33
daxildir. Heyvanların az hissəsi qomoyoterm və ya bədənin temperaturu xarici mühitin temperaturundan asılı
olmayaraq dəyişmir. Bura məməlilər (o cümlədən insan) və quşlar aiddir. Məməlilərin
bədəninin temperaturu
36-37
0
, quşlarınkı isə 40
0
C olur.
Sıfır dərəcədən aşağı temperaturda yalnız qomoyoterm heyvanlar aktiv həyat sürə bilir. Poykilotermlər sıfır
dərəcədən aşağı temperatura dözsə də bu zaman onlar hərəkətini dayandırır.
Bitkilərin həyatında da temperatur mühüm rol oynayır. Temperatur 10
0
C yüksəldikdə fotosintez prosesinin
intensivliyi iki dəfə artır, bu +30-35
0
C-yə qədər müşahidə olunur, lakin temperaturun sonrakı yüksəlməsi
nəticəsində fotosintezin intensivliyi aşağı düşür, +40-45
0
C-də isə bu proses dayanır.
Ayrı-ayrı coğrafi zonaların bitkiləri temperatura müxtəlif cür tələbat göstərir. Məlum olduğu kimi tropik
meşələrin bitkiləri +5, +8
0
C temperaturda zədələnir. Uzaq Şərq və Sibir meşələrində bitən qaraşam cinsi isə -70
0
şaxtalara davam gətirir.
Bitkiləri istiliyin kənar defisitliyi şəraitinə adaptasiya olunmasına görə üç qrupa bölmək olar:
1. Soyuğadavamlı olmayan bitkilər – suyun donma temperaturu şəraitində güclü zədələnir və məhv olur.
Bura «yağışlı» meşələrin bitkiləri və isti dənizlərin yosunları daxildir.
2. Şaxtaya davamsız bitkilər – aşağı temperatura dözür, lakin toxumalarında buz əmələ gəldiyi vaxt məhv
olur. İlin soyuq dövrü başlandıqda onlarda toxuma şirələrində və sitoplazmada osmotik aktiv maddələrin qatılığı
artır, bu isə donma nəticəsini -5-7
0
C aşağı salır. Hüceyrələrdə su donma nöqtəsindən aşağıda soyuya bilər,
hədsiz soyuma vəziyyəti bir neçə saat davam edə bilir. Bura bəzi həmişəyaşıl subtropik bitkilər aiddir. Vegeta-
siya dövründə bitkinin yarpaqlı budaqları şaxtaya davam gətirmir.
3. Buzadavamlı və ya şaxtaya davamlı bitkilər qışı soyuq keçən mövsümi iqlimli vilayətlərdə bitir. Güclü
şaxtalar zamanı ağac və kolların yerüstü orqanları donur, bununla belə həyat fəaliyyətini saxlaya bilir.
Yüksək temperatura adaptasiya olunma dərəcəsinə görə orqanizmləri aşağıdakı qruplara bölmək olar:
1. İstiyə davamsız növlər - +30…+40
0
-də zədələnir: eukariotik yosunlar, su çiçəkli bitkiləri, yerüstü
mezofitlər.
2. İstiyə dözümlü eukariotlar – güclü insolyasiya olan quru yerlərin (bozqır, səhra, savanna, quru subtropi-
ka və s.) bitkləri. +50
…+60
0
C qızmaya yarım saat dözə bilir.
3. İstiyə dözümlü prokariotlar – termofil bakteriyalar və göy-yaşıl yosunların bəzi növləri bura aiddir, on-
lar isti su mənbələrində +85, +90
0
C-yə dözür.
Bəzi bitkilər müntəzəm olaraq yanğınların təsirini sınaqdan keçirərək qısa müddət ərzində temperatur
100
0
C-yə çatsa da, məhv olmurlar. Yanğınlar xüsusilə savanna, quru. sərtyarpaq meşələrdə və kolluqlarda baş
verir. Orada yanğına davam gətirən bitkilər qrupu – pirofitlər bitir. Savannaların ağaclarının gövdələrində
odadözümlü maddələrlə hopmuş qalın qabıq daxili toxumaları yanğının təsirindən etibarlı qoruyur. Pirofitlərin
meyvə və toxumları qalın, çox vaxt ağaclaşmış örtüyə malik olur, odun (alovun) təsirindən çatlayır. Uzaq Şərq
və Sibir meşələrində üstünlük təşkil edən qaraşam (Larix) da yanğına dözümlüdür. Bu meşələrdə gövdəsi oda
məruz qalmayan ağac tapmaq çətindir.
Bitkilərdən fərqli olaraq heyvanlar əzələyə malik olub daha çox daxili istilik yaradır. Əzələlər güclü və ak-
tiv olduqca heyvanlar daha çox istilik toplayır. Bitkilərdən fərqli olaraq heyvanlar olduqca müxtəlif imkanlarla
daima və ya müvəqqəti olaraq şəxsi bədənlərində temperaturu nizamlayır. Heyvanların temperatura adaptasiya
olunması aşağıdakı yollarla baş verir:
1. Kimyəvi termonizamlanma. Ətraf mühitdə temperaturun aşağı düşməsinə cavab olaraq istilik
məhsulunun aktiv artması;
2. Fiziki termonizamlanma – istilikvermə səviyyəsinin dəyişməsi, istiliyi saxlamaq və ya əksinə izafi isti-
liyi qovmaq (kənarlaşdırmaq). Fiziki termonizamlanma heyvanların xüsusi anatomik və morfoloji quruluşları ilə
yerinə yetirilir: tük və lələk örtükləri, qan damarları sisteminin quruluşu, piy ehtiyanın paylanması, buxarlanma
ilə istilik buraxma imkanı və s.
3. Orqanizmin davranışı. Yerini dəyişməklə və ya daha mürəkkəb davranışı ilə heyvanlar hüdud tempera-
turdan aktiv surətdə uzaqlaşa bilər. Bir çox heyvanlar üçün davranış istilik balansını saxlamaq üçün yeganə və
olduqca effektiv üsul sayılır.
İstiqanlı heyvanlar yüksək kimyəvi termonizamlanmaya qabildir. Onlar yüksək intensiv maddələr
mübadiləsi ilə fərqlənərək böyük miqdarda istilik hasil edir.
Fiziki termonizamlanma ekoloji baxımdan daha sərfəlidir, belə ki, soyuğa qarşı adaptasiya əlavə istilik hasil
etmək hesabına deyil, heyvanın bədənindəki istiliyi saxlamaq hesabına yerinə yetirilir.
34
Məməlilərin xəz örtüyü, quşların lələk və pərğu (yumşaq tük) örtüyü bədən ətrafında hava qatının tempera-
turunu heyvan bədəninin temperaturuna yaxın saxlamağa imkan verir, bununla da xarici mühitə istiliyin
ayrılmasını zəiflədir.
Soyuq iqlim heyvanlarda dərialtı piy birləşdirici toxuma qatı bütün bədəndə paylanır, belə ki, piy-yaxşı isti-
lik izolyatoru hesab olunur. İsti iqlim heyvanlarında piy ehtiyatlarının belə paylanması izafi istiliyin xaric oluna
bilməməsi ilə əlaqədar bədənin hədsiz qızması ölümə səbəb olardı. Odur ki, bu heyvanlarda piy ehtiyatı bədənin
ayrı-ayrı hissəsində yerləşərək ümumi səthdən istiliyin xaric olunmasına mane olmur.
Bitkilər aşağı temperatura morfoloji cəhətdən uyğunlaşaraq həyati formalar yaradır. Məsələn, epifitlər –
ayrı bitkilərin üzərində bitərək torpaqda kökləri olmur; fanerofitlər (ağac, kol, lianlar) tumurcuqları qarın
səthində qalır və pulcuqlu örtüklə mühafizə olunur; kriofitlər – çoxillik ot bitkiləri olub, bərpa tumurcuqları
kökümsovlarda, kök yumrularında, soğanaqlarda yerləşir və torpağın (geofitlər) altında olur; terofitlər – birillik
bitkilər, əlverişsiz mövsümün başlanğıcında məhv olur, onların yalnız toxum və sporları ölmür.
İqlim yaşama şəraitinə, xüsusilə temperatura morfoloji adaptasiya heyvanlarda da müşahidə olunur.
Məsələn, bütün pələnglərdən ən irisi olan amur pələngi -20...-40
0
C temperaturda sərt şimal şəraitində yaşayaraq
qida maddələri toplama və bədəninin kütləsini artırmaq məcburiyyətində qalır. Belə qanunauyğunluğu Berqman
irəli sürmüşdür, onun fikrincə istiqanlı heyvan fərdlərinin bədəninin ölçüsü onun daha soyuq arealı hissəsində
yaşayan populyasiyası üçün səciyyəvidir.
Heyvanların həyatında fizioloji adaptasiya daha böyük əhəmiyyət daşıyır, onlardan ən sadəsi akklimatiza-
siya (iqliməuyğunlaşma), yəni istiyə və ya soyuğa dözümlülüyə fizioloji uyğunlaşma hesab olunur. Məsələn,
buxarlanmanı artırmaq yolu ilə çox qızmaya qarşı mübarizə, poykiloterm heyvanlarda bədənini qismən
susuzlaşdırma və ya donma nöqtəsini aşağı salan xüsusi maddələrin toplanması yolu ilə, qomoyoterm heyvan-
larda – maddələr mübadiləsinin dəyişməsi hesabına gedir.
İki cür iqliməuyğunlaşma ayırd edilir: 1) orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən
uyğunlaşma; 2) növün genetik quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma. İqliməuyğunlaşma populyasiya
genefondunun zənginliyi ilə müəyyən olunur.
İqliməuyğunlaşma mədəni bitkilər və heyvanlar arasında aparıldıqda süni iqliməuyğunlaşma, yabanı bitki
və vəhşi heyvan növləri arasında (heyvanların miqrasiyası, bitkilərin insan, heyvan, külək və s. vasitəsilə
təsadüfən başqa sahələrə aparılması) baş verdikdə isə təbii iqliməuyğunlaşma hesab olunur.
İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu olmuşdur. İqliməuyğunlaşma
təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişlər.
Bitkilərdə iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur. Azərbaycanda Amerika aqavası,
palmanın bir neçə növü, at şabalıdı, yapon saforası və s. bitkilər iqlimə uyğunlaşdırılmışdır. Azərbaycan
faunası iqliməuyğunlaşma nəticəsində xeyli dəyişmişdir (bataqlıq qunduzu, yenot, xallı maral və s.).
Soyuqdan qorunmaq üçün daha radikal mühafizə forması mövcuddur: isti ölkələrə miqrasiya (quşların
köçməsi, yüksək dağ keçisi qışda aşağı yüksəkliklərə enir və s.), qışlama – qış dövründə yuxuya gedir (marmot,
dələ, boz ayı, yarasa-bunlar bədənlərinin temperaturunu sıfır dərəcəyə qədər endirərək metabolizmi və bununla
da qida maddələrindən istifadəni ləngidir).
Heyvanların əksəriyyəti isə inkişafını dayandıraraq hərəkətsiz olur. Bu hadisə diapauza adlanır və
həşəratların müxtəlif inkişaf mərhələsində (yumurta, sürfə, barama, hətta kəpənək) baş verir, lakin mülayim en-
liyin bir çox orqanizmləri (canavar, maral, dovşan və s.) bu dövrdə daha aktiv həyat fəaliyyətində olur, bəziləri
isə hətta çoxalır (şahzadə pinqvini).
Beləliklə, temperatur mühüm limitləşdirici faktor olub orqanizm və populyasiyalarda adaptasiya
proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
2.2.2. İşıq və onun orqanizmlərin həyatında rolu
İşıq mühüm ekoloji faktor olub, böyük əhəmiyyət kəsb edir, o, fotosintez prosesləri üçün enerji mənbəyi
olub Yerin qeyri-üzvi bitki örtüyündən üzvi birləşmələrin yaranmasında iştirak edir. İşıq özünün fiziki
xassələrinə görə heyvanların müxtəlif həyat proseslərində böyük və çoxşaxəli rol oynayır.
Qeyd etmək lazımdır ki, ekologiyada «işıq» termini dedikdə günəş şüalanmasının bütün diapazonu nəzərdə
tutulur, bura 0,05-dən 3000 nm-ə (1 nanometr=10
-6
mm) qədər və daha yüksək dalğalı uzunluqda enerji axını
nəzərdə tutulur. Bu radiasiya axını canlı orqanizmlərin həyatında fiziki xassələrinə və ekoloji əhəmiyyətinə görə
bir neçə sahəyə ayrılır. Bu sahələrin sərhədləri (hüdudları) aydın deyil. Ümumi şəkildə onları aşağıdakı kimi
təsəvvür etmək olar:
<150 nm – ionlaşma radiasiyası;