Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə12/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

Sələm yeyənlərdən, rüşvətxordan, 

Mənim saz çalmağım ondan yaxşıdı. 

 

Aşıq Şenliyin bu şeiri isə belədir: 



 

Bir kəs könül sənə etmad etsə

Biliynən ki, onun zatı yaxşıdı. 

Namərd leyli nahar plov yedirtsə, 

Mərdin quru məhəbbəti yaxşıdı. 

 

Hərcayi əlindən dəng oldum başdan



Baş qafa adamdan, ürəyi daşdan

Bədnəzər qonşudan, kötü yoldaşdan

Qədirbilənlərin iti yaxşıdı. 

 

Dad həzar əlindən pərgarsız sazdan, 



Ver qurtar özünü nəzir-niyazdan, 

Gəyəzən gəlindən, güləyən qızdan, 

Söyləyən arvaddan lotu yaxşıdı. 

 

Qul Şenlik sözünü söylədi sağdan



Piltəli çıraxdı şamdanı yağdan, 

Çörəksiz otaqdan, meyvəsiz bağdan, 

Çayır çəmənlərin otu yaxşıdı. 

 

Yuxarıda göründüyü kimi, Azərbaycanın qüdrətli şairi Ələsgər Şenliyin şeirlərindən geniş 



ölçüdə etkilənmişdir” qətiyyən düz deyil. 

E.Aslanın  Aşıq  Şenliyin  adına  verdiyi  qoşma  ondan  yaşca  böyük  olan  Aşıq  Hüseyn 

Şəmkirlinin  /1811-1891/  məşhur  “Yaxşıdır”  rədifli  qoşmasının  üç  bəndində  də  bir  əsaslı  fərq 

yoxdur. Lakin qoşmanın son misrası başqa şeydir. 

 

Aşıq Hüseyn söylər kəlməni teydən



Dərsimi almışam əlifdən beydən, 

Bəzəksiz otaqdan, gözəlsiz öydən, 

Çölün, biyabanın otu yaxşıdır. 

 

Aşıq  Şenliyin  adına  verilmiş  qoşmada  misralara  yeni  söz  və  ifadələr  artırmaqla  şeirin 



ahəngdarlığına xələl gətirilmişdir. 

Digər  tərəfdən  Aşıq  Ələsgər  yaşca  Aşıq  Şenlikdən  böyükdür.  Əgər  Aşıq  Şenlik  Aşıq 

Ələsgərə    təsir  etmiş  olsaydı,  onda  Aşıq  Ələsgər  də  öz  yaradıcılığında  heç  olmazsa  lirik-epik  

janra-dastançılığa  ciddi  meyl  edərdi.  Göyçə  aşıq  mühitində  yetişən  Aşıq  Ələsgər  qüdrətli 

sənətkardır.  O,  aşıq  sənətinin  aparıcı,  yaradıcı  söz  ustasıdır.  Novator  sənətkar  kimi  aşıq 

poeziyasını  yeni  şeir  şəkilləri  ilə  zənginləşdirmişdir.  Şübhəsiz,  eyni  dövrdə  yaşayan  iki  ustad 

sənətkarın  qarşılıqlı yaradıcılıq ilgiləri var idi. 

Aşıq  Şenlik  də  yaradıcı  sənətkardır.  Lakin  o,  Aşıq  Ələsgərdən  yaradıcı  faydalanmışdır, 

lakin heç vaxt onu təkrar etməmişdir. 



Qeyd etmək yerinə düşərdi ki, Ensar Aslanın “Təcnis Aşıq Şenliyə qədər ədəbiyyatımızda 

pek  kullanılmazdır.  Bu  türkü  ədəbiyyatımıza  tam  mənasıyla  mal  edən  və  bunun  ən  gözəl 

örnəklərini  verən  Şenlikdir”.  -mülahizəsinə  görə  prof.  V.Vəliyev  onu  qınağa  çəkimişdir.  Ensar 

Aslan  “ədəbiyyatımız”  dedikdə,  Azərbaycan  aşıq  ədəbiyyatını  deyil,  türk  ədəbiyyatını  nəzərdə 

tutmuşdur. Bu fikri E.Aslan daha da genişləndirərək yazır: “İştə səscə eyni anlamları fərqli olan 

bu kəlmələrə yapılmış olan böylə şerlərə aşıqlar “təcnis” derlər. Əgər bizim örnəkdə olduğu kimi 

qoşma, yəni yedəkli qoşma olunca buna da aşıq dilində “cığalı təcnis” deyilir. Azərbaycan sahəsi 

aşıqlarının kullandığı bu türü bizə mal edən, aşıq ədəbiyyatımıza gətirən Aşıq Şenlikdir”.     

Bizim  əlimizdə  olan  materiallardan  göründüyü  kimi,  Aşıq  Şenlik  ömrünün  sonlarında 

təcnisin  bir  neçə  nümunəsini  yaratmışdır.  Bu  da  şübhəsiz  ki,  Aşıq  Ələsgərlə  onun  görüşündən 

sonrakı  dövrlə  bağlı  olan  hadisədir.  Aşıq  Şenliyin  “Mövlam”  rədifli  cığalı  təcnisi  elə  ölüm 

ayağında /zəhərləndiyi vaxt/ yaranmışdır. 

Şübhə etmirik, Aşıq Şenliyin yaradıcılığının forma və məzmun rəngarəngliyi baxımından 

zənginləşməsində  Aşıq  Ələsgərin,  ümumiyyətlə,  Azərbaycan  aşıq  məktəbinin  güclü  təsiri 

olmuşdur. 

Türk  forlklorşünasları  folklorun  bu  və  ya  digər  nəzəri  məsələlərindən  danışanda  həmişə 

Aşıq  Şenliyə  müraciət  etmişlər.  Folklorşünas  Hikmət  Dizdaroğlu  Aşıq  Şenliyin  qəzəl  janrında 

şeirlər  yazdığını söyləyir:  “Ancaq oxuma,  yazma bilmədikləri,  örgənim görmədikləri halda,  bu 

kuralın  dışına  çıxan,  aruzla  söyləyən  aşıqlar  da  vardır.  /Summani,  Aşıq  Şenlik  kimi/”.  Demək 

lazımdır  ki,  aşıq  ədəbiyyatı  tarixində  qəzəl  yazan  aşıqlara  /Aşıq  Ələsgər,  Molla  Cuma,  Dollu 

Mustafa və s./ təsadüf olunur. Lakin Aşıq Şenliyin istər Azərbaycan, istərsə də Türkiyədə nəşr 

olunmuş əsərlərində qəzələ təsadüf olunmur.  Əsasən heca vəznli şeirlər  sazın  pərdə düzümünə 

ahənglə  kökləndiyində,  əruz  vəznli  şeirlərə  aşıqların  yaradıcılığında  nadir  hallarda  təsadüf 

olunur.  Aşıq  Şenlik  də  sələfləri  və  müasirləri  kimi  aşıq  ədəbiyyatında  geniş  yayılmış  şeir 

formalarından gen-bol faydalanan ustadlardandır. Xüsusilə, onun da Abbas Tufarqanlı, Koroğlu, 

Aşıq  Valeh,  Məlikballı  Qurban,  Molla  Cümə  kimi  aşıq  ədəbiyyatında  az-az  təsadüf  olunan 

vücudnaməyə  müraciət  etməsi,  divanının  ölçü,  qəlibindən  fərqli  Şəki  sicilləməsi  yaratması, 

yaradıcılığının ideya, məzmun xüsusiyyətləri, özünəməxsusluğu Aşıq Şenliyin kamil el sənətkarı 

olmasına vəkalət verir. 

Aşıq  Şenlik  XIX  əsr  saz  aşıqları  içərisində  öz  dəsti-xətti  olan  sənətkardır.  Onun  ədəbi 

irsinin toplanması, nəşri, geniş  oxucu kütlələrinə çatdırılması  xeyirxah bir iş  olardı.  Ustadın  el 

arasında  müdrik  qocaların  sinədəftərində  olan  irsinin  toplanılması,  çap  nüsxələri  ilə 

tutuşdurulması folklorşünaslığımızın qarşısında duran başlıca vəzifələrdən biridir. 

 

  



 

AŞIQ ŞENLİYİN LİRİKASI 

 

Aşıq  Şenlik  də  sələfləri  kimi,  klassik  aşıq  şeiri  ənənələrindən  bəhrələnərək  zəngin 



yaradıcılıq  yolu  keçmişdir.  Aşığın  lirik  poeziyası  öz  bəşəriliyi,  xəlqiliyi  ilə  diqqəti  cəlb  edir. 

Ustad Şenlik real həyati müşahidələrinə əsaslanaraq yaşadığı dövrün tələblərinə cavab verə bilən 

ən aktual, məzmunca ən kamil sənət əsərləri yaratmışdır. 

Lakin  aşığın  lirik  poeziyası  öz  ideya-məzmun  xüsusiyyətlərinə  görə  fərqlənir.  Ənənəvi 

olaraq saf məhəbbəti tərənnüm etməklə bərabər, o həm də dövrünün ictimai-siyasi hadisələrinə 

də öz sənətkar mövqeyini  bildirir. Digər tərəfdən aşıq  ustad kəlamları  ilə insanları  doğru  yola, 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə