birləşdirən təbii kanal və axarlar insanlar tərəfindən bağlanıldı. Onların bəziləri 

qurudularaq  əraziləri pambıq bitkisi altında istifadə olundu. İnsanların təbiətə belə düşünülməmiş müdaxiləsi 

nəticəsində ərazidəki təbii torpaq və bitki örtüyünə, heyvanat aləminə neqativ təsirini göstərmişdir (Babaxanov, 

Paşayev, 2004). Onu da qeyd edək ki, göl və axmazların qurulmasında Mingəçevir su anbarının tikilməsi ilə 

əlaqədar Kürboyu yerləşən  ərazinin su rejiminin dəyişməsi, yeraltı suların səviyyəsinin aşağı düşməsi, çayın 

dövri olaraq daşıb  ətraf sahələri basmasının müşahidə olunmaması mühüm rol oynamışdır. Bununla yanaşı, 

gəmiçilik üçün Kürün istiqamətinin (əyrilərinin) düzləşdirilməsi ilə  əlaqədar göl və axmazların Kürdən xeyli 

aralı düşməsi də onların qurumasında müəyyən rol oynamışdır, bu həm də relyefin mikrohündür yerlərində 

rütubətsevər qovaq meşələrinin qurumasına səbəb olmuşdur. Bu proses haqqında Azərbaycanın meşələri 

(Məmmədov, Xəlilov, 2002) kitabında geniş məlumat verilir.  

Kür və Araz çaylarının aşağı axarı ərazilərində yaşayış məntəqələri bir-birinə yaxın yerləşir, bəzən bir-birilə 

birləşərək vahid məskunlaşma sistemi yaradır. Burada əhalinin sayı 1 mln.-dan artıq təşkil edir və artım sürətlə 

gedir. Odur ki, baş verən daşqın əvvəlki illərlə müqayisədə daha çox ziyan yetirir.  

2002-ci ilin dekabr ayı və 2003-cü ilin əvvəlində (qış mövsümü dövründə) Azərbaycanın bütün ərazisində 

son 100 ildə baş verməyən real dağıdıcı daşqın və sel hadisələri təhlükəsi yaranmışdı. Bəzi Kürətrafı ərazilərdə 

10 min hektarlarla əkin sahələri su altında qaldı.  Əməli olaraq görülən tədbirlər (torpaq bəndlərinin 

bərkidilməsi, təmiri, yenidən qurulması) nəticəsində ərazidəki yaşayış məntəqələri (Kürdəmir, Neftçala, Salyan) 

daşqınlardan qismən mühafizə oluna bildi.  

2003-cü ilin mart-may aylarında Kür-Araz çayları suyunun 30-40 ildən sonra yenidən ən yüksək səviyyəyə 

çatması burada məskunlaşan 1,5 mln.-dan artıq  əhalini, 10 min hektarlarla əkin sahələrini, minlərlə yaşayış 

evlərini böyük təhlükə qarşısında qoydu. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan hesablamalara görə, 

2003-cü ildə müxtəlif təhlükəli fəlakətlər nəticəsində  kənd təsərrüfatına 145,4 mld. manat ziyan dəymişdir, 

bunun 60%-dən çoxu Aran rayonlarının payına düşür (əsasən daşqınlar vurduğu ziyan).  

Kür çayının səviyyəsinin kəskin aşağı düşməsi də Kür-Araz ovalığında problemlər yaradır. 2002-ci ilin yay 

aylarının  əvvəllərində son 50 ildə  təsadüf olunmayan, Kür çayının səviyyəsi kəskin aşağı düşdü.  Ərazidə 

əkinçilik yalnız suvarmaya əsaslandığından  əkin sahələrinin bir hissəsi tamamilə  məhv olmuş. bağ  və 

üzümlüklərin çoxu quruyaraq yararsız hala düşmüşdür. Kürdə səviyyənin kəskin aşağı düşməsi nəticəsində suyu 

çaydan vuran borular çaydan aralı qalmış, onlardan istifadə mümkün olmamışdır. Bu hal 20-25 gün davam 

etdiyindən  əhali içməli sudan da çox əziyyət çəkmişdir. Kür sahilindəki axmazlar, göllər, süni yaradılan 

balıqyetişdirilən göllərin  əksəriyyəti qurumuş, balıqçılıq təsərrüfatına xeyli ziyan dəymişdir. Kür çayı 

hövzəsindəki kənd  əhalisinin gediş-gəlişi üçün istifadə edilən nəqliyyat vasitələri (gəmi, qayıq) fəaliyyətini 




 

372


dayandırmışdır.  

Yuxarıdakılar göstərir ki, daşqınlar bütün dünyada ağır nəticələrlə müşayiət olunur, epidemiya 

xəstəliklərinə, ölüm hadisələrinə və aclığa səbəb olur.  

Daşqın suları torpaqları, təsərrüfat qurğularını, binaları, yolları, əkin sahələrini basır. Böyük su kütləsinin 

yüksək sürəti körpüləri aparır, sahil qurğularını dağıdır, gətirilən iri daşlar insanlar üçün təhlükə yaradır. Su 

çəkiləndən sonra yığılan çay gətirmələri (lil, qum, çınqıl) əsasən kənd təsərrüfatına böyük zərər yetirir.  



 

23.6. TROPİK TSİKLONLAR  

Tropik tsiklonlar özündə olduqca böyük enerji ehtiyatı daşıyır və böyük dağıdıcı gücə malikdir. Orta ölçülü 

tsiklonun kinetik enerjisini bir neçə nəhəng hidrogen bombasının partlayış enerjisi ilə müqayisə etmək olar və 

şimal yarımkürəsinin bütün kinetiv enerjisinin 10%-nə qədərini təşkil edir.  

Əksəriyyət ölkələrdə tropik tsiklonların baş verməsi haqqında xəbərdarlıq sisteminin fəaliyyət göstərməsinə 

baxmayaraq hər bir tsiklonun keçməsi arzuolunmaz insan tələfatı ilə nəticələnir. İnsan tələfatı və böyük maddi 

zərər qasırğalı küləklərlə, güclü leysan tərəfindən yaradılan daşqınlarla, həmçinin suyun fırtınalı qovulması ilə 

əlaqədardır. Suyun qovulması nəticəsində tsiklonun quruya doğru hərəkəti zamanı sahil boyu su 8 metr və daha 

çox qalxa bilər.  

1998-ci ilin oktyabrında Qonduras və Nikaraquada ən dağıdıcı qasırğalardan sayılan «MİTCH» qasırğası 11 

min adamın həyatına son qoydu, 2 mln. adam isə evsiz-eşiksiz qaldı. Bu ölkələrdə son 200 ildə  ən güclü 

daşqınlar baş verdi. Qasırğanın vurduğu iqtisadi ziyanın ümumi miqdarı 2 mlrd. dolları keçdi.  

 

 

Tropik tsiklonlar törənən rayonlar 



  Tropik tsiklonlar ilin istənilən vaxtında Sakit okeanın cənub-şərq hissəsi və Atlantikanın cənub hissəsi 

müstəsna olmaqla bütün okeanların tropik hissələrində baş verə bilər. Onlar ən çox Sakit okeanın tropik 

zonasının  şimal hissəsində baş verir, burada hər il orta hesabla 30-a qədər tsiklon müşahidə olunur. Tropik 

tsiklonların əsas inkişaf mövsümləri avqust, sentyabr aylarıdır, qış və yaz aylarında onların təkrar olunması çox 

azdır.  

  Tropik tsiklonlar daha çox (87%) 5

0

  və 20


0

 enliklərdə baş verir. Daha yüksək en dairələrində onlar 

yalnız 13% halda təsadüf olunur. 35

0

 şimal en dairəsindən şimalda və 22



0

 cənub enliyinin cənubunda tsiklon heç 

vaxt qeydə alınmamışdır. Böyük intensivliyə malik olan tropik tsiklonlar hər rayonda öz adını daşıyır. Sakit 

okeanın şərq hissəsində və Atlantikada onlar uraqan (ispan dilində urakan), Hindistan yarımadası ölkələrində 



tsiklon və ya ştorm, Uzaq Şərqdə tayfunlar («tay» adlı çin sözündən, güclü külək deməkdir). Az yayılan yerli 

adlardan – Avstraliyada «villi-villi», Okeaniyada – «villi-vau», Filippində  «baqio» adlanır. Azərbaycanda 

tropik tsiklona qasırğa deyilir.    

 

Tropik tsiklonların baş vermə səbəbləri və təkamülü  

  Tropik tsiklonlar su səthində yüksək temperatur (26

0

-dən yüksək) olan yerdə  və su ilə havanın 



temperatur fərqi 2

0

-dən artıq olduqda baş verir. Bu, buxarlanmanın çoxalmasına, havada rütubət ehtiyatının 



artmasına səbəb olur, bu da məlum dərəcədə atmosferdə istilik enerjisinin toplanmasını  təyin edir və havanın 

şaquli qalxmasına şərait yaradır. Əmələ gələn güclü çəkici qüvvə su səthinin üzərində isinmiş və rütubətlənmiş 

yeni-yeni hava kütləsini çəkib aparır. Yerin fırlanması qalxan havaya burağan hərəkəti verir və burağan 

möhtəşəm gücə malik fırlanğıca çevrilir.  

 

İntensivliyinə görə tropik tsiklonlar aşağıdakı kimi adlanır:  



1.

 

Tropik qəzəbi – küləyin sürəti az olur (17 m/san) 



2.

 

Tropik depressiya – küləyin sürəti 17-20 m/san 



3.

 

Tropik fırtına – küləyin sürəti 38 m/san-yə qədər  



4.

 

Tayfun (qasırğa) – küləyin sürəti 39 m/san-dən çox 



Tropik tsiklon mülayim en dairəsinə  çıxdıqda özünün spesifik xassəsini itirir və qeyri-tropik enliyin adi 

tsiklonuna çevrilir. 

  

23.7. TAYFUNLAR  

Tayfunlar  ən dağıdıcı tropik tsiklonlar sırasına aiddir. Hər il tayfunlar Asiyanın bir sıra ölkələrinin 

iqtisadiyyatına olduqca böyük itkilər verir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələr tayfunların vurduğu 

ziyanları çətinliklə bərpa edə bilir.  

Sakit okeanın qərb hissəsinin üzərində ildə 25-30 peyda olunan tayfundan ayrı-ayrı illərdə 1-dən 4-ü Yapon 

dənizinə  və Primorski ölkəsinə  çıxır. Bütün bunlar Filippindən  şimali-şərqdə okean üzərində  əmələ  gəlir. 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə