Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

Varı olan nə qəm çəkər dünyada

Yoxsulun cəsədi yanar, ha yanar. 

 

Aşıq Şenlik öz əlinin zəhməti ilə güzəran keçirən insanların mənafeyinin müdafiəçisi kimi, 



cəmiyyətdə ictimai, sinfi bərabərsizliyin doğurduğu mənəvi eybəcərlikləri ifşa etmişdir. 

Aşıq  Şenlik  bir  vətəndaş  kimi,  vətəni  Qars-Anadolu  torpaqlarının  çar  orduları  tərəfindən 

işğalına  qarşı  etiraz  səsini  ucaltmış,  bu  hadisələrə  “Düşdü”,  “Oldu”,  “Qarsın”  rədifli 

cahannamələrini həsr etmişdir. 

Aşıq  “Can  sağ  ikən  yurd  verilməz  düşmənə”  –  deyərək  Vətəni  yadellilərin  tapdağından 

qorumaq üçün bütün yurddaşlarını səfərbərliyə çağırır. Vətən yolunda şəhid olmağı zülm, əsarət 

altında yaşamaqdan şərəfli sayır: 

 

Qurşanın qılıncı, geyinin donu, 



Qovğa buludları sardı hər yanı, 

Doğdu qoç igidin şan alma günü, 

Can sağ ikən yurd verilməz düşmana. 

 

Məlumdur  ki,  çar  hökuməti  öz  süqutunun  qarşısını  almaq  üçün  ucqarlarda  qonşu  xalqlar 



arasında milli ixtilaflar yaradır, qırğın törədirdi. Aşıqlarımız bu faciəli hadisələrin şahidi olmaqla 

bərabər,  bu  fəlakətləri  öz  yaradıcılıqlarında  əks  etdirməyə  çalışmışlar.  Aşıq  Ələsgər,  Aşıq 

Hüseyn  Bozalqanlı,  Zodlu  Abdulla  və  başqa  sənətkarların  bu  mövzuya  həsr  etdikləri  şeirlərdə 

milli  qırğın  törədənlər  tənqid  atəşinə  tutulurdu.  Aşıq  Şenlik  də  1905-ci  il  erməni-müsəlman 

qırğınının şahidi olmuş, baş vermiş fəlakətə qarşı xalqı birliyə çağırmış, milli qırğın törədənləri 

lənətləmişdir: 

 

Millət komutanı Vağarşah ağa



Səbr eylə başına gör nələr gəlir. 

Yığıbsan başına bir bölük dığa, 

Demə ki, onlardan bir hünər gəlir. 

 

Uyma canfidaya, o qaxdağana, 



Bir gün şəhərini verər talana. 

Nə Bakıya bənzər, nə də Şirvana, 

Hazır ol üstünə yüz min ər gəlir. 

 

Şörəyel sancağı yalnız qalıbdı, 



Ağbaba bu işə müştaq olubdu

Min beş yüz Çıldırlı hazır gəlibdi, 

Keçib başı-candan, sərbəsər gəlir. 

 

Bu cəhətdən Aşıq Şenlik yaradıcılığı bu günümüzlə sözün əsil mənasında tam müasirləşir. 



Erməni  millətçilərinin  Dağlıq  Qarabağa  olan  torpaq  iddiaları  ilə  əlaqədar  olaraq  Qərbi 

Azərbaycandan  200  mindən  artıq  azərbaycanlı  doğma  yurdundan  didərgin  salındı,  yüzlərlə 

günahsız insan qətlə yetirildi. 

Aşıq  Şenlik  yaşadığı  cəmiyyətin  ziddiyyətlərini,  nöqsanlarını  sənətkar  müşahidəsi  ilə 

duyub  dərk  edirdi.  Yerli  bəy  və  çinovniklərin  özbaşınalığının,  mənəm-mənəmliyin,  xalqı 



yoxsulluğa,  məhrumiyyətlərə  düçar  etməsi  aşığı  bir  vətəndaş  kimi  narahat  edir,  qəmə,  kədərə 

bürüyürdü: 

 

Varmı mənim kim qəmə talanan, 



Xabi-qəflət niqabına bələnən 

Yalan deyə məmləkəti dolanan

Çıldırlı Şenliyin axan selidi. 

 

Aşığın yaradıcılığını diqqətlə izlədikdə aydın olur ki, mövcud ziddiyyətlərdən doğan qəm-



kədər motivi nöqsanlara fəal sənətkar münasibəti ilə əvəz olunur. Əliəyrilik, hakimlərin haqqı-

ədaləti tapdalaması, rüşvətxorluğu kəskin tənqid hədəfinə çevrilir: 

 

Ətrafda qalmadı doğru bir kişi, 



Hiyləylə edərlər alış-verişi, 

Hakimlər rüşvətsiz kəsmirlər işi, 

Kimə olsun əhdi-peymanın sənin. 

 

Aşıq  Şenlik  XIX  yüzilliyin  sonunda  “dürlü-dürlü  əlaməti”  olan  Tiflis  şəhərinin  ictimai 



mühitini  realistcəsinə  təsvir  etmişdir.  Şəhərdəki  ictimai  bərabərsizliyin,  özbaşınalığın, 

laqeydliyin doğurduğu acınacaqlı vəziyyət dözülməzdir. Aşıq varlılara yaltaqlanmağı, kasıblara 

qeyri-insani  münasibət  bəsləməyi,  “birinin  yeyib,  birinin  baxmasını”  ictimai  eybəcərliyin 

təzahürü kimi qiymətləndirir: 

 

Cibgirləri var ki, gözdən qıl qapar, 



Hər biri bir yandan ölkəni çapar, 

İynəynən axtarar, qapını tapar, 

İblisdən oyunbaz, hiyləgər imiş. 

 

Yoxsul imran olsa bunlar inanmaz



Öz eyiblərini özləri qanmaz, 

Biri yeyər, biri baxar, utanmaz, 

Qəlbləri çox qara, gözü dar imiş... 

 

Aşıq  Şenlik  dövrün,  zamanın  doğurduğu  ictimai  haqsızlıqların,  bərabərsizliklərin  əsil 



mahiyyətini, onun aradan qaldırılması  yollarını bəzən görə bilmir. Bu, onun dünyagörüşündəki 

siyasi  məhdudluqla  əlaqədardır.  Lakin  aşıq  “fələk”dən  narazıdır,  “onunla  şətrənc  oynamağa” 

belə hazırdır. Prof. M.H.Təhmasib aşıqların fələyə müraciət motivi ilə bağlı fikrində haqlı olaraq 

yazır:  “...  Aşıq  şeirindəki  ...  bu  narazılıq  fələkdəndir.  Lakin  belə  şeirlərin  əksəriyyətində 

haqqında  danışılan  fələk,  ...  əksər  halda  sadəcə  zamandır,  dövrdür”.  Aşıq  “Görmədim” 

divanisində  fələyə  (dövrə)  müraciət  edərək  göstərir  ki,  dövr  insanlara  azadlıq,  abadlıq  bəxş 

etməmişdir. Zalım zülmlə ölkəni idarə edib “taxtında bərqərar” ola bilməz. 

 

Ey fələk, sənin əlindən abad olan görmədim, 



Düşüb cənginə bir daha geri gələn görmədim, 

Neçə yüz min Süleymanlar hökm etdi qafdan-qafa

Taxtında bərqərar olub, binə salan görmədim. 



 

Buradan da, aşığın gələcəyə olan nikbin baxışı aydın görünür. Bu amalla aşıq cəmiyyətdə 

gedən  ictimai-siyasi  prosesləri,  mövcud  quruluşa  qarşı  etiraz  əlamətlərini  diqqətlə  izləyirdi. 

Xüsusən,  XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində  Zaqafqaziyada  geniş  vüsət  alan  kəndli 

üsyanları,  qaçaqlıq  hərəkatı  aşığın  yaradıcılığında  geniş  bədii  əksini  tapmışdır.  Müasirlərindən 

fərqli  olaraq,  Aşıq  Şenlik  elin  mərd,  mübariz  oğullarını  el-obada  daha  çox  təbliğ  etmiş,  onları 

xalqa  tanıtdırmışdır.  Əyyub  Pirməmməd  oğlu,  İsmayıl,  Dədə  bəy  və  s.  el  qəhrəmanlarının 

göstərdikləri hümmət poetik şəkildə tərənnüm olunur. 

Aşıq  “Söylənir”  rədifli  qoşmasında  Əyyub  Pirməmməd  oğlunu  “zəmanənin  qəhrəmanı”, 

“mətanətdə ismi-şanı” olan “Koroğlu sədalı, ünü” söylənən bir el qəhrəmanı kimi təqdim edir: 

 

Cəng etsə cahana salar talanı, 



El içində aslan kimi dolanı, 

Ziri-dəst eylədi dövlət olanı, 

Zəmanənin qəhrəmanı söylənir. 

 

Qəmzəsində qeyzə gəlsə damar qan, 



Diz çökdü çoxları dedi: əl-aman, 

Rüstəm-Zal kimi aldı şöhrəti-şan, 

Koroğlu sədalı ünü səslənir. 

 

Aşığın  poetik  müraciətində  Pirməmməd  oğlu  təsadüfən  Koroğlu  sədalı  qəhrəman 



səviyyəsinə qaldırılmır. Çünki xalq zülmlə, fəlakətlə üzləşəndə azadlıq uğrunda mübarizə aparan 

el  qəhrəmanlarını  Koroğlu  kimi  görmək  istəyir.  Eyni  mübarizlik  əhval-ruhiyyəsini,  poetik 

müraciəti “İsmayıl” rədifli qoşmada da görürük: 

 

Qovğa günü dağı dələr cidası, 



Koroğludan çoxdur bunun ədası, 

Zaloğludan artıq gələ sədası, 

Bərəkallah böylə ünə, İsmayıl. 

 

Yaxud: 



Qovğa günü çürük olar sağ işlər

Əlamətdən zühur edər çox işlər

Qalxan tutar, şəmşir dəyər, ox işlər, 

Böylə igid daha nədən tay çəkər. 

 

Aşıq Şenliyin el qəhrəmanlarını cəsarətlə öyməsi, xalq arasında geniş şəkildə təbliğ etməsi, 



şübhəsiz,  zəmanəsinin  ictimai-siyasi  hadisələrinə  münasibətindən  irəli  gəlirdi.  Çünki  aşıq  el 

qəhrəmanlarına  xalqı  azadlığa  çıxaran  bir  qüvvə  kimi  baxır  və  onların  hünərini  bəyənir, 

məhəbbətlə tərənnüm edirdi. 

Aşığa  görə,  yaşadığı  cəmiyyət  sinfi  təbəqələrə  bölündüyü  kimi,  insan  qəlbi  də  lirik-

psixoloji  məqamda  təbəqələrə  bölünür,  narahatlı  və  təlatümlüdür.  Dövrün  feodal-patriarxal 

münasibətləri, dərəbəylik, özbaşınalıq mühitində insanın “duru”, “abad” qəlbi bulanır, talan olur. 

O,  nə  qədər  məzlumlaşsa  da,  dövrün  zalımlarına  qarşı  Rüstəm-Zal  kimi  mübarizə  aparmaq 

iqtidarına malikdir. “Könül” rədifli qoşmada aşıq yüksək nikbinlik idealına sadiq qalır: 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə