Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

                                      

Sən ümmansan, dərya sənə tay olmaz, 

Ulduz günəş olmaz, ülkər ay olmaz

Hər aşıqlar bu sənətdə sayılmaz, 

Qədəm qoydun bu diyara xoş gəldin. 

 

Mən Aşıq Şenliyəm, bəllidir adım, 



Şahi-mərdan olub mənim ustadım, 

Deməynən qorxuram, ucadır zatım, 

Qədəm qoyun bu diyara xoş gəldin. 

 

Qoşmanın tapşırma bəndi, Şenliyin məlahətli oxuması, ədəb-ərkanı Aşıq Ələsgərin xoşuna 



gəir. O idi ki, Aşıq Ələsgər üzünü tutur Alı ağaya deyir: 

 



Mənim sazımı gətirin. 

Sonra Aşıq Şenliyə deyir: 

 

Aşıq  Şenlik,  sənin  sözünə  cavab  verməsəm,  dilim  ağzımda  kösöv  olar,  ürəyim  çalın-



çarpaz dağlanar.  

Alı ağa deyir. 

 

Aşıq  Ələsgər,  bilirsən  ki,  ev  bir  az  uzaqdır.  Olmazmı  ki,  elə  sözünü  Şenliyin  sazı  ilə 



deyəsən. 

Aşıq Ələsgər gülümsəyib deyir: 

 

O saz mənimlə danışmaz. 



Camaat bir-birinin üzünə baxır ki, “niyə danışmır, hər ikisi aşıq deyilmi?”. Sazı gətirdilər. 

Aşıq Ələsgər sazı döşünə basıb sol əli ilə çalanda gördülər ki, doğrudan da, Aşıq Şenliyin sazı 

onunla danışmaz. Aşıq Ələsgər dedi: 

  

 



Səni gördüm mənim könlüm şad oldu

Doğrudan da, vəfalısan, a Şenlik. 

Sinən dərya deyil, ümmandı, seldi, 

Doğrudan da, vəfalısan, a Şenlik. 

 

 

Xəliqi-ləmyəzəl qismətin verdi, 



İstəkli bəndəsən,üstündə durdu. 

Şarinlə bəzədin bu gözəl yurdu

Doğurdan da, vəfalısan, a Şenlik. 

 

Ələsgərəm, Göyçə elim var mənim, 



Qardaş olaq, şirin dilim var mənim. 

Səfərdəyəm, uzaq yolum var mənim, 

Mən gedirəm sən burda qal, a Şenlik. 

 

Aşıq  Ələsgər  sözünü  qurtarıb  sazını  Alı  ağaya  verdi.  Məclisdəkilər  onun  da  çalıb-



çağırmasını xahiş etdikdə, Aşıq Ələsgər dedi: 

 



Xeyr,  ustad  sənətkar  məclis  aparan  sənətkarın-özü  də  Aşıq  Şenlik  kimi  ədəb-ərkanlı 

ustadın nəmərinə şərik çıxmaz. 




Həmin  günün  səhərisi  Aşıq  Ələsgər  Göllü  kəndinə  gedəsi  oldu.  Aşıq  Şenliklə  vidalaşıb 

ayrılanda hər ikisi iki xana söz dedi. 

Beytin birinci tərəfini Aşıq Şenlik, ikinci tərəfini Aşıq Ələsgər tamamladı. 

 

Aşıq Şenlik: 



Eşitmişəm bu dünyanın, 

Əzəl-axır yaxşılıqdır. 

Aşıq Ələsgər:  Könül sevən hər insanın, 

Əzəl-axır yaxşılıqdır. 

Aşıq Şenlik:   Usta Şenlik Suxaralı, 

Ələsgər Göyçə mahallı. 

Aşıq Ələsgər:  Nəyə lazım qalmaqalı, 

Əzəl-axır yaxşılıqdır. 

Hər ikisi əl tutub ayrıldılar”. 

Göründüyü  kimi,  “ustadından  dərs  alıb  daha  dərinə  dalan”  hər  iki  ustad  sənətkar  bir-biri 

ilə:  

 

Nəyə lazım qalmaqallı, 



Əzəl-axır yaxşılıqdı”-deyə ülfət bağlamışdılar. 

 

Aşıq  Ələsgərlə  Aşıq  Şenliyin  görüşündən  bir  parçanı    filologiya  elmləri  namizədi 



M.Cəfərov “Şərq qapısı” qəzetində çap etdirmişdir. Aşıq İsgəndər Ağbabalıdan yazıya aldığımız 

nümunədən fərqli olaraq, misraların biri “kabeyi Beytulla qismətin verdi”-şəklindədir. 

Təqdim  etdiyimiz  nümunədəki  “xaliqi-ləmyəzəl”/əbədi  yaradılan/  ifadəsinə  Aşıq  Ələsgər 

yaradıcılığında təsadüf olunur. 

 

Xaliqi-ləmyəzəl-allah, 



Möcüz bir qətrə eyləyib. 

Görün bir qətrə mənidən

Nə curə insan eyləyib! 

 

Biz  də  həmin  misranı  “  Xəliqi  ləmyəzəl  qismətin  verdi”-şəklində  verməyi  lazım  bildik. 



Şübhəsiz, həmin söyləmədə Aşıq Ələsgərin üslubuna müəyyən qədər xələl gəlmişdir. 

Aşıq  Şenlik  yalnız  Borçalı  mahalında  deyil,  Türkiyənin    Ərzurum,  Qars,  Ərdəhan  

bölgələrində  yaşayan  sənətkarları  da  maraqlandırmışdır.  Həmin  bölgələrdə  yaşayan  tanınmış 

aşıqlar onunla görüşmək, deyişmək, yaradıcılıq söhbətləri etmək üçün Çıldır mahalına gəlirdilər. 

Aşıq Mustafa, Aşıq Summani, Aşıq Zülali və başqaları belə sənətkarlardan idi.  

Aşıq Şenliklə görüşməyə gələn ustad sənətkarlar arasında Aşıq Summani daha çox maraq 

doğurur. Aşıq Summani Ərzurum ellərində sazı-sözü ilə tanınan, el sənətkarlarının söyləməsinə 

görə  “haqq  vergisi”  almış  ustad  sənətkardır.  Aşıq  Şenliklə  görüşünün  məqsədi  də  saz-söz 

sənətindəki qüdrətini göstərməkdir: 

 

Dost elinə varmaq şərəf dedilər  



Dərdlilər halına arif dedilər, 

Səni eşq əhlinə sərraf dedilər, 

Qiymət üçün gövhər-kana gəlmişəm. 

 



Aşıq Şenlik “usta ilə ülfət” məqsədilə gəlmiş Summanini deyişməyə çəkir. Summani Aşıq 

Şenliyin bütün kəlamlarına məharətlə cavab verir. 

 

Summani: 



 

Mənim kimi yar eşqiylə tutuşan

Bir zaman da böylə gəzər pərişan, 

Bir nur doğsa aləm olsa urüşən 

Əlilə, zəlilə, kora fayda nə? 

 

Aşıq Şenlik: 



 

Sevda etdi məni böylə müşkül hal

Bir zaman eşq ilə quraq qalmaqal, 

İstər xəyal söylə, istər vəsfi-hal

Sağıra, dilsizə, kara fayda nə? 

 

Bu  deyişmədə  hər  iki  sənətkarın  öz  xarakterik  xüsusiyyəti,  zəngin  düşüncə  tərzi  aşkara 



çıxır.  Summani  Aşıq  Şenliyin  imtahanından  üzüağ  çıxır.  Şenlik  Summaninin  istedadlı  bir  aşıq 

olduğunu  yüksək  qiymətləndirir.  Aşıq  Şenliyin  şagirdlərindən  Aşıq  Süleyman,  Aşıq  Məhmət, 

Aşıq  Əsgər/  Çıldır  mahalından  /Aşıq  Nəsib,  Corru  Məhəmməd  /hər  ikisi  Ağbabalı/,  Aşıq 

Balakişi, Aşıq Əhməd/  Axırkələk və Əsmincə rayonlarından/, Şahmahmudlu usta  Abdulla  və 

başqaları ədəb-ərkanda, sənətin yayılmasında həmişə ustadın ad-sanını uca tutmağa çalışıblar. El 

ağsaqqallarının  söyləməsinə  görə,  Aşıq  Şenlik  bir  şəxsiyyət  kimi  xeyirxah  insan  olmuşdur.  O, 

gəncliyində gözləri tutulmuş, şairlik istedadına malik Aşıq Nəsibə qayğıkeşliklə yanaşıb,  səbrlə 

ulu  sənətimizin  sirlərini  öyrətmişdir.  Aşıq  Nəsib  yaradıcılığında  Aşıq  Şenliyin  təsiri  aydın 

duyulur. 

 Onun  yazıya alınmış və çap olunmuş şeirlərindəki bədiilik, el-obaya məhəbbət duyğuları 

istedadlı bir aşıq olduğunu göstərir: 

 

Bu Ağbaba oylağından, 



Bir cüt gözəl gəldi keçdi. 

Qızıl tənə qulağında, 

Bu dərdimi bildi keçdi.  

 

Biri eşq əlindən xəstə, 



Almayanaq, boyu bəstə, 

“Hər nə desən gözüm üstə”. 

Belə dedim, güldü keçdi. 

 

Mən Nəsibə zülüm oldu 



Ağladım, gözlərim doldu, 

Dünya mənə həsrət qaldı, 

Qara günlər gəldi keçdi. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə