QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə57/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   184

 

130


geyindirmək və evlə  təmin etmək lazımdır. 2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. 

Yaxın 20-25 il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 min 

ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb olunur.  

Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli 

problem sayılır. Digər mühüm problem isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, 

mikroelementlər və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. Bu elə 

aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin.  

Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət 

olub mövcudluğumuz ondan asılıdır. O, kənd təsərrüfatı istehsalının başlıca vasitəsi, qida məhsullarının əsas 

mənbəyidir.  Dəniz və süni istehsal sahələri (hidroponika, istixanalar) qida məhsulunun  əldə edilməsində 

olduqca az rola malikdir. Okeandan insan 30-40 mln. tona yaxın dəniz balığı, onurğasız heyvanlar və yosun əldə 

edir.  

Quruda hazırda 80 min qida bitkisi növü mövcuddur, bəşəriyyət isə əsasən cəmi 30 kənd təsərrüfatı bitkisi 



ilə qidalanır. Buğda, düyü (çəltik), qarğıdalı, kartof əsas bitki sayılıb, daha yüksək məhsuldarlığı ilə seçilir. 

FAO-nun məlumatına görə Avrasiya, Avstraliya, Afrika və Amerikanın torpaqlarından hər il 300 mln. tona 

yaxın buğda, bir o qədər də düyü, 250 mln. ton qarğıdalı, 200 mln. ton arpa, vələmir, çovdar, 100 mln. ton kalış 

(sorqo), darı, 300 mln. ton kartof, 100 mln. ton meyvə, 60 mln. ton paxlalılar, 30 mln. ton pomidor və soğan, 60 

mln. ton təmiz şəkər, 20 mln. ton bitki yağı, 100 mln. ton ət, 400 mln. ton süd alınır.  

Kənd təsərrüfatı meydana gəlməmişdən bütün yerüstü fotosintez edən bitkilər və heyvanlar 100 mln. 

əhalinin mövcudluğunu saxlaya bilərdi. Kənd təsərrüfatı inkişaf etdikcə torpaqların 10%-i insan tərəfindən 

şumlanmış, gübrələnmiş, suvarılmışdır. XX əsrin 90-ci illərində bu torpaqlar 5 milyard insanın yaşamasını 

təmin edirdi.  

Oturaq kənd təsərrüfatı yarandıqdan sonra neolitin başlanğıcında (b.e.ə. 1-8 minilliklərdə) insanın biosferə 

təsiri köçəri təsərrüfata nisbətən bir neçə qat yüksəlir.  İnsanların mənimsədiyi rayonlarda əhali sürətlə artır. 

Bitkilərin becərilməsi üçün torpağın hazırlanması üsulları  və mal-qaranın saxlanma texnologiyası 

təkmilləşdirilir. Ötən dövr ərzində baş verimş dəyişikliklər ikinci texniki inqilab adlanır. Kənd təsərrüfatının 

inkişafı çox vaxt geniş  ərazilərdə ilkin bitki örtüyünün tamamilə  məhv edilməsi ilə müşahidə olunurdu. Qida 

üçün faydalı olan bitki növləri olan kiçik sahələr insanlar tərəfindən saxlanılır və bu növlər tədricən 

mədəniləşdirilir və onların daimi yerdə becərilməsi təşkil olunur.  

Kənd təsərrüfatının genişlənməsi yerüstü təbii ekosistemlərə böyük, çox vaxt isə faciəli təsir göstərir. Geniş 

ərazilərdə meşələrin məhv edilməsi, mülayim və tropik zonalarda torpaqdan səmərəli istifadə edilməməsi 

tarixən formalaşmış ekosistemlərin birdəfəlik dağılmasına səbəb olmuşdur. Təbii biosenozların, ekosistemlərin, 

landşaftların yerində aqrosferlər, aqroekosistemlər, aqrosenozlar, aqrar landşaftlar meydana gəlir. 



Aqrosfer – insanın kənd təsərrüfatı fəaliyyəti ilə yer ərazisində dəyişilmiş bütün sahələrin məcmusunu əks 

etdirən qlobal sistemdir.  



Aqroekosistemlər – kənd təsərrüfatı  fəaliyyəti prosesində insan tərəfindən dəyişdirilən ekosistemlərdir. 

Bura kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir.  

Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur.  

Aqrosenozlar – kənd təsərrüfatı istehsalı torpaqlarında kənd təsərrüfatı  məhsulları  əldə etmək məqsədilə 

yaradılan biosenozlardır. Bu biosenozlar müntəzəm olaraq insan tərəfindən saxlanmış biotik qruplaşmalar olub, 

ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldar bir və ya bir neçə seçilmiş bitki və ya heyvan növləridir 

(çeşidlər, cinslər).  



Aqrar landşaft. Landşaftın (bozqır, tayqa, çəmən, meşə  və s.)  kənd təsərrüfatının təsiri ilə  dəiyşilərək 

formalaşan ekosistemlər aqrolandşaft adlanır.  

XX  əsrin  əvvəllərinə  qədər aqroekosistemlər kifayət qədər müxtəlif olmuşdur: xam torpaqlar, meşələr. 

çoxsahəli oturaq təsərrüfatları olan rayonlar az dəyişikliyə  məruz qalmışdır. Aqroekosistemlər öz ilkin 

nümayəndələrinə (yabanı bitkilər) malik idi, insanlar bu bitkilərlə bilavasitə ov və ev heyvanlarını yeməklə 

dolayısı yolla qidalanmışlar.  İlkin bitkilər – avtotroflar insanları bitki lifləri və meşə materialları ilə  təmin 

edirdi.  İnsan bu ekosistemlərin  əsas konsumenti sayılırdı, burada həmçinin çoxlu miqdarda vəhşi və ev 

heyvanları böyük kütlə  təşkil edirdi, insan tərəfindən istifadə olunan məhsullar tullantılara transformasiya 

olunur, onlar isə redusentlər və ya destruktorlarla parçalanaraq və həzm edilərək sadə maddələrə (nitratlar, 

fosfatlar, digər mineral birləşmələr) çevrilir, onlar isə fotosintez prosesində yenidən avtotroflar tərəfindən 

istifadə olunur.  

Torpaq və suyun özünütəmizləmə prosesi tam gedirdi və ekosistemdə maddələrin dövranı pozulmurdu. 




 

131


İnsanın qidalanması zamanı maddələr mübadiləsi prosesində kimyəvi enerji şəklində aldığı günəş enerjisinin 

axını (adambaşına sutkada 4000 kkal), insanın istilik (odun yandırması) və mexaniki (çəkici qüvvə)  şəklində 

təxminən istifadə etdiyi enerjinin miqdarına bərabər idi.  

XIX  əsrə kimi aqrar sivilizasiya prosesində bir vegetasiya dövrü ərzində ilkin konsumentlər tərəfindən 

toplanan, həmçinin çox illər ərzində ağaclar tərəfindən akkumulyasiya olunan enerjidən istifadə olunurdu. Bir 

insan tərəfindən istifadə olunan enerjinin ümumi miqdarı (22000 kkal/sutka), insanın neolit dövründə istifadə 

etdiyi enerjidən cəmi iki dəfə (sutkada 10000 kkal-ə qədər) artıq təşkil edirdi.  

Beləliklə, aqrar sivilizasiya təşəkkül tapdığı zaman insan ekosistemi yüksək səviyyəyə - homeostaza malik 

idi. Ekosistemin antropogen dəyişməsinə baxmayaraq, insan fəaliyyəti biogeokimyəvi dövrana daxil idi və o, 

biosferdə enerji axınını dəyişdirmirdi.  

XX əsrdə kənd təsərrüfatı istehsalının artmasının təsiri nəticəsində Yerin biosferinin bərpa olunmaz qlobal 

dəiyşməsi kəskin gücləndi. XX əsrin 70-90-cı illərində intensiv texnologiyanın (monokultura, yüksək məhsuldar 

mühafizə olunmayan bitki çeşidləri, aqrokimyəvi maddələr) tətbiq olunması su və külək eroziyası, təkrar 

şorlaşma, torpağın gücdən düşməsi, torpağın deqradasiyası, edafon və mezofaunanın kasatlaşması, meşəlik 

faizinin azalması, şumlanan sahələrin artması və s. ilə müşayiət olunur.  

 

9.3. Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası  

Məlumdur ki, yer atmosferinin yuxarı qatının 1 sm

2

-a hər dəqiqə                   2 kalori Günəş enerjisi düşür, 



bu  günəş sabiti  və ya konstantı adlanır.  İşıq enerjisinin bitkilər tərəfindən istifadə olunması nisbətən çox 

deyildir. Günəş spektrinin yalnız FAR (dalğasının uzunluğu 380-710 nm, günəş radiasiyasının 21-46%-ni təşkil 

edən  fotosintetik aktiv radiasiya) adlanan kiçik hissəsi fotosintez prosesində  iştirak edir. Təbii və 

aqroekosistemlər fəaliyyət xüsusiyyətlərinə görə aşağıdakı fərqli xüsusiyyətlərə malikdir.  



1. Müxtəlif istiqamətli seçmə. Təbii ekosistemlər üçün təbii seçmə xarakterikdir, bu onların əsaslı xassəsi 

– davamlılığa yönəldir, qruplaşanın davamsız, həyata qabil olmayn orqanizm formalarını sıradan çıxarır.  



Aqroekosistemlər insan tərəfindən yaradılır və saxlanılır. Burada seçmənin başlıca istiqaməti süni üsul 

olub, məqsəd kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdir.  

İnsan tərəfindən mədəniləşdirilmiş bitki və heyvan növləri süni seçmə hesabına «təkamül» keçirir və 

insanın köməyi olmadan onlar vəhşi növlərlə rəqabətə girmək qabiliyyətinə malik deyildir.  



2. Təbii ekosistemlərdə fitosenozun ekoloji tərkibinin müxtəlifliyi ayrı-ayrı illərdə hava şəraitinin 

tərəddüdü zamanı onun davamlığını  təmin edir. Bir neçə bitki növünün məhv olması digər növlərin 

məhsuldarlığının yüksəlməsinə  şərait yaradır. Bunun nəticəsində ayrı-ayrı illərdə ekosistemdə fitosenoz 

bütvölüklə məhsulun müəyyən səviyyədə saxlanma qabiliyyətinə malik olur.    

Tarla bitkilərinin aqrosenozu isə monodominant, çox vaxt isə eyniçeşidli qruplaşma kimi təzahür olunur. 

Əlverişsiz faktorların aqrosenozun bütün bitkilərinə  təsiri eyni cür olur. Əsas bitkinin böyümə  və inkişafının 

sıxılması (zəifləməsi) digər bitkilərin sürətlə inkişafı ilə kompensasiya oluna bilməz. Bunun nəticəsində 

aqrosenozun məhsuldarlığının davamlılığı təbii ekosistemlərdən aşağıdır.  



3. Müxtəlif fenoloji ritmə malik olan bitkilərin növ tərkibinin müxtəlifliyinin mövcudluğu bütün 

vegetasiya dövründə fitosenoza tam (bütöv) sistem kimi fasiləsiz olaraq məhsulvermə prosesi həyata keçirməyə, 

istilik, rütubətlik və qida maddə resurslarından tam və qənaətlə istifadə etməyə imkan yaradır.  

Aqrosenozda mədəniləşdirilmiş bitkilərin vegetasiya dövrü vegetasiya mövsümündən qısa olur. Təbii 

fitosenozlarda müxtəlif bioloji ritmlərə malik olan növlər vegetasiya mövsümünün müxtəlif vaxtlarında 

maksimum biokütləyə çatır. Aqrosenozlarda isə bitkilərin böyüməsi eyni vaxtda olur və inkişaf mərhələlərinin 

ardıcıllığı, bir qayda olaraq sinxronlaşmışdır.      

Təbii ekosistemlərdə bitkilərin inkişafının müxtəlif vaxtlarda, aqrosenozlarda isə eyni vaxtda baş verməsi 

məhsulvermə prosesi ritminin müxtəlif olmasına gətirib çıxarır.  

4. Təbii və aqroekosistemlərin mühüm fərqi ekosistemlərin daxilində maddələr mübadiləsinin 

kompensasiya (əvəz) olunma dərəcəsi hesab olunur. Təbii ekosistemlərdə maddələr dövranı (kimyəvi 

elementlər) qapalı tsikllə, yaxud kompensasiya olunma ilə baş verir: maddələrin müəyyən dövrdə tsiklə daxil 

olması orta hesabla tsikldən xaric olan maddələrin miqdarına bərabər olur, bu səbəbdən də tsikl daxilində hər 

bloka daxil olan maddə, təxminən oradan çıxan maddəyə bərabər olur.  

Antropogen təsir ekosistemdə maddələr dövranını pozur. Aqrosenozlarda maddələrin bir hissəsi 

ekosistemdən birdəfəlik götürülür.  

5. Təbii ekosistemlər «avtotənzimləyici» sistemdir, aqrosenozlar isə insan tərəfindən idarə olunur. 

Məqsədinə çatmaq üçün insan aqrosenozda təbii faktorların təsirini dəyişir və ya ona nəzarət edir, bitkinin 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə