QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə59/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   184

 

134


şəhərinin bütün rayonlarında tez-tez rast gəlinir və onların sayı artmaqda davam edir.  

Yüksək binalar şəhərin nəqliyyat problemini daha da kəskinləşdirir. Belə ki, şəhərin mərkəzi hissəsində in-

zibati binaların sayı da artır, iş yerindən uzaqda yaşayan işçilərin iş yerinə gəlməsi də problem yaradır.  

Gigiyena mütəxəssisləri, inşaatçılar, iqtisadçılar, sosiologiya və estetika sahəsinin mütəxəssislərinin birgə 

səyi ilə  gələcəkdə hazırladığı layihələr  şəhərimizdə  həyat tərzinin pisləşməsinə deyil, yaxşılaşmasına zəmin 

yaratmalıdır.  



Sənaye zonası. Bu zonanın  ərazisində müxtəlif sahələrin sənaye obyektləri (metallurgiya, kimya, 

maşınqayırma, elektron və s.) və onlarla əlaqəli digər obyektlər yerləşir. Bu əraziətraf mühiti çirkləndirən əsas 

mənbə sayılır.  

Sanitar – mühafizə zonasının ölçüsü 3000 m tələb edən sənaye müəssisələri  şəhərdən və digər yaşayış 

məntəqələrindən kənarda yerləşdirilməlidir.  

Səhiyyə baxımından daha zərərli olan müəssisələr, partlayış  və yanğın qorxusu olan müəssisələr sənaye 

rayonunun yaşayış zonasından uzaqda və digər müəssisələrə nisbətən külək tutmayan ərazidə yerləşdirilməlidir.  

Sənaye rayonlarını rekonstruksiya etmək üçün aşağıdakılar nəzərə alınmalıdır: planlaşdırmanı qaydaya 

salmaq üçün və tikinti aparılan rayonda saxlanılan müəssisələr və yeni tikiləcək istehsalat obyektlərinin 

yerləşdirilməsi üçün ərazi ehtiyatlarının aşkar edilməsi; ərazi ehtiyatı olmayan kiçik və köhnəlmiş müəssisələr 

və obyektlərin, həmçinin yaşayış ərazisinə, qonşu müəssisələrə və ətraf mühitə mənfi təsir göstərən müəssisə və 

obyektlərin ləğv edilməsi; rayonda nəqliyyat  əlaqələrini qaydaya salmaq, az fəaliyyətdə olan əsas magistrala 

çıxan dəmir yollarının ləğv edilməsi; sənaye müəssisələrinin  ətraf  ərazisini abadlaşdırmaq və yaşıllaşdırmaq, 

ictimai və şəxsi nəqliyyat üçün dayanacaqlar təşkil etmək.  

Mühəndis kommunikasiyalarını iqtisadi baxımdan qənaətcil, faydalı  həll etmək, yük, təmir, energetik, 

nəqliyyat və digər təsərrüfat müəssisələrini ümumi qrup halında təşkil etmək məqsədilə hazırda sənaye 

müəssisələrini kompleksləşdirmək meyli müşahidə olunur. Texnoloji prosesləri, xammal bazalarını, məhsul və 

ya tullantıların qarşılıqlı utilizasiyasının birləşdirilməsi  əsasında müəssisələrin birləşdirilməsi daha 

məqsədəuyğun olardı. Sənaye müəssisələrinin ümumi ərazidə kompleks yerləşdirilməsi xüsusilə kimya 

sənayesində inkişaf etmişdir.  

Müəssisələrin qruplaşdırılmasında texnoloji əlamətlərlə yanaşı, bəzi səhiyyə göstəriciləri də  nəzərə 

alınmalıdır. Məsələn, bəzi kimyəvi müəssisələrin ərzaq (qida) məhsullarına təsiri nəzərə alınmalıdır. Aqressiv 

qaz və toz ayıran müəssisələr, fəhlələr və onların istehsal etdiyi məhsulları zərərli təsirlərdən mühafizə etmək 

üçün digər müəssisələrdən aralı olmalıdır.  

Atmosferə  zərərli maddələr ayıran sənaye kompleksləri və ayrı-ayrı müəssisələr elə yerləşdirilməlidir ki, 

hakim küləklər yaşayış zonasından sənaye komplekslərinə doğru yönəlsin.  

Səth sularını çirkləndirən sənaye rayonları (istehsal zonası) müəssisələri ilə birlikdə çayın axın 

istiqamətində yaşayış ərazilərindən və səhiyyə-kurort yerlərindən aşağıda yerləşdirilməlidir.  

Atmosferə ayrılan tullantıların yayılması (səpələnməsi) prosesini yaxşılaşdırmaq üçün müəssisələrin daha 

yüksək sahədə yerləşdirilməsi məqsədə uyğundur.  

Sənaye tərəfindən çirklənmiş meydançalara malik olan müəssisələr, çirkləndiricilərin leysan yağışları ilə 

yaşayış  ərazilərinə axmasının qarşısını almaq üçün yaşayış yerləri müəssisələrə nisbətən hündür sahələrdə 

salınmalıdır.  



Səhiyyə – qoruyucu zonası sənaye və nəqliyyat obyektlərinin ətraf yaşayış yerlərinə mənfi təsirini azalt-

maq üçün müəyyənləşdirilir.  

Səhiyyə-qoruyucu zonanın təşkili ətraf mühitin çirklənməsi ilə sanitar-texniki üsullarla mübarizəni istisna 

etmir və təmizləyici qurğularla təchiz olunmuş obyektlər yerləşən rayonlarda təşkil olunur.  

Səhiyyə-qoruyucu zonanın  ərazisində  və müəssisələr arasında mövcud yaşıllıqlar saxlanmalı  və onların 

sahəsi daha da artırılmalıdır. Səhiyyə-qoruyucu zonada və sənaye müəssisələri arasında qaza-toza dözümlü ağac 

cinslərindən istifadə olunmalıdır. Abşeron şəraiti üçün onlardan narıncı maklüra, daryarpaq iydə, xırdayarpaq 

qarağac, yapon saforası, yaşıl göyrüş, lələk, amerika ağcaqayını, kanada qovağı, şərq səlbi, oleandr, tobira pit-

tosporumu, yulğun və s. göstərmək olar.  

Sənaye obyektlərinin yaşıllıqlarındakı meyvə-giləmeyvə  ağac və kolların meyvə  və giləmeyvələrindən 

yalnız müəyyən təcrübələr apararaq ayrılan maddələrin bitkilərdə toplanmasını  təyin etdikdən sonra istifadə 

etmək olar. Belə ki, alüminium zavodunun tüstü atılan zonasında otarılan inəklərin südündə xeyli miqdarda 

flüor aşkar edilmişdir.  

Kommunal-anbarların yerləşdiyi zona – ticarət anbarlarının (ümumi, ixtisaslaşdırılmış  və s.), tərəvəz, 

kartof və meyvə anbarları; nəqliyyata xidmət edən (tramvay deposu, avtobus, trolleybus və taksimotor parkları, 




 

135


tədarük maşınları parkı); məişət xidməti müəssisələri (camaşır fabriki, kimyəvi təmizləmə fabriki); təkrar 

xammalın istifadəsi müəssisələri, maddi-texniki təchizat və s.  

Kommunal-anbar zonası yaşayış  ərazisindən aralı yerləşdirilir, imkan daxilində bu məqsədlə  sənaye 

müəssisələrinin səhiyyə-mühafizə ərazisindən istifadə olunur.  



Xarici nəqliyyat zonası. Bu zona nəqliyyat qurğularının yerləşdirilməsinə xidmət edir (sərnişin və yük 

stansiyaları, limanlar, gəmilərin yan alması üçün körpü və s.). 



Meşə-park və yaşıllıq zonası. Bu zona müasir şəhərlərdə yaşıl ağaclıqların başlıca sanitar-gigiyena, re-

kreasiya, quruluş-planlaşdırma, bədii dekorativ, estetik funksiyları daşıyır. 

Şəhər və digər yaşayış  məntəqələrində  ətraf mühitin mühafizəsi işində yaşıllıqların rolu əvəzedilməzdir. 

Yaşıllıqlar havanı nəqliyyat və sənaye müəssisələrinin buraxdığı zəhərli qazlardan və tozdan təmizləyir, havanın 

rütubətliyini artırır, küləyin sürətini zəiflədir, nəqliyyatın səs-küyünü azaldır, yayın qızğın vaxtlarında sərinlik 

yaradır. Bununla yanaşı, yaşıl xiyabanlar, bağlar, yolkənarı yaşıllıqlar, parklar, şəhər, qəsəbə və digər yaşayış 

məntəqələrinin abadlaşdırılması və memar-bədii tərtibatının mühüm elementlərindən biri sayılır.  

Yaşıl ağaclıqlar  şəhər  ərazisində mikroiqlimi yaxşılaşdırır, açıq havada istirahət üçün əlverişli  şərait 

yaradır, torpağın, binaların divarlarının, asfaltın hədsiz qızmasının qarşısını alır. Qızmar havada bağda 

kölgəlikdə açıq sahəyə nisbətən temperatur 7-8

0

C aşağı olur. Yay günü küçədə havanın temperaturu 30



0

C-dən 


yüksəkdirsə, mikrorayonun bağında termometr 22-24

0

C-ni göstərir. Belə bağda istirahət etmək nə qədər xoşdur.  



Ağaclar geniş çətirləri ilə, tratuar boyu salınan kollar küçələrin mikroiqlimini yaxşılaşdırır. Bir çox bitkilər 

fitonsid deyilən bioloji aktiv maddələr əmələ gətirir. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox 

zərərli və  xəstəlik törədən mikrobları, virusları  məhv edir, bununla da havanı saflaşdırır.  Şam, ardıc, qovaq, 

cökə, tozağac, palıd, dəfnə, qaraçöhrə xəstəlik törədən virusları, mikrobları azvay (aloya), sarımsaq, soğan və 

istiotdan da tez məhv edir.  

Yaşıl yarpaqlar, çiçəkaçan bitkilərin gözəl ahəngdarlığı, onların  ətri, yarpaqların sakitləşdirici xışıltısı in-

sanda xoş sakitlik hissi yaradır, əsəb gərginliyini aradan qaldıraraq onun əhvali-ruhiyyəsini yaxşılaşdırır.  

1m

-2

 qazondan saatda 200 qrama qədər su buxarlanır. Bu havanı xeyli rütubətləndirir. Yayın qızmar 



günlərində qazonun yanındakı piyada yolda insanın boyu hündürlüyündəki havanın temperaturu asfalt 

örtüyündə  həmin hündürlükdəkinə nisbətən 2,5

0

C aşağı olur. Qazon külək tərəfindən gətirilən tozu özündə 



saxlayır.  

İsti yay günündə qızmış asfaltın və evlərin çardaqlarının dəmir örtüyündən isti havanın qalxan axını yaranır və 

xırda toz hissəciklərini yuxarı qaldıraraq havada uzun müddət qalır.  Şəhərin mərkəzində salınan köhnə parkın 

üzərində isə yarpaqların səthi asfalta və dəmir örtüklərə nisbətən xeyli sərin olduğu üçün havanın enən axını əmələ 

gəlir. Havanın enən axınını yarpaqlar özünə cəzb edir və toz yarpağın üstündə yığılır.  

Yaşıl ağaclar havadakı karbon qazını udmaqla yanaşı, həm də atmosferi dəm qazından təmizləyərək onun 

qatılığını təbii hala (0,00001%-ə) qədər endirir.  

Beləliklə, yaşıl ağaclıqlar mikroiqlimi yaxşılaşdırır, istilik rejimini dəyişir, havanı rütubətləndirir və 

təmizləyir, onu oksigenlə  zənginləşdirir və  xəstəlik törədici mikrobları  məhv edərək insanlara xoş  təsir 

bağışlayır.  

Keçmiş Sovetlər İttifaqının bir sıra şəhərlərində (Moskva, Minsk, Daşkənd, Donetsk, Novoçerkassk və b.) 

yaşıllaşdırma istiqamətində böyük işlər görülmüşdür. Bu yaşıllıqlarda əsas rolu təbii landşaftlar oynayaraq, süni 

yaşıllıqlarla gözəl ahəngdarlıq yaradılmışdır.  

Bakı  şəhərində, Abşeronda da gözəl tərtibatlı yaşıllıqlar salınmışdır. Onların demək olar ki, hamısı süni 

yaradılan yaşıllıqlardır. Aşağıda onların təsviri verilir.  

- Şəhər parkları. Bura aşağıdakılar daxildir:   

.. Nizami parkı 1880-1890-cı illərdə Bakının Qaraşəhər deyilən hissəsində salınıb. Hazırda parkda 30 

ədəddən artıq hələb  şamı qeydə aldıq. Onlar parkın  əsas sakinləri olub yaraşıqlı  və möhtəşəm gövdələri ilə 

seçilirlər. Boyları 18-20 m, diametrləri 40-48 sm təşkil edir. Diametrləri 60-84 sm olan tut ağacları da özlərini 

yaxşı hiss edir. Parkda olan lələk ağaclarının boyları 16-20 m, diametrləri isə 64-84 sm-dir. Yapon saforasının 

diametri 52 sm-dir. Bağda 1 ədəd at şabalıdı (h=13 m, d=42 sm), zeytun, birgöz, 1 ədəd yapon əzgili var.  



.. Zabitlər parkı 1930-cu ildə 3,1 ha sahədə salınıb. Əsas ağac cinsi daş palıddan ibarətdir.  

.. Dənizkənarı Milli park (bulvar) birinci hissəsi 1908-ci ildə Azneft meydanından Kukla teatrına kimi, II 

hissə 1931-32-ci illərdə Kukla teatrından Hökumət evi istiqamətində, III hissəsi isə 1938-ci ildə Azneft 

meydanından köhnə  «İnturist» mehmanxanasına qədər olan ərazidə salınaraq, zaman-zaman rekonstruksiya 

edilmiş, əsasən, ekzot ağac və kol cinslərindən istifadə edilmişdir.  



.. Dağüstü park, hazırkı Şəhidlər xiyabanı. 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə