QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə54/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   184

 

124


Bütün digər növlər kimi insan da mühitdən asılı olduğu kimi, özü də mühitə təsir göstərir. Heyvandan fərqli 

olaraq insan zehni inkişafa (intellektə) malikdir. Onun intellekti mühüm faktor sayılan qida məhsullarının 

çatışmazlığını  kənd təsərrüfatı – maldarlıq və  əkinçilikdən istifadə etməklə  tənzimləməkdir. Bu, təxminən 10 

min il əvvəl baş vermişdir. İnsan özünün müstəqil (xüsusi) ekoloji sistemini qurmağa başladı.  

İnsanın düşüncə qabiliyyəti, lazımi  əmək alətlərini yaratması müvəqqəti də olsa, adi abiotik və biotik 

faktorların təsirinin qarşısını almaqda ona köməklik göstərdi. B.Nebel (1993, I cild) qeyd edir ki, bu təsirlərin 

qarşısının alınmasında insan aşağıdakılara nail olmuşdur:  

1) Bol ərzaq məhsulu əldə etmək; 

2) Su anbarları yaradaraq, onun suyunu yaşayış məntəqələrinə və tarlalara çıxarmaq; 

3) Yırtıcı və bir sıra xəstəliktörədən orqanizmlərə qarşı vasitələr yaratmaq;  

4) Yaşayış yeri tikməklə onu öz istəyinə uyğun qızdırmaq və ya soyutmaq üsullarını öyrənmək; 

5) Digər növlərlə rəqib mübarizəsində qalib çıxmaq.  

İnsan limiti təyin edilmiş (həddini aşmış) faktorların təsirinin qarşısını almağı öyrənsə də, ona 100% qalib 

gəlməyə qadir deyildir. Y.Odum (1975) qeyd edir ki, insan öz mənzilini, öz iş yerini kondensionerləşmiş hava 

ilə təchiz edə bilər, lakin özünün iqlimdən asılı olmadığını zənn edə bilməz, əks halda kondensionerləşdirilmiş 

hava ilə tarlalarını, ev heyvanlarını və s.-ni də kondensionerləşmiş hava ilə təchiz edə bilərdi. Deməli, insan hələ 

də iqlim hadisələrindən – isti və soyuqdan, quraqlıq və yağışdan və digər hadisələrdən asılı olaraq qalır.  

Beləliklə, insan sosial varlıq olsa da, əslində  təbiət  həmişə onun varlıq faktoru olaraq qalacaq və insanı 

əhatə edən mühitin ayrılmaz hissəsini təşkil edəcəkdir. Bura həmçinin insanın yaratdığı süni mühit və ictimai 

əlaqələr də daxildir. Süni məskunlaşma mühiti də insana təsir göstərir, yaxud burada əks əlaqə yaranır, bu əlaqə 

insan populyasiyalarında baş verən həm bioloji, həm də sosial proseslərə təsir edir.  

 

8.3. İnsan populyasiyası 

İnsan populyasiyası, yaxud xüsusi növün populyasiyası – Homo sapiyens, heyvan populyasiyalarının 

xassələrinə malikdir, lakin süni mühitin, sosial-iqtisadi şəraitin və sairə faktorların, yəni  sosiumun (bu 

faktorların cəmi sosium adlanır) təsiri nəticəsində bu xassələrin təzahürünün forma və xarakteri olduqca 

fərqlənir.  

Yer üzərində bütün insanlar bəşəriyyət populyasiyası sistemini əmələ gətirir. Bu populyasiyanın artması 

təbii resurslar, həyat  şəraiti sosial-iqtisadi və genetik mexanizmlərlə  məhdudlaşır (Reymers, 1994). İnsan bu 

məhdudlaşdırıcı faktorların  əhəmiyyətini artıq kifayət qədər dərk edir. Sosial-iqtisadi faktorlar artıq müəyyən 

dərəcədə nizamlayıcı kimi görünsə  də, bu faktorlara hələ ki, az əhəmiyyət verilir. Bu baxımdan,  əgər insan 

həqiqətən düşünərək ağılla hərəkət edərsə, Y.Oduma (1975) görə o, aşağıdakılara əməl etməlidir: 

1) Şəxsi populyasiya artım formasını öyrənməli və dərk etməli; 

2) Müəyyən sahənin həcmi ilə  əlaqədar  əhalinin miqdarca optimum ölçüsünü və konfiqurasiyasını  təyin 

etməli; 


3) «Təbii tənzimlənmə» fəaliyyətdə olmayan yerdə «mədəni tənzimləmə»ni qəbul etməyə hazır olmalıdır.  

 

8.4. Yerin təbii resursları – insanın həyat faktoru kimi  



Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əldə etdikləri hər bir 

şey nəzərdə tutulur. İnsanın tələbatını maddi və mənəvi tələbata bölmək olar. Təbii resurslardan istifadə etdikdə 

o, müəyyən qədər insanın mənəvi tələbatını da ödəyir. Məsələn, estetik («təbiətin gözəlləyi»), rekreasiya və s. 

Lakin onun əsas təyinatı, məqsədi – insanın maddi tələbatını ödəməkdir, yəni maddi nemətlər yaratmaqdır.   

Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub, insan onlardan maddi nemət kimi 

istifadə edir. Bu isə  bəşəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də  tədricən həyatın keyfiyyətinin 

yüksəlməsini təmin edir.  

İnsan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif olub, onların təyinatı, mənşəyi, istifadə 

üsulları müxtəlifdir. Bu isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii resursları 

təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır. 

Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.      

Bioloji resurslar – bura biosferin bütün canlı mühitəmələgətirən komponentləri (produsentlər, konsumentlər 

və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir (Peymers, 1990). Onlar insanların maddi və  mənəvi 

nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları, mənzərəli landşaftlar, mikroorqanizmlər, bitki 

resursları, heyvanat aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət kəsb edir.   



Mineral resurslar – Bura litosferi təşkil edən istifadə üçün yararlı bütün maddələr daxildir. Onlar 


 

125


təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olub ondan 

metal alınır və qeyri filiz halında olub, ondan qeyri metal komponentlər (fosfor və b.) əldə edilir, yaxud da 

tikinti materialı kimi istifadə olunur.  

Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə 

edilməklə yanaşı, buxar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar 

yanacaq-energetik resurslar adlanır.  



Energetik resurslar. Günəş  və kosmos, atom-energetikası, yanacaq- energetikası, termal və digər enerji 

mənbələrinin məcmusu energetik resurslar adlanır.  



İstehsalatda istifadə olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar: 

- Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya ərazilərindəki torpaqlar öz təyinatına görə 

aşağıdakı qruplara daxil olur: kənd təsərrüfatı, yaşayış  məntəqələri, qeyri kənd təsərrüfatı  təyinatlı (sənaye, 

nəqliyyat, dağ-mədən və b.). Dünyanın torpaq fondu – 13,4 milyard hektar təşkil edir. Kənd təsərrüfatı istehsalı 

resurslarına aid olan təbii elementlər kənd təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim resursları – 

mədəni bitkilərin böyümə və inkişafına lazım olan istilik və rütubətlik; b) torpaq resursları.          

- Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və otlaqlar daxildir. Bu 

ərazilərdə kənd təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və bunlar 

bioloji resursların bir hissəsi sayılır.    

- Su resursları -  Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və yerüstü suların məcmusu 

(əsas mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).  



- Hidroenerji resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti və b.  

- Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan tərəfindən istifadə olunan su, meşə  və başqa 

yerlərdə məskunlaşan heyvanlar.  



- Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer qabığında 

mineralların təbii toplanması. Toplanan faydalı qazıntılar, onların yataqlarını  əmələ  gətirir, onların ehtiyatı 

sənaye əhəmiyyəti daşımalıdır.  

İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar real və potensial resurslara bölünür. Real re-



surslara hazırda insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir. Bunlara misal olaraq ilk 

növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik 

enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün ilk inkişaf dövründə torpaq, bitki və heyvanat 

aləmindən primitiv istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq, ovlamış, 

meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom 

enerjisindən istifadə etməyə başlamışdır.  



Potensial təbii resurslar isə müəyyən səbəblərdən insan tərəfindən (əsasən texniki səbəbdən) ya istifadə 

edilmir, yaxud da kifayət dərəcədə istifadə olunmur. Bura Günəş enerjisi şüaları, dəniz qabarma – çəkilmələri, 

külək və b. aiddir. Bura insan tərəfindən mənimsənilə bilməyən planetləri, məsələn, Ay planetini də aid etmək 

olar.  


Təbii resurslar elementar  və ya sadə  və  kompleks  və  mürəkkəb resurslara ayrılır. Elementar resurslar 

tərkibinə görə yekcins (oksigen, hidrogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə bir neçə 

elementdən təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b.  

Məlum olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu səbəbdən onların çoxu 

azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün 

əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii resursların belə təsnifatı 



ekoloji təsnifat da adlanır. 

Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və tükənməyən (şəkil 8.2).   

    Tükənən təbii resurslar. Yer qabığında və ya landşaft mühitində əmələ gəlir, lakin onların həcmi və yaran-

ma sürəti zamanın geoloji şkalası ilə ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi təbii 

bərpası sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır.  

 Tükənən resursların qrupuna müxtəlif sürətlə  və müxtəlif həcmlə  əmələ  gələn resurslar daxildir. Bu 

baxımdan, tükənən resurslar bərpa oluna bilməyən, bərpa olunan  və  nisbətən bərpa oluna bilən növlərə 

ayrılır. 

 

 

 



 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə