Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   2   3   4   5   6   7   8   9   ...   32

Aşıq  Şenliyin  zəhərlənməsi  ilə  bağlı  fakta  yaradıcılığında  da  təsadüf  olunur.  Onun  ölüm 

ayağında  söylədiyi  cığalı təcnisində bu fakt aydın görünür:  

 

Şenlik der: məclisə sağı gələndə, 



Qədəhi dəstində ağı gələndə, 

Elə ağı gələndə, 

Əjdər ağı gələndə, 

Hicran şahı qan ağlar

Cana yağı gələndə.   

Şiddəti-şaxtanın çağı gələndə, 

Dərər, talan eylər neçə dağları. 

 

Aşıq Şenlik ağır vəziyyətdə İrəvandan Ağbaba mahalının Quzukənd kəndində yaşayan qızı 



Gülxanımın  evinə  gətirilir. Aşıq qızının evində  vəfat  edir.  Vəsiyyətinə əməl olunaraq 1912-ci 

ildə Çıldır mahalının Suxara kəndində Təzə məzərlik deyilən yerdə dəfn olunmuşdur. 

Aşıq Şenliyin ölümü sənət dostlarını dərindən kədərləndirmişdir. Şair Nəbi Borçalı aşığın 

qəfil  ölümündən  qəlbən  kədərlənmiş,  ona  dörd  bəndlik  qoşma  –mərsiyə  də  yazmışdır.  Bu 

qoşmada dərin kədər hiss olunur: 

 

   



 

Bir çıraq yandırdın Çıldır elində, 

Nə qaranlıq etdin cahanı, Şenlik. 

İsgəndər bac aldı dərin dəryadan, 

Başatan varmadı dünyanı, Şenlik. 

 

Aşıq Şenlik gəzdiyi yerlərdə gördüyü olaylara biganə qalmamış, cahannamələrində onlara 



münasibətini    bildirmiş,  elin  ən  yaxşı  adət-ənənələrini  yaymışdır.  O,  Borçalını  həmişə  özünə 

doğma bilmiş,dostlaşıb, ülfət bağladığı Səməd Ağa, Kor İsmayıl, Aşıq Qurban, Aşıq Həsən, Şair 

Nəbi və başqa şəxslərdən həmişə hörmət və rəğbət hissi ilə danışmışdır. 

Aşıq Şenliyin Borçalı səfərləri ilə bağlı  olan “Məni”və “Bəyim” rədifli qoşmaları ayrıca 

maraq  doğurur.  Bu  şeirlər  aşığın  həyatının  qaranlıq  tərəflərinin,  ağrı  və  əzablarını  öyrənmək 

baxımından  diqqətəlayiqdir.  Şenliyin  Borçalı  mahalında    Şulaverdə  silahlı  erməni  quldurları 

tərəfindən  incidilməsi  “Məni”  rədifli  qoşmada  bədii  əksini  tapmışdır.  Heç  bir  təqsiri  olmayan 

Şenlik qoruqçulara üz tutaraq onu buraxmasını tələb edir: 

 

Nədir bilməm qərib aşığın suçu? 



Məryəm ana olsun sizə duaçı, 

İstərsiz məzhəbi, kilsəni, xaçı, 

Qərq etməyin dərdi –bəlayə məni 

 

Ancaq qoruqçular şeirdə göstərilən müqəddəs inamlara da məhəl qoymurlar. El qəhrəmanı 



Səməd  bəyə  müraciətlə  söylədiyi  “Bəyim”  rədifli  qoşmada  aşığın  qoruqçular  tərəfindən 

incidilidiyini “soyulduğunu” oxuyuruq: 

 

Sənsən Qul Şenliyin xoş vəfadarı, 



Ol səbəbdən  gəldim bu yana sarı, 

Şulaver elinin qoruqçuları, 




Bizi soyub yola saldılar, bəyim  

 

Burada  ictimai–siyasi  məzmun  özünü  qabarıq  şəkildə  göstərir.  Mahalda  baş  verən 



ədalətsizlik, quldurluq, soyğunçuluqdan aşığın qayğılandığı duyulur. 

El sənətkarlarından yazıya alınmış “Səməd bəy”, “Cüyür ovu”, “Gürcüstan səfəri” dastan-

rəvayətləri  də  Aşıq  Şenliyin    Borçalı  mahalında  şahidi  olduğu  olaylar  və  müasirləri  ilə 

deyişmələri əsasında yaranmışdır. 

Yuxarıda  göstərdiyimiz  faktlara  əsasən,  deyə  bilərik  ki,  Aşıq  Şenlik  Borçalı  mahalına 

dərindən  bağlı  olmuş,  həmin  ədəbi    mühitdə  sənət  məktəbi  keçmiş,  yüksək  hörmət  və  nüfuz  

qazanmışdır. Şenliyin Borçalı aşıq mühitində olan nüfuzu deyişmələrində də aydın görünür. 

Şair  Nəbi  Borçalı,  Aşıq  Abbas,  Şikəstə  Pəri,  Dollu  Mustafa,  Aşıq  Mətun  kimi  tanınmış 

sənətkarlarla  deyişmələri,  səmimi  münasibətləri  də  Aşıq  Şenliyin  bu  mühitdə  yüksək  mövqe 

qazandığını  göstərir.  Bu  deyişmələr  Aşıq  Şenliyin    həyat  və  yaradıcılığının  bəzi  cəhətlərini, 

kimlərlə  sənət  əlaqəsi  saxlamasını  öyrənmək  baxımından  da  maraqlıdır.  Bu  deyişmələrdə 

Şenliyin  güclü  improvizasiya  qabiliyyəti,  həyat  olaylarından  düzgün  nəticə  çıxarmaq  məharəti 

aydın görünür. 

Şenlik Şair Nəbi ilə uzun müddət sənət ilişkisində olmuşdur.  

Azərbaycan  folklorşünaslığına  Aşıq  Şenliklə  Şair  Nəbinin  iki  deyişməsi  bəllidir.  Bu 

deyişmələrin biri gözəlləmə, o birisi isə hərbə-zorbadır. Hərbə-zorbada ustadlar bir-birinə sözlə 

təsir göstərməklə yanaşı, özlərini şahinə, tərlana, aslana bənzədirlər. 

Şair Nəbi Borçalı: 

 

 

Əgər ki,aşıq isən hərf oxu,imlanı gör, 



Sən bir axan çeşmə ikən mühiti-dəryanı gör, 

Öz –özünü şahin sanma,zümrüdü-əfqanı gör, 

Zərrəcən verməm əman,mərdi-meydan olmuşam. 

 

Aşıq Şenlik: 



 

Şenliyəm,belə afdan çəkərəm qovğaları, 

Nə yerdə aşıx görsəm edərəm sualları, 

Çoxlarını  mətəl etdim, sən kimi ustaları, 

Düşməndən geri  dönməz mən bir aslan olmuşam. 

 

Bu deyişmədə  ustadların aşıqlıq sənətinin qayda-qanunlarına ciddi əməl etməsini görürük. 



Aşıq Şenliyin Borçalı ədəbi mühitində əlaqə saxladığı sənətkarlar arasında Aşıq Abbas da 

vardır. O da ustad tərbiyəsi görmüş el sənətkarıdır. 

Aşıq  Abbasla  Aşıq  Şenliyin  Türkiyədə  çap  olunmuş  deyişmələrindən,  şeirlərinin  ümumi 

ahəngindən yetkin bir sənətkar olduğu anlaşılır: 

 

Aşıq Abbas: 



 

Hardan urcah oldum qəlbi qaraya, 

Naşı xoyrat, nə düşübsən araya, 

Eylə bir eyvallah, qayıt geriyə, 




Aşıq Abbas hər aşığa tay deyil. 

 

Aşıq Şenlik:  



 

Bəd baxma Şenliyə,tən etmə elə, 

Şad gəlibsən məhzun göndərrəm yola

Sinəm burçi-mehrab, bədənim qala, 

Cavabın ox, fəhmin qatı yay deyil. 

 

Hər  iki  ustadın  şeirlərindəki  obrazlı  deyim  tərzi,  axıcılıq,  emosionallıq  maraqlı  təsir 



bağışlayır. 

Aşıq Abbas Aşıq  Şenliyin aşağıdakı bağlamasına cavab verə bilməmiş, məğlub olmuşdur: 

 

Nə qəflətə daldın,irəm at görüm, 



Şenliyin elmini bəyan et görüm, 

O nə sirdir əhvalına yet görüm: 

Cəsədsiz dəst,sərsiz muyu yaratdı. 

 

Bu bağlama Şenliyin geniş dini-mifoloji bilgilərə malik olduğunu göstərir. Belə bağlamalar 



Aşıq Şenliyin Borçalı aşıq mühitində, ətraf əyalətlərdə nüfuzunu daha da artırmışdır. 

Aşıq  Şenliyin  Borçalı  mühitində  qarşılıqlı  ilgilərdə  olduğu  ustad  sənətkalardan  biri  də 

Dollu  Mustafadır.  Təəssüflər  olsun  ki,  bu  sənətkarın  həyatı  haqqında  geniş  bilgilər    əldə  edə 

bilmədik.Ancaq  yaradıcılığından  yazıya  alınmış  və  çap  olunmuş  örnəklər  bu  ustad  sənətkarın 

Aşıq  Şenliklə  sənət  ilgilərini  aydınlaşdırmağa  imkan  verir.  Belə  ki,  hər  iki  ustad  sənətkarın  

qadın  haqqında  vücudnaməyə  müraciət  etməsi    və  “Qaldırın”  rədifli  gəraylı,  “Dəh  deyiniz” 

rədifli qoşma bu baxımdan önəmlidir. 

Vücudnamələrdə eyni yaş dövrlərinin poetik ifadəsinə baxaq: 

Dollu Mustafa: 

On birində kətan örtər başına, 

On ikində vəsmə yaxar qaşına, 

Elə ki,yetişdi on üç yaşına, 

Qoyma qonşulara o bir söz olar. 

 

Aşıq Şenlik:   



 

On ikində gərdən qırar sallanar, 

On üçündə günəş üzü xallanar, 

On dördündə cığaları tellənər 

Hər bir əzazında yüz min naz olur. 

 

Burada  sənətkarlar  eyni  formada  yaratdıqları  poetik  detallara  bir-birindən  seçimli 



münasibət  bəsləmişlər.  Dollu  Mustafanın  “Qaldırın”  rədifli  gəraylısı  da  bu  baxımdan  ayrıca 

maraq doğurur. 

 Gəraylı  baş  vermiş  bir  hadisə  ilə    bağlıdır.  Həsən  adlı  bir  şəxsin  atı  quşdan  hürkür  və 

yolun  kənarındakı  bataqlığa  batır.  Yıxılmış  atı  qaldırmaq  üçün  yaxınlıqda  olan  qızlar  köməyə 

çağrılır: 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə