QəRİb məMMƏdov, mahmud xəLİlov


Şəkil 1. Ekologiya elmlərinin strukturu



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə4/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   184

 

11

 



Şəkil 1. Ekologiya elmlərinin strukturu 

 

 



Torpaqda, suda, havada zərərli maddələr toplanır. 

 



Okeanın səviyyəsi qalxır (ildə 2 mm-dən 1 sm-ə qədər) 

 



Bitki və heyvanların bilavasitə məhv edilməsi və antropogen mühitin onlara mənfi təsiri, həmçinin yeni 

heyvan cinslərinin və bitki çeşidlərinin yaradılması və onların yeni sahələrə köçürülməsi, nəticəsində növ, popu-

lyasiya və ekosistemlər səviyyələrində növ müxtəlifliklərinin aşağı düşməsi (kasatlaşması) hesabına bitki örtüyü 

və heyvanat aləminin tərkibi dəyişir. 

 

Zərərli fiziki sahələrin (səs, infrasəs, elektromaqnit sahəsi) təsiri yaranır və intensivliyi yüksəlir. 



 

Texnogen qəzaların və təbii fəlakətlərin sayı, onların vurduğu ziyanlar, ölümün sayı hər il 5-10 % artır. 



 

Həyatın (yaşayışın) keyfiyyəti (genetik və yeni xəstəliklər, immun statusu) müəyyən dərəcədə pisləşir. 



Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə  sıxı bağlı mexanizmlərini,  ətraf mühitin (təbiətin) insanın 

təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən 

təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı (davamlı) halda saxlamağı 

proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya elminə tələbat və maraq günü-gündən artır. 

 «Ekologiya» termini canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı  əlaqəni öyrənən 

biologiyanın bir bölməsi kimi ilk dəfə 1866-cı ildə alman təbəitşünası Ernest Hekkel tərəfindən irəli sürülmüşdür. 

Qeyd etmək lazımdır ki, tipik elmi fənn kimi ekologiya XX əsrin  əvvəlində formalaşmışdır, geniş elmi 

istimaqət kimi isə bu elm sahəsi yalnız 1960-cı illərin ortalarında qiymətləndirildi. Bu dövrdə ilk dəfə insanın Yer 

üzərindəki fəaliyyətinin nəticələri nəzəri cəlb etdi və bu nəticələrin çox hallarda müsbət olmadığı aşkar olundu, 

«ekologiya» sözü dedikdə  ətraf mühitin vəziyyətini səciyyələndirən geniş  məlumatlar və onun insanın 

sağlamlığına təsiri başa düşüldü. Tədris və elm sahələrində insan fəaliyyətinin ekolojiləşdirməkdə müəyyən ekoloji 

elmlər sisitemi yarandı. 

Hazırkı dövrdə geniş eksperimental və nəzəri materiallar əsasında ekologiya elminə təbii mühit və onun in-

sanla - insan cəmiyyəti ilə qarşılıqlı  təsiri haqqında təbiət və sosial elmlərin məlumatlarını birləşdirən-sintez 

edən kompleks elmi istiqamət kimi baxmalıdır. Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri meydana 

gələrək sürətlə inkişaf etməyə başladı. (şəkil 1,2.)  

 



 

12

 



Şəkil 2. Ekoloji-təbiət elmlərinin (fənlərinin) sxemi 

 

«Ekologiya,  ətraf mühit və insan» kitabına aşağıdakı mövzular daxil edilmişdir: Dünyada, o cümlədən 



Azərbaycanda ekologiya elminin inkişaf tarixi; həyat mühiti və ekoloji faktorlar; müxtəlif səviyyələrdə 

(populyasiya, biosenoz, ekosistem, biosfer) təbii sistemlərin funksiyalarının  əsas qanunauyğunluqları, onların 

davamlığı, məhsuldarlığı, enerjisi və digər xassələrini göstərən faktorlar, insan ekologiyası; insan tərəfindən 

təbii ekosistemlərin fəaliyyət prinsiplərinin pozulması  və onun ekoloji nəticələri;  ətraf mühitin (atmosfer, 

hidrosfer, litosfer, o cümlədən torpaq) əsas çirkləndiricilərinin  ətraflı xarakteristikası  və onların insanın 

sağlamlığına təsiri; energetika və ekologiya; iqlimin qlobal dəyişməsi və onun təbii və sosial-iqtisadi nəticələri, 

istilik (parnik) effekti, ozon təbəqəsini dağıdan səbəblər, turş yağışlar, avtomobil nəqliyyatının tullantılarının 

ətraf mühitə  və insanın sağlamlığına təsiri; litosferə, o cümlədən torpağa antropogen təsir: torpaq eroziyası, 

nitrat və nitritlərin insan sağlamlığına təsiri, səhralaşma; bitki örtüyünə antropogen təsirin nəticələri, təbii 

otlaqların vəziyyəti, bioloji müxtəliflik və onun deqradasiyası səbəbləri, dərman bitkilərindən istifadə; təbiətin 

müxtəlif istiqamətlərdə  dəyişdirilməsi (əkinçilik, meşədən istifadə, süni su anbarlarının yaradılması, suvarma, 

bataqlıqların qurudulması, heyvandarlığın intensivləşdirilməsi, tikinti işləri) və insan sağlamlığı; biosferə xüsusi 

təsir növləri (səs və elektromaqnit çirklənməsi) və onların insan sağlamlığına təsiri; biosferə ekstremal təsirlərin 

(kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen ekoloji qəzalar)  ətraf mühitdə  nəticələri; təbii 

fəlakətlərin (fırtına. zəlzələ, daşqın, tropik tsiklonlar, sel və sürüşmə hadisələri, quraqlıq, vulkanlar, kosmik 

fəlakətlər və b.) nəticələri; ətraf mühitin sosial faktorları (siqaret çəkmə, nakromaniya və alkoqolizm) və onların 

insanın sağlamlığına təsiri.  

 «Ekologiya  ətraf mühit və insan» kitabının tərkibində göstərilən mövzular üzrə MDB dövlətlərində  və 

xaricdə  nəşr edilmiş  ədəbiyyatlardan, həmçinin müəlliflərin  şəxsi tədqiqatlarının materiallarından istifadə 

olunmuşdur. 

Hazırda respublikamızda ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı 

torpaqların azalması, bəzi yerlərdə tamamilə  sıradan çıxarılması,  şəhərlərdə atmosfer havasının, Kür, Araz və 

digər çayların, Xəzərin, torpağın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin 

pozulması və ya azalması «Ekologiya» kitabına ehtiyac olduğunu sübut edir.  




 

13

 «Ekologiya, ətraf mühit və insan» kitabı ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, torpaqşünaslar, meşəçilər, 



geobotaniklər, kənd təsərrüfatı, həmçinin təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi 

məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.  

Geniş oxucu kütləsinin «Ekologiya, ətraf mühit və insan» kitabına verəcəkləri məsləhətlər və ya iradlara 

görə müəlliflər qabaqcadan öz təşəkkürünü bildirir.             



 

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə