QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   79

193 
 
Torqların  şərtləri  -  nəşriyyat  üsulu  ilə  çap  edilmiş  və 
özündə  təkliflərin  verilməsi,  tender  komitəsi  tərəfindən  onlara 
baxılması  və  sifarişlərin  verilməsi  qaydalarmı  əks  etdirən 
sənədlərdir. Bu şərtlərə, sifarişçi və torqun qalibi olan tədarük-
çü arasında imzalanacaq müqavilələrin texniki və kommersiya 
şərtləri,  eləcə  də,  torqun  iştirakçıları  tərəfindən  verilməsi  olan 
xüsusi zəmanətlər də daxil edilir. 
Torqların iki növü vardır: açıq torqlar və qapalı torqlar. 
Onların xüsusiyyətlərini nəzərdən keçirək. 
Açıq  torqlar.  Alıcılar  tərəfindən  açıq  torqların  keçiril-
məsinə  dair  elanlar  qəzetlərdə  və  ya  xüsusi  jurnallarda  nəşr 
etdirilir,  Ona  görə  də  bu  cür  torqları  açıq  adlandırılır.  Ancaq 
"açıq  torqlar"  anlayışı  təkcə  bu  torqlar  haqqında  mətbuatda 
elan verilməsi  ilə  bağlı deyil, həm  də, bu torqlarda bütün  arzu 
edənlərin  iştirak  edə  bilməsi  ilə  əlaqədardır.  Bir  qayda  olaraq 
açıq  torqlar,  bir  çox  firmalar  tərəfindən  təklif  edilə  biləcək 
kütləvi əmtəələrin, çox da mürəkkəb olmayan avadanlıqların və 
xidmət-lərin alınması zamanı, keçirilir. 
Torqlarda  iştirak  etmək  istəyən  satıcılar  onun  şərtlərini 
tender  komitələrindən  alırlar.  Torqların  şərtlərinin  dəyəri  bir 
neçə dollardan bir neçə yüz dollara qədər olur ki, bu da onların 
tərtibinə  çəkilən  xərcləri  ödəmir.  Son  illər  bir  çox  hallarda 
torqların  təşkilatçıları,  zəif  firmaların  torqlarda  iştirakının 
qarşısının alınması üçün, torqların şərtlərinin qiymətini bir neçə 
min  dollara  qədər  artırırlar.  Torqların  şərtlərinin  alınması  nə 
alıcıların, nə də satıcıların üzərinə heç bir məsuliyyət qoymur. 
Qapalı  torqlar.  Bu  cür  torqlarda  iştirak  etmək  üçün 
dəvətnamələr  alıcılar  (sifarişçilər)  tərəfindən,  həm  daxili,  həm 
də xarici bazarlarda daha çox tanınan tədarükçülərə (satıcılara) 
və podratçılara göndərilir. 
Bu  cür  dəvətləri  alan  satıcılar  (podratçılar)  onun 
şərtlərini tender komitələrindən alırlar. 


194 
 
Qapalı  torqlar,  bir  qayda  olaraq,  yüksək  texniki 
xüsusiyyətlərə  malik  olan  müasir  avadanlıqların  alınması, 
tədqiqat və layihə işlərinin həyata keçirilməsi, eləcə də, yüksək 
ixtisas  tələb  edən  podrat  işlərinin  yerinə  yetirilməsi  üçün 
həyata  keçirilir.  Bu  cür  işlərin  yerinə  yetirilməsi  tədarük-
çülərdən  və  podratçılardan  yüksək  məsuliyyət  və  öhdəliklərin 
lazımi  səviyyədə  yerinə  yetirilməsini  tələb  etdiyindən,  sifariş-
çilər çalışırlar ki, torqun iştirakçılarının sayı dayanıqlı maliyyə 
vəziyyətinə malik olan səriştəli firmalarla məhdudlaşsın. 
Sifarişçi  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən  obyektlər 
üçün torqlar iki mərhələdə keçirilir: birinci - ixtisasqabağı açıq 
torqlar;  ikinci  -  qapalı  torqlar.  İxtisasqabağı  torqlar  mərhələ-
sində  satıcılar  tender  komitələrinə  uyğun  sifarişlərin  yerinə 
yetirilməsində yüksək səriştəli olduqlarını sübut edən sənədləri 
təqdim edirlər.  Bu sənədlərdə  satıcının tikintisində  (quraşdırıl-
masında) iştirak etdiyi  obyektlərin siyahısı qeyd  edilir, sifariş-
çilərin  və  alıcıların  rəyləri  göstərilir.  Təqdim  edilmiş,  sənəd-
lərin təhlili nəticəsində tender komitələri qapalı torqda iştiraka 
buraxılan  firmaların  dairəsini  müəyyənləşdirirlər.  Bir  çox  hal-
larda tender komitələrinin üzvləri ixtisasqabağı torqlarda iştirak 
edən  firmaların  yerinə  yetirdiyi  işlərin  keyfiyyətini  yoxlamaq 
üçün onların əvvəllər tikdiyi obyektlərə gedirlər. 
Mürəkkəb  avadanlıqlar,  iri  həcmli  işlər  və  tədarüklər 
üçün  həm  açıq,  həm  də  qapalı  torqlar  elan  edildikdə,  satıcılar 
çox vaxt əsas avadanlıqların bir neçə xarici- tədarükçü firması-
nın,  eləcə  də  köməkçi  avadanlıqların  tədarükü  və  ya  tikinti-
quraşdırma işlərinin həyata keçirilməsi üçün dəvət edilən bir və 
ya bir neçə milli firmanın daxil olduğu şirkətlərdə birləşirlər. 
Açıq və ixtisasqabağı torqlarda onlarla firma və şirkətlər 
iştirak etdiyi halda, qapalı torqlarlarda onların sayı 5-7 yə qədər 
azalır 
 
 


195 
 
12.5. Torqların həyata keçirilməsi qaydaları 
 
Torqların  tender  komitələri  tərəfindən  elan  edilmiş 
bağlanma  müddəti  bitənə  qədər  onun  iştirakçıları  kompleks 
texniki  və  kommersiya  təkliflərini  hazırlayırlar.  Kommersiya 
sirlərinin  qorunması  məqsədi  ilə  torqun  iştirakçıları  öz 
təkliflərini  torqun  bağlanmasının  son  dəqiqələrində  təqdim 
edirlər.  Torqun  vaxtı  bitdikdən  sonra  onun  iştirakçıları  öz 
təkliflərinin  şərtlərini  dəyişə  bilməzlər və sifarişi  aldıqları  hal-
da  onu  təkliflərinə  tam  uyğun  şəkildə  yerinə  yetirməlidirlər. 
İştirakçıların öz təkliflərindən imtina etməyəcəklərinə zəmanət 
olaraq  torqların  şərtlərində,  iddiaçılar  tərəfindən  verdikləri 
təkliflərin  ümumi  həcminin  1-3%-i  məbləğində  bank  zəmanə-
tinin verilməsi nəzərdə tutula bilər. 
Torqun  bağlandığı  gün  tender  komitələri  daxil  olmuş 
təkliflərin  açılışını  təşkil  edir.  Torqun  bütün  iştirakçıları 
qarşısında tender komitələrinin rəhbərləri təkliflər paketini bir-
bir  açır,  təklif  vermiş  firmaların  və  ya  şirkətlərin  adını  və 
onların  qiymətlərini  elan  edir.  Bu  cür  torqlar  aşkar  torqlar 
adlanır. Aşkar olmayan (gizli) torqlar keçirildikdə tender komi-
tələri  daxil  olmuş  təklifləri,  torqun  iştirakçılarının  tərkibini  və 
onların  təklif  etdiyi  qiymətləri  və  şərtləri  açıq  şəkildə  elan 
etmirlər. 
Təklif edilmiş qiymətlərin elan edilməsi hələ kimin sifa-
rişi alacağı barədə mülahizə irəli sürməyə əsas vermir. Tender 
komitələri  müəyyən  müddət  ərzində  (1  aydan  3  aya  qədər) 
daxil olmuş təklifləri texniki xüsusiyyətlər, qiymətlər, kredit və 
ödəmə şərtləri də daxil olmaqla (onlar iddiaçıların təkliflərində 
əhəmiyyətli dərəcədə fərqlənə bilər) kompleks şəkildə öyrənir-
lər.  Hər  bir  tender  komitəsi  daxil  olmuş  təklifləri  özünün 
metoduna  uyğun  şəklidə  müqayisə  edir.  Tender  komitələrinin 
hüququ  var  ki,  təkliflərə  baxılarkən,  özlərinin  təkliflərinin 
dəqiqləşdirilməsi  və  izah  edilməsi  üçün  torqun  iştirakçılarına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə