QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə13/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   184

 

31

Eyni növün fərdləri arasında növdaxili qarşılıqlı  əlaqələr qrup və kütləvi effektlə  və növdaxili rəqabətlə 



yaranır. Qrup və kütləvi effekt dedikdə eyni növ heyvanların iki və ya daha çox fərdlərinin birləşməsi 

(toplanması) və mühitdə yerləşərək effekt yaratması başa düşülür. Hazırda belə effektlər  demoqrafik faktor 

adlanır. Onlar populyasiya səviyyəsində orqanizm qruplarının say dinamikasını və sıxlığını səciyyələndirir, bu-

nun  əsasında növdaxili rəqabət durur və növarası  rəqabətdən kökündən fərqlənir. Növarası  əlaqələr olduqca 

müxtəlifdir.  İki yanaşı yaşayan ayrı-ayrı növlər bir-birinə heç bir təsir göstərməyə  də bilər, yaxud bir-birinə 

əlverişli (müsbət) və ya əlverişsiz (mənfi) təsir göstərir. Mümkün kombinasiya tipləri qarşılıqlı  əlaqələrin 

müxtəlif növlərini əks etdirir: 

- neytralizm – hər iki növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir təsir göstərmir; 

- rəqabət – növlərdən hər biri digər növə əlverişsiz (mənfi, pis) təsir göstərir; 

-  mutalizm – növlər bir-birindən ayrıldıqda yaşaya (mövcud ola) bilməz; 

- protokooperasiya (həmrəylik) – hər iki növ qruplaşma əmələ gətirir, qruplaşma onlar üçün faydalı olsa 

da, onlar ayrıldıqda da yaşaya (mövcud ola) bilər; 



- kommensalizm – növün biri kommensal olub, bir yerdə yaşadığı başqa növdən fayda alır, digər növ isə 

sahib olub, heç bir fayda götürmür (qarşılıqlı dözüm); 



- amensalizm – növün biri amensal olub digər növ onun böyümə və çoxalmasına təzyiq göstərir; 

- parazitlik – parazit növ öz sahibinin böyümə və çoxalmasını ləngidir və hətta onu məhv edə bilər; 

- yırtıcılıq – yırtıcı növ öz «qurbanına» (şikarına) hücum edir və onunla qidalanır. 

 Növarası əlaqələr biotik qruplaşmaların (biosenozların) mövcudluğu əsasında yaranır.  



Antropogen faktorlar.   İnsan cəmiyyətinin fəaliyyət forması olub, orqanizmlərin həyatına birbaşa təsir 

göstərir və ya dolayısı ilə yaşayış mühitinə bilavasitə  təsir göstərməklə. Bəşəriyyət tarixi gedişində ilk əvvəl 

ovçuluğun inkişafı, sonralar isə kənd təsərrüfatı, sənaye, nəqliyyat planetimizin təbiətini güclü dəyişmişdir.  

Canlı aləmə  və bütvölükdə biosferə antropogen faktorların təsiri sürətlə artmaqda davam edir və hazırkı 

şəraitdə çox vaxt hakimlik edir. İndiki dövrdə Yerin canlı aləmi və orqanizmlərin bütün növlərinin taleyi prakti-

ki olaraq insan cəmiyyətinin əlində olub antropogen amillərin təbiətə təsirindən asılıdır.  

Ekoloji faktorların  əksəriyyəti vaxta görə keyfiyyətcə  və  kəmiyyətcə  dəyişir. Məsələn, iqlim faktorları 

(temperatur, işıqlandırma dərəcəsi və s.) sutka, mövsüm, il ərzində dəyişir.  

Vaxta görə müntəzəm olaraq təkrarən dəyişən faktorlar dövri faktorlar adlanır. Bura iqlim faktorlarından 

başqa bəzi hidroloji faktorlar (qabarma və çəkilmələr, bəzi okean axınları) da aiddir. Gözlənilməz baş verən fak-

torlar (vulkan püskürməsi, yırtıcıların hücumu və s.) qeyri dövri faktorlar adlanır.  

Dövri və qeyri dövri faktorların ayrılması orqanizmlərin həyat  şəraitinə uyğunlaşmasının öyrənilməsində 

mühüm əhəmiyyət kəsb edir.  

 

2.1. Limitləşdirici faktorlar, optimum qanunlar 

Hər bir faktorun orqanizmə müsbət təsiri yalnız müəyyən həddə (dozada) olur. Dəyişkən faktorun təsirinin 

nəticəsi hər şeydən əvvəl onun təzahür gücündən asılıdır. Faktorun həm çatışmayan (az), həm də artıq miqdarda 

təsiri fərdlərin həyat fəaliyyətinə mənfi təsir göstərir. Faktorun əlverişli təsir gücü (dozası) müəyyən növün or-

qanizmi üçün ekoloji faktorun optimum zonası və ya sadəcə olaraq optimumu adlanır. Optimumdan kənara 

çıxma (sapma) güclü olduqca həmin faktorun orqainizmə məhvedici gücü yüksək olur (pessimum zonası). Eko-

loji faktorun maksimum və minimum dözümlülük rolu kritik nöqtə sayılır və bu nöqtədən kənarda artıq yaşayış 

(həyat) mümkün olmayıb ölüm başlayır. Kritik nöqtələr arasındakı dözümlülük həddi hər hansı bir konkret fak-

tora görə canlı orqanizmin ekoloji valentliyi adlanır. Müxtəlif növlərin nümayəndələri həm optimum 

vəziyyətinə, həm də ekoloji valentliyinə görə bir-birindən kəskin fərqlənir. 

Mühitin abiotik faktorlara münasibəti baxımından geniş ekoloji valentliyi göstərmək üçün faktorun adına 

«evri» önşəkilçisi  əlavə edilir. Evriterm növlər – temperaturun böyük tərəddüdünə davam gətirən,  evriqal 

orqanizmlər  – mühitin duzluluğunun və kimyəvi tərkibinin çox dəyişməsinə dözən,  evrioksibiontlar – suda 

oksigenin çox dəyişməsinə davam gətirən,  evrion növlər – PH mühitinin çox dəyişməsinə davam gətirən 

növlər,  əksinə, faktorun böyük dəyişməsinə davam gətirə bilməyən və ya dar ekoloji valentlik «steno» 

önşəkilçisi ilə qeyd edilir. Məs., stenoterm, stenoqal, stenotop, stenooksibiont orqanizmlər.  

Ekoloji faktorlar arasında həmçinin  limitləşdirici faktorlar ayrılır. Bu faktorlar müəyyən növ üçün ek-

stremal hesab olunan şəraitdə yaşamaq imkanını məhdudlaşdırır.  

Limitləşdirici faktorların  əhəmiyyəti haqqında fikri ilk dəfə XIX əsrin ortalarında alman aqrokimyaçısı 

Y.Libix irəli sürmüşdür. O, göstərmişdir ki, limitləşdirilmiş faktorlar (məsələn, istilik, işıq, su) yalnız faktorun 

azlığı (çatışmazlığı) deyil, həm də onun bolluğu (izafiliyi) ola bilər. Y.Libix «minimum» qanununu müəyyən 



 

32

etmişdir: məhsul minimum vəziyyətdə olan faktordan asılıdır. Məsələn,  əgər torpaqda faydalı komponentlər 



bütövlükdə tarazlaşdırılmış sistem təşkil edirsə  və yalnız fosfor minimum miqdardadırsa, bu faktor məhsulu 

azalda bilər. Lakin torpaqda mineral maddələr optimal miqdarda olduqca faydalı olduğu halda, onların hədsiz 

çox olması da məhsulun azalmasına səbəb olur. Deməli, faktorlar maksimum miqdarda olduğu halda da 

limitləşdirilmiş faktor ola bilər.  

Beləliklə, tələbatla (optimum miqdarla) müqayisədə özünün azlığı (çatışmazlığı) və hədsiz çoxluğu (izafi-

liyi) ilə orqanizmin inkişafını  məhdudlaşdıran faktorlar limitləşdirici faktorlar adlanır. Bəzən bu faktorlara 



məhdudlaşdırıcı faktorlar da deyilir. Deməli, orqanizmlər ekoloji minimum və ekoloji maksimumla 

xarakterizə olunur: bu iki miqdar (ölçü) arasındakı diapazonu tolerantlıq hüdudu (tolerantlıq qanunu) 

adlandırmaq qəbul edilmişdir (V.Şelford, 1913). Y.Odum (1975) tolerantlıq qanununu tamamlayan aşağıdakı 

məqamları göstərir.  

1. Orqanizm bir faktora görə geniş, digərinə isə dar diapazonda tolerantlığa malik ola bilər.  

2. Bütün faktorlara qarşı geniş diapazonluğa malik olan orqanizmlər adətən geniş yayılmışdır.  

3. Hər hansı növ üçün ekoloji faktorun biri üzrə  şərait optimal deyilsə, digər ekoloji faktora qarşı da 

tolerantlıq diapazonu məhdudlaşa (darala) bilər. Məs., azotun limitləşdirilmiş miqdarı zamanı taxıl bitkisinin 

quraqlığa davamlığı aşağı düşür; azotun miqdarı az olduqda solmanın qarşısının alınmasına çox, azotun miqdarı 

çox oldduqda isə nisbətən az su tələb olunur. 

4. Çoxalma dövrü adətən kritik olur; bu dövrdə bir sıra mühit faktorları çox vaxt limitləşdirilmiş olur.  

Tolerant orqanizmlər ətraf mühitin əlverişsiz dəyişkənliyinə olduqca dözümlü növlər hesab olunur.  

 

2.2. Orqanizmin həyatında fiziki və kimyəvi mühit faktorlarının əhəmiyyəti  

 

2.2.1. Temperaturun orqanizmə təsiri 

Temperatur – mühüm limitləşdirici faktorlardan hesab olunur. Temperatur daim təsir göstərən faktor 

sayılır; onun kəmiyyətcə göstəricisi geniş coğrafi, mövsümi və sutkalıq müxtəlifliyi ilə  səciyyələnir. Belə ki, 

səhrada qum səthində temperatur 60

0

C-yə qalxa bilir, Şərqi Sibirdə isə havanın minimum temperaturu mənfi 



70

0

C-yə enir. Ümumiyyətlə, +50-dən -50



0

C temperatur diapazonu biosferdə temperatur şəraitin fundamental 

xarakteristikası hesab olunur, hərçənd bu parametrlərdən sapmalar da olur.  

İqlim zonalarına görə temperatur rejimindəki fərq – Arktika və Antarktikanın sərt və uzun sürən qışı  və 

sərin qısa yayı olan qütb səhralarından, yüksək və nisbətən sabit temperatur ilə seçilən ekvator vilayətlərinə 

qədər yaxşı təzahür olunan konkret ərazinin temperatur şəraitinə dənizə olan yaxınlığı, relyef və digər faktorlar 

təsir göstərir. Aşağı en dairəsinin sahil vilayətində və ya rütubətli tropikada temperatur rejimi yüksək stabilliyi 

ilə fərqlənir. Məsələn, Ekvatorda temperaturun illik dəyişmə amplitudu cəmi 6

0

C, Konqo çayı hövzəsində orta 



aylıq kontinental fərqi -1-2

0

C təşkil edir. Halbuki, kontinental səhralarda temperaturun sutkalıq fərqi 25-38



0

mövsümi fərqi isə 60



0

C-dən yuxarı ola bilər. Avropa kontinentinin şimali-şərqində aşağı orta illik temperatur 

fonunda temperaturun mövsümi dəyişmə amplitudu 100

0

-yə  qədər təşkil edir. Dağlarda temperaturun şaquli 



qradiyenti, temperatur rejiminin yamacların cəhətindən, parçalanma dərəcəsindən asılılığı yaxşı təzahur olunur.  

Torpaqda temperatur şəraiti daha çox «hamar» (zəif) gedir. Əgər torpağın səthində temperaturun dəyişməsi 

hava temperaturunun dinamikasını  əks etdirirsə, dərinliyə getdikcə mövsümi və digər temperatur tərəddüdü 

azalır və temperatur rejimi canlı orqanizmlər üçün stabil əlverişli olur.  

Qeyd edildiyi kimi istənilən növ üçün tolerantlıq hüdudu maksimum və minimum letal (öldürücü, 

məhvedici) temperatur hesab olunur, bu hüduddan kənarda növ istidən və ya soyuqdan ölümcül zədə alır. Bəzi 

nadir istisnalar nəzərə alınmasa, bütün canlılar 0 və 50

0

C temperaturu arasında yaşamağa qadirdir, bu hal 



hüceyrə protoplazmasının xassələri ilə bağlıdır.  

«Optimal interval»da orqanizmlər özlərini rahat hiss edir, fəal çoxalır və populyasiyanın sayı artır. Həyatın 

temperatur hüdudlarının «aşağı  həyat fəaliyyəti» kənar sahələrində orqanizmlər özünü sıxılmış hiss edir. 

Sonrakı soyumada – «dözümlülüyün aşağı  sərhədi» hüdudunda və ya istilyin «yuxarı dözümlülük sərhədi» 

hüdudunda orqanizmlər «ölüm zonası»na daxil olaraq məhv olur. Bu misalla bioloji davamlılığın ümumi qanu-

nu izah olunur (M.Lammottuya görə). Bunu istənilən mühüm limitləşdirici faktora aid etmək olar. «Optimal 

interval»ın ölçüsü orqanizmin dözümlülük (davamlılıq) «ölçüsü»nü, yəni onun faktora qarşı tolerantlıq ölçüsünü 

və ya «ekoloji valentliyi» səciyyələndirir.  

Heyvanların temperatura görə adaptasiya olunma prosesləri «Poykiloterm» və «qomoyoterm» heyvanların 

təşəkkül tapmasına səbəb olmuşdur. Heyvanların əksəriyyəti poykiloterm, yəni onların bədənlərinin temperaturu 

ətraf mühitin temperaturunun dəyişməsi ilə dəyişilir. Bura suda-qurada yaşayanlar, sürünənlər, həşəratlar və s. 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə