QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə24/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   184

 

53

populyasiyada bu və ya digər yaş qrupu üstünlük edə bilər. Bununla əlaqədar olaraq cavan, ortayaşlı və qoca 



(yaşlı) normal senopopulyasiyalar ayrılır.  

Senopopulyasiyanın yaş strukturu əsasən növün bioloji xüsusiyyətləri ilə toxumvermənin - meyvəvermənin 

dövriliyi, məhsuldar toxumların və vegetativ rüşeymlərin sayı, toxumların bitiş faizinin qalma müddəti, fərdlərin 

bir yaş qrupundan digərinə keçmə sürəti, klon əmələgəlmə qabiliyyəti və b.) təyin olunur. Göstərilən bütün 

bioloji xüsusiyyətlərin təzahürü ətraf mühit şəraitindən asılıdır.  

Bir senopopulyasiyanın fərdlərinin inkişafı  və bir yaş qrupundan digərinə keçmə sürəti müxtəlif 

intensivlikdə ola bilər. Normal inkişafla, yəni yaş  vəziyyətləri biri digərini adi ardıcıllıqla  əvəz etməsi ilə 

müqayisədə inkişaf tezləşə və gecikə bilər, ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxa bilər, təkrar sükutluq başlaya 

bilər, fərdlərin bir hissəsi cavanlaşa və ya məhv ola bilər. Bir sıra çəmən, meşə, bozqır növləri istixanada və ya 

əkinlərdə yaxşı aqrotexniki fonda becərildikdə öz ontogenezlərini qısaldır, məsələn, çəmən topalotu və 

çobantoxmağı 20-25 ildən 4 ilə qədər, yaz gülülü (xoruzgülü) 100-dən 10-15 ilə qədər və s. Digər bitkilər isə 

şərait yaxşılaşdıqda (məs. adi zirə) ontogenez uzana bilər.  

Quraqlıq illərində  və intensiv otarma zamanı senopopulyasiyanın ayrı-ayrı yaş  vəziyyətləri sıradan çıxır, 

bəzi növləri vaxtsız senil vəziyyətinə keçir, bəzi növlərin isə cavan və yetişmiş generativ fərdlərində çiçəkləmə 

fasilə verərək elə bil ki, cavanlaşır və ontogenezini uzadır.  

Yaş spektri yalnız xarici şəraitlə deyil, həm də növün reaktivliyindən və davamlığından asılı olaraq 

tərəddüd edir. Otarmaya qarşı bitkilərdə müxtəlif maneələr olur: otarmada bəzi bitkilərdə cavanlaşma baş verir, 

belə ki, qocalma həddinə çatmamış  məhv edilir (məs. yovşan), digərində isə  bərpa aşağı düşdüyündən 

senopopulyasiyanın qocalmasına səbəb olur (məs. bozqır növü Ledebur çiləotu).  

Bəzi növlərdə arealın bütün sahəsində geniş diapazon şəraitində normal senopopulyasiyalar yaş 

strukturunun  əsas  əlamətlərini saxlayır (məs. adi göyrüş, dovşantopalı, çəmən topalı  və s.). Belə yaş spektri 

əsasən növün bioloji xassələrindən asılı olub baza spektri adlanır.  

Baza spektri ən çox davamlı qruplaşmalarda edifikator növlərin senopopulyasiyalarına xasdır.  

Fərdlər nə  qədər böyük olarsa, onun mühitə  və qonşu bitkilərə  təsiri geniş sferdə olur. Əgər 

senopopulyasiyanın yaş spektrində yaşlı vegetativ fərdlər, cavan və ortayaşlı generativ fərdlər üstünlük təşkil 

edərsə, bütün populyasiya bütövlüklə digərləri arasında davamlı vəziyyət tutacaqdır.  

Beləliklə, senopopulyasiyanın təkcə sayı deyil, həmçinin yaş spektri onun vəziyyətini və xarici mühitin dəyişən 

şəraitinə uyğunlaşmasını əks etdirir və biosenozda növün mövqeyini təyin edir.  

 

3.6. Heyvanlarda populyasiyanın yaş strukturu 

Növün çoxalma xüsusiyyətlərindən asılı olaraq populyasiyanın üzvləri bir və ya müxtəlif generasiyaya 

mənsub ola bilər. Bir generasiyada olduqda bütün fərdlər yaşa görə yaxın olur və  həyat tsiklinin növbəti 

mərhələləri təxminən eyni vaxtda keçir. Qeyri sürülü çəyirtkələrin çox növlərinin çoxalması yumurtalardan ilkin 

yaşlı sürfələr peyda olur. Sürfələrin nəsilverməsi mikroiqlim və digər şəraitlərin təsirindən bir qədər ləngiyir, lakin 

bütövlükdə kifayət qədər birgə keçir. Bu vaxt populyasiya yalnız ayrı-ayrı  fərdlərin bir bərabərdə inkişaf 

etməməsilə  əlaqədar populyasiyada eyni vaxtda yanaşı yaşların sürfələrinə  də rast gəlinə bilər, lakin bütün 

populyasiya tədricən imaginal vəziyyətə keçir və yayın sonunda yalnız yaşlı yarımyetişmiş formalardan ibarət 

olur.  

Eyni vaxtda yaşayan müxtəlif generasiyalı növləri iki qrupa bölmək olar: həyatında bir dəfə  və  dəfələrlə 



artan.  

May böcəyinin dişiləri yazda yumurta qoyduqdan sonra tezliklə məhv olur. Sürfələr torpaqda inkişaf edir və 

dördüncü ilində puplaşır. Populyasiyada eyni vaxtda dörd generasiyanın nümayəndələri iştirak edir, onların hər 

biri özündən əvvəlkindən sonrakı ili peyda olur. İlbəil bir generasiya özünün həyat tsiklini başa vurur və yenisi 

gəlir. Belə populyasiyada yaş qrupları dəqiq fasilələrlə ayrılır.  

Təkrar çoxalan növlərin populyasiyalarının yaş strukturu daha da mürəkkəbdir. Bu zaman iki kənar vəziyyət 

mümkündür: 1) yaşlı vəziyyətdə həyat uzun sürmür  və 2) yaşlı fərdlər uzun yaşayaraq dəfələrlə çoxalır. Birinci 

halda hər il populyasiyanın böyük hissəsi əvəz olunur. Onun sayı sabit deyil və növbəti nəsilvermə üçün əlverişsiz 

olan ayrı-ayrı illərdə kəskin dəyişə bilər. Populyasiyanın yaş strukturu güclü dəyişə bilər.  

İkinci halda populyasiyanın müxtəlif nəsillərinin mövcud olduğu nisbətən davamlı (sabit) strukturu əmələ 

gəlir. Belə ki, Hindistan filləri 8-12 yaşında cinsi yetişkənliyə çatır və 60-70 il yaşayır. Dişilər dörd ildə bir, 

nadir halda iki bala verir. Sürüdə adətən müxtəlif yaşlı fillər 80%, cavanlar isə 20% olur.  




 

54

Yüksək nəsilvermə qabiliyyəti olan növlərdə yaş qrupları müxtəlif ola bilər, lakin populyasiyanın ümumi 



strukturu həmişə kifayət qədər mürəkkəb qalır, bura müxtəlif nəsillərin nümayəndələri və onların müxtəlif yaşlı 

nəsilləri də daxil olur.  

Heyvanların təbii populyasiyalarının insan tərəfindən istismarı zamanı onların yaş strukturunun uçotu 

mühüm əhəmiyyət daşıyır. Hər il çoxlu artım verən növlərin populyasiyasının xeyli hissəsini götürdükdə onların 

sayının azalmasına təhlükə yaranmır. Mürəkkəb yaş strukturuna malik olan populyasiyanın çoxlu yaşlı fərdləri 

məhv edilərsə, onun bərpasını olduqca ləngidər. Məsələn, ikinci ili yetişkənliyə çatan qorbuşanın (qızılbalıqlar 

fəsiləsindən balıq növü) kürüverən fərdlərinin 50-60%-ni populyasiyanın sayının azalmasına ziyan vurmadan 

tutmaq olar. Gec yetişən və daha mürəkkəb yaş strukturuna malik olan keta balığının cinsi yetişkən sürüsündən 

tutulan balığın norması az olmalıdır. 

 

 



Øÿêil 3.1. Ùåéâàí ïîïóëéàñèéàëàðûíäà ãèäà åùòèéàòëàðûíûí ãÿáóë îëóíìàñûíû 

íèçàìëàéàí ãîìåîñòàç 

 

 Yaş strukturunun analizi populyasiyanın həyat boyu yaxın nəsillərdəki sayını proqnozlaşdırmağa imkan 



verir. Belə analizlərdən sənaye sürülərinin (məs. balıq sənayesində) dinamikasını  əvvəlcədən görməkdə geniş 

istifadə olunur. Əgər yaş strukturu üzrə əldə olunan göstəricilər təbii populyasiyaya mühitin real təsirini düzgün 

əks etdirirsə, bir çox illər üçün qabaqcadan ovlama planını planlaşdırmağa imkan verən yüksək dərəcədə etibarlı 

proqnozlar alınar.  



 

3.7. Populyasiyanın məkan (ərazi) strukturu 

Populyasiyanın  ərazi (məkan) strukturu fərdlərin və onların qruplaşmalarının landşaftın müəyyən 

elementlərinə və bir-birinə nisbətən yerləşmə xarakterini göstərir və növə uyğun ərazidən istifadə tipini əks etdi-

rir.  Ərazidə  fərdlərin qanunauyğun yayılması (paylanması) mühüm bioloji əhəmiyyət kəsb edir və  əslində 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə