Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

ədəb-ərkana,  xeyirxahlığa,  ürəyi  açıqlığa  səsləyir.  Bu  mənada,  Aşıq  Şenliyin  lirik  poeziyasını 

ideya-mündəricəsinə görə aşağıdakı şəkildə qruplaşdırmaq məqsədəuyğundur: 

a) məhəbbət lirikası; 

b) ictimai-siyasi motivlər; 

c) nəsihətamiz-didaktik motivlər. 

Məhəbbət  lirikası.  Sələfləri  kimi,  Aşıq  Şenliyin  də  yaradıcılığının  əsas  ilham  mənbəyi 

ülvi məhəbbət, insan gözəlliyi olmuşdur. Məhəbbət insanda olan hisslərin ən alisi, ən ülvisidir. 

Bu  hiss  insanın  mənəvi  aləmini  zənginləşdirir,  insanı  daxilən  saflaşdırır,  onun  həyat  eşqini, 

yaşamaq və yaratmaq əzmini gücləndirir. 

Aşığa görə, ailə özlüyündə kiçik olsa da, ən ali, toxunulmaz bir cəmiyyətdir. Buna görə də 

aşıq  bəşəri  məhəbbətin  saflığını,  bütövlüyünü  qorumağı,  onun  ülviliyinin  keşiyində  durmağı 

məclis əhlinə dönə-dönə tövsiyə edir: 

 

Könül, hər qəflətə enmə



Ya dalınır, ya dalınmaz. 

Məhəbbət bir ərməğandır, 

Ya bölünür, ya bölünməz. 

 

Aşığın  lirik  “mən”i  öz  mübarizliyi,  sabitqədəmliyi,  vəfalılığı,  gələcəyə  nikbin  baxışı  ilə 



diqqəti  cəlb  edir.  Şeirdəki  “mən”  Məcnun  duyumlu  Aşıq  Şenlik  deyil,  könülləri  fəth  edən  söz 

xiridarı  Aşıq  Şenlikdir.  Onun  məhəbbət  şeirləri  təkcə  gözəlin  zahiri  görünüşünün  təsvirindən, 

yandırıcı ah-zardan, umu-küsülərdən ibarət deyildir. Bu məhəbbət insanları daxili ehtiyacı kimi 

daim  onları  bir-birinə  yaxınlaşdıran,  ünsiyyət  yaradan  məhəbbətdir.  Məhz  Aşıq  Şenlik  də 

məhəbbətin ülviliyinin tərənnümündə heç bir bədii detalı, boyanı əsirgəməmişdir. 

Aşıq  Şenliyin  poeziyasında  tərənnüm  olunan  lirik  qəhrəman  sadəliyi  və  səmimiliyi  ilə 

seçilsə  də,  öz  məhəbbəti,  vüsalı  yolunda  mübarizə  aparmağa  qadirdir.  Lirik  qəhrəman 

məhəbbətinin  saflığını  qorumaq,  sevgilisinə  qovuşmaq  üçün  dünyanın  bütün  ağrı-acısına 

dözməyə, hətta lazım gəlsə həyatından belə keçməyə hazırdır: 

 

Bir söz deyim, ay qız məndən incimə, 



Ah çəkib qəmlərə batma, sevgilim. 

İstəsən yolunda can da verərəm, 

Sən məni kənara atma, sevgilim. 

 

Aşıq  Şenliyin  məhəbbət  lirikası  bəşəridir.  Lirik  “mən”in  duyumları  dinamikdir,  könül 



oxşayandır.  Süstlük,  zikr  etmə  Şenlik  aşiqlərinə  yaddır.  Gözəllik,  həya-ismət,  qeyrət  poetik 

məqamlarda ön plandadır. Şenlik lirikasında məhəbbət amala, ideala layiq duyumlarla zəngindir. 

Onun  “Eşq  atəşidir”  qoşmasında  saf  məhəbbətin  poetik  tərənnümündə  özünəməxsus 

xüsusiyyətlər  nəzərə  çarpır.  Lirik  qəhrəman  nəcib  insani  keyfiyyətlərə  malik  olmaqla  bərabər, 

onda  daxili  bir  qürur,  gələcəyə  inam  hissi  güclüdür.  O,  heç  bir  “xana,  sultana  baş  əymədiyi” 

halda, saf məhəbbəti, eşqi, idealı uğrunda hər cür əzab-əziyyətə, məhrumiyyətlərə sinə gərməyə 

hazırdır: 

 

Hikmət məclisində olan alimlər, 



Çeşmimi sel edən eşq atəşidir. 

Baş əyməz ikən mən xana, sultana, 




Məni müşgül edən eşq atəşidir. 

 

Aşığa görə, eşq insanı həyatda mənəvi cəhətdən dözümlü edir, eşqin ucbatından sinəsi oxa 



düçar olan və nəticədə səadətə qovuşan lirik qəhrəman Şərq  ədəbiyyatında ümid simvolu  kimi 

işlənən Yunislə müqayisə olunur. Eşqin insan idrakına, psixologiyasına təsir etdiyi, insanda təbii 

potensial imkanların genişlənməsinə xidmət göstərdiyi nəzərə çatdırılır. Azad sevgiyə qadağalar 

qoyulduğu,  ictimai  haqsızlığın  mövcud  olduğu  bir  zamanda  Məcnun  “eşq”  adlı  dünyasını  bu 

cəmiyyətdən  uzaqlaşdırır,  onun  saflığını,  paklığını  azad  təbiətin  qoynunda  yaşadır.  Məcnun  öz 

səadətinə qovuşmasa da, eşqi ideal səviyyəsinə qaldırılır. Aşıq Şenliyin də eşqi müqəddəs amal 

səviyyəsində tərənnüm etməsi o deməkdir ki, gənclərimiz eşqi qeyri-adilikdən adiliyə, əyləncəyə 

çevrilməsinə yol verməsinlər: 

 

Yunis kimi mən qalmışam dəryada, 



Qoy haqqı sevənlər yetsin imdada

Yeddi il Məcnunu çöldə, səhrada, 

Leylaya qul edən eşq atəşidir. 

 

Yaxud: 



 

Binəva bülbülü güldən ötəri, 

On bir ay lal edən aşq atəşidir. 

 

Aşıq eşqin müqəddəsliyini nəzərə çarpdırmaq üçün xalqın qədim mifoloji-fəlsəfi görüşləri 



ilə bağlı yeddi, on bir rəqəmlərindən istifadə etmişdir. 

Lirik  qəhrəmanın  eşqi  oxucuda  özünə  inam  hissini  artırır.  Bu  eşq  insan  idrakına,  onun 

fiziki  kamilliyinə  böyük  təsir  göstərir.  Şirinin  eşqi  Fərhada  elə  bir  fiziki  və  əqli  kamillik  bəxş 

edir ki, o, dağları belə fəth edir: 

 

Şenlik der: düşünün keçən işləri, 



Nə sorarsız məndən bu təşvişləri, 

Fərhad külüng ilə dəldi daşları, 

Dağlarda yol edən eşq atəşidir. 

 

Lirik  qəhrəmanın  məşuqəsinə  bəslədiyi  səmimi  məhəbbət  duyğuları  aşığın  təcnislərində 



daha qabarıq ifadə olunmuşdur. Burada sevən aşiqin qəlb çırpıntılarını, sevdiyi gözəldə qarşılıqlı 

məhəbbət  hissi  oyatmasını  duyuruq.  Lirik  qəhrəman  üçün  məhəbbətin  cəfası  da  şirindir. 

Məhəbbət yolunda çəkilən cəfanın səfası, səadəti insan ömrünü zinətləndirir: 

 

Ala gözlüm, məni Məcnun eylədin



Xumarlanıb sərxoş baxma bir yana. 

Əzizinəm bir yana, 

Dara zülfün bir yana, 

Od saldın ürəyimə, 

Bir alışa, bir yana. 

Əgər bənd olmasam zülfün telinə

Baş götürrəm bu ölkədən bir yana. 



 

Yaxud: 


 

Çox çəkmişəm cövrü-cəfa bu canda, 

Göz önündən pünhan olma bir yana. 

 

Aşığın lirik qəhrəmanı öz sevgilisinə qəlbinin iztirabını, səmimi duyğularını açıb söyləyir. 



Aşıq öz eşqinə sadiqliyini, vəfalılığını bildirmək üçün bütün imtahanlara, sınaqlara hazırdır: 

 

Bir salatın məni təklif eylədi, 



Doldurdu badəni, oğlan, bir-bir çək. 

Mən aşığam bir-bir çək, 

Bir-bir doldur, bir-bir çək. 

Yığ gözəllər karvanını, 

Gəl qarşımdan bir-bir çək. 

Dedim: ay qız, qəm dağları var məndə

Dedi: gətir sinəm üstə bir-bir çək. 

Mövlam mənə nəsib etdi bir səni

Bülbül könlüm bir gül istər, bir səni. 

Mən aşığam bir səni, 

Vəsfim anlar bir səni, 

Şəmsdən ziyalı billəm, 

Bir qəməri, bir səni. 

Min gözələ mən vermərəm bir səni, 

İnanmazsan imtahana bir-bir çək. 

 

Aşıq  Şenlik  gözəlin  zahiri  görünüşünün  tərənnümündə  təbii  bənzətmələrdən,  poetik 



detallardan özünəməxsus tərzdə istifadə etmişdir. El gözəllərinin təbiətin əsrarəngiz gözəllikləri 

ilə  qarşılıqlı  müqayisədə  tərənnüm  edilməsi  poetik  məqamda  bir  özünəməxsusluq  yaratmışdır. 

Öz  təbii  gözəlliyi  ilə  könül  oxşayan  sevgili  özünə  “tovuz  kimi  sığal  vermiş”,  süni  təmtəraq, 

boyadan  uzaqdır.  On  beş  günlük  ay  parlaqlığı,  cazibədarlığı  ilə  mələksifət  gözəllə  müqayisə 

məqamına qaldırılır: 

 

Tovuz kimi sığal verib özünə



Bəxtəvərin avazına nə söz var? 

Təzələnib on beş günlük ay kimi, 

Mələksifət, mah üzünə nə söz var? 

 

 



 

Aşıq  təbii  insani  gözəlliyi  daha  qabarıq  göstərmək  üçün  gözəlin  yanağındakı  qırmızılığı 

xaşxaş  (lalə)  xəzəlinə  (yarpağına)  bənzədir.  Çünki  xaşxaş  yarpağı  özünün  təbii  görkəminə, 

mütənasib  formasına  görə  yaraşıqlı,  estetik  duyumludur.  Burada  insanda  olan  təbii  gözəlliklə 

təbiət  gözəlliyinin  harmoniyası  özünü  biruzə  verir.  Digər  tərəfdən  gözəlin  “qəh-qəh  çəkib 

gülməsi” kəklik misalı, şirin, lətafətli danışığı bülbül avazıdır: 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə