Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   24   25   26   27   28   29   30   31   32

Söz tamama yetdi, camaatın içinə bir gülüşmə düşdü, daha nə deyim, amma biçarə Pirəli 

başını sallamışdı aşağı. Deyəsən, o mərc gəldiyinə görə peşman olmuşdu. Mamoş dedi:  

-Sağ  ol,  Ay  Nəsib,  sənin  qadanı  alım,  ancaq  sən  allah  söhbəti  yarımçıq  kəsmə.  Bizim 

Pirəlinin atının, Malaşın da tərəfini de qurtar.  

-Bu saat. 

Nəsib  sazının  yenidən sinəsinə basdı,  görək burda nə dedi: Biz deyək sizlərin  də canınız 

sağ olsun: 

 

Yerişdi eşşəkdi, yoxdu sürəti, 



İştahası yaman çoxdu Malaşın. 

Yazıq sahabanı yollarda qoyar, 

At kimi hünəri yoxdu Malaşın 

 

Yoxuşda tərpənməz, getməz irəli



Sel-suyu görəndə gözü bərəlir, 

Arpa verən kimi sanki dirilir, 

İnanma ki, qarnı toxdu Malaşın. 

 

Domuşa-domuşa gəzir, dolanır, 



Ha yesə, içsə də elə bulanır, 

Nəsib tək Pirvəli oda qalanır, 

Dedim tərifini, baxdı Malaşın. 

 

Pirəli Nəsibin üzündən öpdü. 



-Səni Allaha and verirəm, məni bağışla, amma mən özüm də söz deyənəm. Bir işdi, oldu 

da, keçdi də. 

-Mən nə deyirəm ki?! 

Hə , Aşıq Şenlik Nəsibi bir az da öyrənməkdən ötrü dedi: 

-Nəsib, bir özün haqqında da bir şey de, bir öyrənim, görüm, kimsən nəçisən. 

-Baş  üstə, usta. 

Nəsib sazını bir də sinəsinə basdı, amma Nəsibin çalıb çağırmağı Aşıq Şenliyin çox xoşuna 

gəlmişdi. Ayə, görək Nəsib aldı görək nə dedi, vəri ilə biz deyək, sizələrə də can sağlığı. 

 

Ustam öldü, yenə qaldım ortada, 



Yarımçıqdan aşıq olmaz, neyləyim. 

Şəyirtliyə kimə gedim, bilmirəm. 

Hər yetişən gözüm almaz, neyləyim. 

 

Sinəm dolu, nabələdəm yollara, 



Mən naşıyam dərdə, qeyli-qallara, 

Tanrı özü kömək olar qullara

Kimsə məni yada salmaz neyləyim. 

 

Qəza vurdu yetim qaldım atadan, 



Könül evim qurtararmı xətadan. 

Xəbərim var ərginədən, otadan, 




Yazıq Nəsib belə qalmaz, neyləyim. 

 

Söz tamama yetən kimi Senlik üzünü Nəsibə tutub dedi: 



-A bala, mənim çox xoşuma gəldin...Gəlsənə bir elə burada yüngülvari deyişək. 

-Mən razı. 

-Onda qabaqcadan mən başlayıram. 

-Buyur, usta. 

-Ayə, indi görək burda Aşıq Şenlik nə dedi. 

Deməyi bizdən, eşitməyi sizdən. 

 

Aldı Aşıq Şenlik: 



 

Dərdin nədi, oğul bala. 

Eşqin atəşi səndədi. 

Aparıblar üzüyünü, 

Üzüyün qaşı səndədi. 

 

Aldı Nəsib:  



Qədərim pis, özüm xəstə, 

Təbibim bulunmur mənim. 

Yar-yarımçıq qalmışam mən, 

Qayğıma qalınmır mənim. 

 

Aldı Aşıq Şenlik: 



 

Allahın tutub bəlası, 

Kimin var yerdə qalası, 

Bir gözəlin ah-naləsi, 

Gözünün yaşı səndədi? 

 

Aldı Nəsib:   



 

Ürəyim yaralı qalıb, 

Allahım verdiyin alıb, 

Qönçə gülü əğyar çalıb, 

Qisasım alınmır mənim. 

 

Aldı Aşıq Şenlik: 



 

Şenlik səni çox bəyəndi, 

Yerindədi misra-bəndi, 

Bir dünya görəsən kəndin, 

Sözlərin başı səndədi. 

 

Aldı Nəsib: 



 


Ustam Göləli İbrahim, 

Fəryadam, naləyəm, aham. 

Nəsibəm əlimdə yaxam, 

Düyünüm çalınmır mənim. 

 

Söz tamama yetdi, amma Aşıq Şenlik üzünü Nəsibə tutub dedi: 



-Sən  əyləş,  oğul,  amma  mənim  sənə  bir  iki  sözüm  var.  Ayə,  burda  Aşıq  Şenlik  götürüb 

görək nə dedi, biz deyək, sizin canınız sağ olsun: 

 

Dərd eləmə, cavan oğlan, 



Hər gələn haqdan gələr, 

Günlər ötər bircə-bircə 

Qaradan-ağdan gələr. 

Qovun-qarpız bostandadı, 

Meyvələr bağdan gələr. 

İsti-xəfə aran yerdən, 

Sərinlik dağdan gələr. 

 

Yetimliyin ayıb deyil, 



Qəlbin olsun çox geniş. 

Ərin yolu yoxuş olar, 

Orda çox olmaz eniş, 

Yüz kərə qəmə batarsan, 

Şad olarsan bir dönüş. 

Sözün safı, ən lətifi 

Ürəyi sağdan gələr. 

 

Qul Şenliyin düz söyləyər, 



Həqiqəti düz deyər. 

Haqqı sevər, aqilləri 

Tərif edər, yüz deyər; 

Yaxşı olar axrın sənin, 

Tanrı “bəndəm,döz”-deyər, 

Yol açılar, sədan sənin 

Soldan, həm sağdan gələr. 

 

Bəli, söz tamama yetdi. Aşıq Şenlik elə o gündən Nəsibi şagirdliyə götürdü. Məclis başa 



çatandan sonra Aşıq Şenlik Nəsibi götürüb Çıldıra yola düşdü. 

 

 



  

 

MƏHƏMMƏD VƏ GÜLDƏNƏ 

 


Ərbahan çayının yanında Reyhan bağının ətəyində Camqara kəndi var idi. Həmin kənddə 

Xəlil ağa adlı bir nəfər yaşayırdı. Onun uşağı olmurdu. Bir kişi də uzaq  yerdən gəlib həmin Xəlil 

ağaya  nökər  olmuşdu.  Gün  keçdi,  ay  keçdi  həmin  kişinin  bir  oğlu  oldu,  adını  da  Məhəmməd 

qoydular.  Aradan  iki  il  keçdi,  Xəlil  ağanın  bir  qızı  oldu.  Ailədə  şadlıq  elədilər.  Aradan  az 

keçməmiş  Məhəmmədin  atası  öldü.  Anası  on  yaşına  kimi  onu  saxladı.  Sonra  o  da  vəfat  etdi. 

Qürbət eldə qohum yox, qardaş yox, Məhəmməd sahibsiz qaldı. Nəhayət, 20 yaşı tamam oldu. 

Xəlil ağanın qızının adı Güldənə idi. Məhəmmədlə Güldənə bir-birini pünhan olaraq canı-

dildən sevmişdilər. Məhəmməd elin dana-quzusunu otardığı dərədə həmişə Güldənə ilə görüşüb 

danışardı. Bunu Xəlil ağaya xəbər verdilər. Xəlil ağa xəncər qurşanıb atı minərək Məhəmmədin 

yanına gəldi. Uzaqdan Məhəmmədi söyüb üstünə gələndə Məhəmməd bir yekə qayanın üstünə 

çıxıb  qışqırdı.  Bunu  üç  nəfər  atlı  görüb  Xəlil  ağaya  dedilər  ki,  Xəlil  ağa,  onun  günahı  nədir 

öldürürsən. Xəlil ağa hirsli-hirsli dedi:  

-Hələ baxın , özünə çörək tapmır mənim qızımı istəyir. 

Kişilər Xəlil ağanın danladılar. Məhəmmədə də tapşırdılar ki, bir də elə iş tutmasın. 

Aradan  çox  keçmədi  ki,  Güldənəyə  Rəsul  ağa  elçi  göndərdi.  Xəlil  ağa  qızı  verdi.  Toy 

tədarükünə  on  gün  vaxt  qoyuldu.  Məclisi  aparmağa  Aşıq  Şenlik  dəvət  olundu.  Toya  üç  gün 

qalanda Güldənə beş nəfər öz rəfiqəsini yığıb Ərbahan çayının ətrafında gəzməyə çıxdı. Bulağın 

başında canbir qəlb rəfiqəsini bir sakit guşəyə çağırıb dedi: 

 

-Bir neçə söz deyəcəm, onu Məhəmmədə çatdır. 



Aldı görək nə dedi:  

 

Qan-yaş töküb bu dünyada, 



Salırsanmı yada məni. 

Olmayaydı belə ata, 

Çuladılar yada məni. 

 

Əsən yellər qara əsdi, 



Çəkəmmərəm, bu dərd bəsdi, 

Molla gəldi, nikah kəsdi

Qaladılar oda məni. 

 

Güldənə bu dərdə dözməz, 



Fələk belə yazı yazmaz, 

Sənsiz bu dünyada gəzməz, 

Qoy axtarsın ata məni. 

 

Kağızı  yazıb  öz  sirdaşı  Səlbiyə  verdi.  Səlbi  kağızı  alıb  cibinə  qoydu.  Qızlar  yeyib-içib 



evlərinə dağılışdılar. Səhəri Səlbi dana-quzunu örüşə bir az gec apardı. Məqsədi xəlvətcə kağızı 

Məhəmmədə vermək idi. Səlbi Məhəmmədin kimi olduğunu soruşdu. Məhəmməd “ata yox, ana 

yox,  qohum-əqrəba  yox,  bir  tək  mən  o  da  belə,  neyləyim”-dedi.  Səlbi  Güldənənin  məktubunu 

Məhəmmədə verib onu sevindirdi. Məhəmməd namədən agah olub Səlbiyə dedi: 

-Səlbi, qadan alım, bu sirri bir kimsə bilməsin. Amma bir kağız götür, nə desəm onu yazıb 

Güldənəyə çatdır. Aldı Məhəmməd: 

 

Ala gözlü mənim yarım, 




Atmaq olmaz yada səni. 

Sənsən mənim intizarım, 

Necə verim yada səni. 

 

Atam yoxdu elçi gedə, 



Anam yoxdu sinə didə, 

Hər yaramaz gədə-güdə, 

Əl atıban tuta səni. 

 

Məhəmmədəm qan ağlaram, 



Bağrımın başın dağlaram, 

Mən  Allahı çağıraram, 

Yetirsin murada məni. 

 

Həmin  gün  yenə  qızlar  seyrəngaha  çıxdılar.  Səlbi  kağızı  gizlindən  Güldənəyə  verdi. 



Güldənə namənin məzmununu başa düşüb daha yaşamaq istəmədi. Ərdahan çayının daşan vaxtı 

idi.  Güldənə  çay  uzunu  gəzib  qızlara  dedi  ki,  qulaq  asın,  qızlar,  ürəyim  elə  doludur.  Yanıqlı-

yanıqlı dedi: 

 

Eləmi bir çəməni



Gəzərəm bir çəməni, 

Gəlin halalın verin, 

Görməzsiz bir də məni. 

 

Qızlar dedi: 



-Ay qız, nə deyirsən o qədər uzağa gedən olur ki, nişanlın da varlı adamdır.  

Güldənə dedi: 

 

Eləmi solar keçər, 



Gül açar solar keçər, 

Sevgisinə çatmayan, 

Yaşamaz, ölər keçər. 

 

Qızlar yenə dil-ağız elədilər. Güldənə bir də dedi: 



 

Eləmi Ərdahandan, 

Çay gəlir Ərdahandan, 

Yaşama, ay Güldənə, 

Alırlar canı candan. 

 

Qızlar  ona,  “ağlına  gələni  danışma”-dedilər.  Güldənə:  “Vətən  şirindir”-deyib  asta-asta 



körpüyə çıxdı. Oradan da bir daşın üstünə atılıb “eşidin qızlar”-dedi:  

 

Başına döndüyüm Ərdahan çayı, 



Aparırısan hansı diyara məni. 

Cəsədmi dolandır sellər içində, 




Ölmüyncə atma kənara məni. 

 

Özümü qayadan atanda qərq et, 



Əlimlə daşlardan tutanda qərq et, 

Cəsədmi cəsədlə çatanda qərq et, 

Qoyma döşəyimdə fuqara məni. 

 

Güldənə xanımı eyləmə ibrət



Atamla anamı bulmasın cənnət 

Çəksin həsrətimi oğlan Məhəmməd, 

Salsın dildən,-dilə sorağa məni 

 

Güldənə özünü çaya atdı. Qızlar ağlaşıb o yan-bu yana qaçdılar. Bu səsi eşidib yaxınlıqdan 



keçənlər  qaçıb  gəldilər.  Özlərini  suya  vurub  Güldənənin  çıxartdılar.  Onu  başı  üstə  ağacdan 

asdılar. Güldənə xeyli vaxtdan sonra özünə  gəldi.  Kəndə xəbər çatdı,  el  töküldü. Həmin xəbər 

gələn vaxt Şenlik də məclisin içində idi. Hamı Güldənənin boğulduğu yerə gəldi. Hamıdan qabaq 

anası Kübra qızına sarılıb belə dedi:   

 

Başına mən dönüm Ərdahan çayı, 



Niyə saldın bu balamı, bu hala, 

Bu mənim dünyada bircə balamdı, 

Niyə saldın bu balamı bu hala. 

 

Saçlarım ağzımda qarğış eylərəm, 



Balasız dünyada malı neylərəm? 

Məhşər günü haq-divanda söylərəm, 

Necə kəsdi nəsimimi bu bala. 

 

Mən Kübrayam, halım oldu çox yaman, 



Yaradanın özü qoy versin iman, 

Xəlil ağa bir gün vermədi aman, 

Niyə saldın bu balamı, bu hala 

 

Məhəmməd çöldə gördü ki, el Ərdahan çayına doğru tökülür. Xəbər aldı, dedilər: 



-Xəlil ağanın qızı Güldənə özünü suya atıb.  

Bunu eşidəndə Məhəmməd ağlayıb dedi: 

 

Yar yanına gedən əziz qardaşlar, 



Verin yar yolunda sadağa məni. 

İstəməm yaşamaq yardan ziyadə, 

Verin yar yolunda sadağa məni 

 

Tutunum tutmamış ağrıdı başım, 



Hələ iyirmiyə çatmadı yaşım 

Qaralar bağlasın yarım, yoldaşım, 

Verin yar yolunda sadağa məni. 



 

Siz agah sözümə eyləyin səbir, 

Bizim ikimizə bir qazın qəbir, 

Məhəmmədəm, mənim məqsədim budur, 

Verin yar yolunda sadağa məni. 

 

Məhəmməd belə deyəndə Xəlil ağanın və Rəsul ağanın adamları istədilər ki, Məhəmmədi 



öldürsünlər. Kərəm adlı bir oğlan sinəsini qabağa verib dedi: 

-Bu yazığın heç kimi yoxdur və heç bir günahı olmayıb. Qızın da ona görə özünü suya atıb. 

Sizin bunu öldürməyə heç haqqınız  yoxdur.  

O, Məhəmmədin əlindən tutub Güldənənin olduğu yerə gətirdi. Məhəmməd Güldənənin bu 

vəziyyətdə görüb yanıqlı-yanıqlı dedi:  

 

Yığılan qonşular, gələn qardaşlar, 



Həbib kimsə dərdə dərman eyləsin. 

Bu dünya fanidir kimə qalacaq, 

Bu cavandır, el-obamız ağlasın. 

 

Könül dərgahında, əlim duvada, 



Səbəb olan heç gülməsin yuvada,  

Mənim ahım heç qalarmı dünyada, 

Həbib olan yaralarım bağlasın. 

 

Güldənə dərdindən düşdü çaylara, 



Qalmaz ahu-zarı həftə aylara

Dumanım başımdan çıxdı göylərə, 

Yazıq canım bu sitəmə neyləsin 

 

Fələk bu Xəlilin başından vursun, 



Kor olsun gözləri, ürəyi dursun, 

Xar olsun dünyada, el-oba gülsün, 

Hər kim görsə divanlarda söyləsin. 

 

Yazığam sözümə bir qulaq asın, 



Güldənə, Məhəmməd buna neyləsin, 

Yar dizinin üstündə başımı kəsin, 

Aşıqlar dastanda məni söyləsin 

 

Kərəm irəli durub “Güldənə Məhəmmədindir”-dedi. Hamı razı oldu. Güldənənin bədənini 



bir qədər sıxdılar, ağzından xeyli su getdi. Güldənənin ağlı başına gəldi. Kərəm irəli yeriyib qızın 

əlini Məhəmmədin əlinə verdi. Bu, məclis əhlinin ürəyindən oldu. Aşıq Şenlik sədəfli sazını dilə 

gətirdi. 

 

 



Xəlil ağa, sənin boynun qırılsın, 

İnsan balasına düşmən olarmı? 




Ürəyin dayansın, qanın qurusun, 

İnsan balasına düşmən olarmı? 

 

Bunları yazıbdır yaradan kişi, 



Verməsən olarsan naşıdan naşı, 

Allah salsın sənin başına daşı, 

İnsan balasına düşmən olarmı? 

 

Şenlik bu dastanı görəndə yazdı, 



Gözəlin irəngi solanda yazdı, 

Məhəmməd üstünə gələndə yazdı, 

İnsan balasına düşmən olarmı? 

 

Kərəm  Məhəmmədi  qardaş  əvəzi  evinə  gətirdi.  Üç-dörd  gün  Məhəmmədə  toy  çaldırdı. 



Aşıq Şenlik məclisi apardı. Cavanlara xeyir-duva verdi. 

 

 

  

 

MÜNDƏRİCAT 

 

Aşıq Şenlik haqqında dəyərli tədqiqat ................................. 3 



Aşıq Şenliyin həyatı və mühiti ............................................ 10 

Aşıq Şenliyin lirikası ........................................................... 56 

Dastan yaradıcılığı ............................................................... 91 

Alimin arxivindən ................................................................ 144 

Şirəkli Həsən 

Söylə 

Var 

Var 

Keçdi 

Aşıq İsgəndər Ağbabalı 



Telli sazım 

Bəhanədi 

Gəlmədi 

Görünməz 

Aşıq Heydər 



Yaz havası 

Yeri-yurdu qurulama 


Vədəsidi 

Çorlu Məhəmməd 



Tutuldu 

Mən 

Mənim 

Gəlin  

Qalıbdı  

Tapılmadı 

Aşıq Şenlik və qartal əhvalatı .............................................. 156 

Aşıq Şenliyin atası Qədir ağanın quşları ............................. 158 

Aşıq Şenliyin Nəsiblə görüşü .............................................. 161 

Məhəmməd və Güldənə ....................................................... 168 

 

  



 

 

 

 

Qəşəm Camal oğlu Vəliyev 

 

 

 

 

ÇILDIRLI AŞIQ ŞENLİK

 

 

Bakı, “Azərnəşr”, 2010 

 

 



 

 

Kompüterdə yığdı: 



 

Asiman Babayeva  

Kompüyer tərtibatçısı:   

Murad Nəsirov 

Korrektor: 

 

 



Afət Rəfiyeva 

 

 



  


 

 

 



 

 

 



 

 

 



Yığılmağa verilib: 09.01.2010 

Çapa imzalanıb:   21.07.2010 

Kağız formatı: 60х84 1/16 

Çap vərəqi: 11 

Tiraj: 200 

Qiyməti müqavilə yolu ilə 

_____________________________________ 

 

 



 

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə