Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

Dastanın  türk,  Ə.Axundov  variantında  “buta”dan  tamamilə  fərqli  bir  üsula  rast  gəlirik. 

Lətif  şahın  və  Mehriban  Soltanın  bir-birinə  olan  qarşılıqlı  məhəbbət  hissi  şəkil  vasitəsi  ilə 

yaranır. 

Şəkil vasitəsi ilə aşiq ilə məşuqun bir-birinə qovuşmasına biz XII əsr dahi Azərbaycan şairi 

Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında rast gəlirik. Poemada rəssam Şapur Xosrovun 

şəklini  Şirinə  üç  dəfə  göstərir.  Elə  birinci  dəfə  Xosrovun  şəklini  görməklə  Şirinin  qəlbində 

məhəbbət hissi oyanır: 

 

...Xosrovun surəti dəydi gözünə 



Gözəllərə dedi: “Şəkli gətirin, 

Kimdir onu çəkən, mənə yetirən”. 

Şəkli gətirdilər, əlinə aldı, 

Bir saat lal-dinməz, seyrinə daldı, 

Ürəyi gəlmirdi, qoysun irağa, 

Həya qoymayırdı qucaqlamağa, 

..O şəkli görürkən ruhu gedirdi 

Gizlətsələr yenə tələb edirdi. 

 

Məlumdur  ki,  Nizami  yaradıclığının  əsas  kökü,  qaynaqları  xalq  yaradıclığından,  xalqın 



hikmət  dünyasından  yoğrulmuşdur.  Eyni  zamanda  Nizami  yaradıcılığı  sonrakı  dövr  şifahi 

ədəbiyyatımızın  inkişafına  təsir  göstərmiş,  əsərlərinin  el  variantları  yaranmışdır.  Nizaminin 

“Xəmsə”si dastan  yaradıcılığının əsas qaynaqlarından olmuşdur. “Leyli və Məcnun”, “Şahzadə 

Bəhram”, “Fərhad və Şirin” və s. dastanlar “Xəmsə”dən istifadə  yolu  ilə  yaranmışdır. Deməli,  

“dastançı hər hansı bir yolla isə Nizaminin əsəri ilə tanış olmuş, ilk ilham, ilk yaradıcılıq təkanını 

ondan  almış,  sonra  da  xalq  içərisində,  şifahi  ədəbiyyat  xəzinəsində  yaşamaqda  olan  nağıl, 

rəvayət, əfsanə, şeir və s. istifadə edərək öz dastanını yaratmışdır”.  

Aşıq  Şenliyin  yaradıcılığında  Nizami  qəhrəmanlarına-Leyli,  Məcnun,  İsgəndər  və 

başqalarına  poetik  duyumlarda  tez-tez  müraciət  edilir.  “Lətif  şah”  dastanında  da  bu  kiçik 

epizodlar  onun  “Xəmsə”dən  barındığını  göstərir.  Dastanda  tacir  Xoca  Heydər  həm  də  mahir 

rəssamdır.  O,  ticarət  etdiyi  ölkələrdə  çəkdiyi  şəkilləri  satıb  pul  qazanarmış.  Türbə  yaylasında 

Lətif  şahın  gözəl  simasını  görüb  şəklini  çəkir.  Həmin  şəkli  Xoca  Heydərin  evində  Mehriban 

Soltan görür. “Bir könüldən min könülə Lətif şaha aşiq oldu. Xoca Heydərdən soruşdu: 

 



Xoca, bu şəkil kimindir? 

Xoca Heydər dedi: 

 

Xanım qız, Yəmən şahının oğlu Lətif şahın əksidi. 



Qız Lətif şahın bir şəklini tacirdən alıb dedi: 

 



Xoca,  bu  şəkili  bundan  sonra,  heç  kəsə  verməzsən,  əgər  nəbadə  verəsən,  boynunu 

vurduracağam”.  

Lakin  Xoca  Heydər  verdiyi  sözə  əməl  etmirdi:  qazanc  məqsədilə  ticarət  etdiyi  ölkələrdə  Lətif 

şahın şəklini satırdı. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  variantlarda  dastan  qəhrəmanlarının  bir-birilə  ilk  tanışlığı 

iki  vasitə-buta  və  şəkil  vasitəsi  ilə  olmuşdur.  “Buta”almaq  orta  əsr  klassik  dastanlarımız  üçün 

səciyyəvi cəhətdir. “Lətif şah” dastanının XIX yüzilliyin sonunda yarandığını qeyd etmiş olsaq, 

dastan  qəhrəmanlarının  şəkil  vasitəsi  ilə  tanışlığının  səbəbəsiz  olmadığını  görərik.  Çünki  XIX 

yüzilliyin sonu, XX əsrin əvvəllində mövcud ictimai-siyasi şəraitlə, folklorun xalq həyatına daha 

dərindən  nüfuz  etməsi  ilə  əlaqədar,  “buta”  artıq  özünün  mifik  tutumunu  qoruyub  saxlaya 




bilmirdi.  Dastan  yaradıcıları  bu  cəhəti  müəyyən  qədər  “reallaşdırmışlar”  ki,  son  dövrlər  /XIX-

XX əsr/ yaranan dastanlarda bu, özünü qabarıq şəkildə göstərir. 

Bütün  variantlardan  fəqli  olaraq  1961-ci  il  variantında  Dərdli  şah  Lətif  şahın  xəstəliyini 

sağaltmaq, dərdinə əlac etmək üçün Lələyə üç gün möhlət verir. Lələ Lətif şahın eşqə mübtəla 

olduğunu  bilirdi.  Lələ  dünya  gözəli  qızını  bəzədib  Lətif  şahın  yanına  göndərir,  lakin  Lətif  şah 

onu bəyənmir. 

Dastanın  türk  variantında  Fas  padşahının  pəhləvanı  İsfəndiyarın  anasının  yuxusu 

verilmişdir.  Digər  variantlarda  buna  təsadüf  etmirik.  İsfəndiyarın  anası  gecə  yuxuda  görür  ki, 

“İsfəndiyar qannı dəryanın içindədi. Nə qədər əlini atdı, tutammadı. On üç-on dörd yaşında gənc 

bir  oğlan  İsfəndiyarı  öldürdü”.  Sözsüz,  sınama,  yuxu  yozumlar  əski  inamlarla  bağlıdır. 

İsfəndiyarın  anası  onu  səfərdən  yayındırmaq  istəyir.  İsfəndiyar  buna  razı  olmur.  Döyüş 

meydanında İsfəndiyar pəhləvan Lətif şahla qarşılaşanda anasının yuxusu yadına düşür.  

Yenə  həmin  variantda  Fasın  xristian  ölkəsi  olduğu  göstərilir.Mövcud  variantların  heç 

birində  bu  xüsusiyyətə  rast  gəlinmir.  Xoca  Heydər  Mehriban  Soltanın  şəklini  Fas  padşahına 

göstərir.  Padşah  elçi  göndərir.  Hindistan  şahı  Əziz  Soltan  Fas  padşahı  müsəlman  olmadığına 

görə qızı vermir. Belə olduqda Fas padşahı öz pəhləvanı İsfəndiyarı qoşunla göndərib Mehriban 

Soltanı  zorla almaq istəyir.  Lətif şah öz sevgilisinin vətənini  qoruyur,  İsfəndiyarı məğlub  edir. 

Fas padşahı bundan bərk qəzəblənib sərkərdəsi Xıdırcanı İsfəndiyarın qisasını almağa göndərir. 

Dəryada tufana düşən Lətif şah Xıdırcanın gəmisinə rast gəlir.Gəmidəki yaralı əskərlər Lətif şahı 

tanıyırlar.  Xıdırcan  Lətif  şahı  Fas  padşahının  yanına  gətirir.  İsfəndiyar  pəhləvan  həm  də  Fas 

padşahının bacısı Əsma xanımın nişanlısı idi. Padşahın vəziri müsəlman olduğundan Lətif şaha 

qanı qaynayır, ona kömək edir. Əsma xanımın köməkliyi ilə Lətif şah zindandan qurtarır. Lətif 

şah  onu  düşmən  pəncəsindən  xilas  edən  Əsma  xanımla  evlənir.  Dastanın  1961,1965-ci  il 

Ə.Axundov variantlarında Əsma xanımın milliyyətcə xristian olduğu göstərilmir.  

Dastanın  türk  variantında  digər  variantlardan  fəqli  cəhət  nəzərə  çarpır.  Dastanın  nəzm 

hissəsinin  poetik  forması  rəngarəngdir.  Belə  ki,  burada  qoşmalardan  sonra  cinaslı,  cinassız 

bayatılar  verilmişdir.  Ehtimal  ki,  bu,  dastan  söyləyən  peşəkar  ifaçı  aşığın  əlavəsidir.  Dastanı 

söyləyən müəyyən epizod barədə lirik-psixoloji əhvali-ruhiyyəni daha emosional aşılamaq üçün 

yerinə  və  məqamına  uyğun  bayatılardan  istifadə  etmişdir.  Həmin  bayatılardan  bir  neçəsinə 

diqqət yetirək:  

 

Gözədə 


Kəhlik otlar gözədə

Sənə də qurban olum, 

Sənə baxın gözə də. 

 

Endi zülfün, 



Gərdənə endi zülfün. 

Dəstələ qoy qoynuma, 

Qan eylər indi zülfün və s. 

 

Bu qəbil poetik müraciətə biz Aşıq Şenliyin “ Məhəmməd və Guldənə” dastanında da rast 



gəlirik ki, bu barədə bir qədər sonra danışılacaqdır. 

“Lətif şah” dastanının variantları arasındakı fərqli cəhətləri nəzərdən keçirdikdə aydın olur 

ki,  variantlar  arasında  ümumi,  oxşar  cəhətlər  çoxdur.  Oxşar  cəhətlər  nəinki  əsas  qəhrəmanlar, 

hətta ikinci  dərəcəli surətlərdə də nəzərə çarpır.  Surətlərin psixologiyasında, onların  cəmiyyətə 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə