Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

 

Gəlin  “Meydanda  satarlar  heyvanı,  malı”  –  deyərək  qızı  ucuz  şöhrətə,  saxta  parıltılara 

aludə olmamağa çağırır. Saf və qarşılıqlı məhəbbət əsasında qurulan ailə həyatı daha mənalı olur. 

Odur ki, gəlin deyir: 

 

Gəlin der ki, ağlı nöqsan, bivəfa, 



Həmdəmsiz dünyada sürülməz səfa. 

 

Aşıq  Şenlik  qadın  gözəlliyinin  tərənnümündə  ənənəyə  söykənmişdir.  Sələfi  Aşıq  Valeh, 



müasiri  Xəyyat  Mirzə  kimi,  o  da  qız-gəlin  bəhsləşməsinə  müraciət  etmişdir.  Aşıq  Valehin 

“Məndədi” şeiri 5 bənddən, Xəyyat  Mirzənin  “Qızla gəlinin  bəhsi” şeiri isə 11 bənddən ibarət 

olub, əsasən qız və gəlinin özünəməxsus zahiri gözəlliklərinin tərənnümünə həsr edilmişdir. Aşıq 

Şenlikdə isə yuxarıda qeyd edildiyi kimi, gəlinin dili ilə müəyyən əxlaqı nəticə nəzərə çarpdırılır. 

Şeir  müasir  gənclik  üçün  çox  böyük  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Qızları  var-dövlətə 

aldanmamağa, əsil məhəbbətin müqəddəsliyini qorumağa çağırır. 

Aşığın məhəbbət lirikasında ata-ana, övlad-valideyn, dosta məhəbbət hissləri ən müqəddəs 

hisslər kimi qorunub saxlanılması tövsiyə olunur: 

 

Anaya, babaya sən olma asi



Asi olanların çoxdur cəzası. 

Əlindən gəldikcə et iltiması, 

Əgər ki, gəlirsə mehmanın sənin. 

 

Yaxud: 



 

Dost dostuna etsə iqrar imanı, 

Qiyamətə gedər müddət zamanı, 

Könül uman yerdən kəsməz gümanı, 

Çünki əzəldən etibarın görübdü. 

 

Aşıq  Şenliyin  lirikasını  zənginləşdirən  mövzulardan  biri  də  təbiətdir.  Aşığın 



yaradıcılığında  təbiətin  özünəməxsus  əsrarəngiz  gözəlliyi,  füsunkarlığı  insanların  fəaliyyəti  ilə 

bağlı tərənnüm olunmuş, təbiətə qayğıkeş münasibət bəsləmək hissi təbliğ olunmuşdur. 

Aşıqların təbiətə münasibətlərindən bəhs edən akad. H.Araslı  yazır: “Azərbaycan aşıqları 

təbiət  gözəlliklərini  ən  xırda  incəliklərinə  qədər  tərənnüm  etməyə  can  atmışlar.  Onlar  qartalın 

uçuşuna,  ceyranın  yerişinə,  qızılgülün  xoş  görünüşünə,  bənövşənin  bükülmüş  boynuna  ayrıca 

şeir  həsr  etdikləri  kimi,  yazın,  yayın,  payızın  və  qışın  da  Azərbaycan  şəraitindəki 

xüsusiyyətlərini təsvir etmişlər”. 

Bu baxımdan Aşıq Şenliyin iyirmi üç bənddən ibarət olan “Qış ilə baharın deyişməsi” şeiri 

maraq  doğurur.  Deyişmə  şəklində  qurulan  hər  bir  bənddə  qışın  və  baharın  özünəməxsusluğu, 

gözəlliyi  ən  xırda  incəliklərinə  qədər  tərənnüm  olunur.  Şeirdə  qış  öz  hökmü,  hikkəsi,  qəzəbi, 

“dərələri  dondurması”,  “sarı  qayalar  ovgahını  kəsməsi”,  “dağlarla  ədavət  etməsi”  ilə  öyünür. 

Bahar  həlim  təbiəti,  nəzakəti  ilə  diqqəti  cəlb  edir,  “süsən,  sünbül,  mor  bənövşə”  bitirməsi, 

“cilvəli qızların seyrəngahı” olması ilə fəxr edir. 

 

Qış ilə növbahar düşdülər bəhsə, 




Bahar dedi nəbahatım var mənim, 

Qış dedi ki, zəhmi-zəhər kanıyam, 

El içində ədalətim var mənim. 

 

Bahar der ki, mən özüm yetirrəm



Zövqi-ziynət, nuri-rəhmət bitirrəm. 

Süsən, sünbül, mor bənövşə bitirrəm 

Əlvan-əlvan nəbatatım var mənim. 

Qış dedi ki, mənəm fitnə xaini, 

Donduraram dərələrin suyunu. 

Çox görmüşəm Əbu-Sinan oyunu

Əfsun olmaz təriqətim var mənim. 

 

Bahar dedi, mən qiymətsiz bahayam, 



Savalan yaylağı, el evgahıyam, 

Cilvəli qızların seyrangahıyam, 

Can almağa nəzakətim var mənim. 

 

Qış  ilə  baharın  deyişməsi  qışın  məğlubiyyəti  ilə  nəticələnir.  Bahar  öz  isti  nəfəsi,  “abü-



zülalı”  ilə  qışı  təslim  edir.  Təbiət  öz  yaşıl  donunu  geyir,  insanlara  xoş  əhvali-ruhiyyə  bəxş 

etməklə  onlara  daha  çox  xeyir  verir.  Elə  buna  görə  Şenlik  yaradıcılığında  bahar  fəslinə  dönə-

dönə müraciət edir, təbiətin oyanış dövrü kimi bahar fəsli aşığın ilhamını qanadlandırır: 

 

Salsalın bağına uğrayanda yol, 



Baxdıq ki, xoş oynar gül ilə bülbül. 

Şiddəti-müzəyyən, bənövşə, sünbül, 

Sanarsan açılıb fəsli növbahar. 

 

Əzəli-əbədi  təbiətə  məhəbbət,  onun  flora  və  faunasının  qorunması  aşığın  “Qartal” 



qoşmasında  öz  əksini  tapmışdır.  Qartal  istər  yazılı  ədəbiyyatda,  istərsə  də  folklorda  həmişə 

məğrurluq, ucalıq rəmzi  kimi  diqqəti cəlb  etmişdir. Qoşmanın  ideya-məzmunundan göründüyü 

kimi,  Aşıq  Şenlik  təbiətin  bu  vüqarlı  quşunun  məhv  edilməsinə  qəzəblənir,  qartalın  ölümü  ilə 

sanki aşığın ürəyinə dağ çəkilir: 

 

Nə baxırsan məlul-məlul üzümə



Qoydun ürəyimə vərəmi, qartal. 

Qanad çaldın, pərvaz etdin uçmağa, 

Zalım güllə kəsdi aranı, qartal. 

 

Aşıq  qartalın  özünəməxsus  xüsusiyyətlərini  bədii  boyalarla  ifadə  edir.  Uca,  yalçın,  şiş 



qayaların zirvəsində dayanmış qartal həmişə öz ovuna qarşı amansız olmuşdur. 

 

Zəhmin ağır, pəncən aslan pəncəsi



Qorxundu quşların zor işgəncəsi, 

Ovçusan, ovçunun olmaz gecəsi... 

Gör saldın yadıma haranı, qartal? 



 

Lakin “sarı gözlü, məğrur başlı” qartalın insafsızcasına öldürülməsi oxucuda təəssüf hissi 

oyadır. 

 

Sarıdı gözlərin, məğrurdu başın, 



Caynaqlıdır pəncən, kəskindir dişin

İnsafsız, zülmkar zabit yoldaşın, 

Öldürməkdi səni məramı, qartal. 

 

Aşıq  Şenlik  qartalın  ölümünü  şerin  poetik  anlamında  zülm-sitəm  kimi  qiymətləndirir. 



Aşığa görə ən qüdrətli loğmanlar belə qartalın yarasını sağaltmaqda acizdirlər: 

 

 



Səfil Şenlik zülm eylədi sənə, 

Çalardın, çapardın, batardın qana, 

Dərdin həddən aşıb, ta gəlməz sana, 

Loğman da sağaltmaz yaranı, qartal. 

 

“Qartal”  rədifli  qoşma  oxucuda  təbiətə,  onun  nadir  faunasına  qarşı  qayğıkeş  münasibət 



bəsləməyi təbliğ edir. Qoşma sənətkarlıq baxımından Aşıq Şenliyin ən yaxşı şeirlərindən biridir. 

Aşığın  qartal  haqqında  işlətdiyi  bənzətmələr  təbii  və  inandırıcıdır.  Qoşmada  qartalın  pəncəsi 

aslan  pəncəsinə  bənzədilir.  “Ovçusan,  ovçunun  olmaz  gecəsi...”  misrası  xalq  məsəli  kimi  elat 

deyimində-duyumunda  məşhurdur.  Aşıq  Şenliyin  məhəbbət  lirikası  öz  bəşəriliyi  ilə 

səciyyələnməklə  bərabər,  insanın  zahiri  gözəllikləri  daxili-mənəvi  aləmlə  vəhdətdə  tərənnüm 

edilmişdir.  Saf,  ülvi  məhəbbət,  təmiz  ad-san  bəşəri  mahiyyətli  əmanət  kimi  gələcək  nəsillərə 

ərməğan verilir. 

İctimai-siyasi  motivlər.  Aşıq Şenliyin  poeziyasında ictimai-siyasi  motivlər öz kəskinliyi 

ilə  diqqəti  cəlb  edir.  Bu,  hər  şeydən  əvvəl  aşığın  cəmiyyətdə  baş  verən  ictimai,  sosial-siyasi 

hadisələrə obyektiv münasibəti ilə səciyyələnir. Dərin həyati müşahidələrin nəticəsi kimi yaranan 

şeirlərdə aşığın hadisələrə olan fəal vətəndaşlıq mövqeyi diqqətəlayiqdir. 

Aşıq  Şenlik  xalqının  övladı  kimi  yaradıcılığı  boyu  zəhmətkeşlərin  hüquq  və  mənafeyi 

uğrunda  mübarizə  aparmış,  haqqın,  həqiqətin,  sosial  ədalətin  carçısı  olmuşdur.  Aşığın 

yaradıcılığında ictimai-siyasi motivləri araşdırarkən, həmin dövrün ictimai-siyasi mühitinə nəzər 

yetirmək lazımdır. 

Məlumdur ki, yalnız Zaqafqaziya xalqları deyil, Türkiyənin Qars-Anadolu bölgələri də Çar 

Rusiyasının işğalına məruz qalmışdır. Xüsusən, aşığın  yaşadığı  dövrdə  Qarsı öz hakimiyyətinə 

tabe edən çar çinovniklərinin, pristavlarının özbaşınalığı, zülm, mühacirlik, 1905-1907-ci illərdə 

erməni-müslman ixtilafları, yerli bəylərin istismarı və s. hadisələr Aşıq Şenliyin yaradıcılığında 

öz  əksini  tapmışdır.  Elə  Aşıq  Şenlik  yaradıcılığının  mütərəqqi  cəhətlərindən  biri  də  onun 

dövrünün  vətəndaşlıq  borcu  kimi  ictimai  hadisələrə  fəal  münasibətindədir.  El  sənətkarı  Aşıq 

Şenlik  də  xalq  üçün  yaşayıb-yaratmışdır.  O  da  bir  çox  müdrik  sələfləri  kimi,  vətəndaşlıq 

mövqeyinə  sadiq  qalmış,  bütün  yaradıcılığı  boyu  bu  cəhəti  şeirlərinin  işlək  məqamında 

yaşatmışdır: 

 

Yoxsulluq çətindir fani dünyada, 



Səni möhtac edər düşmənə, yada, 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə