QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə11/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   184

 

26

(B.Mirzəyev, S.Bayramov, M.Xəlilov) dağ rayonlarında meşə  əkiləcək sahələrin torpaq-bitmə  şəraitini 



öyrənmiş, Xırdalan qəsəbəsində yerləşən dayaq məntəqəsi (F.Ə.Əmirov, A.Bandin) Abşeronda, Lənkəran dayaq 

məntəqəsi isə Lənkəran zonasında meşə yetişdirməyin mütərəqqi üsullarını işləyib hazırlamışlar.  

Meşəçilik şöbəsində Ə.Hüseynov, L.Hüseynova tərəfindən respublikanın düzən rayonlarında yetişdirilmiş 

meşə əkinlərində xidmət qırması aparılması üzrə müvafiq tövsiyyələr hazırlanıb Dövlət meşə komitəsinə təqdim 

edilmişdir.  

Meşəçilik və dendrologiya şöbəsinin işçiləri (Mlokoseviç, Zubaryeva, Muradov və b.) institutun 

dendrarisində 400-dən artıq ağac və kol növü introduksiya etmişlər, bunlardan bir sıra növlərin perspektiv 

olduğu aşkar edilmiş, meşələrin məhsuldarlığını artırmaq üçün həmin növlərdən istifadə edilməsinin zəruriliyi 

müəyyənləşdirilmişdir.  

İnstitutun elmi işçiləri şoran torpaqda yetişdirilən ağacların davamlığını (S.Ələkbərov, S.Məmmədov), Sul-

tanbud meşəsində bitən saqqız ağaclarının toxumvermə xüsusiyyətini (Ə.İsmixanova), çinar (V.Babaxanov), 

qovaq (Q.Cəlilov), texniki söyüd (İ.Hüseynov) ağaclarının biologiyası və yetişdirilmə aqrotexnikasını öyrənib 

istehsalata müvafiq tövsiyələr vermişlər.  

H.Quliyev Azərbaycanın qərb zonasında meşə yetişdirmək, K.Əsədov Kiçik Qafqazın meşə tiplərini 

öyrənmək üzrə  tədqiqatlar aparmışlar. Bir qrup tədqiqatçılar respublikanın meşələrində bitən iberiya palıdı 

(Ç.Abdullayev), araz palıdı (K.Quliyev), şərq palıdı (F.Cəfərli, H.Adıgözəlov),  şabalıdyarpaq palıdın 

(H.Bədəlov) forma müxtəlifliyini təyin etmək yollarını öyrənmişlər.  

Torpaq eroziyası üzrə çalışan elmi işçilər (T.Məmmədov, F.Hacıyev, F.Əmirov, H.Bayramov, M.Xəlilov) 

Böyük Qafqazın cənub yamacı rayonlarında müasir eroziya proseslərini öyrənmiş, bu prosesə qarşı mübarizə 

aparmaq üçün müvafiq dağ meliorasiya tədbirləri hazırlamışlar.  

İnstitutun meşəyetişdirmə  şöbəsi (A.Bukov, Q.Nağıyev) müxtəlif təsərrüfatların  ərazisində tarlaqoruyucu 

meşə zolaqlarının salınması  təcrübəsini və bu zolaqların  ərazinin mikroiqliminə, kənd təsərrüfatı bitkilərinin 

məhsuldarlığına təsirini öyrənmişlər.  

Respublikada meşələrin elmi tədqiqi və mühafizəsi sahəsində akad. Həsən Əliyevin çox böyük xidmətləri 

olmuşdur. Hələ 1949-52-ci illərdə Botanika İnstitutuna rəhbərlik edərkən onun səyi nəticəsində 8 cildlik 

«Azərbaycanın florası» kitabı  nəşr edilmişdir. Sonralar H.Əliyev Azərb. EA Torpaqşünaslıq və Aqrokimya 

İnstitutunda işləyərkən 1956-cı ildə orada meşə torpaqşünaslığı  şöbəsi yaradır və ömrünün sonuna qədər 

meşələrin və meşə torpaqlarının öyrənilməsi ilə  məşğul olur. Bu istiqamətdə elmi-tədqiqat işləri apararkən 

H.Əliyev respublikanın müxtəlif regionlarında ayrı-ayrı  ağac cinslərinin yayılması qanunauyğunluqları  və 

əhəmiyyətinə diqqət yetirmiş, həm stasionar, həm də marşrut tədqiqatlarından müxtəlif meşə tiplərinin torpaqla 

əlaqəsi və  təsirini aşkar etmişdir.  İnsanın sistemsiz təsərrüfat fəaliyyəti nəticəsində dağ  və düzən meşələrinin 

göz qabağında sıradan çıxması, ayrı-ayrı qiymətli ağac növlərinin tükənmək təhlükəsi onu həmişə narahat etmiş 

və özünün «Həyəcan təbili» kitabında həyəcanla çıxış etmişdir.  

Akademik H.Əliyevin elmi-təşkilati fəaliyyəti nəticəsində 1955-ci ildə Azərb. EA təbiəti mühafizə üzrə 

komissiya yaradılır və o, bu komissiyaya sədr seçilir. 1963-cü ildə isə H.Əliyevin təşəbbüsü ilə Respublika 

Təbiəti Mühafizə Cəmiyyəti yaradılır. Onun uzun illər rəhbərlik etdiyi bu cəmiyyət bitki örtüyünün, o cümlədən 

meşələrin mühafizəsi və  bərpası, həmçinin respublikanın ayrı-ayrı rayonlarında yaşıllaşdırma üzrə böyük 

tədbirlər həyata keçirilir. Məsələn, H.Əliyevin təşəbbüsü ilə  Dəvəçi,  Şamaxı, Zəngilan və Talışın Zuvant 

zonasının arid meşə-bitmə şəriatində püstə, badam, saqqızağac, eldar şamı, iydəyarpaq armud və sərv ağacından 

ibarət salınan bağlar, meşə-bağlar təqdirə layiqdir. Hazırda bu bağlardan bol məhsul yığılır.  

H.Ə.Əliyev öz təşəbbüsü ilə 1975-ci ildə yaratdığı «Azərbaycan təbiəti» elmi kütləvi jurnalın baş redaktoru 

idi. Son 25 il ərzində bu dövri nəşrdə (redaktoru xalq şairi Məmməd Arazdır) respublikanın bitki örtüyünün 

vəziyyəti, orada gedən pozitiv və neqativ hallar, ayrı-ayrı bitki növlərinin yayılması, mühafizəsi və  bərpası 

haqqında maraqlı məlumatlar, tövsiyələr verilir.  

Uzun illər apardığı elmi-tədqiqat işlərinə  əsaslanaraq Həsən  Əliyevin təşəbbüsü ilə «Qarayazı Tuqay 

meşəsi» qoruğu və Böyük Qafqazın şərq qurtaracağında meşə örtüyünün şərq hüdudunda meşə üzərində elmi-

tədqiqat işlərini gücləndirmək və mövcud meşələri qorumaq məqsədilə Pirqulu dövlət meşə qoruğu 

yaradılmışdır.  

Azərbaycan EA coğrafiya institutunda respublikanın meşə örtüyünün hərtərəfli öyrənilməsi təbiəti mühafizə 

şöbəsi (1969) və biocoğrafiya laboratoriyasının (1982) yaranması ilə əlaqədardır.  

1969-1972-ci illərdə Kürqırağı tuqay meşələrinin strukturunu və müasir vəziyyətini tədqiq edərkən orada 

meşələrin (əsasən qovaq meşələrinin) Mingəçevir su anbarından aşağı  ərazilərdə quruması  səbəbləri aşkar 

edilmiş  və onların kserofil ağac-kol qruplaşmaları ilə  əvəz olunması müəyyən edilmişdir (H.Əliyev, 



 

27

M.Y.Xəlilov, 1975). Tuqay meşələrinin müasir vəziyyətini əks etdirən irimiqyaslı xəritə tərtib edilmiş, onların 



bərpası üçün elmə  əsaslanmış  tədbirlər sistemi hazırlanmışdır. M.Y.Xəlilovun apardığı (1969-1990) çöl 

tədqiqatları nəticəsində respublikanın ayrı-ayrı dağ və düzən regionlarının müxtəlif təbii zonalarında hələ az-çox 

ilkin (təbii) vəziyyətini saxlamış meşə obyektləri aşkar edilmiş  və onların mühafizə olunması üçün yeni 

qoruqların və yasaqlıqların təşkili üzrə təkliflər işlənib hazırlanmışdır. Aparılan tədqiqatların nəticələri mono-

qrafiya və kitabçalarda nəşr edilmişdir (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1975, 1982, 1983, 1988; İ.S.Səfərov, 

M.Y.Xəlilov, Ş.Q.Hüseynov, F.H. Məmmədova, 1986; M.Y.Xəlilov, 1985, V.Ş.Quliyev, M.Y. Xəlilov, 1998, 

Q.Ş.Məmmədov, M.Y.Xəlilov, 2002, 2003, 2004). 

Təbiəti mühafizə  şöbəsində N.H.Axundov (1992) tərəfindən pozulmuş meşələrin müasir vəziyyəti 

öyrənilmiş, meşələrin potensial məhsuldarlığının rayonlaşdırılması işi yerinə yetirilmiş, əsas meşəyaradan ağac 

cinslərinin oduncağının artım dinamikasının regional qanunauyğunluğu aşkar edilmiş və onun əsasında ilk dəfə 

respublika meşələri üzrə etalon ağaclıqların məhsuldarlığa görə modelləri hazırlanmışdır. 1:600000 miqyasında 

Azərbaycan Respublikasının meşə örtüyü xəritəsi tərtib edilmişdir.  

Q.Ş.Məmmədov meşə ekosistemlərinin məhsuldarlığına təsir göstərən  ərazilərin ekoloji xüsusiyyətlərinin 

aşkar edilməsi, meşə torpaqlarının münbitliyinin bal və pul vahidi ilə qiymətləndirilməsinin ekoloji əsasları, 

meşə torpaqlarının meşə-meliorativ qruplaşdırılması və yeni əsasda xəritələşdirilməsi, münbitliyinin mühafizəsi 

və idarəedilməsi üzrə təkliflərin hazırlanması istiqamətində geniş tədqiqatlar aparmışdır. Onların nəticələri mo-

noqrafiya, kitabça və məqalələrdə nəşr edilmişdir (Məmmədov, 1979, 1991, 1997, 1998, 2000 və s.).  

Azərbaycan Elmi-tədqiqat Çoxillik Bitkilər  İnstitutu yaşıllaşdırma və tarlaqoruyucu meşə zolaqlarının 

salınması məqsədilə ağac və kol bitkilərinin introduksiyası üzrə elmi işlər aparmışdır. Bu institutun Lənkəran 

filialı  tərəfindən Hirkan meşə cinslərinin biologiyasının və ekzot cinslərin introduksiyasının öyrənilməsi üzrə 

maraqlı elmi tədqiqat işləri yerinə yetirilmişdir. Bu institutun ərazisində  Lənkəran təcrübə stansiyasının 

yaratdığı «Hirkan sahəsi» elmi və praktiki əhəmiyyət kəsb edir. Burada əsas Hirkan cinslərindən başqa 150-dən 

artıq ekzot növlər vardır, onların arasında evkomiya, mantar palıdı, evkalipt, pekan, tülpan və digər ağaclar 

xüsusi maraq doğurur.  



 

Zoologiya sahəsi 

Azərbaycanda zoologiya elminin tarixi və inkişafı M.Ə.Musayevin (1987) məlumatına  əsaslanaraq  şərh 

olunur.  

Azərbaycanın çoxcəhətli faunası bir çox təbiətşünasların və  səyyahların diqqətini cəlb etmişdir. Hələ 

eramızdan əvvəl IV-III əsrlərdə Qobustanda yaşayan ibtidai insanlar qayalar üzərində Azərbaycanın heyvanlar 

aləminin müxtəlif nümunələrini – öküz, maral, at və s. təsvir edirdilər.  

Azərbaycanın heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və Roma səyyahlarının (Herodot, 

Klavdi Elian), coğrafiyaşünasların (Əl-İstəhri, Rubruk, Tavernye, Oleari, X-XII əsrlər)  əsərlərində, böyük 

Azərbaycan şairlərinin poemalarında (Nizami, XII əsr; Füzuli, XVI əsr) və s.-də rast gəlmək olar.  

S.Q.Qmelinin 1770 və 1773-cü illərdə  gəlişi Azərbaycan faunasının tədqiqinin başlanğıcı sayılmalıdır. 

Görkəmli təbiətşünaslardan Menetrie, Qoqenaker, Radde, Ber, Qrimm, Kessler və başqaları müxtəlif vaxtlarda 

Azərbaycanda olmuş  və  tədqiqatlar aparmışlar. Onlar bir çox yeni heyvan növləri təsvir etmişlər. 1867-ci ildə 

Tiflisdə Qafqaz muzeyi təşkil olunmuşdur. XIX əsrin ikinci yarısından etibarən bu muzeyin işçiləri Azərbaycanın 

müxtəlif quberniyalarının faunasını tədqiq etmiş  və bir sıra zərərli gəmirici növlərin, çəyirtkəkimilərin və s.-nin 

kənd təsərrüfatında rolunu müəyyənləşdirmişlər. Burada həm də zərərvericilərə qarşı mübarizə tədbirləri hazırlanır 

və aparılırdı. Bu muzeyin (indi Gürcüstan Dövlət Muzeyi) mövcud olduğu dövr ərzində burada Azərbaycan 

faunası üzrə ayrı-ayrı şəxslərin müxtəlif vaxtlarda yığdığı zəngin material toplanmışdır.  

Beləliklə, XX əsrin əvvəllərinə qədər Azərbaycanın heyvanlar aləmini yalnız gəlmə alimlər öyrənirdi.  

Beləliklə, Azərbaycanda 1920-ci ilə kimi zəif stasionar zooloji müəssisə – Bakı ixtioloji stansiyası var idi. 

1912-ci ildə  təşkil olunmuş bu stansiya ölkənin balıq təsərrüfatının öyrənilməsini lazımi səviyyədə  təşkil edə 

bilməmişdi. 1909-cu ildə Bakı, 1916-cı ildə Yelizavetpol-Zaqatala müvəqqəti entomoloji kabinetləri fəaliyyətə 

başladı. Bakı-Dağıstan bitki mühafizəsi bürosu (1916-cı il) çəyirtkə  və  gəmiricilərə qarşı mübarizənin təşkili 

üzrə iş aparırdı.  

Gəncə şəhərinin yaxınlığındakı Zurnabad taunla mübarizə stansiyasında (1902-ci il) mal-qaranın parazitar 

xəstəlikləri qismən öyrənilirdi.  

Azərbaycanın heyvanat aləminin planauyğun, sistemli tədqiqi yalnız sovet hakimiyyəti illərində elmi 

idarələrin və ali məktəblərin geniş şəbəkəsi yarandıqdan sonra mümkün oldü.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə