362
Tankerlərin qəzaları Dünya okeanı və onun sakinləri üçün XX əsrin əsl bəlasına çevrilmişdir. 1970-ci
ildə -
29; 1989-cu ildə – 11; 1991-ci ildə – 7 böyük qəza üz vermişdir. 1987-ci ildə İngiltərənin sahilində baş verən
tankerin qəzası nəticəsində su səthinə 117 min ton xam neft dağılmışdır.
Qeyd edək ki, belə qəzaların nəticələri onillər boyu müşahidə olunur. Bu qəzaların əksəriyyəti yaxşı havada
baş verir və buna həmişə sahibkarların və ekipajların səhlənkarlığı səbəb olur.
363
XXIII FƏSİL
TƏBİİ FƏLAKƏTLƏR
Yerin geoloji tarixində alimlər (Y.Kyuvye və b.) fəlakətlərin böyük rol oynadığını göstərir.
Təbii fəlakətlər – geofiziki vəziyyətin ekstremal nəticəsi olub, təbii əlverişsiz vəziyyətdə dağıdıcı faktorlar
əmələ gələrək təbii faciələr törədir.
Ekoloji fəlakətlər – təbiətin anomaliyası (qeyri adiliyi) uzunmüddətli quraqlıq, kütləvi qırğın (məsələn,
heyvanların və s.) olub, çox vaxt insan fəaliyyətinin təbii proseslərə bilavasitə və dolayı yolla təsiri əsasında baş
verir və müəyyən regionda kəskin əlverişsiz iqtisadi nəticələr törədir və ya əhalinin kütləvi surətdə məhv
olmasına səbəb olur.
Texniki qurğuların (atom elektrik stansiyaları, tankerlər və s.)
qəzası mühitdə kəskin əlverişsiz dəyişikliyə
səbəb olaraq canlı orqanizmlərin kütləvi ölümü və iqtisadi ziyanla nəticələnir.
Təbii fəlakətlərin aşağıdakı növlərini göstərmək olar: daşqınlar, tropik tsiklonlar, tufanlar, tayfunlar,
sunamilər, zəlzələlər, vulkan püskürmələri, quraqlıq, ayazlar, meteorit zərbəsi, sürüşmələr, dağ uçqunları, qar
uçqunu, xortumlu burulğan (smepç) və s.
Təbii fəlakətlər litosfer, hidrosfer və atmosferdə qarşılıqlı əlaqədə olurlar.
23.1. FIRTINALAR
Fırtınalar Yer kürəsinin hər yerində qeydə alınan təbii fəlakətlər olub, çox müxtəlifliyi ilə səciyyələnir. On-
lardan bir hissəsi, eyni zamanda inkişaf edib burulğanlı (burulğanlı fırtına) və burulğansız hava axınının hərəkəti
kimi təzahür olunur. Digəri üçün isə havanın yalnız axın hərəkəti formasında (hava axını fırtınası) baş verməsi
xarakterikdir.
Burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan
və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar adətən quraqlıq vilayətlərdən
yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada
çınqıl və iri qum: 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər)
xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar
(Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar – Orta
Asiya üçün xarakterik olub sarı-qonur qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış
gillicə); ağ fırtına – geniş şoran ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan
Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Toz-
lu tufanların müddəti bir neçə saatdan 7 … 70 sutkaya kimi davam edir. Küləyin sürəti adətən saniyədə 40 metri
keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da böyük maddi ziyan yeti-
rir.
Tozlu fırtınalar kənd təsərrüfatı üçün ən təhlükəli meteoroloji hadisələrdən biri hesab olunur.
Onlar həm
təbii, həm də antropogen faktorların təsirindən baş verir. Keçmiş SSRİ ərazisində (Ukraynanın Odessa
vilayətinin cənub-qərbində, Krımın bozqır rayonlarında, Nikolayev və Xerson vilayətinin cənubunda, şimali
Qafqazın bozqır rayonlarında, Qazaxıstanın Quryev vilayətinin Xəzəryanı, Aktyubinsk və Qızıl vilayətlərinin
Aralyanı rayonlarında və s.) ən güclü tozlu tufanlar 1892, 1928, 1960-cı illərin yazında baş vermiş, torpağın
eroziyasına (sovrulmasına), səpinlərin korlanmasına, sovrulma materiallarının yolları basmasına səbəb
olmuşdur.
Tozlu fırtınaların baş verməsi və inkişafına kompleks aqrometeoroloji faktorlar səbəb olur, bu faktorlara
güclü küləklər (10 m/san-dən yüksək), torpağın üst qatının tozlu və quru olması, tarlalarda bitki örtüyünün
olmaması və ya zəif inkişaf etməsi, geniş açıq sahələrin mövcudluğu aiddir. Tozlu tufanlar adətən havanın nisbi
rütubətliyi 50%-dən aşağı olduqda baş verir. Qış dövründə bu faktorlara qar örtüyünün olmaması, torpağın
sementləşməsi və dərin olmayan donuşluğunu da aid etmək olar.
Göstərilən faktorlar kompleksi bozqır, yarımsəhra və səhra zonalarında yaranır.
Tozlu tufanlar ən çox yaz mövsümündə güclü küləklər əsən zaman, tarlalar şum altında olduqda və ya bitki
örtüyü orada zəif inkişaf etdikdə baş verir. Bozqırlarda yayın sonunda torpaq quruduqda və erkən yazlıq
bitkilərin məhsulu yığıldıqdan sonra torpaq şumlandıqda da tozlu tufanlar olur. Küləyin sürəti artdıqca torpağın
sovrulma intensivliyi də çoxalır. Məsələn, küləyin sürəti 12-dən 15 m/san-yə qədər yüksəldikdə torpağın so-
vrulma intensivliyi (eroziyası) 2 dəfəyə kimi artır.
Maneələrin (meşə zolağı, tikinti) yaxınlığında küləyin sürəti azaldığından daha ağır hissəciklər toplanaraq
364
torpaq yığını əmələ gətirir. Ən yüngül torpaq hissəcikləri atmosferdə asılı vəziyyətdə qalır. Ona görə də tozlu
fırtına zamanı görünüş və işıqlanma pisləşir, Günəş tozlu örtükdən çətinliklə işıqlana bilir.
Tozlu fırtınaların mənfi təsirinə qarşı aparılacaq tədbirlər torpaq səthində küləyin sürətini zəiflətməyə və
torpaq hissəciklərinin ilişgənliyini artırmağa yönəldilməlidir. Belə tədbirlərə aşağıdakılar daxildir. Ajur tipli
meşə zolaqlarının salınması və küləkqoruyucu kulislər sisteminin yaradılması əsas tədbir hesab edilir. Tarlada
kövşəni saxlamaqla, torpağın laydırsız (əkin qatını çevirmədən) şumlanması, torpaq hissəciklərinin ilişgənliyini
artırmaq üçün kimyəvi maddələrin tətbiqi, çoxillik otların səpini ilə torpaqqoruyucu əkin dövriyyəsi, birillik
səpinlər, çoxillik otların zolaqlarla növbələnməsi və b.
Tozlu fırtınalarla mübarizə tədbirlərini hazırlayarkən hakim küləklərin istiqaməti, ərazinin relyefi, tarlanın
mikroiqlimi və torpağın xüsusiyyətləri nəzərə alınmalıdır.
Burulğanlı fırtınaların özünəməxsus növmüxtəlifliyi – qəfil fırtınalar olub aşağıdakı xarakterik əlamətlərə malik-
dir: demək olar ki, qəfildən baş verməsi, qısa müddətli dağıdıcı gücə malik olmasıdır. Belə fırtınalar dənizdə və quru-
da baş verir, bir qayda olaraq leysan yağışlarla və dolu ilə müşayiət olunur. Moskva ətrafında 1937-ci ildə baş verən
qəfil fırtına zamanı küləyin sürəti 35 m/san-yə çatmışdır. Bu zaman möhtəşəm ağaclar kökündən çıxmış, çardaqlar
uçmuş, pəncərələr sıxılmış, havanın temperaturu 12
0
C-yə qədər aşağı düşmüşdür. Dağıntılar 100 km məsafədə də
qeydə alınmışdır.
Axın fırtınalarında «burağan gövdə» olmur, odur ki, hərəkət edən hava axın şəklində olur. Belə
fırtınalardan ən çox yayılanı qışda bəzi çayların mənsəbində və estuarilərdə baş verən, sahil boyu ərazilərdə
yerləşən dağlardan yüksək sürətlə aşıb gələn bora adlanan güclü soyuq sərt şimal küləyidir. Bora quru və su
hövzələri arasında atmosfer təzyiqi kəskin fərqli (quruda yüksək, su hövzəsində isə aşağı) olduqda yaranır.
Sürəti bəzən 40 m/san-dən də çox olur. Bora tipli küləklər Novorossiyskdə – «Nord-ost», Baykalda – «Sarma»,
Provansda (Fransanın Aralıq dənizi sahili boyu və Atlantika sahillərində) – «Mistral», Texasda (ABŞ-da) –
«Norzer», Amazonka çayında –
«Pororoka» adlanır. Ən güclü bora Çində Fuçuntsyan çayında
müşahidə olu-
nur.
Bora hadisəsinə Novorossiysk borası klassik misal ola bilər. Şimaldan gələn soyuq hava kütləsi Qafqaz sıra
dağlarının qərb qurtaracağından aşaraq Qara dənizin Semes buxtasına düşür və Novorossiyskiyə basılır. Bu za-
man bir neçə saat ərzində temperatur 20
0
C-dən çox aşağı düşə bilər.
Küləklə dənizdən ayrılan su damlalarının sürəti 60m/san-yə çataraq liman və şəhər tikililərində və buxtadan
çıxmamış gəmilərdə donur. Əmələ gələn buz qatının qalınlığı bəzən 4 m-dən də çox olur. Donmuş gəmilər çe-
vrilir. Belə ki, 1848-ci ildə praktiki olaraq Qara dəniz eskadası məhv edildi. Yalnız fraqman freqatı (hərb
gəmisi) «Midiya» və Şxuna (üçdorlu yelkənli gəmi) «Smelıy» salamat qaldı, qalanları isə sahilə atıldı və ya do-
naraq komanda ilə bir yerdə suya batdı. Bir çox binaların qapı və pəncərələri qırıldı, möhtəşəm ağaclar, teleqraf
dirəkləri və evlərin çardaqları yerindən qopdu, dəmir yolunda vaqonlar çevrildi. Son 10 il ərzində
Novorossiyskdə belə güclü boralar iki dəfə baş vermişdir.
Antarktika, Novozemelski və Balxaş boraları Novorossiyski boralarına bənzərdir.
Qəfil fırtınaların baş vermə yerini müəyyənləşdirməyi qabaqcadan bilmək hələlik praktiki olaraq qeyri
mümkündür, odur ki, qabaqcadan xüsusi xəbərdarlıq təhlükəsizliyini həyata keçirmək mümkün olmur.
Qəfil fırtınalardan fərqli olaraq bora tipli axın fırtınaları həmişə eyni yerdə baş verdiyindən qabaqcadan
daxil olan xəbərdarlıq, fırtınadan qabaq gəmilərin buxtadan çıxarılmasına, əhaliyə isə boranın dağıdıcı
nəticələrini azaltmaq üçün tədbirlərin görülməsinə imkan yaranır.
Xortumlu fırtınalar (tromb, tornado)
Olduqca tez (sürətlə) fırlanan qıf formalı hava burulğanıdır. Qıfın daxilində təzyiq kəskin aşağı olur. Bir
qıfın fırlanma sürəti böyük həddə dəyişir və bəzən havada sürəti hətta səsin sürətindən də çox olur (1200
km/saat).
Qasırğadan fərqli olaraq xortumlu fırtınaların (smerç) ölçüsü çox az olur (orta eni 350 … 400 m), qət etdiyi
yol (məsafə) isə 20 km-ə çatır (bəzən 500 km-ə). Bir qayda olaraq xortumlu fırtınalar ildırım, şimşək, tufanlı
leysan yağışları və dolu ilə müşayiət olunur. Ayrı-ayrı doluların dənəsinin dairəsi bəzən 45 sm-ə çatır. Xortumlu
fırtınalar Rusiyada tez-tez baş verir, bəzən insan ölümünə də səbəb olur. D.V.Nalivkin (1969, 1984) Şərqi
Avropada Mərkəzi-Qaratorpaq rayonunu, Baltikyanı ölkələri və Belorusiyanı yüksək xortumlu fırtınalar
fəaliyyət göstərən vilayətlərə aid edir. Ayrı-ayrı bu tipli fırtınalar Solovetsi adaları ərazisində (Soçiyə qədər)
qeydə alınmışdır.
Tromb (meteoroloji tromb). Atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə
ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik
ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50-100 m/san-yə çatır) və eni 100