Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   24   25   26   27   28   29   30   31   32

Aydınoğlu deyilən bir ətdən qala

Mehralı bənzəyir Rüstəm-Zala, 

Kor İsmayıl boyun əyməz krala, 

Girməynən onlarla bəhsə, əfəndim. 

 

Səməd bəy yerli bəylərin, naçalnik və pristavların zorakılığına, özbaşınalığına dözə bilmir. 



O,  kəndlilərə  göz  verib  işıq  verməyən,  onları  ağır  məhrumiyyətlərə  düçar  edən,  becərdikləri 

torpağın məhsulundan istifadə etməyə qoymayan pristavlara qarşı amansızdır. Sürgündəın yenicə 

qayıdan  Səməd  bəyə  xəbər  verirlər  ki,  pristav  camaatı  möhkəm  incidir,  onların  heysiyyətinə 

toxunur,  adi  insani  hüquqlarını  tapdalayır.  Bundan  xəbər  tutan  Səməd  pristava  kağız  göndərir. 

Onu heç bir əsas olmadan günahsız camaatı incitməməyə çağırır: 

 

Əcəlin gəlibdi, kəlməni söylə, 



Camaatnan bir də işin olmasın. 

Allahlıq edirsən, göydə gəzginən, 

Yer bizimdi, yerdə işin olmasın. 

 

El  qəhrəmanı  Səməd  bəy  öz  başının  dəstəsi  ilə  Türkiyə  ərazisinə  keçir.  Dastanda  təsvir 



olunur ki, onlar burada da haqqı nahaqqa vermirlər. Zəhmətkeş xalq onları hər cür təqiblərdən 

qoruyur. Səməd bəyin dəstəsi Aydınoğlu deyilən bir şəxsin evində qonaq olur.  

Aydınoğlu  onlara  yaxşı  hörmət  edir  və  söhbət  əsnasında  camaatın  Cəlali  kürdləri 

tərəfindən incidildiyini, var- yoxunun talan edilməsini söyləyir. Səhəri gün Səməd bəyin dəstəsi 

Cəlali kurdləri ilə vuruşaraq xalqı onların zülmündən qurtarır. Dastanda Səməd bəyin dəstəsinin 

bu qəhrəmanlığı bədii şəkildə ümumiləşdirilir: 

   

Alosman elinə talan saldılar, 



Cəlali kürdünə qılınc çaldılar, 

Endilər İrandan xarac aldılar, 

Şahını qoydular yasa, əfəndim. 

 

Səməd  bəyin  dəstəsi  Çıldır  mahalında  5-6  gün  qalır.  Orada  el  qəhrəmanlarının  şərəfinə 



camaat məclislər keçirir. Həmin məclisləri Səməd bəyin dostu Aşıq Şenlik aparır. Sonuncu gün 

türk  polis  idarəsinə  xəbər  çatır.  Mehdixanın  başçılığı  ilə  100  nəfər  əsgər  Aydınoğlunun  evini 

mühasirəyə alır. Mehdixan vicdanlı adam idi. Odur ki, həmin igidlərə xətər yetirilməməsini əmr 

etmişdi. Səhərə yaxın atışma olur,  amma heç kim yaralanmır. 

Türk  polis  idarəsində  Aşıq  Şenliyi  dindirib,  onu  incidirlər.  Mehdixan  Aşıq  Şenlikdən 

Səməd bəyin necə adam olduğunu soruşur. Onda Şenlik sazla deyir: 

 

Şenlik söylər bu bəylərin pirini, 



Özgəsinə verməm onun sirrini

Səmədlə İsmayılın,vallah yerini, 

Tutan olmaz bu mahalda, əfəndim. 

 

Burada  Aşıq  Şenlik  həyatını  təhlükə  qarşısında  qoysa  da,  öz  vicdanının  əksinə  getmir, 



həqiqətin  gözünə dik  baxır. Bu mühüm insani keyfiyyəti aşıq  öz  yurddaşlarına təbliğ və təlqin 

etmək istəyir. 




Böyük  həcmə  malik  olmayan  “Səməd  bəy”  dastanında  Səməd  bəy  haqq-ədalət 

mücəssiməsi  kimi  təqdim  edilir.Səməd  bəyin  dəstəsi  yalnız  kəndliləri  istismar  edən  varlıları 

qəraət edir, kasıblara həyan olur. Dastanda Aşıq Şenliyi həyəcanlandıran ölkədəki ağır vəziyyət, 

yerli  bəy,  çinovnik  və  pristavların  özbaşınalığı  olmuşdur.  Burada  sənətin  ictimai  zülmə  qalib 

gəlməsi bədii boyalarla ümumiləşdirilmişdir. 

Dastanda  Aşıq  Şenlik  Səməd  bəyin  hər  cür  əzab-əziyyətlərə  düçar  olduğunu,  hətta  Sibirə 

sürgün  edilsə  belə  onu  öz  əqidəsindən,  inamından  dönməz  bir  şəxsiyyət  kimi  təqdim  etmişdir. 

Aşıq,  çar  mütləqiyyəti  dövründə  hakimlik  edən  məhkəmə  məmurlarının  ədalətsizliyini,  insan 

hüquqlarının tapdanmasını, şəxsiyyətinin təhqir olunmasını tənqid etmişdir: 

 

Onları göndərdilər Sibir elinə



Yüz min bəla gəldi onun sərinə, 

Fərmansız şah oğlu qılınc zoruna, 

Hökm eylədi divan kəsə, əfəndim. 

 

Aşıq Şenliyin yaşadığı dövrdə xalqın azadlığı uğrunda mütləqiyyətə qarşı mübarizə aparan 



qəhrəmanları  kütlələr  arasında    tanıtmaq,  onların  qəhrəmanlığını  vəsf  etmək,  xalqda  el 

qəhrəmanlarına  qarşı  rəğbət  hissi  oyatmaq  böyük  iradə  tələb  edirdi.  Çünki  elə  sənətkarların 

özləri  ciddi  təqiblərə  məruz  qalırdılar.  Bu  məsələyə  toxunan  prof.  F.Qasımzadə  yazır:”  ...O 

zamanın  senzura  şəraitində  mütləqiyyətin  əsaslarına  toxunmadan  onun  məmurlarını  kəskin 

tənqid etmək özü də böyük cəsarət tələb edirdi”. 

Tarixi sənədlərdə Aşıq Şenliyin vəsf etdiyi el qəhrəmanı Mehralı bəyin qəhrəmanlığından 

bəhs  edilir.  Hətta  “Mehralı  bəy”  dastanının  mövcudluğu  qeyd  edilir:  “24  iyul  1877-ci  ildə 

Arpaçayın hüdudunu keçən general Loris Melikovun rus ordusu irəliləyincə Qarapapaq (Borçalı 

mahalı – Q.V.) boyundan igid Mehralı bəy 500 könüllü qarapapaq toplayaraq 8 ay düşmənə qarşı 

vuruşdu. Böyük qəhrəmanlıq göstərdi, “Mehralı bəy” adında bir dastan yarandı”. 

Aşıq  Şenliyin  “Məhəmməd  və  Güldənə”  dastanı  yaradıcılığının  son  dövr  məhsulu  olub, 

nisbətən  kiçik  həcmlidir.  Artıq  “Lətif  şah”  dastanında  müşahidə  edilən  lirik-epik,  dramatik 

səhnələrə,  süjetin  şaxəliliyinə  bu  dastanda  təsadüf  etmirik.  Məlumdur  ki,  Aşıq  Şenlik  hələ 

gənclik dövründə “Lətif şah” dastanını klassik dastan yaradıcılığı ənənələri əsasında yaratmışdı. 

Lakin XIX yüzilliyin sonunda dövrün ictimai-siyasi, sosial ziddiyyətləri çox mühüm problemlər 

doğurmuşdu.  Yazılı  ədəbiyyatda  olduğu  kimi,  aşıq  yaradıcılığı  da  zamanın  qarşıya  qoyduğu 

həmin problemlərin bədii həllini ön plana çəkirdi. 

“Məhəmməd  və  Güldənə”  dastanında  Aşıq  Şenlik  öz  dövrü  üçün  son  dərəcə  zəruri  olan 

varlı-kasıb,  ailənin  qarşılıqlı  sevgi  əsasında  qurulması,  humanizm  məsələsini  əks  etdirməyə 

çalışmışdır. 

Maraqlıdır ki, Aşıq Şenlik bilavasitə gördüyü, iştirakçısı olduğu hadisələri, cəmiyyət üçün 

xarakterik olan detalları qələmə almış, bədii sənət süzgəcindən keçirərək öz yurddaşlarına təbliğ 

etmişdir. Sözün həqiqi mənasında el  aşığının əsil sənət şöhrəti xalqın mənəvi diriliyinə xidmət 

etməsidir. Dastanın sonunda aşıq yuxarıda qeyd etdiyimiz fikirlə bağlı olaraq deyir: 

Şenlik bu dastanı görəndə yazdı, 

Gözəlin irəngi solanda yazdı, 

Məhəmməd üstünə gələndə yazdı, 

İnsan balasına düşmən olarmı? 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə