Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

paxıllıqdan  uzaq  olmalıdır.  Çünki  ömrü  boyu  xeyirxah  işlərlə  məşğul  olan  insanların  həyatda 

nəsibi səadət və xoşbəxtlik olur. 

“Lətif  şah”  dastanında  öz  müsbət  keyfiyyətləri  ilə  diqqəti  cəlb  edən  əsas  surətlərdən  biri 

Qəmsiz  şahdır.  Bu  surət  dastanın  əvvəlində  və  sonunda  iştirak  etsə  də,  öz  humansitliyi, 

uzaqgörənliyi, mülayim təbiəti ilə dinləyici və oxucuda rəğbət hissi oyadır. 

Qəmsiz şah Nizami Gəncəvinin arzuladığı və təsvir etdiyi ədalətli hökmdarlara bənzəyir. 

Əlbəttə,  XIX  əsrin  sonunda  ölkənin  ədalətlə  idarə  edilməsi,  firavanlıq,  nahaq  qanların 

tökülməməsi,  azadlıq xalqımızın  ən  böyük  arzusu  idi.  Hələ  XII  əsrdə  Nizaminin  hökmdarların 

ədaləti sayəsində ölkədə firavanlıq, xoşbəxtlik və humanizmin bərqərar olacağı haqqındakı şəxsi 

düşüncəsi belə idi: 

 

Şahın niyyətləri xoş olsa əgər



Otdan gül yerinə gövhərlər bitər. 

Ölkədə qəhətlik, bolluq olurkən, 

O şahın əlindən verəcək nişan. 

Zalım, pis niyyətli olsa şah əgər

Dünyadan pis adla o köçüb gedər. 

Aşıq Şenlik də Nizaminin ədalətli şah haqqında arzularını öz dövrünə uyğun olaraq, yeni 

şəraitdə yaradıcılıqla davam etdirmişdir. 

Qəmsiz şahın ölkənin idarə edilməsində böyük təcrübəsi və öz ətrafında olan şəxslərə qarşı 

səxavətli olduğunu görürük. Ədalətlə idarə etdiyi rəiyyətin işgüzarlığı sayəsində çoxlu var-dövlət 

sahibi  olmuşdur.  Onun  dünyada  övladsızlıqdan  savayı  heç  bir  dərd-səri  yoxdur.  Övlad  həsrəti 

ona  rahatlıq  vermir,  mənəvi-ruhi  aləmini  sarsıdır.  O,  bütün  var-dövlətini  bu  yolda  qoymağa 

hazırdır. Təki ondan sonra xalqı ədalətlə idarə edə biləcək bir varisi olsun. 

Qəmsiz  şah  abidin  məsləhətinə  əməl  edərək  övlad  yolunda  nəzir-niyaz  verir:  acları 

doyurur,  borclunu  borcdan  qurtarır,  bu  qəbildən  olan  bir  çox  xeyirxah  işlər  görür,  ölkə 

məmuralarını xalqla pis rəftar etməkdən çəkindirir. Onun qədirbilənliyi elin alqışına səbəb olur. 

Qəmsiz şah yeganə övladı Lətif şahın tərbiyəsi ilə ciddi məşğul olur. O, həssas bir ata kimi 

övladına  qarşı  çox  ciddi  və  mehribandır.  Oğlunun  hər  bir  müvəffəqiyyəti,  şücaəti  ata  qəlbində 

iftixar, fərəh hissi oyadır. On beş yaşına çatan Lətif şahın qırx pəhləvana qalib gəldiyini eşidən 

ata sevinir: oğlunun alnından öpüb, “afərin” deyir. 

Lətif  şahın  nalayiq  hərəkətlərinə  qarşı  Qəmsiz  şah  çox  amansızdır.  Lətif  şahın  Türbə 

dağında yol kəsdiyini, soyğunçuluqla məşğul olduğundan xəbər tutan ata kədərlənir, oğlunu bu 

yoldan çəkindirməyə çalışır. Ata oğlunun bu hərəkətini onun şərəfinə, ləyaqətinə ləkə gətirən bir 

iş kimi pisləyir: 

“–Oğul,  bu  nə  işdi  görürsən?  Hamı  səndən  şikayət  eyləyir.  Sən  padşah  oğlusan,  sana 

quldurluq,  soyğunçuluq  yaraşarmı?  Mən  heç  kəsi  incitmirəm.  Mənim  adımı  batırırısan.Bəs 

mənim ədalətim? Oğul, bu çirkin hərəkətdən əl çək”.

 

Lətif şah atasının məsləhətinə əməl edir, bir də belə çirkin hərəkətlərə yol verməyəcəyinə 



and içir. 

Qəmsiz şah nə qədər ciddi hökmdar olsa da, öz mehribanlığı ilə diqqətimizi cəlb edir. Lətif 

şahın  eşqə  düçar  olub  “xəstələndiyini”  eşidəndə  onun  yanına  gəlir  dərdinə  əlac  etməyə  çalışır. 

Oğlunun sevgilisinin vətəninə səfərə getdiyini eşidəndə həm sevinir, həm də kədərlənir. Sevinir 

ki,  oğlu  sağaldı.  Uzaq  səfərdə  ona  bir  xətər  toxuna  biləcəyinə  çox  narahat  olur.  Oğlunu  bu 

yoldan  döndərməyə  çalışır.  Lətif  şahı  ölkənin  ən  gözəl  qızlarından  biri  ilə  evləndirəcəyini 

söyləyir. Lətif şah isə sevgilisi Mehriban Soltana qovuşmayınca evlənməyəciyinin bildirir. Ata 



ilə  oğul  arasında  olan  saz-söz  dialoqunda  biz,  Qəmsiz  şahın  təmkinli,  müdrik  şəxs  olduğunu 

görürük: 

 

Qəmsiz padşah: 



 

Gəda olub gədalara qarışma, 

Saxla əldə namus, qeyrət, bir də ar. 

Otur taxta höküm eylə sən mudam

Gər olarmı bundan artıq ixtiyar. 

 

Lətif şah: 



 

Dərin-dərin dəryalara dalıbdı, 

Şirin canım dərdə, qəmə salıbdı, 

Mehribanın gözü yolda qalıbdı, 

Getməsəm vücudum tapacaq azar. 

Qəmsiz  şah  oğlunun  iradəsinin  əksinə  getmir,  ona  ehtiyatla  yanaşır.  Hətta  Lətif  şahı  tək 

buraxmayıb Lələ ilə birlikdə yola salır. Oxucu Qəmsiz şahla bir də dastanın sonunda “görüşür”. 

Biz  oğlunun  ayrılıq  həsrətindən  narahatlıq  hissi  keçirən  ata  qəlbinin  çırpıntılarını  duyuruq. 

Oğlunun  gəlişi  ona  bir  dünya  sevinc  bəxş  etsə  də,  ata  qəlbinin  qəm-qubarını  aşıq  dinləyiciyə 

çatdırır: 

 

Sən gedəli qəlbim olmuşdu qara



Həsrətindən cismim tarimarıdı. 

 

Qəmsiz şah hökmdarı olduğu ölkənin adət-ənənəsinə bağlı, ona riayət edən bir şəxsdir. El 



adətincə  Lətif  şaha  toy-büsat  qurdurur.  Atanın  sevinci  xalqın  sevincinə  çevrilir.  Qəmsiz  şahda 

orta əsr hökmdarlarına məxsus sərtlik, qəddarlıq müşahidə edilmir. Dastanda bu surətin iştirakı 

çox məhdud olsa da, öz rəftarı, səmimiliyi ilə oxucu rəğbəti qazanır. Lətif şahın da atasının adına 

layiq, xalqın xeyrinə işlər görəcəyinə dinləyici və oxucu qəlbən inanır. 

Dastanda  İsfəndiyar  surəti  insan  azadlığına  və  şəxsiyyətinə  qənim  kəsilən  şər  qüvvələrin 

timsalıdır.  Haqq-ədalət,  humanizm  carçısı  olan Lətif  şahla  İsfəndiyarı  dastan  boyu  mübarizədə 

görürük. Lətif şahın insan qanına susayan İsfəndiyar pəhləvanı məhv etməsi haqq-ədalətin, işıqlı 

arzuların, xeyirxahlığın şər qüvvələr üzərində qələbəsi kimi səciyyələndirilməlidir.  

Dastanda  ana  surəti  öz  səmimiliyi,  övlada  qayğıkeş  münasibəti  baxımından  diqqəti  cəlb 

edir.  Lətif  şahın  anası  Şəmsinar  oğlunu  insanlara  daim  əl  tutan,  ata-anasının  adını  ucaldan, 

şərəfini doğruldan bir vətəndaş kimi görmək istəyir. 

Ana Lətif şahın sevgilisinə qovuşmaq üçün getdiyini bildikdə qəmgin olur. 

 

Ana oğluna: 



Şəmsinaram, budu sözüm əzəli

Çoxdu bizim bu ölkənin gözəli. 

Sana bir yar bulum huri-misali

Abdal olub düşmə səhrayi-düzə.

 

 

-deyə  yalvar-yaxır  etsə  də,  Lətif  şahı  öz  istəyindən  döndərə  bilmir.  “Lətif  şah”dastanında 



bir çox epizodik surətlər də öz təbiiliyi ilə diqqəti cəlb edir və əsas sujet xəttini inkişaf etdirən 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə