Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

münasibətində ümumilik vardır.  Lələ surəti insana qayğıkeş münasibətin nümunəsi kimi  bütün 

variantlarda  dəyişməz  qalmışdır.  Mənfi  surət  kimi  İsfəndiyar  pəhləvanın  özgə  torpağına  göz 

dikmək,  insan  qanına  susamaq  və  s.  kimi  qeyri-insani  xüsusiyyətləri  bütün  variantlarda 

oxucuların nifrətinə səbəb olur. Variantlarda hətta bəzi yer adları da dəyişməz qalmışdır. 

Dastandakı ümumi, oxşar motivlər aşağıdakılardır: 

 



Yəmən  padşahı  Qəmsiz  şahın  yüksək  insani  keyfiyyətlərə  malik  ədalətli  şah  kimi  təsvir 

olunması; 

 

Padşahın övlad həsrətində olması.Yalnız türk variantında vəzirin də sonsuz olduğu göstərilir. 



 

Dastanın baş qəhrəmanı Lətif şahın nəzir-niyazla dünyaya gəlməsi



 

Lətif şahın ilk təlim-tərbiyəsinin dayələrə tapşırılması, atasından icazə alıb ova çıxması; 



 

Lətif şah və Mehriban Soltanın eşqə düçar olub xəstələnmələri: 



 

Lətif  şahın  Mehriban  Soltanı  axtarmağa  getməsi,  ata-anasının  razı  olmaması,  onu  ölkə 



gözəllərindən biri ilə evləndirmək istəmələri, axırda əlacsız qalıb razı olmaları; 

 



Lələnin Lətif şaha qoşulub yola düşməsi

 



Mehriban  Soltanı  görmək  məqsədilə  Lətif  şahın  Hindistan  bazarında  “  arşın  mal”  alveri 

etmələri; 

 

Fas  padşahının  Mehriban  Soltana  elçi  göndərməsi,  İsfəndiyar  pəhləvanın  hücum  etməsi  və 



Lətif şahın ona qalib gəlməsi; 

 



  Lətif şahın dəryaya düşməsi, durna və dəryaya müraciət etməsi; 

 



 Lətif şahı Əsma xanımın xilas etməsi və onunla evlənməsi; 

 



Lətif şahın Mehriban Soltanı götürüb Lələ ilə birlikdə vətənə qayıtması; 

 



Digər  dastanlarda  olduğu  kimi,  Lətif  şahın  saz-söz  sənətinin  bilicisi  olması  və  döyüş 

meydanlarından qalib çıxması və s. 

Variantlar arasında bu ümumi oxşar motivlərə əsasən deyə bilərik ki, dastan eyni bir şəxs 

tərəfindən qoşulmuşdur. 

Dastan  variantları  arasındakı  oxşarlıqlar  qoşmalarda  özünü  daha  qabarıq  biruzə  verir. 

Nəzm hissədə bəzi söz, ifadə və misraların dəyişdirilməsinə, variantlarda onların sinonimlərinə 

rast gəlirik. Lakin bununla belə qoşmaların ümumi məzmunu saxlanılmışdır. Fikrin aydın olması 

üçün aşağıdakı qoşmanı misal göstərək. 

 1961-ci il variantında:  

 

Dərdi-qəm içində yatan, ay oğlan, 



Bir od saldın şirin cana, gedirəm. 

Vallahi, kəsildi səbri-qərarım, 

Atəş alıb, yana-yana gedirəm. 

 

İnciynən tökəydim yaşılı,alı, 



Bundan belə gözüm gözləyər yolu

Amanətdi: verdim bu ərzi-halı, 

Səlamət saxla, o yana gedirəm. 

 

Bu Mehriban sənə mubtəla oldu, 



Gözüm gördü, könlüm intizar qaldı. 

Mənzildən məkana üç aylıq yoldu 

Xəbər alsan, Hindistana gedirəm. 

 

 




Türk variantında: 

 

Hab içində yatan beyhaber oğlan



Bir od saldın şirin cana gederem. 

Yağın bil kesildi sebri gerelim, 

Ataş alıb yana-yana gederem. 

 

Eynimnen tökerem yeşimi, alı, 



Gederem yas tutar, beklerem yolun

Amanatım sahla bu erzuhalım, 

Sana bir nişana verip gederem. 

 

Mehriban Sultanım xuda yanıldı, 



Gözüm gördü, könlüm intizar qaldı. 

Menzildə mekanım üç aylıq yoldu, 

Haber alsan Hindistana gederem. 

 

Ə.Axundov variantında: 



 

Xab içində yatan bixəbər oğlan, 

Bir od saldın şirin cana gederem. 

Dərdindən mən oldum dəli-divana

Atəş tutub yana-yana gedirəm. 

 

İnciynən tikərdim yaşılı,alı, 



Qaralar geyibən gözlərəm yolu. 

Sən saxla yadigar bu ərzi-halı, 

Gövhərəm çatmışam kana gedirəm. 

 

Qoşmalardan göründüyü kimi, “Lətif şah” dastanı aşıqlar tərəfindən ifa edilərkən müəyyən 



fərqlərin meydana gəlməsinə səbəb olmuşdur. Belə fərqli xüsusiyyət hər bir folklor nümunəsinə 

xas olan cəhətdir və dastanın uzun müddət repertuarda olmasını, dinləyici rəğbətini qazandığını 

göstərir. Dastan yazıya alındığı zaman aşığın söyləmə tərzi, istedadı, bacarığı variantın güclü və 

ya zəif, sönük yaranmasına səbəb olur. 

“Lətif  şah”  dastanının  Azərbaycan  dastanlarının  hansı  bölgüsünə  daxil  olduğunu  izah 

etmək lazımdır. Prof. M. H.Təhmasib Azərbaycan dastanlarını qəhrəmanlıq dastanları, məhəbbət 

dastanları və ailə-əxlaq dastanları şəklində qruplaşdırır. O, məhəbbət dastanlarının bir növü olan 

məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar haqqında yazır: “Bir növ qəhrəmanlıq 

dastanlarından  məhəbbət  dastanlarına  keçid  mərhələsi  təsiri  bağışlayan  bu  əsərlərin  xalq 

içərisində ən geniş yayılmışları aşağıdakılardır:  

“Şah İsmayıl-Gülzar”, “Novruz-Qəndab”, “Mehr-Mah”, “Tahir-Zöhrə” nin bəzi variantları, 

“Xurşid-Mah 

Mehri”, 

“Şahzadə-Bəhram”, 

“Abbas-Dahadürüz”, 

“Dilsuz-Xəzangül”, 

“Məhəmməd və Güləndam”, “Seyfəlmülk”, “Hicran-İnsan”  

və s”. 


“Lətif şah” dastanı da həmin qrupa daxil edilmişdir. Bu qrup dastanların burada məhəbbət 

əsas  səciyyəvi  xüsusiyyəti  ondan  ibarətdir  ki,  burada  məhəbbət  və  qəhrəmanlıq  bir-bir  ilə 

uzlaşdırılır,  biri-digərini  tamamlayır,  bütövləşdirir.  Dastan  qəhrəmanı  öz  aşiqini  çılğın  bir 



məhəbbətlə sevməklə yanaşı, bu sevgiyə qarşı mane olan qara qüvvələrə qarşı mübarizə aparır. 

Öz  dövrünün  hərb  sənətinin  mahir  bilicisi  olurlar.  Dastan  qəhrəmanları  söz  meydanında  qalib 

gəldikləri kimi , qılınc-qalxan, gürz və s. vuruşunda da zəfər qazanır, öz sevgililərinə qovuşurlar. 

Göstərilən  xüsusiyyətlərə  əsasən  “Lətif  şah”  dastanının  həmin  qrupa  daxil  olması 

inandırıcıdır. 

Bəs  nə  üçün  “məhəbbətlə  qəhrəmanlıq  hüdudlarında  dayanan  dastanlar”  qrupu  meydana 

gəlmişdir? Axı, hər bir təsnifatın müəyyən elmi-nəzəri əsası olmalıdır. 

Yuxarıda  adları  çəkilən  həmin  qrupa  daxil  dastanların  eyni  əsrdə  yarandığını  söyləmək 

doğru  olmaz.  Məhəbbətlə  qəhrəmanlıq  hüdudlarında  dayanma  mexanizmi  müxtəlif  tarixi 

dövrlərin kəsimlərində yarana bilər. Bu məsələyə “folklorun öz xüsusi yolu ilə tarixə yoldaşlıq 

etməsi”  prinsipi  ilə  yanaşılmalıdır.  Tarixi  dövrün  mürəkkəb  siyasi  şəraiti,  ictimai-sosial 

ziddiyyətlərin  kəskinləşməsi,  qəsbkar  müharibələr,  vətənin  taleyi  məsələsi  və  s.  məhəbbət 

dastanlarının strukturunda müəyyən dəyişiklik yaradır. 

Məhəbbətlə  qəhrəmanlıq  hüdudlarında  dayanan  dastanlarda  məhəbbətin  bəşəri  məzmun 

kəsb etməsi, onun humanist xarakteri qəhrəmanın düşmən qüvvələrə qarşı vuruşmasının ədalətli 

mübarizə olduğuna oxucunu inandırır və onlarda xeyirxahlığa, azadlığa qənim kəsilən qüvvələrə 

qarşı mübarizlik hissi tərbiyələndirir. 

Məhəbbət  dastanı  olan-məhəbbətlə  qəhrəmanlıq  hüdudlarında  dayanan,  “Lətif  şah” 

dastanının hansı səciyyəvi xüsusiyyətləri vardır? 

Dastanda bir-birini qızğın bir məhəbbətlə sevən qəhrəmanların mənəvi aləmləri, xarakter-

xüsusiyyətləri  ön  plana  çəkilir.  Əsərdə  mühüm  ictimai-siyasi  hadisələr  əsasən  məhəbbət 

motivləri  işığında  əks  etdirilir.  Burada  vətən  məhəbbəti,  vətənin  azadlığı  uğrunda  mübarizə 

aparmaq ideyası əsas xətti təşkil edir. 

Dastanda  insanın  şəxsiyyətinin  toxunulmazlığı,  ictimai  hüquqlarının  tapdanmasına  yol 

verməmək, onun mənlik və şərəfinin qorunması, xeyirxahlıq, dostluq və sədaqət məsələləri Lətif 

şahla  Mehriban  Soltanın  pak,  ülvi  məhəbbəti  fonunda  daha  qabarıq  göstərilir.  Mövcud  sinifli 

cəmiyyətin yaramazlıqları, ikiüzlülük, paxıllıq, yaltaqlıq, dönüklük və s. mənfi cəhətlər tənqid və 

ifşa olunur. 

Təsadüf  deyildir  ki,  “Lətif  şah”dastanı  folklorşünas  Ə.Axundovun  diqqətini  cəlb  etmiş, 

“Ədəbiyyat qəzetində” “Lətif şah” dastanında vətən sevgisi” adlı məqalə çap etdirmişdir. Məqalə 

ilə bağlı bir neçə iradı söyləmək yerinə düşərdi. 

Məqalədə  dastan  müəllifi  barədə  heç  bir  məlumat  verilmir.  Burada  Bəhram  şah  surəti 

haqqında danışılır ki, biz, mövcud variantların heç birində bu surətə rast gəlmədik. 

Məqalədə  Lətif  şahla  Mehriban  Soltanın  Hindistandan  birlikdə  yola  salındığı  göstərilir: 

“Onlar  dərya  ilə  gedərkən  fırtına  qopur,  gəmi  parçalanır  və  Lətif  şah  öz  sevgilisi  Mehriban 

Soltandan ayrı düşür. Onlar hərəsi bir taxta parçasının üstündə qalır. Dalğalar Mehriban Soltanı 

Yəmən vilayətinə, (Lətif şahın atasının məmləkətinə), Lətif şahı isə dünyanın ən coşqun, girdablı 

və təhlükəli yerlərinə aparıb çıxarır. Lətif şah böyük bir fəlakət qarşısında qalır”. Yenə mövcud 

variantların  heç  birində  belə  bir  epizoda  rast  gəlmirik.  Variantlarda  ancaq  Lətif  şahın  dərya 

seyrinə çıxarkən fırtınaya düşməsi göstərilir. 

Məqalədə Lətif şahın Əsma xanımın evlənmək üçün təklifini rədd etdiyi göstərilir. Ancaq 

dastanda Mehriban Soltanın razılığı ilə Lətif şah, onu ölümdən xilas etdiyinə görə Əsma xanımı 

da  öz  vətəninə  gətirir,  həmçinin  Lətif  şahın  Mehriban  Soltanın  atasına  elçi  göndərdiyi  qeyd 

edilir:  “O,  Lələsini  padşahın  yanına  elçiliyə  göndərir,    ancaq  padşah  qızını  ona  verməyə  razı 

olmayır. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə