Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

Huridi, qılmandı xublar gözəli, 

Əndam güldü, yanaq xaşxaş xəzəli, 

Qəh-qəh çəkib gülər kəklik misalı, 

Bülbül kimi avazına nə söz var?  

 

Aşıq Şenliyin məhəbbət lirikasında gözəl öz zahiri füsunkarlığı ilə bərabər, həm də həyası, 



isməti,  nəcibliyi  ilə  də  diqqəti  cəlb  edir.  Aşığın  “Əlif-lam”  üstündə  söylədiyi  qoşmada  yeni 

poetik nəfəsi duyuruq: 

 

“Əlif”dən sürahi alagöz yarım, 



“Ba” babi cahanda qılmana bənzər. 

“Te” təkmil muyları cilvələnibdi, 

“Se” sərxoş sallanıb sərgəndər gəzər. 

 

“Cim”dən hicab edər, “ha”dan hayalı, 



“Xa”ya müştaq olur fikir, xəyalı, 

“Dal”ın daldası var, qəmər ziyalı, 

“Ze” zalım qətlimə fərmanı yazar. 

 

“Re”dən iraq düşdüm, mənzilim cüda



“Za”zar çəkib zardan yanaram oda, 

“Sin” səlbi boyludu, yar mələkzadə, 

“Şin” şövqü günəşdir, hüsnü ləli-zər. 

 

Aşığın  gözəlliyin  tərənnümündə  “Kitabi-Dədə  Qorqud”  dastanlarından  yaradıcılıqla 



barındığını  görürük. Dastanda Dirsə xanın  xatununa söylədiyi  gözəlləmə poetik detalların  təbii 

biçimi baxımından nadir sənət nümunəsidir: 

 

Bəri gəlgil, başım baxtı, evim taxtı, 



Evdən çıxıb yüyürəndə səlbi boylum. 

Topuğuna sarmaşanda qara saçlım. 

Qurulu yaya bənzər çatma qaşlım. 

Qoşa badam sığmayan dar ağızlım. 

Güz almasına bənzər al yanaqlım. 

Qadınım, dirəyim, döləyim. 

 

Bu baxımdan aşığın klassik ənənədən barınması yeni çalarda, poetik deyim tərzində özünü 



biruzə  verir.  “Zübeydə”  gəraylısı  axıcılığı,  bədii  təsvir  və  ifadə  vasitələrinin  yerli-yerində 

sənətkarlıqla işlədilməsi baxımından daha önəmlidir: 

 

Qaşı, kipriyi qaradı, 



Kəkil, birçəyi daradı. 

 

 



Gəvədən insan yaradı, 

Naxışlar sala, Zübeydə. 




 

Gəraylıdan göründüyü kimi, Aşıq Şenliyin tərənnüm etdiyi gözəl həm də mahir xalçaçıdır. 

El gözəli xalqımızın milli xalçaçılıq sənətini dərindən mənimsəmişdir. Burada zahiri gözəlliklə, 

daxili  mənəvi  aləm  vəhdətdə  təqdim  olunmuşdur.  Daxili  mənəvi  zənginlik  aşığın  məhəbbət 

lirikasında əsas amillərdən biridir. Aşığa görə, zahiri gözəlliklə daxili mənəvi zənginlik daim bir-

birini tamamlamalıdır. Aşıq Şenlik “O dastan sinəsi” – deməklə gözəlin yüksək zövq, əxlaq və 

mədəniyyətinə, ədəb-ərkanlı olduğuna işarə edir: 

 

Şenlik der: qoynunda şamama tağı, 



O dastan sinəsi, büllur buxağı, 

Qızıl gülə bəzənibdi yanağı, 

Əlvan-əlvan gülgəzinə nə söz var? 

 

Saf məhəbbətin tərənnümü aşığın divanilərində başqa səpkidə öz əksini tapmışdır. Burada 



sevən  aşiqin  coşqun  hissləri,  nikbinliyi,  öz  sevgilisinə,  səadətinə  qovuşmaq  əzmi  təbii  və 

güclüdür. Bu məsələdən bəhs edən prof. V.Vəliyev haqlı olaraq yazır: “Məhəbbət mövzusunda 

olan divanilərdə həyata nikbin münasibət, çətinliklərə qələbə çalmaq əzmi üstünlük təşkil edir. 

Ustad sənətkarlar deyişmələrdə, hərbə-zorbalarda, vücudnamələrdə divaniyə ona  görə müraciət 

etmişlər  ki,  öz  sevgilərinin  şiddətini,  fəlsəfi  məzmunlu  şeir  demək  qabiliyyətini,  şairlik 

istedadlarını nümayiş etdirsinlər”. 

Maraqlıdır ki, bu formaya Aşıq Şenlikdə müasirləri Molla Cümə, Ağdabanlı Aşıq Qurban, 

Göyçəli Aşıq Musa və başqalarından fərqli olaraq deyişmə şəklində də təsadüf olunur. 

Borçalı  Şair  Nəbi  ilə  divani  formasında  deyişmədə  hər  iki  sənətkar  saf  məhəbbətin 

tərənnümündə  sənət  yarışına  girirlər.  Həmin  deyişmədən  bir  bəndə  diqqət  yetirmək  yerinə 

düşərdi: 

 

Aşıq Şenlik: 



 

Səfil Şenlik eşqə düşüb, yanında şərməndədi, 

Könül xəstə, dil şikəstə, eşq atəşi candadı, 

Camalına bənd olmuşam, ixtiyarım səndədi, 

Gecə-gündüz, leyli-nahar intizarım sənsən, yar. 

 

Şair Nəbi: 



 

Şair Nəbi eşq ucundan sanki dönüb ümmana, 

Xilaf eylər xam xəyalım, bax sərimdə dumana, 

Saçılıb hüsnüyün şoxu, bənzər huri-qılmana, 

Gözüm görüb, könlüm sevib, hax yaradan qulsan, yar. 

Deyişmədən göründüyü kimi, Aşıq Şenlik “məst oldu didəm nuru”, “vücudum gəlir dilə”, 

“könül  xəstə,  dil  şikəstə”  və  s.  məcazlarla  aşiqin  öz  eşqində  vəfalılığını,  sevgilisinə  olan 

hərarətli, çılğın hissləri sənətkarlıqla ifadə etməyə çalışmışdır. 

Aşıq Şenlik poeziyasında tərənnüm olunan həyat yoldaşı, gələcək nəslin tərbiyəçisi anadır. 

Bu  mənada,  aşığın  yaradıcılığında  tərənnüm  olunan  məhəbbət  öz  bəşəri  mahiyyəti,  əhəmiyyəti 

ilə dəyərlidir. Odur ki, Aşıq Şenlik qadın ömrünün qayəsini, şərəf və ləyaqətini daha bariz nəzərə 

çarpdırmaq üçün aşıq ədəbiyyatında nadir hallarda təsadüf olunan vücudnaməyə müraciət edir. 




O, “Olur” rədifli vücudnamədə təsvir etdiyi qızın dünyaya gəlişini, uşaqlıq, növrəstəlik, ərgənlik, 

gəlinlik, ahıllıq illərini özünəməxsus poetik dillə sadalayır. 

Bu  şeir  formasından  bəhs  edən  prof.  M.Həkimov  yazır:  “Aşıq  ədəbiyyatında  nadir 

növlərdən biri vücudnamədir. Vücudnamədə ustad aşıq bir növ özünün əsli-nəcabəti, ata-anası, 

ana  bətninə  düşməsi,  anadan  olması,  uşaqlıq  illəri,  təhsil  alması,  ədəb-ərkanı,  qəhrəmanlıq 

göstərməsi,  oturub-durmağını  bilməsi,  ailə-məişəti,  məhəbbəti,  eli-obası,  həyat  yollarında 

çəkdiyi məşəqqətlər, etiqadı haqqında avtobioqrafik məlumat verir... Vücudnamə eyni zamanda 

ustadnamədir. Vücudnamə nəsihət xarakteri də daşıyır. Belə hallarda müraciət və nəsihət olunan 

lirik qəhrəman poetik məqamda yerinə görə bəzən birinci, ikinci və bəzən də üçüncü şəxs kimi 

götürülür.  Ustad  sənətkar  tövsiyə  ilə  öz  fikrini  bədii  şəkildə  3  yaşından  100  yaşına  qədər  lirik 

qəhrəmanın keçdiyi yolu yada salır, dinləyici və oxucusuna həyat yolunu təlqin edir”. 

Aşıq  Şenliyin  “Olur”  rədifli  vücudnaməsi  də  alimin  söylədiyi  fikirlə  çox  səsləşir.  Şeirdə 

bəzi yaş dövrlərinə diqqət yetirmək yerinə düşərdi: 

 

Gözəl olan beş yaşından öyülür, 



Yeddisində qönçə güldən sayılır, 

Səkkizində hilal qaşlar əyilir, 

Sifət bədirlənir, xumar göz olur. 

 

On ikidə qumaş geyər sallanar



On üçündə günəş üzü allanar, 

On dördündə cığaları tellənər, 

Hər bir əzasında yüz min naz olur. 

 

Qırx üçündə gizli söylər sirrini, 



Qırx beşində gözdən salar ərini

Əllisində “nəvə” deyər torunu,* 

Toylar mətbəxində həm aşbaz olur. 

 

Doxsan beşdə Şenlik söylər sözləri, 



Yüz yaşında çıxar quzu dişləri, 

Baş yasdığı olar ocaq daşları, 

Tüstü döyər, var əndamı his olar. 

 

Verilmiş nümunədə  yaş  dövrlərinin gözəllikləri bir-biri ilə olduqca rabitəlidir. Övlad ana 



ömrünün, nəvə nənə ömrünün bəzəyi kimi səciyyələndirilir. 

Aşıq Şenliyin on doqquz bənddən ibarət olan “Qız ilə gəlinin deyişməsi” şeiri isə qızlıq və 

gəlinlik dövrünün bütün incəliklərinin təsvir edilməsi, ideyanın müasirliyi baxımından dəyərlidir. 

Şeirdə  əvvəlcə  gəlinlə  qızın  bir-birinin  gözəlliyini  tərif  etmələri,  gəlinin  öz  ömrünün  zövqü-

səfası,  analıq  şərəfi  barədə  söhbət  etməsi  olduqca  maraqlı  və  təbii  səslənir.  Gəlin  qıza  nəsihət 

verir: əsil sevgi var-dövlətlə alınmaz: 

 

Qız der ki, elçilər düşüb dalıma, 



Rica eylər ulusuma, elimə, 

Çoxlar əmlakını qoyub yoluma, 

Görünməz gözümə dövləti-malı. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə