Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   24   25   26   27   28   29   30   31   32

Zəhmin ağır, yapın aslan yapısı, 

Səni görən quşlar titrər hamısı, 

Öldürərdin ələ keçən hapısı 

Alardın qaranlıq yerəni, qartal. 

 

Yüksək-yüksək yığılara çıxardın, 



Uzaq-uzaq mənzillərə baxardın, 

Yüz siçanı bir deşiyə soxardın, 

Kəsərdin ağzını haramı, qartal. 

 

Sarıdı gözlərin, yekədi başın, 



Qaynaqlıdı pəncən, kəskindi dişin, 

İnsafsız, zülmkar zabit yoldaşım, 

Öldürməkdi səni məramı, qartal. 

 

Çünkü  Zabit  istəyirdi  ki,  qartalı  öldürsün,  Şenlik  isə  qoymurdu.  Şenlik  son  sözünü   belə 



bitirdi: 

 

Səfil Şenlik zülüm elədi sənə,  



Çalardın, çırpdardın, batardın qana. 

Dərdin həddən aşıb gəlməz hesaba,  

Loğman, həkim sarmaz yaranı, qartal. 

 

Beləcə  qartal  öldü,  Şenlik  bir  çuxur  qazaraq,  qartalı  basdırdı.  Arabaya  minərək  evə 



gəldilər. 

  

 



AŞIQ ŞENLİYİN ATASI QƏDİR AĞANIN QUŞLARI 

 

Aşıq  Şenliyin  atası  Qədir  ağa  qaz,  toyuq,  hinduşqa,  ördək,  göyərçin  və  müxtəlif  ev 



heyvanları saxlayırıdı, bunlara olduqca həvəsli idi. Bir də sarı tüklü qazı vardı ki, adına sarı qaz 

deyərdi və hətta sarı qazın başına and içərdi. Toyuqlar, qazlar, yəni hindəki heyvanların hamısı 

bala çıxarmışdı. Şenliyin atası Qədir ağa hindəki quşlara qulluq edərdi. O vaxt Aşıq Şenlik daha 

on  beş-on  altı  yaşlarında    idi.  Bu  arada  Şenlik  yeddi-səkkiz  gün  xəstə  oldu,  anası  yalvararaq 

övladına, “canın  nə istəyirsə de, sənə hazırlayım”-dedi.  Şenlik anasına  “heç bir şey istəmirəm, 

anacan  yalnız  toyuq  əti  olsa  yeyərəm”-deyər-  dəməz  anası  o  an  qaçaraq  Qədir  ağanı  çağırdı. 

Qədir  ağa  həmin  dəqiqə  gələrək  oğlu  Şenliyə  dedi:  “Oğlum,  sənə  inək,  qoyun,  quzu  kəsim 

ətindən ye. Şenlik: xeyri ata, olsa, bir toyuq əti yeyərəm, olmasa heç bir şey istəmirəm. Qədir ağa 

oğluna:  “Oğlum  neçə  ildir  çalışıram  toyuqları  yüz  cüt  edə  bilmirəm.  Ancaq  bu  il  yüz  cüt 

etmişəm. İndi mən toyuq kəsə bilmərəm”. Şenlik atasının sözünü eşidib dərindən bir ah çəkdi öz-

özünə dedi: “Ey Allahım, atamın hindəki quşlarından birini də salamat qoyma”.  

Şenliyin  duası  qəbul  olmuşdu.  Aradan  beş-on  gün  keçdikdən  sonra  bir  gecə  yatırdılar, 

ancaq Şenlik oyaq idi. Elə bu zaman Şenliyin qulağına bir səs gəldi. Şenlik yatağından qalxaraq 

yavaşca  bayıra  çıxdı.  Əvvəlcə  hinə  baxıb  gördü  hin  çöküb.  Heç  bir  səs  çıxarmadan  geriyə 

qayıdıb  yatağına  gəldi.  Yataqdan  səslənərək:  “-Ata  qulağıma  bir  səs  gəldi  zəhmət  olmazsa 



axırlara, hinə baxın”. Qədir ağa o dəqiqə yerindən qalxaraq çölə çıxdı. Hin elə çökmüşdü ki, heç 

bir  səs  gəlmirdi.  Evə  gəlib  oğlunu  səslədi:  Oğlum,  Şenlik,  ata  övladı  belə  dar  günlər  üçün 

yetişdirir,  kəndlilərə  xəbər  sal,  dayanma  tez  ol.  Şenlik:  Baş  üstə,  baba,  sənin  mənə  xeyirin 

çoxdur,  sənin  yaxşılığın  üçün  çalışacam.  Paltarını  geyindi  və  kəndə  xəbər  verdi.  Bir  az  sonra 

kəndlilər  yığışaraq  gəldilər.  Lampa  yandırmışdılar.  Qazma,  kürəklərlə  hinin  torpağını 

təmizləməyə başladılar. 

Şenlik yaxın dostlarından Kadı ilə birlikdə divarın çöl tərəfində durub Qədir ağaya baxırdı. 

Kadı ona dönərək dedi:  

-Mənim eşitdiyimə görə özündən sözlər deyirmişsən, indi tam yeridi, nə deyəcəksən de.  

Aldı Şenlik görək nə dedi: 

 

Rəngarəng quşların bir bax halına, 



Bizi səltənətdən salıbdır, baba. 

Dost görsə bu gündə yazıqlar bizi, 

Düşmənlər şad olub gülübdür, baba. 

 

Göyərçinlər talxa vurur, havada, 



Bizimkilər həm quruyub yuvada, 

Bilmirəm alqışmı, yoxsa bəd dua, 

Etdiyin qarşına çıxıbdır, baba. 

 

Çox yalvardım beçələrdən qırmadın, 



Tamahkarlıq etdin xeyrin görmədin

Yüz beçədən birin zəkat vermədin, 

O borc da boynunda qalıbdı, baba. 

 

Uçqunda  çalışan  adamlar  böyük  bir  köşə  daşını  qaldırdılar,  sarı  qazla  qırx  dənə  ördək 



balası yamyastı, pəstil kimi olmuşdu. 

Qədir ağa bunları belə görüncə ah çəkərək yerə oturdu. Şenlik dördüncü bəndi tamamladı: 

And içərdin sarı qazın başına, 

Nə sidq ilə seyr edərsən leşinə, 

Qırx ördəklə bir divarın daşına, 

Fələk qəzəbilə çalıbdır, baba. 

 

İki-üç hindi toyuğu, bir neçə dənə də toyuq salamat qalmışdı. Şenlik bunları görüb üzünü 



atasına tutaraq belə dedi: 

 

Hindilər qurtulub, damağın çağdı, 



Elə bildin hər birisi bir dağdı. 

Nə yaxşı pipikli toyuqlar sağdı, 

Ürəyin ki fərəh bulubdu, baba. 

 

Gəl bunların ölüsünü saxlayaq, 



Hər yada düşəndə gedək yoxlayaq, 

Ürəyin çox yanır otur ağlayaq, 

Şenlik də bu işi bilibdi, baba. 



 

Şenlik  sözünü  tamam  etdi.  Bu  əhvalat  tezliklə  Çıldırdan  Qarsa,  Ağbabaya,  Axıskaya, 

Borçalı ellərinə yayıldı. Altı ay sonra Qədir ağa vəfat etdi. 

  

 



AŞIQ ŞENLİYİN NƏSİBLƏ GÖRÜŞÜ 

 

Bir gün Güllbulaqda toy idi. Toya Aşıq Şenliyi də dəvət etmişdilər, amma Nəsib də burada 

idi. Göləli İbrahim öləndən sonra yazıq yarımçıq qalmışdı. Odur ki, hələlik aşıq adını almamışdı. 

Amma  gələn  qonaqlar  çox  idi.  Xırtızdan,  Sağamoydan,  Çıldırdan,  Qarsdan  bəylər,  ağalar 

gəlmişdilər. Məmiş Çaldan gəlmişdi. Bunu qoyub ona gedim, bunlar, yəni Pirəli ilə Məmiş yolda 

gələndə Nəsibin haqqında danışmışdılar. Pirəli demişdi ki, Nəsibin haqq aşığı olduğuna inanmır, 

amma  Məmiş  dediyinin  üstündə  durmuşdu.  Sözləşib  bura  gəlmişdilər.  Ona  görə  də,  bir  fürsət 

gəzirdilər  buna  imkan  olsun,  ürəklərində  arzuları  qalmasın,  amma  Aşıq  Şenlik  ortada  dövrün 

eləyirdi. Beləcə, bir xeyli vaxt keçdi. Məmiş Aşıq Şenlik çay içməyə əyləşəndə ona tərəf gəlib 

dedi: 


-Usta Şenlik, səndən mənim bir xahişim var, amma gərək yerə salmayasan. 

-Buyur, buyur. 

-Səndən  gizli  işim  yoxdu.  Yolda  gələndə  sınıqlı  Pirəli  ilə  sözümüz  oldu,  o  elə  dedi,  mən 

belə. 


-Kişi, sözünü açıq de. 

-Bilmirəm,  Nəsibi  eşitmisənmi?!  Mən  dedim  o,  haqq  aşığıdı.  O  dedi:  Yox.  İndi  deyirəm 

icazə versən Nəsib çıxa meydana. Qabaqdan bu Pirəlinin necə adam olduğunu ərz eyləyə, həm 

də onun Malaş adlı atına bir tərif deyə. Əgər bu işə icazə verilməsə, mənim bağrım çatlayacaq. 

Gərək haqq öz yerini tapa, həm də mərcimi bu tərs Pirəlidən alam. 

Aşıq Şenlik gülə-gülə dedi: 

-Çox  yaxşı,  Nəsib  kimdi,  burdadımı?  Qabağa  gəlsin.  Nəsib  camaatın  içindən  çıxıb  Usta 

Şenliyin  qabağına  gəldi.  Aşıq  Şenlik  onu  görəndə  yaman  qanı  qaynadı,  amma  özünü  o  yerə 

qoymadı, işin axırını gözlədi. Hə, Nəsib sazı sinəsinə basıb üzünü tutdu Pirəliyə. Görək burda nə 

dedi. Biz deyək, sizin də canınız sağ olsun: 

 

Dad eləyir şir arvadın əlindən, 



Baş yarılıb, üz cırılıb, nə deyim. 

Əyal olan təpik atır ərinə, 

Qədd əyilib, bel qırılıb, nə deyim. 

 

Əzəl gündən bu ər olan küt olub, 



Arvad zalım, kişi ölü bit olub, 

Qocaldıqca arvad dönüb it olub

Ney kürlənib, kef “durulub” nə deyim. 

 

Mən Nəsibəm, yalan gəlməz dilimə, 



Düz söylərəm lap getsəm də ölümə, 

Yaxşı kişi dözür dərdə, zülümə, 

Yoldan gəlib, bərk yorulub nə deyim. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə