Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 

Mən Lələyəm, dərdim çoxdu sinədə

Hekayə bənd oldu yüz altmış yeddi xanada 

Tarix min iki yüz doxsan sənədə

Çıldırlı Şenliyin yadigarıdı.

 

 



 

Bəndə  diqqət  yetirilərsə,  ikinci  misranın  texniki  quruluşunun  kobudcasına  pozulduğu 

görünür.  Halbuki  Şenlik  kimi  son  dərəcə  zəngin  yaradıcılıq  qoyub  gedən  bir  ustad  aşıq  şerini 

bütün  incəliklərini  mükəmməl  bilən  sənətkardır.    O,  heç  cür  on  bir  hecalı  qoşmanı  on  dörd 

hecada dinləyicisinə təqdim etməzdi. Şenlik şeirini sinədəftər edib qoruyan, yayıb yaşadan Aşıq 

İsgəndər  bu  misranı  bizə  belə  təqdim  etdi:  “Sözlər  bitdi  yüz  yetmiş  dörd  xanada”.  Dastanın 

yazıldığı  tarix  isə  1873-cü  il  göstərilir  ki,  bu  da  Aşıq  Şenliyin  gənc  yaşalrına  /20  yaş/  təsadüf 

edir. 


Biz, folklorşünas Ə.Axundovun dastanın yuxarıda göstərdiyimiz möhürbəndində göstərilən 

tarixi və dastandakı nəzm parçalarının sayını həqiqətə uyğun hesab edirik. 

“Lətif  şah”  dastanı  çoxvariantlı  dastandır.  Dastan  yalnız  Türkiyədə  deyil,  Azərbaycan 

ərazisində də geniş  yayılmışdır. Bu, onu göstərir  ki,  “Lətif şah” dastanı aşıqların repertuarında 

geniş yer tutmuşdur. Şifahi xalq ədəbiyyatında variantlılıqdan bəhs edən  prof.V.Vəliyev yazır: 

“Yadda saxlamaq lazımdır ki, variantı olmayan hər hansı bir nümunəni folklor əsəri hesab etmək 

qətiyyən  düz  deyildir.  Variantı  olmamaq  o  deməkdir  ki,  o  əsər  xalq  arasında  ağızdan-ağıza, 

nəsildən-nəsilə  keçmir,  eldən-elə  dolaşmır,  demək  belə  əsərləri  folklor  nümunəsi  hesab  etmək 

olmaz” 

Prof.M.H.Təhmasib  “Azərbaycan  xalq  dastanları  /orta  əsrlər/”  monoqrafiyasının  istifadə 



edilmiş əsas dastanlar siyahısında “Lətif şah” dastanının altı variantı olduğunu göstərir: 

 



“Lətif şah” Əsəd Bayram oğlu, Xanlar , 1957 

 



“Lətif şah”, Söyləyəni,  yeri və ili məlum deyil. Nizami adına Ədəbiyyat İnstitutu, arxiv 

№ 729. 


 

“Lətif şah”, Söyləyəni,  yeri və ili məlum deyil. Nizami adına Ədəbiyyat İnstitutu, arxiv 



№ 728. 

 



“Lətif şah”. Söyləyəni, yeri və ili məlum deyil. Nizami adına Ədəbiyyat İnstituutu, arxivi 

№ 713. 


 

“Lətif şah” dastanı İbrahim Mirzə oğlu, Şahsevən, 1956. 



 

“Lətif şah” haqqında dastan. Bayramqulu İbrahim oğlu, Xaldan, 1956 



“Lətif şah” dastanının  çoxvariantlı  olması onu göstərir ki,  dastan dinləyiciləri ona böyük 

maraq  göstərmişlər.  Lakin  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  SSR  Elmlər  Akademiyasının 

Nizami  adına  Ədəbiyyat  İnstitutunun  elmi  arxivində  tədqiqat  zamanı  həmin  variantların  heç 

birini  əldə  edə  bilmədik.  Yalnız  elmi  arxivdə  dastanın  bir  əlyazmasına  təsadüf  etdik  ki,  bu  da 

Ə.Axundovun 1961-ci ildə çap etdirdiyi “Xalq dastanları” /səh.327-354/ kitabındakı variantdır. 

“Lətif şah” dastanının bir variantı Ə.Axundov və M.H.Təhmasibin tərtibi ilə 1965-ci ildə 

beş  cildlik  “Azərbaycan  dastanları”nın  birinci  cildində  çap  edilmişdir.  Dastanın  1965-ci  il 

nəşrində isə 105 bənd şeir vardır. Deməli, çap olunmuş bu variantlar  Aşıq Şenliyin “yüz yetmiş 

dörd  xanalıq”  “Lətif  şah”  dastanının  özü  deyildir.  Dastanın  1965-ci  il  nəşrinin  “Qeydlərində” 

“Lətif  şah”  dastanının  variantının  toplanması  haqqında  deyilir:  “Bu  dastan  Aşıq  Şenliyin  hicri 

1262-ci  ildə  yazdığı  “Lətif  şah”  dastanının  bir  variantıdır.  Bu  variant  1944-cü  ildə  Laçın 

rayonundakı  Minkənddə  yaşayan  İfrat  Cəfər  oğlundan  toplanılmışdır.  Toplayanı  Əhliman 

Axundovdur”. 



Dastanın  1965-ci  il  nəşrinin  “Qeydlərində”  çap  olunmuş  variant  ilə  Aşıq  Şenliyin  “Lətif 

şah” dastanının bəzi qoşma və deyişmələrin nüsxə fərqləri də verilmişdir. Görünür , dastanın çap 

olunduğu  vaxt  “Lətif  şah”  dastanının  özü  mükəmməl  şəkildə  toplanmadığı  üçün  variantı  çap 

etmək daha məqsədə uyğun hesab edilmişdir. “Qeydlər”in  sonunda Aşıq Şenliyin yazdığı “Lətif 

şah”  dastanının  toplanması  haqqındakı  fikir  maraqlıdır:  “Aşıq  Şenliyin  yazdığı  “Lətif  şah” 

dastanı  Naxçıvanın  Şıxmahmud  kəndində  yaşayan  Aşıq  Məmmədəli  Nəbiyevin  dəftərindən 

götürülmüşdür.  Üzünü  köçürən    Əhliman  Axundov  olmuşdur.  Aşıq  Məmmədəli  bu  dastanı 

Şıxmahmudlu  Abdulladan  yazmışdır.  Abdullanın  dediyinə  görə,  o,  “Lətif  şah”  dastanını    Aşıq 

Şenlikdən  öyrənmişdir”  Aşıq  Şenlik  sənətinin  mahir  bilicilərindən  olan  İsgəndər  Ağbabalı  isə 

Aşıq Abdullanın Aşıq Şenliyin  şagirdlərindən biri olduğunu bu sətirlərin müəllifinə söylədi. 

Aşıq Şenliyin “Lətif şah” dastanının sorağı ilə mərhum folklorşünas Əhliman Axundovun 

şəxsi  arxivinə  müraciət  etdik.  Folklorşünasın  oğlu  Aydın  Axundovun  xeyirxahlığı  sayəsində 

arxivlə  tanış  olduq,  “Lətif  şah”  dastanını  əldə  etdik.  Dastan  60  makina  səhifəsi  həcmindədir. 

Dastan qəhrəmanların adı ilə “Lətif şah və Mehriban Soltan” adlanır. 

Qeyd etmək lazımdır ki, folklorşünasın şəxsi arxivində Aşıq Şenliyin həyat və yaradıcılığı 

haqqında  maraqlı  materiallar,  ərəb  əlifbası  ilə  yazıya  alınmış  şeirləri  /inv  №-13,    17,  22,  2/3-

30/saxlanılır.  

“Lətif şah” dastanındakı ustadnamələr və duvaqqapma haqqında bir neçə söz demək yerinə 

düşərdi.  Dastanın  1961-ci  il  variantında  Xəstə  Qasım,  Aşıq  Ələsgər,  Molla  Cümənin 

ustadnamələri  və  Xəyyat  Mirzənin  duvaqqapməsı,  1965-ci  il  variantında  isə  Aşıq  Alı,  Xəstə 

Qasım, Aşıq Ələsgərin ustadnamələri və yenə Xəyyati Mirzənin duvaqqapması verilmişdir.  

Ustadnamələr  müəyyən  mənada  söylənilən  dastanın  ideya  -məzmun  xüsusiyyətləri    ilə 

bağlı olmasa da, insanı ağıla-kamala, ədəb-ərkana səsləyən nadir sənət nümunələridir. Məlumdur 

ki, “bu qəbil öyüdləmələrdə nəsihət, məsləhət, atalıq-böyüklük qayğısı, fəlsəfi ümumiləşdirmə, 

kainat, cəmiyyət, ailə,məişət, insani keyfiyyətlər, yaxşılıq, gözəllik, mərifət, əqil, kamal, paxıllıq, 

riya, yamanlıq, yaltaqlıq və s kimi məsələlər haqqında düşüncələr əks etdirilir”. 

Lakin “Lətif şah” dastanının türk variantı ustadnaməsiz təqdim  edilmişdir. Ustadnaməsiz 

nəşr  edilmiş  dastanlara  Azərbaycan  folklorşünaslığında  da  təsadüf  olunur.  Folklorşünas 

H.Əlizadə  “Tahir  Mirzə”,  “Şahzadə  Qasım”,  “Dilsuz-Xəzangül”  və  Ə.H.Tahirov  isə  “Leyli  və 

Məcnun”,  “Əsli  və Kərəm”, “Aşıq  Qərib”,  “Aşıq Təhmiraz” və s. dastanları ustadnaməsiz nəşr 

etmişlər.  Xalq  dastanları  ustadnaməsiz  də  nəşr  edilə  bilər.  Filologiya  elmləri  doktoru 

İ.Abbasovun  qeyd  etdiyi  kimi  “  əsas  cəhət  bu  adı  daşıyan  şeirlərin  mahiyyətində,  məna  və 

məzmun  çalarında,  onların  dastanın  formalaşdığı  tarixi  kəsimlə  uyğunlaşmasında,  nə  dərəcə 

səsləşməsindədir....  Həmin  nümunələr  bəzən  gözəlləmə  xarakteri  daşımış,  ...tarixi  ardıcıllıq 

gözlənilmədən  təqdim    olunmuşdur

 

.  Bu  prinsiplər  dastanların  son  nəşri  zamanı  nəzərə 



alınmışdır.  “Abbas-Gülgəz”,  “Valeh-Zərnigar”,  “Soltan-Qəndab”  dastanları  öz  yaradıcıları, 

yaxud əsas qəhrəmanların ustadnamələri ilə oxuculara təqdim edilmişdir. Duvaqqapmalarda isə 

bu cəhət bəzən nəzərə alınmamışdır. 

Maraqlıdır  ki,  “Lətif  şah”dastanının  folklorşünasın  şəxsi  arxivindən  əldə  edilmiş  

Ə.Axundov  variantında  isə  ustadnamə  və  duvaqqapma  Aşıq  Şenliyindir.  Usatadnamə  və 

duvaqqapma dastanın ideya-məzmunu ilə yaxından səsləşir. Ustadnamələrdə aşığın dinləyicilərə 

aşılayacağı  mübarizlik  əhvali-ruhiyyəsi  aydın  duyulur.  Duvaqqapma-6  bəndlik  “Gəlin”  rədifli 

qoşma  dastanın  finalına  uyğun  olaraq,  qadına  hörmət,  qadın  gözəlliyinin    tərənnümünə  həsr 

edilmişdir. 

  Ustadnamələr  cəmiyyətə  didaktik-fəlsəfi  baxışın  poetik  ifadəsi  olduğundan,  dastanların 

ustadnamələrlə təqdim olunması daha məqsədə uyğundur. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə