Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

personajlar kimi təsvir olunmuşlar. Yeri gəlmişkən onu da qeyd edək ki, Lətif şahın iki gözəllə 

vətənə qayıtması yalnız “Lətif şah” dastanı üçün  xarakterik hal deyildir. Bu cəhətə biz “Şahzadə 

Əbülfəz”, “Novruz və Qəndab”, “Şah İsmayıl və Gülzar” və s. dastanlarımızda təsadüf edirik. 

“Şahzadə Əbülfəz” dastanında Əbülfəz öz butası Rənaya qovuşduqdan sonra Yəmənə gəlib 

Sərfinazla  evlənir.  Onu  da  Rənanın  yanına  aparır.  Rəna  kənizlərin  iştirakı  ilə  onların  şərəfinə 

məclis təşkil edir. 

“Novruz  və  Qəndab”  dastanında  bir  gözəlin  arxasınca  gedən  Novruz  üç  gözəllə  vətənə 

qayıdır.  “Şah  İsmayıl  və  Gülzar”da  Şah  İsmayıl  Gülzar  xanım,  Rəmdar  Pəri  və  Ərəbzəngi  ilə 

birlikdə vətənə qayıdıb toy-büsat qurdurur. 

Bu  xüsusiyyətə  malik  dastanlarımız  haqqında  Azərbaycan  folklorşünaslığında  iki  elmi-

nəzəri  fikir  mövcuddur.  Prof.  M.H.Təhmasib  qəhrəmanın  butadan  əlavə  qızlarla  evlənməsinin 

aşağıdakı üç məsələ ilə bağlı olduğunu göstərir:  

 

İslamiyyətin çoxarvadlılığa münasibəti, hətta bunu təbliğ etməsi



 

Bununla əlaqədar inqilaba qədərki mühit, şərait-yəni, real həyat



 

Nəhayət,  bütün  dünya  eposunda,  eləcə  də  bizim  eposlarımızdakı  retardasiya,  yəni 



“ucləmə” “ənənəsi”. 

İkinci fikrə tədqiqatçı A.İbrahimovun “Dastanlarımızda tarixin izləri” adlı məqaləsində rast 

gəlirik.  Müəllif  dastanlarımıza  tarixilik  baxımından  yanaşdıqdan  sonra  belə  bir  elmi  nəticəyə 

gəlir: 


“Dastandakı qızlar hərəsi bir ölkəni, məmləkəti təmsil edir. Özü də bu qızların əksəriyyəti 

ata-ananın  yeganə  övladıdır,  ölkənin  varisidir.  Bu  fakt  özü  imkan  verir  deyək  ki,  bu  gözəllər 

ayrı-ayrı  qohum  xalqların,  qonşu  dövlətlərin  vahid,  bütöv  Vətən  halında  birləşmək  ideyasının 

dastan dilində şərhidir”. 

 

Prof.  M.H.Təhmasibin  fikri  ilə  bağlı  olaraq  deməliyik  ki,  xalq  ədəbiyyatı  əsrlər  boyu 



özünün  yüksək  amalı,  ideya-tərbiyəvi  məfkurəsi  ilə  nəsillərə  ülvi  hisslər  aşılamışdır.  Hətta 

islamiyyətin  təzyiqinin  güclü  olduğu  dövrlərdə  şifahi  xalq  ədəbiyyatı  insan  əxlaqına  zidd 

ideyaları  nəinki  təbliğ  etmiş,  əksinə  həmin  ideyalar  tənqid  obyekti  kimi  ifşa  olunmuşdur. 

Məsələn:  çoxarvadlılıq  kimi  insan  şəxsiyyətinə  ləkə  gətirən  bir  hərəkət  atalar  sözlərində  gülüş 

obyekti olmaqla kəskin tənqid olunur: 

 

İki arvadlıdan it urvatlı olar



  

İki arvadlının donu yırtıq olar

 

İki arvadlı ev bərəkətsiz olar



Süpürülməmiş /zibilli/ qalar. 

 

Bu baxımdan dastanın çoxarvadlılığı təbliğ etməsini məqbul hesab etmirik və bu qəbil fikir 



türk  dünyasının  söz  incisi  “Kitabi-Dədə  Qorqud”  boylarında  da  təbliğ  olunur.  İkinci  fikrə 

gəldikdə, deməliyik ki, xalq yaradıcılığında müəyyən bir ideyanın rəmzləri simvollar, eyhamlar 

vasitəsilə  deyim  tərzinə  təsadüf  edilir.  Dövrün  ictimai-siyasi  tələbinə  uyğun  olaraq  azad  fikrin 

təbliğinə yasaqlar qoyulurdu. Şübhəsiz, belə şəraitdə aşıqlar qohum xalqların vahid ölkə halında 

birləşdirilməsi, onların qanlı-qadalı müharibələrdən qorunması ideyasını dastan dili ilə oxucu və 

dinləyicilərə çatdırırdılar. Məsələn: tarixi şəxsiyyət olan Şah İsmayıl Xətayinin böyük dövlətçilik 

fəaliyyəti  ilə  bağlı  tarixi  gerçəkliklə  “Şah  İsmayıl-Gülzar”  dastanının  bədii  gerçəkliyi  arasında 

bir uyarlıq vardır. Dastanda ictimai-siyasi fəaliyyətin bədii şərhi ön plana çəkilmişdir. 

“Lətif  şah”  dastanı  da  həmin  ənənə  əsasında  yaranan  dastanlarımızdan  biri  olmaqla,  heç 

şübhəsiz XIX əsrin sonunda baş verən tarixi hadisələri özündə əks etdirir. Çünki dastanın əsas 




qəhrəmanı  Lətif  şah  yalnız  məhəbbət  aşiqi  deyil,  o,  qılınca  qurşanıb,  qalxan  tutan,  vətən 

torpağını yad ellərdən qoruyan bir cəngavər, qəhrəmandır. 

“Lətif şah” dastanının ideyası müasirdir. Dastanın vətənpərvərlik ruhu, xüsusilə Lətif şahın 

el-oba  sevgisi    erməni  millətçilərinə  qarşı  oxucuda  nifrət  hissi  oyadır,  vətənin  hər  bir  qarış 

torpağını göz bəbəyi kimi qorumağı təlqin edir. 

Bütün  deyilənlərə  əsasən  ümumiləşdirəsi  olsaq,  qeyd  etməliyik  ki,  “Lətif  şah”  dastanı 

özünün ideya-estetik qayəsinə, bədii dəyərinə görə xalqa humanizm, vətənpərvərlik, qəhrəmanlıq 

və s. keyfiyyətlər aşılayan dastan kimi diqqəti cəlb edir. 

Aşıq Şenliyin dastan yaradıclığında diqqəti cəlb edən məsələlərdən biri el qəhrəmanlarının 

hünər və rəşadətini tərənnüm etməsidir. 

Aşıq Şenlik Borçalı mahalının igid, hünərvər oğulları-Səməd bəy, Kor İsmayıl, Mehralının 

qəhrəmanlığını  əks  etdirən  “Səməd  bəy”  dastanını  yaratmışdır.  Qaçaqçılıq  hərəkatından  bəhs 

edən bütün tarixi qəhrəmanlıq dastanlarında olduğu kimi, “Səməd bəy” dastanında da Səməd bəy 

tarixi  şəxsiyyətdir.  Konevski  familiyalı  bir  rus  ədibi  Borçalılı  Eminağa  Hacəliyevlə  tanışlığı 

nəticəsində  Borçalıda  məşhur  olan  qaçaqlar  haqqında  məlumat  toplamışdır.  O,  topladığı 

rəvayətləri  Lev  Nikolayeviç  Tolstoyun  redakorluğu  ilə  1915-ci  ildə  “Eminağa  Borçalinskiy 

/воспоминание бывшего разбойника/” adı ilə Tula şəhərində çap etdirir. Həmin kitabda Səməd 

bəy haqqında da maraqlı rəvayət vardır. 

Folklorşünas  R.Rüstəmzadə  Səməd  bəy  haqqında  yazır:  “O,  təxminən  1815-ci  ildə 

Gürcüstanın Borçalı qəzasının Faxralı kəndində varlı bir ailədə doğulmuşdur. İcarəyə götürdüyü 

torpağın  vergisini  vermədiyi  üçün  onu  bərk  incidirlər.  O,  bunun  əvəzində  əsil  günahkarı-qəza 

pristavını öldürüb qaçaq düşür. Lakin təcrübəsiz  olduğundan tez ələ keçir və sürgünə göndərilir. 

Sürgündən qaçan Səməd bəy başına bir neçə kəndli balalarını da toplayıb qaçaqçılığa başlayır. 

Əvvəlcə Borçalı ətrafında, sonra Qazax-Dilican tərəflərdə hərəkət edir. Ciddi təqiblər nəticəsində 

İrana, Gürcüstana və Türkiyəyə keçir”. 

Göründüyü  kimi,  Səməd  bəyin  qaçaqçılığı,  onun  ictimai  quruluşa  qarşı  narazılığı  şəxsi 

intiqamdan başlayır. Əksər qəhrəmanlıq dastanlarında olduğu kimi, burada da şəxsi intiqam hissi 

ictimai xarakter daşıyır və geniş xalq kütlələrini əhatə edir. 

1986-ci ildə Aşıq İsgəndər Ağbabalıdan yazıya aldığımız “Səməd bəy” dastanında Səməd 

bəyi  dövrün  hakim  qayda-qanunlarından  narazı  qalan,  pristavlardan  xalqın  intiqamını  alan  bir 

igid  kimi  görürük.  O  hətta  sürgündə  belə  kəndlilərin  qeydinə  qalır,  onları  nikbinliyə  səsləyir, 

azadlıq uğrunda mübarizədə dönməz olmamağa  çağırır: 

 

Çərxi-fələk döndəribdi taxtımı, 



Ağlamağın nəfi varmı dünyada? 

Qisas qiyamata qalmaz deyiblər

Heyfə-heyif də qalarmı dünyada? 

 

Dastanda  Aşıq  Şenlik  öz  qəhrəmanlarını  xalqa  sevdirmək,  xalq  rəğbətini  qazandırmaq 



üçün  onların  qəhrəmanlığını  vəsf  eyləyir,  fağır-füqəranın  qədrini  bilən  yenilməz  igid  kimi 

təqdim edir: 

 

Səmədlə İsmayılın seyrinə vardım, 



Bu diyarı gəzə-gəzə, əfəndim. 

Səməd bəy namında bir vəzir gördüm

Vəsfini götürdüm saza, əfəndim. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə