Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

Qüvvətli  bir  pəhləvan  olan  Lətif  şah,  Mehriban  Soltanı  zorla  alıb  öz  ölkəsinə  aparmağa 

qadirdir. Lakin o, gücsüzləri tapdalamaq və başqasının dinc ölkəsinə toxunmaq istəmir”. 

Dastanın  mövcud  variantlarını  diqqətlə  nəzərdən  keçirərkən  Lətif  şahın  Lələni  elçi 

göndərməsinin  şahidi  olmuruq.  Lətif  şahın  Mehriban  Soltanı  istəməsi  hadisələrin  dramatik 

inkişafı prosesində məlum olur ki, bu barədə bir qədər sonra danışılacaqdır. 

Məqalədə  Bəhram  şahın  Lətif  şahın  ölkəsini  işğal  etdiyi  göstərilir.  Variantlarda  isə  Lətif 

şah vətəninə şad-xürrəm vəziyyətdə, ölkənin azad və firavan günlər keçirdiyi dövrdə qayıdır. 

Görünür,  folklorşünas    Ə.Axundov  “Lətif  şah”dastanının  hər  hansı  bir  aşıqdan  yazıya 

aldığı  variantına əsasən məqalədə öz fikir və mülahizələrini söyləmişdir.  Lakin  həmin varianta 

folklorşünasın şəxsi arxivində rast gəlmədik. 

“Lətif şah”dastanının Türkiyə, Gürcüstan, Azərbaycan ərazilərində geniş yayıldığını nəzərə 

alsaq,  onun  ağızdan-ağıza  dolaşaraq  əlavələr  və  əskiltmələr  hesabına  zənginləşdiyini  və  ya 

ixtisar edildiyini təsadüfi hesab etmərik. 

Dastanın  əsas  qəhrəmanı  Lətif  şahdır.  Dastanda  bütün  hadisə,  epizodlar  onun  ətrafında 

cərəyan  edir  və  bütün  epizodlar  onun  xarakterinin  bütövlüyünün  açılmasına  xidmət  edir.  Lətif 

şah  şah  oğlu  olsa  da,  onda  ərköyünlük,  ələbaxımlıq  əhval-ruhiyyəsi  hiss  olunmur.  O,  gənc 

yaşlarından öyrənməyi, hər bir hadisənin mahiyyətinə varmağı sevir. 

Lətif şahı bir dastan qəhrəmanı kimi, yalnız saz-söz meydanında deyil, döyüş meydanında 

da  cəsur,  mərd  bir  igid  kimi  görürük.  Atasının  qırx  pəhləvanına  qalib  gəlməsi  onu  el  arasında 

daha da şöhrətləndirir. 

Lətif  şah  öz  dövrünün  təliminə  yiyələnmiş  tərbiyəli  bir  gəncdir.  Yalnız  gənclik  illərində 

Türbə dağında soyğunçuluq etməsi onun mənfi cəhəti kimi diqqəti cəlb edir. Onun bu hərəkəti 

atasının ciddi danlağına səbəb olur. Lətif şah atasının nəsihətinə əməl edəcəyinə söz verir. 

Lətif şahı hind padşahının qızı Mehriban Soltanı bütün varlığı ilə sevir. Bu yolda Lətif şah 

hər cür əzab-əziyyətlərə, məhrumiyyətlərə sinə gərməyə hazırdır. 

Ata-anasından  xeyir-dua  alan  Lətif  şah  Lələsi  ilə  birlikdə  sevgilisinin  vətəninə  yollanır. 

Onlar təhlükəli yollar keçib bütün çətinlikləri dəf edərək Hindistana çatırlar. Lətif şah Mehriban 

Soltanla  görüşmək  üçün  “arşın  mal”  satmaq  üsulundan  istifadə  edir.  Sevgililərin  bir-biri  ilə 

görüşməsi üçün yasaqların qoyulduğu dövrdə bu vasitədən istifadə  olunur. Folklorda bu motivə 

nadir  hallarda  rast  gəlinir.  Dahi  bəstəkarımız  Ü.Hacıbəyov  da  görünür  ki,  “Arşın  mal  alan” 

musiqili komediyasını məhz folklordan barınaraq yaratmışdır. 

Dastanda  Lətif şah Mehriban Soltanın  görüşünə  aşıq  libasında  gedir.  Bu  motivdə klassik 

ənənənin  davamını  görürük.  Nadir  sənət  abidəmiz  “Kitabi-Dədə  Qorqud”  dastanında  on  altı  il 

zindanda  yatan  Beyrək  öz  sevgilisinin  toyuna  ozan  libasında  gedir.  Məhz  Lətif  şahla  Lələnin 

söhbətində aşığın müqəddəsliyi haqqında poetik duyumun şahidi oluruq: 

 

Aşıq bilər, söhbət nədir, söz nədir, 



Kişi nədir, çörək nədir, duz nədir

Bivəfaya əmək versən az nədir 

Çəkib dost yolunda vəfa, gedirəm. 

 

Lətif şah saz-söz sənətinin sirlərinə bələd olan, bədahətən söz demək qabiliyyətinə malik 



bir  gəncdir.  Mehriban  Soltan  kənizlərinə  onu  haqq  aşığı  kimi  təqdim  edir.  Qızlar  “Haqq 

aşığısansa bizim adımızı da çək”,-deyirlər. Lətif şah ustad aşıqlar kimi qızların tərifini verir: 

 

Nigar nəzakətdə bənzər xanıma, 




Bağdagül bacımdı gəlsin yanıma, 

 

Huri bir od saldı şirin canıma, 



Yox imiş imanı, dini qızların. 

 

Mahitab sinəmə çəkibdi dağı, 



Şəmsinurun qoynu behiştin bağı, 

Yaxşının gözləri hərami, yağı, 

Baxışı heyran etdi məni qızların və s. 

 

Dastanda  Lətif  şah,  gözəl  qızları  zorla  saraylarına  aparan  şahlara  qarşı  mübarizə  aparır. 



Orta əsrlər feodal dünyasının bu mənfur qalığı dastanda ciddi tənqid olunur. 

Tacir  Xoca  Heydər  Mehriban  Soltanın  şəklini  Fas  padşahına  satır.  Fas  padşahı  öz 

pəhləvanı  İsfəndiyarı  çağırtdırıb,  Mehriban  Soltanı  zorla-xoşla  da  olsa  sarayına  gətirilməsini 

tələb  edir.  İşğalçı,  qüvvətli,  həm  də  hiyləgər  bir  pəhləvan  olan  İsfəndiyardan  üç  gün  möhlət 

almaqla,  Əziz  Soltan  qızının  verilməsinə  razılıq  verir.  Bu  xəbəri  eşidən  Lətif  şah  sarsılır, 

Lələsinin yanına gəlib ondan məsləhət istəyir və deyir: 

 

Lələm, sənə şikayətə gəlmişəm. 



Bu gün əhvalımın yaman günüdü. 

Fələyin tədbiri təğayir oldu

Dövran döndü, axır zaman günüdü.

 

 



 

Lələ  Lətif  şaha  təsəlli  verib,  onu  sakitləşdirir.  Xəlvətcə  İsfəndiyar  pəhləvanın  döyüş 

meydanına  getməsinə icazə verməyib,   Əziz Soltanın  yanına  gedir.  Bütün əhvalatı  ona danışıb 

deyir: “-Bu oğlan Qəmsiz şahın oğlu Lətif şahdı. Sənin qızın Mehriban Soltanın aşiqidir. Onun 

üçün  ölkəsindən  didərgin  düşüb  bura  gəlmişdir.  Mən  də  onun  Lələsiyəm.  İzn  ver  Lətif  şah 

İsfəndiyar pəhləvanın meydanına getsin. 

Əziz Soltan Lətif şaha dedi: 

-İsfəndiyar çox qəvi  pəhləvandı.  Sən onnan bacara bilməzsən,  yerində rahat  otur. Ağrısız 

başuva  duz  bağlama”.  Lətif  şah  öz  hərəkətlərində  qətiyyətlidir.  O,  sevgilisi  Mehriban  Soltanın 

namusunu  hər  şeydən  uca  tutur,  hətta  bu  yolda  canından  belə  keçməyə  hazırdır.  Heç  kimin 

təkidinə qulaq asmayıb, İsfəndiyar pəhləvanın döyüş meydanına atılır, cəngavərlərə məxsus söz 

vuruşunda Lətif şahın məramı aydınlaşır: 

 

Lətif şaham, mən də cana yağıyam, 



Hicran möhnətinin qəm dustağıyam, 

Mehriban Soltanın qurbanlığıyam 

Yar yolunda  mən ölməyə gəlmişəm. 

 

Lətif şah  İsfəndiyarı məğlub edir. Əziz Soltan ölkəni düşməndən azad etdiyinə görə qızını 



Lətif şaha verib, şadlıq məclisi qurdurur. 

Dastanda  hadisələrin  inkişafı,  süjet  və  epizodların  bir-birini  əvəz  etməsi  prosesində  Lətif 

şahın bir sıra xarakterik xüsusiyyətləri aşkara çıxır. Mehriban Soltana qovuşduqdan sonra Lətif 

şah  dərya  seyrində  fırtınaya  düşür.  Dalğalar  onu  dəryanın  ən  coşqun  yerlərinə  aparır.  O,  yenə 

xilas  olacağına  ümidini  itirmir.  İsfəndiyar  pəhləvanın  qisasını  almaq  üçün  səfərə  çıxan  Fas 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə