Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

Aşıq  Şenliyin  təsiri  yalnız  şagirdlərinin  yaradıcılığında  deyil,  Borçalı  aşıq  mühitindən 

kənarda  yetişən  el  şairlərinin  yaradıcılığında    da  açıq-aydın  duyulur.  El  şairi  Salman  Uğurlu  

Aşıq  Şenliyin    şeirlərinə  nəzirələr  yazaraq  onun  sənət  qüdrətini  yüksək  qiymətləndirmişdir. 

Həmin nəzirələrdən  bir bəndə diqqət yetirək: 

 

Aşıq Şenlikdə: 



Keçən günə gün çatarmı? 

Günü-günə calasan da. 

Dərdli adam heç yatarmı, 

Şirin layla çalasan da? 

 

Şair Salman Uğurluda: 



 

Keçən anlar qayıdarmı 

Min yol yada salasan da? 

Bir xoş günə tay olarmı 

Günü-günə calasan da ? 

 

Belə  faktlar  Aşıq  Şenliyin  yaradıcılığının  geniş  təsirə  malik  olduğunu  söyləməyə  imkan 



verir.  İlk  dəfə  Aşıq  Şenliyin  şeirləri    1928-ci  ildə  Tiflisdə  çıxan  “Dan  yıldızı”  jurnalında  çap 

olunmuşdur. Şəmsilcədid  aşığın Borçalı səfərləri ilə bağlı  “Qoruqçular, siz Allahı sevərsiz” və “ 

Həsrətin  çəkdiyim    Tiflis  şəhrinin”  adlı  qoşmalarını  oxuculara  çatdırmışdır.  Bu  şeirlər  aşığın 

Borçalı  aşıq    mühitinə  bağlı    sənətkar  olmasını  göstərən    faktlar  kimi  də  dəyərlidir.  Ancaq 

qoşmaların  son  bəndində  Aşıq  Şenliyin  təxəllüsünün  olmamasından    görünür  ki,  şeirlər  tam 

şəkildə  verilməyib.  “Həsrətin  çəkdiyim  Tiflis  şəhrinin”    misralı  qoşma  on  bənd  olduğu  halda 

topluda altı bənd verilmişdir. 

Aşıq Şenliyin ədəbi irsinin nəşri işində çalışanlardan biri  folklorşünas Ə.Axundovdur. O, 

“Telli saz ustadları” adlı kitabında aşığın  həyatı haqqında qısa bilgi və “Muylarin”, “Nə söz var” 

rədifli qoşmalarını vermişdir. 

Fəlsəfə  elmləri  namizədi  P.Mahmudovun  “Aşıq  Şenlik”  adlı  məqaləsində  şair  Nəbi 

Borçalının  Şenliklə  bağlı  xatirələri  maraq  doğurur.  Burda  göstərilir  ki,  Şair  Nəbi  dastan 

danışmağın,  məclis  aparmağın,  obrazların  hərəsini  öz  dilində  dilləndirməyin,  onların  roluna 

girməyin  sirlərini  Aşıq  Şenlikdən  öyrəndiyini    söyləmişdir.  Sonra  müəllif  yazır:  “  Şair  Nəbi 

məclislərdə dastan danışmazdan əvvəl ustadnamələr deyərkən  Xəstə Qasımdan başlayar, sonra 

Aşıq  Şenliyə  keçər,  axırda  isə    bu  iki  böyük  ustada  özünün  cavabı  ilə  məclisi  hazırlayıb, 

bilavasitə  dastana  başlayırdı”.  Bu  faktın  özü  ustad-şagird  ənənəsini  öyrənmək  baxımından 

əhəmiyyətlidir.  Məqalədə  aşığın  “Çalasan  da”,  “Dedim-dedi”  gəraylıları  oxuculara  təqdim 

edilmişdir.  Aşığın  “Çalasan  da”  adlı    gəraylısı  türk  nəşrlərinə  daxil  edilməmişdir.  Ancaq  bu 

gəraylının  müəyyən  üslubi  və  məna  fərqi  olan  üç  variantına  rast  gəlirik.  Aşağıdakı  bəndləri 

müəlliflər haradan, hansı mənbədən götürdükləri haqqında bir söz demirlər. 

P.Mahmudovun məqaləsində: 

 

Oğul, sənə budur öyüt: 



Öz dənini özün üyüt, 

Alma, heyva verməz söyüt

Peyvənd  edib calasan da. 



 

Prof.Sədnik Paşayevin məqaləsində: 

 

Məndən sənə yaxşı öyüt: 



Öz dənini özün üyüt 

Haçan bəhrə verər söyüt? 

Peyvənd edib calasan da. 

 

E.Məmmədovun tərtib etdiyi “Azəbaycan ədəbiyyatı inciləri ” kitabında: 



 

Öz dənini özün üyüt, 

Alma, heyva verməz söyüt, 

Anlamazlar almaz öyüd, 

Şahmar olub çalasan da. 

 

Bütün çap olunmuş  variantlarda gəraylı dörd bənddən ibarət olduğu halda E.Məmmədov 



üç  bəndini    vermişdir.  Həm  də  gəraylının  P.Mahmudovun  məqaləsində  verilən  variantı  daha 

etibarlı görünür. 

Həmin  gəraylı  prof.B.Vahabzadə  və  R.Bəşirlinin  birgə  tərtib  etdikləri  “Gəlimli,  gedimli 

dünya” kitabındada vardır. Bu gəraylı P.Mahmudovun təqdim etdiyi variantında eynidir. Bütün 

bəndlərdə  diqqəti  cəlb  edən    cəhətlərdən  biri  müraciət  formasının  qüsurlu  olmasıdır.  Gəraylı 

ustad nəsihəti məzmunu daşıdığından, aşığın  “ Məndən sənə yaxşı öyüd” deməsi poetik deyim 

tərzini  zəiflədir.  Müraciətin  bədii  xitab  şəklində  /oğul,  sənə  budur  öyüd/  ifadə  olunması  bədii 

intonasiyanı,  emosionallığı  artırır.  Deməli,  P.Mahmudovun  verdiyi  bənd  sözlərin  yerli-yerində 

çeşidlənməsi, axıcılığı ilə diqqətəlayiqdir. Belə faktların sayını istənilən qədər artırmaq olar. 

Şair  M.Aslan  “Türk  xalq  şerindən  seçmələr”  kitabında  Aşıq  Şenliyin  həyatına  dair  qısa 

məlumat  verir.  Aşıq  Şenliyin  dili,  üslubu  barəsində  maraqlı  fikirlər  söyləyir:  “Azərbaycan 

aşıqları  arasında  Qaracaoğlan  qədər,  bəlkə  də    bir  qədər  ondan  artıq  yayılmışdır....  Qarsda 

məskən  salmış  Tərəkəmə/  Qarapapaq/  boyundandır....  Türk  məxəzlərində  deyildiyi  kimi, 

Azərbaycanla sıx bağlı olduğundan onun poetikasında “Azərbaycan, Gəncə ağzı” üstünlük təşkil 

edir”.  M.Aslan  kitabda  əvvəlki  müəlliflərdən  fərqli  olaraq  aşığın  şair  Nəbi  Borçalı  ilə  hərbə-

zorbasını, “Çəkər”, “Çalasan günü-günə”, “İxtiyarlıq”, “Gedərəm”, “Qartal” şeirlərini vermişdir. 

Bu  şeirlər  sonradan  E.Məmmədovun  tərtib  etdiyi  “Azərbaycan  ədəbiyyatı  inciləri”  kitabına  da 

salınmışdır. Həmin mətnlər arasında heç bir nüsxə seçimi yoxdur. 

Filologiya elmləri namizədi M.Cəfərov “El sənətkarı Aşıq Şenlik” adlı məqaləsində aşığın 

həyatına  dair  bəzi  məlum  faktları  təqdim  etmişdir.  Məqalədə  müəllif  Aşıq  Şenliyin  atasının 

adının səhvən Qərib olduğunu göstərir. Burada Aşıq Şenliklə Aşıq Ələsgərin deyişməsindən bir 

parça  da  vardır.  Məqalə  aşığın  həyatının  öyrənilməsində  atılan  ilk    addımlardan  biri  kimi 

diqqətəlayiqdir. 

Azərbaycan folklorşünaslığında başqa aşıqların şerlərinin Aşıq Şenliyin adına çıxılmasına 

da  rast  gəlirik.  Bu  baxımdan  Həmid  Vəliyevin  “  Şeir  kimindir?”  adlı  məqaləsi  yada  salınır. 

Müəllif gürcü mənbələrində Azərbaycan folklorunu araşdırarkən Səfil təxəllüslü  aşığın  doqquz 

bənddən ibarət “ Ola” rədifli gəraylısını aşkara çıxarmışdır. Şeirin bəzi bəndlərinə baxaq. 

 

Allahdan dövlət istərəm



Yerin düzü bağım ola. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə