QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə22/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   184

 

49

Tayqa ekosistemlərində müəyyən edilmişdir ki, quru sahələrdə  təxminən hər 50-100 ildən bir, rütubətli 



sahələrdə isə hər 150-300 ildən bir yanğın təkrar olunur (Korçagin, 1954). Yanğınlar xüsusilə açıqiynəli meşə 

ekosistemlərinə (qaraşam və şam) güclü təsir göstərir. Odur ki, bu meşələr yayılan regionlarda geniş sahələr il-

kin meşələrin daim pirogen-diqressiv variantlarından ibarətdir. Bu meşələrin quru sahələrində yanğınlar hər 

20-25 ildən, rütubətli sahələrdə isə 40-50 ildən bir təkrar olunur (Utkin, 1965). Şərqi Sibirin qaraşam 

meşələrində yanğınlar müntəzəm baş verir, burada hətta güclü yanğından sonra da suksessiya prosesi cins 

dəyişmədən gedir. Yəqin ki, bu hal suksessiyanın xüsusiyyəti olub qaraşam meşə ekosistemlərinin və onların 

demudasiya komplekslərinin qədimliyindən xəbər verir.  

Yarpaqlı (enliyarpaqlı) meşələr zonasında yanğından sonra biotanın (ekosistemin) müvəqqəti qruplaşmaları 

əvvəl çəmən, sonra isə törəmə tipli meşə  mərhələləri keçirir. Y.Odum (1975) enliyarpaqlı meşələrin arealı 

daxilində palıd meşələrinin yerində pirogen subklimaks tipli qruplaşmalar müşahidə olunur (törəmə  çəmən, 

bozqır, yaxud şam meşəsi).  

Bozqır zonanın ekosistemlərinin müasir görünüşü və  təşkili  əsasən antropogen faktorların təsiri altında 

təşəkkül tapmışdır.  

Yarımsəhra kompleksləri bozqırlarla müqayisədə yanğınların təsirinə qarşı az davamlıdır. Bu 

qruplaşmaların strukturuna pirogen təsir çox vaxt dönməyən və ya uzun müddət bərpa olunmayan dəyişikliyə 

səbəb olur. Arid rayonlarında pirogen diqressiya çox vaxt qumların sovrulma mənbəyinə çevrilir, burada 

yanğınlar səhralaşmaya səbəb ola bilər. Güclü diqressiya zamanı ayrı-ayrı sahələrdə barxanlar əmələ  gətirir. 

Yanğınların və intensiv mal-qara otarılmasının yarımsəhra ekosistemlərinə məhvedici təsiri və Həştərxan qum 

massivinin (2,2 mln. ha) yaranmasını buna misal göstərmək olar. Bunun başlanğıcı XIX əsrin ilk onilliklərində 

bir neçə  Kiçik Orda  nəslinin bura köçməsi dövrünə  təsadüf edir. XX əsrin sonunda döyənəkli və sovrulan 

qumların sahəsi 30 dəfəyə qədər artdı.  

Pirogen suksessiyalar geniş yayılmışdır. Onların mövcudluğu ekosistem sıralarının müasir paylanmasında 

və təkamülündə yanğınların rolunu təsdiqləyir (Sannikov, 1981).  

 

 




 

50

III FƏSİL 



POPULYASİYALAR 

 

Ekologiyada və genetikada populyasiya müəyyən ərazidə yerləşən, bir-biri ilə və başqaları ilə qarşılıqlı əlaqə 

şəraitində uzun müddət sayını tənzim edə bilən hər hansı növün  fərdlər qrupudur. Populyasiya  növün quruluş 

vahidi, təkamül vahidi və yaşama forması sayılır. Başqa sözlə populyasiya bir növün müəyyən yaşama yeri olan 

və təbii qruplaşmanın (birliyin) hissəsi kimi fəaliyyət göstərən istənilən orqanizmlər qrupudur, yaxud populyasi-

ya vəhdət halında fəaliyyət göstərən ekosistemin komponentidir. 

«Populyasiya» termini ekologiyaya demoqrafiyadan keçmişdir, mənası da xalq, əhali deməkdir. (lat. popu-

lus). 


Populyasiya  qrup halında birləşmə olduğu üçün mühitə uyğunlaşma qabiliyyəti ayrı-ayrı fərdlərə nisbətən 

daha geniş olub bir sıra spesifik xassələrə malikdir. Bunlar aşağıdakılardan ibarətdir: 

1)

 

Populyasiyanın sayı – onun tutduğu ərazi vahidində yayılmış həmin növdən olan fərdlərin sayı ilə ifadə 



olunur. 

Müxtəlif növlərin populyasiyalarında fərdlərin sayı (və ya miqdarı) müxtəlifdir, lakin müəyyən həddən aşağı 

ola bilməz. Fərdlərin sayı  müəyyən həddən az olarsa populyasiyanı məhv edər. Əgər populyasiya məhdud ərazi 

daxilində yaşayırsa və sayı az olarsa, fərdləri bilavasitə saymaq mümkündür, məs. Şirvan qoruğunda olan cey-

ranların sayı. 

Populyasiyanın sayı mövsüm və illər üzrə  kəsgin dəyişə bilər. Məs. Lemminqlərin (xırda gəmiricilər), adi 

çəyirtgə, xəstəliktörədən bakteriyalar, bə’zi zərərverici həşəratlar ayrı-ayrı illərdə kütləvi çoxalır. Uzunömürlü 

bitki və heyvan populyasiyalarının sayı sabit olur. Açıq sahələrdə yaşayan həşəratların və birillik bitkilərin po-

pulyasiyalarının sayı yüz min və milyonlarla olur. Fərdlərin sayı bir neçə yüzdən az olan populyasiyalar təsadüfi 

səbəblərdən (yanğın, sel, havanın dəyişməsi) azala bilər və fərdlər məhv olub gedər. 

Əgər populyasiyanın sayı olduqca böyük olub saymaq qeyri mümkün olarsa, onda populyasiyanın sıxlığını 

müəyyənləşdirib onun tutduğu sahəyə vurmaqla sayını tapmaq olar. 

Bir çox növlərin populyasiyaları öz sayını tənzimləmək xassəsinə malikdir. Konkret şəraitdə populyasiyanın 

ən çox optimal (əlverişli) sayına onun homeostazı deyilir. Müxtəlif növlərin populyasiyalarında qomectatik im-

kanlar müxtəlif olur. 

2) Populyasiyanın sıxlığı çox vacib göstərici olub onun məkan vahidinə düşən miqdarıdır; yəni sahə və ya 

həcm vahidinə düşən populyasiya fərdlərinin sayı və biokütləsidir. populyasiya öz sıxlığını tənzimləməklə nö-

vün nəslini qoruyub saxlayır. Populyasiyanın sıxlığını nizamlamaq üçün mütəlif kompleks süni tədbirlər də hə-

yata keçirilir. Məs. ilin çox çətin dövrlərində heyvanlar əlavə yemlə təmin edilir, yaxud bir yerdən başqa yerə 

köçürülür, brakonyerlərlə mübarizə tətbiq edilir. Meşədə ağaclar çox sıx olduqda cavan və yetişgənlik yaşların-

da «işıqlandırma», «seyrəltmə» və «keçid» qırıntıları tətbiq olunur. 

Populyasiyalar müəyyən quruluşa malik olub özlərini müxtəlif yaş, cins, ölçü miqdarında və genetik cəhət-

dən göstərir. 

 

3.1. Növün populyasya strukturu  

Hər növ müəyyən  ərazini (areal) tutaraq orada populyasiya sistemini yaradır.  Ərazi nə  qədər çox 

parçalanmış olarsa, orada məskunlaşan növün ayrı-ayrı populyasiyalara ayrılma imkanları çoxalır. Lakin növün 

populyasiya strukturunu onun bioloji ayrılması – onu təşkil edən fərdlərin hərəkətliyi və  əraziyə bağlılıq 

dərəcəsi, həmçinin təbii maneələri dəf etmək qabiliyyəti müəyyənləşdirir.  

 

3.2. Populyasiyanın ayrılması dərəcəsi  

Növün üzvləri geniş ərazilərdə daima yerini dəyişərsə, belə növ az miqdarda iri populyasiyalara malik olur. 

Böyük miqrasiya qabiliyyəti ilə  fərqlənən növlərdə  şimal maralını  və  şimal tülküsünü misal göstərmək olar. 

Nişanlamanın (damğalama) nəticələri göstərmişdir ki, şimal tülküsü mövsüm ərzində çoxaldığı (nəsil verdiyi) 

yerdən yüz kilometrlərlə, bəzən min kilometrə qədər yerini dəyişir. Şimal maralları müntəzəm mövsümi köçmək 

zamanı yüz kilometrə  qədər məsafəni qət edir. Belə növlərin populyasiyalarının sərhədləri adətən iri coğrafi 

maneələrdən – enli çaylardan, boğazlardan, dağ silsiləsindən və s. keçir. Bəzi hallarda hərəkət edən növ nisbətən 

böyük olmayan arealda yalnız bir populyasiyadan ibarət olmayan arealda yalnız bir populyasiyadan ibarət ola 

bilər, məsələn, Qafqaz dağ keçisinin (tur) sürüsü daim həmin dağ massivinin iki silsiləsi boyu yerini dəyişir.  

Zəif inkişaf etmək qabiliyyəti olduqda növ daxilində landşaftın mozaikliyini əks etdirən bir çox kiçik 

populyasiyalar formalaşır. Bitkilərdə və azhərəkətli heyvanlarda populyasiyanın sayı mühitin müxtəlifliyindən 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə