padşahının adamları dəryada onu tanıyıb Fas padşahının hüzuruna aparırlar. Lakin Fas padşahı
bu işə şübhə ilə yanaşır:
“-Nə cür olub ki, İsfəndiyarı öldürən pəhləvanı belə asanlıqla tutub gətiribsiniz? Yəqin
burada bir hiylə var? Əvvəlcə Lələnin boynunu vurdurmaq lazımdı, sonra Lətif şahın.
Lələni dar ağacının yanına çəkəndə Lətif şah dedi:
-Şah, onun nə günahı var, onu niyə öldürürsən? Sənin tapşırığını yerinə yetirib. Ona ənam
verməlisən”.
Biz burada Lətif şahı ölümün gözlərinə dik baxan, hər cür yalan və riyadan uzaq, vicdanlı,
mərd bir folklor qəhrəmanı kimi görürük. Fas padşahına, doğrudan da, Lətif şah olduğunu
inandırmaq üçün həqiqəti söyləyir:
...Hindistana qoymadım gedə yarı,
Tamamən düzünü qoy deyim barı,
Bir qılınca yıxdım İsfəndiyarı,
Fas elində qovğa etdim bir zaman.
Lətif şaham, Fas elini boyladım,
Şah əmr etdi, qulluğunda söylədim,
Mehriban Soltana düyün eylədim,
Ona murad verdim, aldım bir zaman
Fas padşahı onun həqiqətən Lətif şah olduğunu görüb, İsfəndiyarın Lələsini azad edir.
İsfəndiyar pəhləvanın Lələsi Lətif şahın mərdlik etdiyini görüb, onu zülümkar padşahın dar
ağacından qurtarmaq istəyir. Lətif şaha özü cəza verəcəyini bildirir. Lətif şah Fas padşahının
bacısı Əsma xanımın köməkliyi sayəsində xilas olur.Əsma xanım Lətif şahın qədd-qamətinə,
mərdlik və səmimiyyətinə heyran olub ona vurulur. Lətif şaha qarşı onda məhəbbət hissi oyanır.
Lakin Lətif şah Əsma xanımın hisslərinə əvvəlcə laqeyd yanaşır, onu özündən uzaqlaşdırmağa
çalışır:
Çox da cəfa çəkmə, hərcayi gözəl,
Sən deyən xəyala uyan deyiləm.
Mən öz məşuqəmin mübtəlasiyəm,
Hər kəsi bir gözdə görən deyiləm.
Əsma xanımın ona getmək üçün israr etdiyini görən Lətif şah fikirləşir: “ Bu ki qız ola-ola
məni ölümdən qurtarıb. Bunu atmaq heç kişilikdən döy”.
Lətif şah Əsma xanımı özü ilə birlikdə
Hindistan ölkəsinə aparmağa razılıq verir.
Lətif şahın vətəninə olan məhəbbət hissi dastan boyu inkişafda verilir. O, Lələsi ilə birlikdə
vətəndən ayrılıb Hindistana gedəndə, arxada qalan vətən dağlarını, axarlı-baxarlı çəmənlərini
həsrətlə yad edir:
Kəsildi nişana, yad oldu vətən,
Gözdən itdi, bizim yerin dağları.
Leyli-nahar intizarı var canda,
Bülbül fəqan eylər sübhün çağları.
Lətif şaha vətən həsrəti qərib-qurbətlikdə belə rahatlıq vermir. Hətta Mehriban Soltanın
atasının hüzurunda olarkən onun vətən həsrəti ilə yaşadığının, yanıb-yaxıldığının şahidi oluruq:
Tərk edib vətəni, eli, obanı,
Xan babamı ağlar qoyub gəlmişəm
Lətif şahı bir dastan qəhrəmanı kimi, oxucu və dinləyiciyə sevdirən onun vətənə
qovuşmaq, vətənin azadlığı uğrunda mübarizə aparmaq əzmidir.
“Lətif şah” dastanının ikinici əsas qəhrəmanı olan Mehriban Soltan saf və ülvi bir
məhəbbətlə Lətif şahı sevir. Qadın hüquqsuzluğunun mövcud olduğu dövrdə Mehriban Soltan öz
istək və arzularında sərbəstdir. Şah qızı olmasına baxmayaraq, onda sevən qızlara məxsus bir
sadəlik və səmimilik var. O, ətrafındakı kənizlərin qayğısına qalır, onlarla mehribancasına
davranır. Eyni zamanda onların ədəb-ərkandan kənar hərəkətlərinə yol vermir.
Mehriban Soltanın Lətif şaha olan məhəbbətini dinləyiciyə lirik deyimlər vasitəsilə
çatdırılır. Lətif şahın ayrılığı onun sevən qəlbini “qəm dağına” döndərir, ona qovuşmağa can atır.
Mehriban Soltan öz intizarını real, təbii hisslərlə sevgilisinə çatdırır:
Yolların gözlədim müddət çağında,
Sinəm qəm dağıdı, qəm duzağında,
Yar, səhər çağında, gülşən bağında,
Qızılgüləm, bülbül kimi dər məni.
Mehriban Soltan öz eşqinə sadiq, əhdi-peymana vəfalı bir gəncdir. Lətif şahın dərya seyri
zamanı “tufana düşməsi” Mehriban Soltanı sarsıdır, sevgilisinin həyatı üçün bərk narahat olur.
Hətta Lətif şahın xilası üçün müqəddəs, mövhumi qüvvələrdən imdad, kömək istəyir:
Mehriban Soltanam, deyərəm aman,
Açılmaz başımdan tüstüynən, duman,
Sidqinən çağıram, ya Şahi-mərdan,
O ağam mövlaya bir niyaz etsin.
Geniş və həssas qəlbə mailk olan Mehriban Soltan Əsma xanımın Lətif şahı ölümün
pəncəsindən xilas etdiyini bildikdə, ona qarşı böyük rəğbət və hörmət hissi oyanır:
“- Mən sənə ölüncə kənizəm. Sən ki Lətif şahı ölümdən qurtarmısan, bizim canımız,
ciyərimizsən”-deyir.
Dastanın sonunda Mehriban Soltanın, Əsma xanımın, Lətif şahın, Lələnin vətənə
qayıtmaları Yəmən elində toy-bayrama çevrilir. Dastanın belə bir xoşməramlı sonluqla
qurtarması müəllifin gələcəyə olan nikbin baxışının bariz ifadəsidir.
“Lətif şah”dastanında Lətif şah və Mehriban Soltandan əlavə öz təbiiliyi, səmimiyyəti ilə
diqqəti cəlb edən surətlər vardır. Bu surətlərdən biri Lələ surətidir. Lələ dastanın əvvəlindən
sonuna kimi iştirak edir. O, Lətif şahın xarakterinin açılmasında, bir şəxsiyyət kimi yetişməsində
əvəzedilməz rolu olan bir surətdir. Lələ surəti dastanın əlimizdə olan variantında /Ə.Axundov
variantı/ dastan yaradıcısının özü-Aşıq Şenlikdir. Dastanda Lələnin dili ilə söylənən bir sıra
nəsihətamiz, didaktik-fəlsəfi fikirlər Aşıq Şenliyin dünyagörüşü ilə dərindən səsləşir.
Lələ surəti dostluğun, insanın insana olan sədaqəti, qayğıkeşliyin, humanizm və
təmənnasız xidmətin nümunəsi kimi verilmişdir. Dastanda təbliğ olunan bu insani keyfiyyətlər
öz müasirliyi ilə bu gün də əhəmiyyətini saxlayır.
Lələ öz sələfi Sofinin /“Əsli-Kərəm” dastanı/ yolunu layiqincə davam etdirir. Onların hər
ikisi vəfalı dost, cəfakeş insan kimi diqqəti cəlb edirlər. Lakin Lələni Sofidən fərqləndirən bir
cəhət vardır. “Əsli-Kərəm” dastanında Sofinin öz fikrini şeirlə ifadə etməsinə iki epizodda rast
gəlirik. Lakin “Lətif şah” dastanında Lələ saz-söz sənətinə dərindən bələd olan sənətkar aşıq
kimi öz fikirlərini, demək olar, şeirlə ifadə edir.
Lələ dastan boyu Lətif şahın sədaqətli dostu, köməkçisi, yol göstərənidir.O, heç vaxt Lətif
şahı darda qoymur. Ən təhlükəli anlarda Lətif şahın xilasına çalışır.
Lələ Lətif şahı həmişə səbrə, təmkinə çağırır. İsfəndiyar pəhləvan qoşun çəkib Mehriban
Soltanı aparmağa gələndə Lətif şah bərk qeyzlənir, narahat olur. Lələnin ağıllı məsləhəti ilə bu
vuruş Lətif şahın qələbəsi ilə bitir. Lələ həmişə Lətif şaha dünyanın gərdişindən, ağrı-acısından
söhbət açır, öz mühakimələrini söyləyir:
Səbr eylə sən, zülmün hər bəlasına,
O dərgahda sınanıbdı çoxları.
Bu darlığa bir sərbəstlik verən var,
Hikmətilə var edibdi yoxları.
Lələ Lətif şahın bütün təklif və arzularının həyata keçməsinə çalışır. Lətif şahın vətəni, ata-
anası, digər xüsusiyyətləri haqqında başqalarına məlumat verir.O, Lətif şahı həyatı qədər istəyir,
hətta Lətif şahın dəryada həlak olduğunu yəqin edib, ona ehsan da verir. O, Lətif şahın yolunda
həyatından keçməyə belə hazırdır:
Bir canım var , vur, qurtarsın Lələni,
Lətif şah yolunda qurban deyibdi.
Lələ Lətif şaha qarşı nə qədər mehriban, səmimi olsa da, onun ədəb-ərkandan kənar
hərəkətlərinə qarşı çox ciddidir. Lətif şah Əsma xanımı kişi paltarında gətirib Lələnin yanına
qoyub, geri qayıdır. Çox keçmir ki, Lələ həqiqəti öyrənir, Əsma xanımın məktubunu gətirib Lətif
şaha verir və onu möhkəm danlayır.
“Lətif şah xəcalət çəkdi. Öz suçunu boynuna alıb dedi:
-Lələ, suçumu boynuma alıram. Ancaq Mehriban Soltandan keçmirəm. Bilmirəm, nə
eyləyim? Doğrudan da, pis iş görmüşəm.
Lələ dedi:
-Mən Mehriban Soltanı razı salaram”
Lələ, axıra kimi vəzifəsini layiqincə yerinə yetirir. Dastanın sonunda Lələni böyük hörmət
və rəğbətlə qarşılayan Qəmsiz şah deyir:
Etibarlı dostsan, etibarın var,
Qəmsiz şah mülkündə ixtiyarın var.
Lələ surəti yüksək bəşəri qayəsi ilə dinləyici və oxucunun dünyagörüşündə silinməz iz
buraxır. Bu surətlə oxucu dərk edir ki, insan öz ömrünü xeyirxah işlərə sərf etməlidir, pislik və
Dostları ilə paylaş: |