QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə3/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   184

 

8

17.2. Quru sularının çirklənməsi və insan sağlamlığı 



17.3. Azərbaycan Respublikası çaylarının ekoloji problemləri  

17.3.1. Kür və Araz çaylarının ekoloji vəziyyəti 

17.4. Dünya okeanı və dənizlərin çirklənməsi 

17.4.1. Okean və dənizlərin ağır metallarla çirklənməsi 

17.4.2. Dəniz və okeanların qorunması 

17.5. Xəzər dənizinin ekoloji vəziyyəti 

17.5.1. Xəzərin neft və neft məhsulları ilə çirklənməsi 

 

XVIII FƏSİL. LİTOSFERƏ ANTROPOGEN TƏSİR 

18.1. Yerin təkinə təsir 

18.2. Faydalı qazıntıların çıxarılması və istifadəsinin ətraf mühitə təsiri 

18.3. Dağ süxurlarına və massivlərinə təsir 

18.4. Torpaq örtüyünə antropogen təsir 

18.4.1.Torpaq eroziyası 

18.4.2. Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri 

18.5. Torpaq və insan sağlamlığı 

18.6. Nitrat və nitritlərin insan sağlamlığına təsiri 

18.7. Səhralaşma 

18.7.1. Azərbaycanda səhralaşma problemi 

18.8. Həyatın təkamülündə və Yer üzərində bioloji müxtəlifliyin 

qorunmasında torpağın əhəmiyyəti 

 

XIX FƏSİL. BİTKİ ÖRTÜYÜNÜN ƏTRAF MÜHİTDƏ VƏ  

İNSAN HƏYATINDA ROLU 

19.1. Meşə örtüyünün ətraf mühitə təsiri 

19.2. Təbii otlaqların vəziyyəti  

19.2.1. Azərbaycanda otlaqlardan istifadənin problemləri  

19.3. Bioloji müxtəliflik (BM) 

19.3.1. BM-in ekoloji və iqtisadi əhəmiyyəti  

19.3.2. İnsanın BM-ə təsiri  

19.4. Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi 

 

19.5. Dərman bitkilərindən istifadə 



19.6. Müxtəlif xəstəliklər zamanı tərəvəz şirələrindən istifadə 

 

 



XX FƏSİL. TƏBİƏTİN MÜXTƏLİF İSTİQAMƏTLİ  

DƏYİŞDİRİLMƏSİ VƏ İNSAN SAĞLAMLIĞI 

20.1. Əkinçilik və insan sağlamlığı 

20.2. Meşədən istifadə və insan sağlamlığı 

20.3. Süni su anbarları və insan sağlamlığı 

20.4. Quraqlıq ərazilərin suvarılması və insan sağlamlığı 

20.5. İzafi rütubətlik və bataqlaşmış ərazilərin qurudulması və insan 




 

9

sağlamlığı 



20.6. Heyvandarlığın intensivləşdirilməsi və insan sağlamlığı 

 

20.7. Tikinti işləri və insan sağlamlığı 



 

XXI FƏSİL. BİOSFERƏ XÜSUSİ TƏSİR NÖVLƏRİ 

21. Ətraf mühitin akustik (səs) çirklənməsi və sağlamlığa təsiri  

21.1. Səs və vibrasiyanın ətraf mühitə və insana təsiri 

21.2. Mühitin elektromaqnit çirklənməsi və onun insanın sağlamlığına təsiri 

 

XXII FƏSİL. BİOSFERƏ EKSTREMAL TƏSİR 

 

22.1. Kütləvi qırğın silahlarının ətraf mühitə təsiri və ekoloji nəticələri 



22.2. Müharibələrin ətraf mühitə təsiri 

22.3. Nüvə silahlarının ətraf mühitə təsirinin nəticələri 

22.4. Texnogen ekoloji qəzaların təsiri 

 

XXIII FƏSİL. TƏBİİ FƏLAKƏTLƏR 

 

23.1. Fırtınalar 



23.2. Azərbaycanda güclü küləklər 

23.3. Zəlzələ 

23.4. Sunami 

23.5. Daşqınlar 

23.6. Tropik tsiklonlar 

23.7. Tayfunlar 

23.8. Leysan yağışları, dolu 

23.9. Sel hadisələri 

23.10. Sürüşmələr 

23.11. Qar uçqunu 

23.12. Quraqlıq və quru küləklər 

23.13. Vulkanlar 

23.13.1. Palçıq vulkanları 

23.14. Kosmik fəlakətlər 



 

XXIV FƏSİL. ƏTRAF MÜHİTİN SOSİAL FAKTORLARI 

 

24.1. Papiros (siqaret) çəkmə və onkoloji xəstəliklər 



24.2. Narkomaniya və toksikomaniya 

24.3. Alkoqolizm 



Ədəbiyyat 


 

10

GİRİŞ 



 

İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır.  İnsanın həyatında və  fəaliyyətində  təbiətin rolunu 

qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin 

rifah və inkişaf səviyyəsini təyin edir. 

Hələ XX əsrin başlanğıcında yer kürəsinin  əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii 

sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət 

hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra 

onu fəlakət gözləyir. 

XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya 

proseslərinin  əlamətlərini yaratdı. Milyon illər  ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə  məruz 

qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü. 

XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr 

ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların 

tükənməməsi və texnogen fəaliyyət nəticəsində  dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində 

əhalinin sayı 1-1,5 mlrd. nəfər hüdudunda olmalıdır. 

Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və 

avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və  s.  Bu  və digər sahələr təbiət üçün zərərli olmaqla 

yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən 

istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, material-

lardan istifadə isə 9 dəfə çoxaldı. 

İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı  əlaqəsi bu gün dünya əhalisinin  əksəriyyətinin həyat  şəraitinin 

dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür olunur. 

 

Meşələrin məhv edilməsi, bozqırların (çöllərin)  şumlanması, meliorasiya, süni göllərin və  dənizlərin 



yaradılması, meqapolislərin salınması, yol, kanal və trasların tikilməsi nəticəsində yer səthinin landşaftı dəyişir. 

Təbii ekosistemlərin sahəsi hər il 1 % sürətilə azalır, o cümlədən meşələrin (xüsusilə tropik meşələrin) sahəsi 

ildə 200 min ha azalır, səhraların sahəsi isə ildə 60 min km

2

 genişlənir. Hazırda pozulmayan (təbii) 



ekosistemlərin yalnız 40 %-ə qədəri qalmışdır. 

 



Atmosferdə parnik (istilik) effekti yaradan toz və qazların toplanması  nəticəsində yerin istilik balansı 

dəyişir, qlobal istiləşmə baş verir. 

 

Ozon təbəqəsinin ildə 1-2 % nazilməsi, ozon «bacalarının» (deşiklərinin)  əmələ  gəlməsi müşahidə 



edilir. 

 



Torpağın deqradasiyası (şorlaşma, şorakətləşmə, eroziya, münbitliyin aşağı düşməsi) baş verir. 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə