QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə17/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   184

 

39

halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə  şirəsinin osmotik qatılığını 



tənzimləyir (yulğun, dəvəayağı). Bunun nəticəsində onlar torpaqdan suyu effektiv sorur, izafi duz onlara ziyan 

yetirmir.  

Bütün halofitlər torpağın duzluluq dərəcəsini göstərən indikatorlar hesab olunur. Bir çox halofitlər (sirkan 

növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.  

Suya olan münasibətinə görə heyvanlar da ekoloji qruplara ayrılır: hiqrofillər (rütubətsevənlər); kserofillər 

– quraq mühitə, xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan heyvanlar. Kserofillərin bədən səthindən, 

tənəffüs orqanları qişasından və mübadilə  məhsulları ilə su itkisi olduqca azdır. Kserofillər metobolik sudan 

(dəvə, ərəb dovşanı, həşəratlar), sidik kisəsində topladığı ehtiyat sudan (Avstraliya qurbağası), yaxud qida ilə 

aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq və s.) uzun müddət yaşaya bilir. Metabolik südan 

istifadə edən heyvanlar (məs. dəvə, qoyun, it) uyğun olaraq 27, 23 və 17% su itirdikdə dözür. Lakin insan 10% 

su itirdikdə ölür. Peykiloterm heyvanlar istisevər heyvanlar kimi sudan bədənini sərinləşdirmək üçün istifadə 

etmədiyindən daha dözümlüdürlər. Kserofillərin çoxunda yay yuxusu, mövsümi diapauza, axşam-gecə fəallığı 

suyun qənaətlə  sərf edilməsinə  səbəb olur. Kserofillər susuzluğa dözümlü olsalar da, su içmək üçün uzaq 

məsafələr qət edirlər (qulan, büldürük).  



 

2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi  

Təbii su hövzələri duzluluq dərəcəsinə görə şərti olaraq şirin sulara (duzluluq 0,5%), zəif duzlu (0,5-16%) 

və duzlu (16%-dən artıq) sulara bölünür. Okean sularının duzluluq dərəcəsi 32-38% (orta hesabla 35%) təşkil 

edir.  Ən yüksək duzluluğu ilə duzlu göllər deyilən daxili su hövzələri seçilir, bunlarda elektrolitlərin qatılığı 

370%-ə çatır. Təbiidir ki, belə müxtəlif  şəraitlərdə su orqanizmləri müxtəlif adaptasiya tipləri seçir. Su-duz 

mübadiləsinin xarakterinə görə hidrobiontlar aydın şəkildə şirin su və dəniz hidrobiontlarına bölünür, lakin evri-

qalin formalar hər iki şəraitdə yaşaya bilər.  

Şirin su orqanizmlərinin izotonik formaları ola bilməz; onların hüceyrə və toxumalarında mayelərin qatılığı 

ətraf mühitdən artıqdır. Başqa sözlə, şirinsulu orqanizmlər hipertonikdir (yüksək təzyiqli), buna görə orqanizmin 

daxilinə daima suyun osmotik axını istiqamətlənir. Odur ki, şirinsulu hidrobiontlar orqanizmin daxili mühitində 

osmotik təzyiqi aktiv saxlamalıdır. Onlar homoyosmotik formalara aiddir.  

Bir çox şirinsulu heyvanlarda olan müxtəlif örtüklər onların dərisindən suyun daxil olmasını  çətinləşdirir 

(zireh, pulcuq, selik və s.). Lakin orqanizmə suyun osmotik daxil olması tam təcrid oluna bilməz, belə ki, ən azı 

tənəffüs orqanları epiteli, selikli bağırsaq su ilə təmasda olur.  

Dəniz suyunda osmotənzimlənmənin vəzifəsi safsulu (şirinsulu) tipin əksinədir: dənizdə orqanizmin daxili 

mühitinin osmotik təzyiqi dəniz suyuna nisbətən aşağıdır, buna görə orqanizm daima susuzlaşır. Dəniz 

balıqlarında suyu güclü xaric etməyə yönəldilən böyrəklərin süzmə funksiyası  zəifdir, yumaqcıqların çox 

hissəsi, ümumiyyətlə, süzmə işində iştirak etmir.  

 

2.3.2. Dünya okeanının ekoloji zonaları  

Okean və ona daxil olan dənizlərdə hər şeydən əvvəl iki ekoloji sahə ayırırlar: su qatı – pelagial və suyun 



dibi (bental). Dərinlikdən asılı olaraq bental litoral zonaya, batial zonaya – dik yamac sahəsi və abissal zonaya 

bölünür.  Litoral zona okean dibinin çəkilməsi zamanı  ən aşağı  və qabarma zamanı  ən yuxarı su səviyyələri 

arasındakı sahilboyu ekoloji zonadır. Dərinliyi 40-50 sm-dən 200 m-ə qədərdir. Litoral sahə qabarma və çəkilmə 

nəticəsində gündə iki dəfə su ilə örtülür və sudan azad olur. Süxurların xüsusiyyətindən asılı olaraq gilli, qumlu, 

daşlı və qayalı litorallara ayırırlar. Təbiidir ki, litoralın sakinləri nisbətən yüksək olmayan təzyiq, gündüz günəş 

işığı, çox vaxt temperatur rejiminin dəyişməsi şəraitində yaşayır.  



Abissal sahə okean dibinin 2500 m-dən dərin olan sahəsidir (6000-7000 m-ə qədər). Bu sahə daim qaranlıq 

olub, temperatur aşağı  və sabit, yüksək təzyiq (yüzlərlə, bəzən min atmosferə yaxın) altında olur. Abissalın 

bitkisi bəzi bakteriyalardan və bir neçə növ saprofit yosunlardan ibarətdir, heyvanları ya gözsüzdür və ya böyük 

gözləri vardır, bir çox orqanizm isə özü işıq verir.  

Okean dibinin bütün canlıları bentos adlanır.  

 

2.3.3. Su mühitinin əsas xassələri  



Suyun sıxlığı – bu faktor su orqanizmlərinin yerdəyişmə  şəraitini və müxtəlif dərinliklərdə  dərinlik 

müəyyən edir. Distilə edilmiş suyun +4

0

C-də sıxlığı 1q/sm



3

-a bərabərdir. Tərkibində suda həll olan duzlar olan 

təbii suların sıxlığı çox olub 1,35 q/sm

3

-a çatır. Dərinliyə getdikcə  hər 10 m-də  təzyiq təxminən orta hesabla 




 

40

1·10



5

 Pa (1 atm) artır. Bəzi növlər müxtəlif dərinliklərdə yayılaraq bir neçə atmosferdən 100 atmosferə qədər 

dözür.  

Lakin dənizlərin bir çox sakinləri nisbətən stenobat olub müəyyən dərinliklərdə yaşamağa uyğunlaşmışlar. 

Stenobatlıq dayaz və dərinliklərdə yaşayan növlərə xasdır. Litoralda həlqəli qurd (Arenicola), bəzi molyusklar 

(məs. Patella) məskunlaşır. Balıqların əksəriyyəti, xərçəkgkimilər, başıayaqlı molyusklar, dəniz ulduzları və b. 

yalnız dərinliklərdə, təzyiqi 4·10

7

 Pa (400-500 atm) olan sahələrdə məskunlaşırlar.  



Suyun sıxlığı ona söykənməyə imkan yaradır, bu hal skeletsiz formalar üçün vacib sayılır. Mühitin 

dayaqlığı hidrobiontları üzməyə (süzməyə) uyğunlaşmağı  təmin edir. Asılı  vəziyyətdə olan, suda üzən 

orqanizmləri hidrobiontun xüsusi ekoloji qrupunda birləşdirilərək  «plankton» adlandırırlar. Su qatının günəş 

enerjisi olan hissəsində (dünya okeanında orta hesabla 200 m dərinliyə qədər) yayılan planktonun bitki hissəsi 



(evtofik zona)  fitoplankton adlanır. Fitoplankton su hövzələrində üzvi maddələrin  əsas ilk produsenti olub, 

onun hesabına su heterotrof orqanizmləri mövcuddur. Fitoplanktonun biokütləsinin cəmi zooplanktonun 

biokütləsinə nisbətən kiçikdir (uyğun olaraq 1,5 və 21,5 mlrd ton), lakin tez parçalandığından onun məhsulu 550 

mlrd ton təşkil edir (okeanın bütün heyvanat məhsullarından 10 dəfə artıq).  



Zooplankton plaktonun heyvanat aləmi komponenti olub bura ibtidailər, meduzalar, evufauzidlər, bəzi mo-

lyusklar, müxtəlif kiçik xərçəngciklər, dib heyvanlarının sürfələri, balıqların kürüsü, sifonoforlar və s. daxildir.  

Birhüceyrəli yosunlar (fitoplankton) suda passiv süzür, plankton heyvanların əksəriyyəti kiçik məsafələrdə 

aktiv üzmə qabiliyyətinə malikdir və onlar suyun dibinə çökmür. Plankton orqanizmləri axını dəf edə bilmir və 

onunla uzaq məsafələrə aparılır. Lakin zooplanktonların bir çox növləri su qatında 10 və 100 metrlərlə şaquli 

miqrasiya qabiliyyətinə malikdir. Suyun səth pərdəsinin hava mühiti sərhədindəki planktonun xüsusi 

növmüxtəlifliyinin ekoloji qrupu - neyston adlanır.  

Oksigen rejimi. Oksigenlə doymuş suda onun miqdarı 1 litrdə 10 ml təşkil edir. Bu atmosferdə olan 

oksigendən 21 dəfə azdır. Odur ki, hidrobiontların tənəffüsü çətinləşir. İlk suda yaşayanlar və suyun altında olan 

bitkilər tənəffüs üçün suda həll olmuş oksigeni ya bütün bədənlərinin səthi ilə, yaxud da xüsusi tənəffüs 

orqanları vasitəsilə alır. Oksigenin suda həll olmasına temperatur da təsir göstərir (cədvəl 2.1.).  

 

Cədvəl 2.1.  

Müxtəlif temperaturlarda suda həll olan 

oksigenin miqdarı, ml/l 

(A.Krogh, 1941) 

 

Temperatur, dərəcə 

Şirin su 

Dəniz suyu 

0 10,29 

7,97 

10 8,02 

6,35 

15 7,22 

5,79 

20 6,57 

5,31 

30 5,57 

4,46 

 

Suda oksigenin miqdarına ekoloji faktorlar da təsir göstərir. Belə ki, suyun qarışması (fırtına, dalğa, tez 



axın, şəlalə və s.) səthinin hava ilə təmasda olmasını artıraraq suda oksigenin artmasına səbəb olur. Tam sakit 

havada qapalı axmaz su hövzələrində suda oksigenin həll olması yavaşıyır. Yaşıl bitkilər suda oksigenin 

çoxalmasına səbəb olur, ölü bitki qalıqlarının, lilin toplanması isə üzvi maddələrin parçalanması ilə  əlaqədar 

suyu oksigenlə kasatlaşdırır. Bu, xüsusilə yüksək temperaturda daha çox təzahür olunur. Belə  şəraitdə 

parçalanma (çürümə) prosesləri tezləşir, oksigenin həll olması isə zəifləyir. Qışda su hövzəsi buz ilə örtüldükdə

xüsusilə ona çoxlu miqdarda detrit qarışarsa, suda oksigenin miqdarı  kəskin azalır və oksigenin 

çatışmazlığından balıqların kütləvi məhv olması baş verir.  

Oksigenin çatışmazlığı ilə yanaşı, suda orqanizmlərin (xüsusən balıqların) məhv olmasına suda toksik 

qazların (metan, kükürd oksidi, CO

2

  və b.) konsentrasiyasının yüksəlməsi ilə  əlaqədar olaraq su hövzələrinin 



dibində maddələrin parçalanması səbəb olur. 

Qeyd edildiyi kimi, suya oksigen, yosunların fotosintetik fəaliyyəti hesabına və havadan diffuziya olmaqla 

daxil olur. Odur ki, suyun yuxarı qatları bir qayda olaraq, aşağı qatlara nisbətən oksigenlə zəngindir. Heyvan və 



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə