QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə25/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   184

 

55

populyasiyanın normal fəaliyyətinin bütün formalarının əsası sayılır. Məkanca strukturlaşma hər şeydən əvvəl 



mühit resurslarından (qida, qoruyucu, mikroiqlim və s.) daha effektiv istifadə etməyi müəyyənləşdirir, populya-

siya daxilində  fərdlərin rəqabətlik münasibəti səviyyəsini aşağı salır. Bunun əsasında növün biokütləsinin və 

bioloji aktivliyinin yüksək səviyyədə qalmasına imkan yaranır. Bu, həmin populyasiyanın biosenozun digər 

növləri ilə qarşılıqlı əlaqəsində mövqeyini möhkəmlədir və onun sabit mövcudluğu ehtimalını artırır. 

Ərazi strukturlaşmanın bioloji rolunun digər aspekti fərdlər arasında populyasiyadaxili kontaktı  (əlaqəni) 

lazımi səviyyədə sabit saxlamağın əsası sayılır. Populyasiyanın həm növ (çoxalma, yayılma və s.), həm bioseno-

tik funksiyasının (dövranda iştirakı, bioloji məhsulu yaratmaq, digər növlərin populyasiyalarına təsir) yerinə 

yetirilməsi yalnız ayrı-ayrı  fərdlər və onların qruplaşmalarının arasındakı sabit qanunauyğun qarşılıqlı  təsirlər 

əsasında mümkündür. Strukturlaşmış sistemdə belə qarşılıqlı  təsirin saxlanması  ərazidə populyasiya 

elementlərinin nizamsız, təsadüfi yayılmasına nisbətən daha etibarlı təmin olunmuşdur.  

 

Ərazi yayılması tipləri  

Populyasiyada fərdlərin  ərazidə (məkanda) yayılmasının aşağıdakı prinsipial tipləri ayrılır: bərabər 

(müntəzəm), diffuz (təsadüfi) və qrupla (mozaik). 

Bərabər paylanma (yayılma) tipində hər bir fərd bütün qonşu fərdlərdən bərabər məsafədə yayılır. Nəzəri 

baxımdan belə yayılma tipində minimal rəqabətlik dərəcəsində resursdan tam istifadə edilməsinə uyğun gəlir. 

 Lakin təbiətdə fərdlərin bərabər paylanmasına çox nadir halda rast gəlmək mümkündür. 

 

Øÿêil 3.2. Ïîïóëéàñèéàäà ôÿðäëÿðèí ÿðàçè ïàéëàíìàñû òèïëÿðè: 

À - áÿðàáÿð; Á - äèôôóç; Ú - ìîçàèê 

 

Belə yayılma xarakteri yaxın bəzi eyninövlü bitki qruplarına (kolluğuna) xasdır, burada bəzi oturaq 



onurğasızların sıx populyasiyalarına rast gəlinir. Bərabər yayılma tipinin praktiki olaraq mümkünsüzlüyü hər 

şeydən əvvəl yaşama mühitinin müxtəlifliyi olub fərdlərin bərabər paylanmasını pozur.  



Fərdlərin diffuz tipli yayılmasına  təbiətdə tez-tez rast gəlinir, burada fərdlər  ərazidə qeyri-bərabər, 

təsadüfi yayılmışdır. Belə halda fərdlər arasındakı  məsafə eyni deyildir, bu əsasən mühitin eynicinsli 

olmamasından irəli gəlir. Belə yayılma tipi bitkilər və bir sıra heyvan taksonları arasında geniş yayılmışdır. Dif-

fuz yayılma tipində  təbiətdə populyasiysnın üzvləri bir-birindən nisbətən asılı olmayab onun üçün eynicinsli 

mühitdə yaşayır. Buna un böcəyi Tribolium confusumun unda yerləşməsi, kiçik çay suyunda birgünlük böcəyin 

sürfələri, çəməndə qaraqurd hörümçəyinin yuvaları misal ola bilər.  



Mozaik yayılma tipində  yaranmış  fərd qrupları arasında böyük boş  ərazilər qalır. Bioloji cəhətdən belə 

yayılma tipi ya mühitin kəskin müxtəlifcinsli olması, yaxud da fərdləri bir-birinə aktiv yaxınlaşdırma əsasında 

baş verən aydın ifadə olunan sosial strukturla bağlıdır. Fərdlərin aktiv yaxınlaşması xüsusilə ali heyvanlara (po-

limorf koloniya yaradan bir çox onurğalılar, həşəratlar) xasdır.  

Senopopulyasiyada bitkilər çox vaxt olduqca qeyri-bərabər yayılaraq bu və ya digər dərəcədə bir-birindən 

ayrılan qruplar (mikrosenopopulyasiya, subpopulyasiya) əmələ  gətirir. Bu qruplar bir-birindən fərdlərin sayı, 

sıxlığı, yaş strukturu, böyüklüyü ilə seçilir.  

Bitkilərdən fərqli olaraq heyvanlarda, onların hərəkətdə olması nəticəsində  ərazi əlaqələrini nizama (qay-

daya) salma üsulları çox müxtəlifdir. Hətta oturaq formalarda ərazidə  səmərəli yerləşmək üçün bir sıra 

uyğunlaşmalar vardır.  

Ali heyvanlarda populyasiyadaxili yayılma instinkt sistemlə nizama salınır. Onlara xüsusi ərazi davranışı – 

populyasiyanın digər üzvlərinin yerini reaksiya göstərmək olar. Populyasiyada ərazi üzrə ayrı-ayrı fərdlərin və 

ya qrupların yerləşməsini saxlamaq instinkti quşlar, məməlilər, sürünənlər, bir sıra balıqlar, az dərəcədə amfi-

biyalarda mövcuddur.  




 

56

Ərazidən istifadə tipinə görə bütün hərəkət edən heyvanlar iki əsas qrupa bölünürlər: oturaq və köçəri. Bu 



iki variant arasında bir sıra aralıq variantlar da vardır.  

Oturaq tərzdə həyat sürən növlər üçün bir qayda olaraq ərazidən intensiv istifadə tipi xasdır, bu zaman ayrı-

ayrı  fərdlər və ya onların qruplaşmaları  (əsasən ailəvi) uzun müddət nisbi məhdud  ərazidə resursları istismar 

edir. Köçəri tərzdə yaşayan növlər üçün isə  ərazidən istifadənin ekstensiv tipi səciyyəvidir, bu zaman yem 

resursları adətən fərdlər qrupu (çox miqdarda) tərəfindən istifadə olunur, geniş  ərazi daxilində daim yerini 

dəyişir.  

 

Oturaq heyvanlar 

Oturaq tip ərazi bölüşdürülməsi  ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli 

istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün 

hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət mini-

muma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt 

etməyə geniş perspektiv qazanır. Məhdud  əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu 

baxımdan, heyvanların öz əraziləri ilə  mənimsənilmə  dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. 

Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq 

üçün az vaxt sərf edir. Bir çox növlər sahədə  sığınacağa, yem sahəsinə, yem ehtiyatı  və s. yerə gedən 

əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezi-

dent – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə  əlavə vaxt və enerji sərf 

etmədən catır.  

Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür.  

 

3.8. Heyvan populyasiyalarının etoloji strukturu  

Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi 

qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir. Kiçik ərazidə fərdlərin çoxlu 

toplanması onların arasında rəqabəti gücləndirir. Odur ki, aydın qrupla həyat tərzi yüksək dərəcədə köçəri hey-

vanlarda inkişaf etmişdir, bunların hərəkətdə olan həyat tərzi yem resurslarına yükü və buna uyğun olaraq qida 

rəqabətini azaldır.  



Tək həyat tərzi. Həyat tsiklinin müəyyən mərhələlərində bir çox heyvanlar üçün xarakterikdir, bu zaman 

populyasiyanın fərdləri bir-birindən asılı olmayaraq ayrılırlar. Ümumiyyətlə, təbiətdə orqanizmlərin tamamilə 

tək yaşamasına rast gəlinmir, belə olsaydı onların əsas həyat funksiyası – çoxalması mümkün olmazdı. Lakin 

bəzi növlərdə birlikdə yaşayan fərdlər arasında olduqca zəif kontakt xarakterikdir. Xarici üsulla mayalanan su 

sakinləri buna misal ola bilər.  

Tək həyat tərzi sürən növlərin fərdləri qışlama yerində, çoxalma dövrü qabağı çox müvəqqəti toplaşma 

əmələ gətirir. Məs. gicitkən kəpənəkləri payızın sonunda iri salxımlarla çardaqlarda və ya digər örtülü yerlərdə, 

puplar və parabüzən kötüklərin yanında quru meşə döşənəyi altında, naqqa və durnabalığı su hövzələrinin 

dibində qışlama çalalarında toplanırlar.  

Ailəvi həyat tərzi.  Ailəvi həyat tərzində  də ata-ana (valideyn) və onların nəsillərinin üzvləri arasında 

əlaqəlar güclənir. Belə  əlaqənin sadə növü – ata və anadan birinin qoyulan yumurtalara olan qayğıdır: 

yumurtaların qorunması, inkubasiya, havalandırma və s. Quşlarda balaları üçün mürəkkəb qayğı, qanadlanıb 

uçana qədər davam etdirilir. İri məməlilər, məsələn, ayı  və  pələngin balaları ailə qrupunda bir neçə il cinsi 

yetişkənlik başlayana qədər tərbiyə olunur. Valideynin nəslə qayğını öz üzərinə götürməsindən asılı olaraq ata, 

ana və ya qarışıq tipli ailə ayrılır. Möhkəm yaradılan ailə cütlüyündə balaları yemləməkdə erkək və dişinin hər 

ikisi iştirak edir.  

Koloniyalar.  Orqanizmlərin (növ və  fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı 

qorunması və köməkçi qidalanmasını təmin edən qruplaşmalardır. Koloniyaları əsasən oturaq heyvanlar əmələ 

gətirir. Onlar uzun müddət, yaxud yalnız çoxalma dövründə mövcud ola bilər (məs. bir çox quşlarda – zağca, 

qaqarka, şimal dəniz quşu-tupik, qağayı və s.). 

Koloniyanın daha mürəkkəb formasında heyvanların həyat funksiyaları qarşılıqlı yerinə yetirilir, bu isə 

ayrı-ayrı  fərdlərin yaşayıb qalması ehtimalını artırır. Belə ümumi funksiyalar düşməndən qorunmaq və 

xəbərdarlıq siqnalı vermək üçündür. Qağayılar, kayralar, bəzi qazlar, qaranquşlar və digər quşlar balalarını və 

yumurtalarını qorumaq üçün adətən səs çıxararaq yırtıcının üzərinə atılır. Qorxunu hiss edib istənilən quş 

tərəfindən qaldırılan həyəcan siqnalı bütün quşları səfərbər edir. Quşların birgə səfərbərliyi hətta iri yırtıcıları 

(tülkü, qırğı, bayquş və b.) da qaçırır.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə