Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   24   25   26   27   28   29   30   31   32

Heç kəs mənim kimi dizə gəlmədi. 

Dedim car eləyim elə dərdimi, 

Dərdim artdı-artdı sözə gəlmədi. 

 

Sazım dilə gəldi, dindim qəm üstə



Endim ucalardan, endim qəm üstə. 

Dağlardan Şəmkirə döndüm qəm üstə, 

Şadlıq yoxa çıxdı, üzə gəlmədi. 

 

Ölsəm nə mən vardım, nə həsrət vardı, 



Ölüm çoxlarını tapdı apardı, 

Elimdən-obamdan çəkdi qopardı, 

Bu Aşıq İsgəndər gözə gəlmədi ?! 

 

Görünməz 

Qapılı, eyvanlı verana damlar, 

Səndəki o canlar hanı görünməz. 

Dağıldı qürbətə nə qədər insan, 

O gözəl cavanlar hanı görünməz. 

 

Necoldu Ellərkənd-soyuqbulaqlı, 



Çivinli, Quzukənd-sərin yaylaqlı. 

Güllücə, Balıqlı-əziz qonaqlı 

O keçən dövranlar hanı görünməz. 

 

Öysüz, Qarabulaq dağın döşündə, 



Şurabad, Təpəkənd gölün başında. 

 

Yeniyol, Göllüyə yolun düşəndə, 



Salamlar alanlar hanı görünməz. 

 

Çaybasar, Düzkəndlə durubdur qoşa, 



İbiş-Qönçəliyə edək tamaşa. 

İşdir Mağaracığa yolumuz düşə, 

Məclisi quranlar hanı görünməz. 

 

Daşkörpü, Oxçaoğlu o şirin dilli, 



Güllübulaq kəndi...bağçalı, güllü... 

Qaraçanta kəndi...alt yanı yollu, 

Gözəllər, ceyranlar hanı görünməz. 

 

Dilə gətirməyək o Amasyanı, 



Didərgin deyəndə quruyur qanım. 

İsgəndər, cəsədim od tutub yanır, 

Kəsilən qurbanlar hanı görünməz.  

 



Aşıq Heydər 

Yaz havası 

Mələşir qoyun-quzular, 

Gələn yazın havasından. 

Bilinir ki, “Dübeyti”dir, 

Telli sazın avazından. 

 

Dayçalar oynar, qapışar, 



İnsan torpaqla tapışar, 

Cütün məcindən yapışar, 

Cütçü çıxıb yuvasından. 

 

Dəlilənən sellər-sular, 



Bulanıq axar, durular, 

Heydər ellərdən sorular. 

Ağbabadan, obasından. 

 

Yeri-yurdu qurulama 

Durma məcdən yaxşı yapış, 

Xərək qoyub qaralama. 

Ək ürəklə, həvəs ilə, 

Gəl torpağı yaralama. 

 

Haqoşa bax, diqqət elə, 



İşlə, çalış gülə-gülə, 

Bu obadan sən naz ilə, 

Gəl özünü aralama 

 

Niyə olub halın xarab, 



Peşən olsun özünə bab,  

Heydər deyər başqa iş tap, 

Yeri-yurdu qurulama. 

 

Vədəsidi 

Xal düşübdü yamac-yala, 

Qar gedir, yaz vədəsidi. 

Sevənlərə xəbər olar, 

Gözəl avaz vədəsidi. 

 

Nə gözəldi dağın döşü, 



Danaqıran, mollabaşı, 

 

Deyir, yola saldıq qışı, 



Qızların naz vədəsidi. 

 

Heydər, əsir dağın yeli, 




İş-gücə tərpədir eli, 

Çayın, gülün, suyun, selin, 

Ördəklə qaz vədəsidi. 

 

Çorlu Məhəmməd 



 

Tutuldu 

 Yusif getdi, cavan getdi, 

Ağlamaqdan göz tutuldu. 

Mən bir sinli qoca kişi

Dərdə-qəmə söz tutuldu. 

 

Qəhərləndim, dözəmmədim, 



Qara-ağı sezəmmədim, 

El-obanı gəzəmmədim, 

Kül içində köz tutuldu. 

 

Məhəmməd ki əhli-dildi. 



Betər dövran, betər ildi, 

Donuzlar axışdı gəldi, 

Dərə-təpə, düz tutuldu. 

 

Mən 

Dərdim yandırır canımı, 

Öz-özümə qadayam mən. 

 

Dədə, abdal, dəli, dərviş, 



Bir sirr dolu odayam mən. 

 

Yurd xaraba, el dağılıb, 



Açılan güllər soluxub. 

Sinəm üstə dərd yığılıb, 

Qan-yaş tökən didəyəm mən. 

 

Məhəmmədin bağrı yara, 



Vətənində düşüb dara, 

Bir aşığam, bəxtiqara, 

Oğlu ölən atayam mən. 

 

Mənim 

Bir gəzəri dərvişəm mən

Dağılıbdı elim mənim. 

Yolum, yönüm türk tərəfə, 

Əyilibdi belim mənim. 

 

Qohum-qardaş qırılıbdı, 




Qanlar axıb durulubdu,  

Nahaq divan qurulubdu, 

Qan ağlayır dilim mənim. 

 

Məhəmmədəm, öləydim kaş, 



Bağlayımmı bağrıma daş! 

Bu dərdimə yoxdu əlac, 

Vaxtsız solub gülüm mənim. 

 

 

Gəlin 

Özün dərd əhlisən, kişin də əhli

Sənə bulunmazmı yol-ərkan , gəlin. 

Məhbəsdə saxlanan dustaq kimisən, 

Danışıb gülməyə yox imkan, gəlin. 

 

Gözünün yaşları qurumaz, axar, 



Qoca eşin deyil, yandırar-yaxar, 

Tanrı dərd-sərinə yuxardan baxar, 

Sənə gor görünər bu məkan, gəlin. 

 

Yoxuydu vaxtında dərdindən ölən? 



Niyə eş olmadın sən bir mərdilən, 

Çorlu Məhəmmədəm, betərdi çilən, 

Sitəmin əlindən bağrın qan, gəlin. 

 

Qalıbdı 

Qəza gəlib, bəd dolanır zəmanə, 

Gözdə yaşım, əldə camım qalıbdı. 

Şura gəlib, dağlar düşüb amana

Adım-sanım, ol məqamım qalıbdı. 

 

Kafir olan türk qanının sümürüb, 



Quduz it tək yaxamızı gəmirib, 

El-obanı tamam yıxıb-yemirib, 

Ermənidə intiqamım qalıbdı. 

 

Göz tutulub, ayaq getmir, əl əsir, 



Dərdli başım gor evinə tələsir. 

 

Öz yurdumda həmi qulam, həm əsir, 



Məhəmmədəm, bircə namım qalıbdı. 

 

Tapılmadı 

Müxənnət fürsəti aldı əlinə, 

Qanıb anlayana yer tapılmadı. 




Köylər viran oldu,ocaqlar sönük, 

Meydanda görünən ər tapılmadı. 

 

Urusun gəlişi verdi dərd bizə, 



Dişini qıcadı hər namərd bizə. 

Loğman bulunmadı bu dərdimizə, 

Elini düşünən sər tapılmadı?! 

 

Fələk bəla verdi şura adıynan, 



Qocalar, qarılar nalə dadıynan... 

Yandırdı türkləri qəmin oduynan

Qatır, eşşək artdı, nər tapılmadı. 

 

Dolandı, hərləndi betər zamana, 



Var-dövləti aldı, verdi yamana, 

Erməni kef görüb gəldi imana, 

Bu necə iş idi, sirr tapılmadı. 

 

Nə yaxşı gözlərin kordu, Məhəmməd



Bu yaşamaq deyil, gordu, Məhəmməd, 

Bu nə müsibətdi, gördü Məhəmməd, 

Qırıldı qol-qanad, pər tapılmadı. 

 

  

 

AŞIQ ŞENLİK VƏ QARTAL ƏHVALATI 

 

Şenliyin iki qardaşı vardı, birinin adı Əhməd, digərinin adı Bayramdı. Qardaşların ikisi də 

xəstələnmişdi.  Şenlik  kəlləri  arabaya  qoşaraq  Zabit  adlı  dostu  ilə  birlikdə  buğda  tarlasına 

getdilər. 

Tarlaya çatıb arabanı buğda dərzləri ilə yükləyib evə doğru hərəkət etdilər. Yolda gedərkən 

gördülər  ki,  buğda  yığınının  üstünə  bir  qartal  qonmuşdur.  Şenlik  ovçuluğa  çox  həvəsli  olduğu 

üçün  ov  tüfəngini  yanında  götürmüşdü.  Şenlik  qartalı  görər-görməz  həmin  dəqiqə  atəş  açdı, 

qartal ot tayasının üzərindən aşağı yuvarlandı. Bundan peşman olan Şenliyin ürəyi ağrıdı. Qartalı 

vurduğuna çox peşman olan  Şenlik arabadan enərək dostu Zabitlə qartalın yanına getdi. Qartalı 

güllə  olduqca  ağır  yaralamışdı.  Qartalın  ciyərləri  görünürdü  və  yazıq  bir  vəziyyətdə  titrəyirdi. 

Qartalın bu pərişan vəziyyətini görən Şenliyin ürəyi qubarlandı görək nə dedi: 

 

Aldı Şenlik: 



 

Nə baxırsan məlul-məlul üzümə, 

Ürəyimə qoydun vərəmi, qartal.  

Qanad çaldın pərvaz etdin uçmağa, 

Zalım güllə kəsdi aranı, qartal. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə