QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə5/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   184

 

14

I FƏSİL 



 

EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ 

 

Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların xarici 



mühitdən – onu əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri 

haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir. Hələ Aristotel (e.ə. 384-322), Böyük Pliney 

(23-79 e.ə), R.Boykonun (1627-1691) əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında  əhəmiyyəti və 

onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur.  

Antik filosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü təsvir etmiş, onların 

davranışları haqqında (məs. balıqların miqrasiyası  və  qış yuxusu, quşların köçməsi, heyvanların qurucu 

fəaliyyətindən, qu quşunun parazitizmindən, mürəkkəbböcəyinin özünü mühafizə üsulundan) yazmışdır. 

Aristotelin  şagirdi, «botanikanın atası» sayılan Teofrast Ereziyski (371-280 e.ə) müxtəlif  şəraitlərdə bitkilərin 

xüsusiyyətləri, onların forma və xüsusiyyətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumatlar vermişdir.  

İntibah epoxasında, yeni ölkələrin müstəmləkəçiliyi dövründə böyük coğrafi kəşflər və sistematikanın 

inkişafı başladı. Bitki və heyvanların təsviri, onların xarici və daxili quruluşu, forma müxtəlifliyi ilk inkişaf 

mərhələsində bioloji elmin başlıca məzmunu idi. İlk sistematiklərdən A.Sezalpin (1519-1603), D.Rey (1623-

1705), J.Turnefor (1656-1708) və başqaları bitkilərin bitmə  və ya becərmə  şəraitindən asılı olmasını 

göstərmişlər.  

Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar.  

Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və  təşəkkülü (XIX əsrin 60-cı illərinə  qədər). Bu 

mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, 

ilk elmi yekunlar hazırlanmışdır. XVII-XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə  həsr 

olunur, onların bioloji təsvirləri yerinə yetirilir. Məs. A.Reomyurun əsərləri həşəratlara (1734), L.Tramblenin 

əsərləri isə hidra və  mşankalara (1744) həsr olunur. Ekoloji yanaşmanın elementlərinə rus alimlərinin – 

İ.İ.Lepexinin, A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, İsveç təbiətşünası 

K.Linneyin, alman alimi Q.Yeqer və b. əsərlərində rast gəlinir. XVII əsrdə Rusiyanın bir sıra ölkələrinə 

səyahətlər edildi. S.P.Kraşennikov, İ.İ.Lepexin, P.S.Pallas və başqa rus cooğrafları və təbiətşünasları iqlim, bitki 

örtüyü və heyvanat aləminin Rusiyanın geniş  ərazisinin müxtəlif yerlərində qarşılıqlı  əlaqəli dəyişməsini 

göstərmişlər. P.S.Pallas özünün çox mühüm «Zoocoğrafiya»  əsərində 151 məməli və 425 quş növünün həyat 

tərzini, həmçinin miqrasiya, qış (yay) yuxusu, qohum növlərin qarşılıqlı  əlaqələri və s. bioloji hadisələrin 

təsvirini verir.  

Fransız təbiətşünası Y.Byuffona (1707-1788) görə bir növün başqasına çevrilməsinin  əsas səbəbləri 

«İqlimin temperaturu, qidanın keyfiyyəti və  əhlilləşdirmənin təsiridir».  İlk evolyusiya təliminin müəllifi Lan-

Batist-Lamark (1744-1829) orqanizmlərin uyğunlaşma dəyişgənliyinin, heyvan və bitkilərin evolyusiyasının ən 

mühüm səbəbi «xarici hadisələrin» təsiri olduğunu göstərmişdir.  

Həmin dövrdə L.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə olaraq insanların təbiətə təsirinin 

neqativ nəticələrinin mümkünlüyü haqqında bəşəriyyətə xəbərdarlıq edirdi.  

Ekoloji təfəkkürün sonrakı inkişafı XIX əsrin  əvvəlində biocoğrafiyanın peyda olmasına səbəb oldu. 

Aleksandr Qumboldtun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. A.Qumboldt elmə 

belə  təsəvvür irəli sürdü ki, landşaftın «fizionomiyasını» bitki örtüyünün xarici görkəmi müəyyənləşdirir. O, 

qeyd edir ki, zonal və  şaquli qurşaqlıq coğarfi  şəraitində bitkilərin müxtəlif taksonomik qruplarında bənzər 

«Fizionomik» formalar, yəni eyni xarici görünüş yaranır; bu formaların paylanması və nisbəti ilə fiziki-coğrafi 

mühitin spesifikası haqda mühakimə yürüdülür. Bu dövrdə iqlim faktorlarının heyvanların yayılmasına və 

biologiyasına təsirinə həsr olunmuş ilk xüsusi əsərlər meydana gəldi. Alman zooloqu Q.Qloqerin (1833) iqlimin 

təsiri ilə quşların dəyişməsi, Danimarkalı T.Faberin (1826) şimal quşlarının bioloji xüsusiyyətləri, K.Berqmanın 

(1848) istiqanlı heyvanların ölçülərinin dəyişməsinin coğrafi qanunauyğunluğu  əsərləri buna misal ola bilər. 

A.Dekandol «Bitkilərin coğrafiyası» (1855) əsərində mühitin ayrı-ayrı faktorlarının (temperatur, rütubətlik, işiq, 

torpaq tipi, yamacın cəhəti) bitkilərə təsirini ətraflı təsvir etmiş və bitkilərin heyvanlara nisbətən yüksək ekoloji 

plastikliyinə diqqət yetirmişdir.  

1798-ci ildə T.Maltus populyasiyanın eksponent tənliyini təsvir etdi və onun əsasında özünün demoqrafik 

konsepsiyasını qurdu. L.B.Lamark «Hidrogeologiya» əsərində biosfer haqqında faktiki təsəvvür yaratdı. Fransız 

həkimi V.Edvardsın (1824) «Fiziki faktorların həyata təsiri» kitabı ekoloji və müqayisəli fiziologiyanın 



 

15

başlanğıcını qoydu, L.Libix (1840) isə məşhur «Minimum qanununu» yaratdı, o, müasir ekologiyada da hələ öz 



əhəmiyyətini itirməmişdir.  

İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi 

kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V. 

Dokuçayevin (1846-1903) əsərləri ilə  əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və 

anlayışlarını  əsaslandırdı, onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini 

itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın 

banilərindən biri saymışdır. XIX əsrin 70-ci illərinin sonunda alman hidrobioloqu K.Mebius (1877) biosenoz 

haqqında mühüm anlayış irəli sürür və onu müəyyən mühit şəraitində orqanizmlərin qanunauyğun əlaqələnməsi 

(birləşməsi) hesab edir.  

Moskva Universitetinin professoru Karl Franseviç Rulye 1841-1858-ci illər  ərzində praktiki olaraq 

ekologiyanın prinsipial problemlərinin tam siyahısını vermiş, lakin bu elmi adlandırmaq üçün ifadəli termini 

tapa bilməmişdir. O, ilk olaraq orqanizm və mühitin qarşılıqlı  əlaqəsi prinsipini dəqiq təyin etmişdir. Heç bir 

üzvi canlı orqanizm öz-özünə yaşamır; hər biri onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa 

cəlb olunur və yaşayır. Bu ünsiyyət qanunudur və ya həyat başlanğıcının ikiliyidir (iki tərəfliliyidir), bu onu 

göstərir ki, hər bir canlı həyata (yaşamağa) imkanı qismən özündən, qismən də xaricdən alır.  

Bu prinsipi inkişaf etdirərək K.F.Rulye mühitlə qarşılıqlı  əlaqəni iki kateqoriyaya bölür: «fərdi yaşayış 

hadisəsi» və «ümumi yaşayış hadisəsi», bu, orqanizm səviyyəsində  və populyasiya və biosenoz səviyyəsində 

ekoloji proseslərin müasir təsəvvürünə uyğun gəlir. Rulye çap olunmuş mühazirələrində  və  məqalələrində 

dəyişkənlik, adaptasiya, miqrasiya, insanın təbiətə  təsiri kimi problemlər irəli sürürdü. Orqanizmlərin mühitlə 

qarşılıqlı əlaqə mexanizmlərini Rulye Ç.Darvinin klassik prinsiplərinə yaxın mövqedə müzakirə edirdi, ona görə 

də onu həqiqətən Darvinin sələfi hesab etmək olar. O, zoologiyada xüsusi istiqamətin – heyvanların həyatının 

hərtərəfli öyrənilməsi, onların  ətraf aləmlə mürəkkəb qarşılıqlı  əlaqəsinin aşkar edilməsi məsələlərinin 

tədqiqinin inkişaf etdirilməsini geniş  təbliğ edirdi. Beləliklə, K.F.Rulye heyvanların geniş ekoloji tədqiqat 

sistemini, onun əsasında «zoologiya»nı işləyib hazırlamış, tipik ekoloji məzmunda bir sıra əsərlər, məsələn, su, 

yerüstü və eşici onurğalıların ümumi xüsusiyyətlərinin tiplərə ayrılmasını və b. yazmışdır.  

K.F.Rulyenin baxışları onun şagirdlərinin tədqiqatlarının istiqamətinə  və xarakterinə  dərindən təsir 

göstərmişdir. Onun şagirdlərindən biri olan N.A.Seversov (1827-1885) ilk dəfə Rusiyada ayrıca bir regionun 

dərin ekoloji tədqiqatı  əsasında «Voronej quberniyasının vəhşi heyvan, quş  və  həşəratlarının həyatında dövri 

hadisələr» adlı əsər çap etdirdi.  

Üzvi aləmin əsas evolyusiya faktorlarının aşkar edilməsi ilə Ç.Darvin (1809-1882) ekologiyanın əsaslarının 

inkişafına mühüm qiymətli hədiyyə bağışladı. Evolyusiya mövqeyindən Ç.Darvinin «yaşamaq uğrunda 

mübarizə» ifadəsini canlı aləmin xarici aləmlə, abiotik mühitlə və bir-birləri ilə, yəni mühitlə qarşılıqlı əlaqəsi 

kimi izah etmək olar.  

1859-cu ildə Ç.Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı 

cinslərin saxlanması» kitabı  çıxır. Ç.Darvin göstərirdi ki, təbiətdə «yaşayış (həyat) uğrunda mübarizə» təbii 

seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur.  

Ekologiya termini birdə-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda ümumi təsdiqini aldı. XIX əsrin 

ikinci yarısında ekologiyanın əsas məzmunu əsasən heyvan və bitkilərin həyat tərzinin, onların iqlim şəraitinə 

(temperatur, işıq rejimi, rütubətlilik və s.) adaptasiyanın öyrənilməsi idi. Bu sahədə bir sıra mühüm ümumi 

nəticələr çıxarıldı. A.Qumboltun «fizionomik» istiqamətini davam etdirərək Danimarka botaniki A.N.Beketov 

(1825-1902) bitkilərin coğrafi yayılması ilə, onların anatomik və morfoloji quruluşlarının xüsusiyyətləri 

arasındakı  əlaqəni aşkar etdi və ekologiyada fizioloji tədqiqatların  əhəmiyyətini göstərdi. A.F.Middendorf 

Arktika heyvanlarının quruluşunun ümumi xüsusiyyətlərini və  həyatını öyrənərək Qumboltun təlimini zooloji 

obyektdə öyrənilməsinin  əsasını qoydu. D.Allen (1877) Şimali Amerika məməli heyvanlarının və quşların 

iqlimin coğrafi dəyişilməsilə  əlaqədar bədənlərinin və hissələrinin proporsiyasını (nisbətini) və  rənginin 

dəyişməsi üzrə bir sıra ümumi qanunauyğunluqları aşkar etdi.  

Alman bioloqu-təkamülçü Ernst Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın 

müstəqil və mühüm sahəsi kimi ayıraraq ona ekologiya adını verdi (1866). Özünün «Orqanizmlərin ümumi 

morfologiyası» kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan biliklərin cəmi 

kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən mühitlə (həm üzvi, həm də qeyri-üzvi) qarşılıqlı 

əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və bitkilərlə bilavasitə və ya dostluq 

və ya düşmənçilik  əlaqələrini öyrənir. Bir sözlə, ekologiya bütün mürəkkəb qarşılıqlı  əlaqələri öyrənir, bu 

əlaqələri Darvin «yaşamaq uğrunda mübarizə»ni törədən şərait adlandırmışdır.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə