Qəşəm Vəliyev


AŞIQ ŞENLİYİN HƏYATI VƏ MÜHİTİ



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   2   3   4   5   6   7   8   9   ...   32

  

 

AŞIQ ŞENLİYİN HƏYATI VƏ MÜHİTİ 



 

Doğu  Anadolunun  Çıldır  mahalı  XIX  yüzilliyin  sonu,  XX  yüzilliyin  əvvəllərində  özünün 

yetirdiyi  saz-söz ustaları ilə tanınırdı.  Aşıq Ruhani,  Aşıq  Şenlik, Aşıq Qarani,  Aşıq Gövhəri və 

başqaları  bu  mahalda  doğulub  boya-başa  çatmış,  poetik  duyğuları  ilə  şöhrətlənmiş, 

yurddaşlarının  şad  günündə  sevinmiş,  qəmli-ələmli  günlərində  onlara  ürək-dirək  vermişdir. 

Adları çəkilən sənətkarlar arasında saz-söz ustadı Aşıq Şenlik daha çox seçilirdi. 

Aşıq  Şenliyin  anadan  olduğu  Çıldır  mahalı  tarixi  olaylarla  bağlı  gah  Türkiyənin,  gah  da 

Çar  Rusiyasının  əlində  olmuşdur.  1877-ci  il  Rus-türk  müharibəsi  nəticəsinə  görə  Doğu 

Anadolunun  Qars  vilayəti  1920-ci  ilə  kimi  Rusiyaya  verilməklə  İrəvan  quberniyasına 

birləşdirilmişdir. Aşıq Şenliyin Azərbaycan və Türkiyə ədəbi-mühitində tanınmasında bu amilin 

də təsiri olmuşdur. 

Aşıq Şenliyin həyat və yaradıcılığı haqqında dövri mətbuatda az-çox bilgilər verilsə də, bu 

ustad  sənətkarın  Azərbaycan  folklorşünaslığında  tutduğu  mövqe  və  bədii  irsi  geniş 

araşdırılmamışdır. 

Aşıq  Şenliyin  doğumu  və  ölümü  haqqında  fikir  söyləyən  Türkiyə  alimi  Orxan  Özbək 

aşığın  ölüm  tarixi  barədə  əsaslı  mənbəyə-qəbir  daşına  əsaslanaraq  1853-cü  ildə  anadan 

olduğunu,  1912-ci  ildə  öldüyünü  söyləyir.  Orxan  Özbək  çap  etdirdiyi  “Aşıq  Şenlik”  adlı 

kitabının  son  fəslini  ustadın  başdaşına  yazılmış  beytlə  başlayır.  Vəsiyyətinə  əməl  olunaraq 

başdaşına ölüm ayağında söylədiyi  “Öyünsün”  rədifli qoşmasından bir beyt yazılmışdır: 

 

İstər ixtiyar ol, istər növcavan



Bu dünyada baki qalan öyünsün. 

 

Çıldırlı Şenlik-1912 



Ustadın  qəbri  Çıldır  gölünün  səkkiz  kilometr  şərqində  yerləşən  Suxara 

kəndindədir.Türkiyə  alimi  F.Kırzıoğlu  da  O.  Özbəyə  əsaslanaraq  Aşıq  Şenliyin  1853-cü  ildə 

anadan  olduğunu,  1912-ci  ildə  ölüdüyünü  söyləyir.  Aşığın  qəbrinin  Suxara  kəndinin  qırağında 

yerləşən  “Təzə  məzərlik”  deyilən  yerdə  olduğunu  göstərir.  Biz  də  xeyirxah  niyyətli 

tədqiqatçılarımızın söylədikləri fikirlərə söykənir, Aşıq Şenliyin 1853-cü ildə anadan olduğu və 

1912-ci ildə ölməsi tarixini təsdiqləyirik. 

Aşıq Şenliyin atası Qədir ağa XIX yüzilliyin əvvəllərində Borçalıdan Cıldırdan mahalının 

Suxara kəndinə köçmüşdür. O, əkinçiliklə, ev quşları saxlamaqla öz ailəsini dolandırarmış. Anası 

Züleyxa oxuyub-yazmağı bacaran, aydın zəkalı bir qadın olub. Aşıq Şenliyin kiçik  yaşlarından 

güclü hafizəsi olmasında, hər şeyə maraq göstərməsində anasının köməyi danılmazdır. 

Aşıq  Şenlik  haqqında    el  arasında  yaşayan  xatirələrdən,  el  sənətkarlarının,  müdrik 

qocaların dilindən eşitdiklərimizdən aydın olur ki, ustad ilk təhsilini mədrəsədə almış, dövrün bir 

sıra  elmlərinə  yiyələnmişdir.  Ata-anası  onu  savadlı  bir  adam  kimi  görmək  istəyiblər.  Bu 

məqsədlə də onu öz kəndlərində yaşayan Molla Mehdinin yanında şagird qoyublar. Şenlik güclü 

hafizəsi, bacarığı ilə dini bilikləri asanlıqla mənimsəyir. Bu haqda danışarkən Ensar Aslan yazır: 

“Şenlik də qulaqdan dolma bu dini  bilikləri köyündəki imamlardan və oxuyur-yazar olan anası 

Zalxadan  öyrənməkdədir.  Zalxa,  Şenlik  daha  kiçik  ikən  ona  cəng  kitabları,  dini  qissələr  oxur, 

dinlədirdi. Ayrıca Suxarada Molla Mehdi, Yusif elində Əşrəf  Xoca Şenliyə bu xüsusda yardımcı 

olaraq  dini  bilgilər  vermişdir.  Şübhəsiz,  aşığın  gəncliyində  yiyələndiyi  dini  biliklər  onun 



yaradıcılığında öz əksini tapmışdır. Eyni zamanda vətəni Çıldır mahalının Çar Rusiyasının işğalı 

altında  olması,  gördüyü  haqsızlıqlar,  xalqın  düçar  olduğu  zülm  və  məşəqqətlər  onun  dünya  -

görüşünün formalaşmasına təsir göstərmişdir.  

Aşıq  Şenlik  adı  ilə  tanıdığımız  bu  ustad  sənətkarın  əsil  adı  Həsəndir.  Bunu  aşığın  qızı 

Gülxanımın  xatirələrinə  əsaslanan  Aşıq  İsgəndər  Ağbabalı,  türk  alimləri  O.Özbək,  E.Aslan  da 

təsdiq edirlər. Maraqlıdır ki, Şenliyin əlimizdə olan şeirlərində əsil adının Həsən olduğuna işarə 

edilmir. 

Aşıq  Həsənin  “Şenlik”  təxəllüsü  götürməsi  haqqında  xalq  arasında  müxtəlif  rəvayətlər 

vardır.  Onların  söyləmələrinə  görə,  Şenlik  el-oba,  oymaq  nəğməkarı,  xalq  adamı,  el  adamı 

deməkdir.  “Şenlik”  sözü  həm  də  insanpərvərlik,  müdriklik,  qonaqpərvərlik,  insana  məhəbbət, 

nəciblik  kimi  sifətləri  özündə  əks  etdirir.  El  şənliklərində    şən-şux,  müdrik  kəlamları  ilə  Qars, 

Anadolu,  Ərzurum,  Ayrım  çökəyi,  Dərələyəz,  Şərur,  Qazax,  Borçalı,  Ağbaba  bölgələrində 

aşıqlarla döş-döşə  gəlib  həmişə qalib  çıxdığına və öz şuxluğunu itirmədiyinə  görə “Şenlik” ad 

təxəllüsü də bu ustad sənətkara olan xalq məhəbbətinin ifadəsidir. 

Aşıq Şenliyin gənc yaşlarından şeirlər deməsi ilə bağlı müdriklərin söylədikləri rəvayətlər 

ayrıca  maraq  doğurur.  O  da  bir  çox  dədə  sənətkarlarımız  kimi  sevgilisini  yuxuda  görmüş, 

pirindən  badə  içərək  haqq  vergisi  almışdır.  Fikrimizi    aydınlaşdırmaq  üçün  Aşıq  İsgəndər 

Ağbabalının  ustad  haqqında  söylədiklərinə  diqqət  edək:    “Aşıq  Şenlik”  /Həsən/  bədahətən  söz 

demək qüdrətinə malik  olmuşdur. Həsən 15-18  yaşına qədər atasına kömək edir.  Bir  gün  atası 

qoyun sürüsünü ona tapşırıb kəndə gəlir. Həsən sürünü meşənin ətrafına gətirir, özü isə sürünün 

yanında bir qədər gəzindikdən sonra uzanır. Onu yuxu aparır. Yuxuda görür ki, ağacın dibində 

bir qız durub ona tamaşa edir. Həsən istəyir ki, qıza sarı getsin. Bu zaman qoca bir kişi əlində 

piyalə  ona  doğru  gəlir.  Deyir:  “A  bala,  a  Həsən,  o  qızı  görürsənmi”?  O  qız  sənin  sevgilinin 

camalıdır, ancaq özü deyil. Al bu piyaləni iç, ürəyin sərinləsin”. Piyaləni içəndə Həsənin ürəyi 

od tutub yanır. Huşsuz uzanıb qalır. Qədir kişi görür ki, axşam düşdü, qoyun örüşdən gəlmədi. 

O,  ora-buranı  gəzir,  sürünü  bir  yerə  toplayır,  oğlunu  tapır.  Görür  ki,  yatıb,  aləmi-röyadadır. 

Oğlunu  yuxulu  götürüb  evinə  gətirir.  Həsən  bu  əhvalatı  anasından  savayı  heç  kimə  danışmır. 

Axşam  olur.  Yuxuya  gedəndə  yenə  həmin  şəkil,  həmin  kişi  yuxusuna  girir.  Bu  vaxt  Həsən 

kövrəlib  anasını  səsləyir.  Atası  Qədir  kişi,  dayısı  İbrahim  səsə  gəlirlər.Atası,  dayısı  nə  qədər 

edirlərsə Həsəndən heç bir söz ala bilmirlər. Ürəyi qövr eyləyən Həsən üzünü onlara tutub deyir:  

 

Yığılın əhbablar, yaran yoldaşlar, 



Bir sağalmaz dərdə düşdüm bu gecə. 

Hikməti-pir ilə abu-züladan

Kövsər bulağından içdim bu gecə. 

 

Qüdrət məktəbində verdilər dərsi,  



Zahirdə göründü ərş ilə kürşü

Hifzimdə zəbt oldu ərəbi-farsi

Lüğati-imranı seçdim bu gecə. 

Səfil Şenlik haqdan buldu kamalı, 

Bu fikirlə vəsli halım deməli, 

Bədirlənmiş gördüm gözəl camalı, 

Təğayür hal olub çaşdım bu gecə. 

 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə