Qiymətləndirmənin əsasları (azərb bölməsi) 01



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix26.05.2018
ölçüsü5,01 Kb.
#46396
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

əmsalı  hesablanır  7.  .  Bütün  analoqlar  üzrə  orta  ümumi  kapitallaşma  əmsalı 
hesablanır; 8.Qiymətləndirilən daşınmaz əmlakın orta xalis əməliyyat gəliri analoji 
daşınmaz  əmlak  obyektləri  üzrə  ümumi  kapitallaşma  əmsalına  bölünməklə 
qiymətləndirilən obyektin bazar dəyəri hesablanır. 
a)  1 , 2 , 3 , 6 , 7 , 8  
b)  1 , 2 , 4 , 5 , 7 , 8 
c)  1 , 2 , 3 , 4 , 6 , 7 ,  
d)  1 , 2 , 3 , 5 , 6 , 7 
e)  1 , 2 , 3 , 5 , 6 , 8 
 
 
Sual  142:  Obyektin  satış  qiymətinin  potensial  ümumi  gəlirə  (PGİ)  yaxud  həqiqi 
ümumi gəlirə (EGİ) olan nisbəti nəyi ifadə edir.? 
a)  Ümumi renta mültiplikatoru 
b)  Kapitallaşmanın ümumi əmsalı 
c)  Xalis əməliyyat gəlirini 
d)  Ümumi milli məhsulu 
e)  Düzgün cavab verilməyib 
 
 
 
Sual  143:  Analoqların  bazar  dəyəri  barədə  müqayisə  və  təhlillərin  aparılması 
prosesi  müqayisə  yanaşmasının  tətbiqi  ilə  qiymətləndirmə  prosesinin  neçenci 
mərhələsini əhatə edir ? 
a)  ikinci 
b)  birinci 
c)  beşinci 
d)  altıncı  
e)  heç biri 


Sual  144:  Müvafiq  müqayisə  vahidlərinin  müəyyənləşdirilməsi  prosesi  müqayisə 
yanaşmasının tətbiqi ilə qiymətləndirmə prosesinin neçenci mərhələsini əhatə edir? 
a)  üçüncü 
b)  birinci 
c)  ikinci 
d)  dördüncü 
e)  beşinci 
 
Sual  145:  Əmlak  bazarında  analoji  qiymətləndirmə  obyektləri  üzrə  vəziyyətin 
təhlili  üçün  məlumatların  seçilməsi  prosesi  müqayisə  yanaşmasının  tətbiqi  ilə 
qiymətləndirmə prosesinin neçenci mərhələsini əhatə edir? 
a)  birinci 
b)  ikinci 
c)  dördüncü 
d)  altıncı 
e)  heç biri 
 
 
Sual  146:  Müqayisə  obyektləri  üzrə  təshih  olunmuş  dəyər  göstəriciləri  sırasının 
vahid  göstəriciyə,  yaxud  qiymətləndirmə  obyektinin  dəyəri  diapazonuna 
gətirilməsi  prosesi  müqayisə  yanaşmasının  tətbiqi  ilə  qiymətləndirmə  prosesi¬nin 
neçenci mərhələsini əhatə edir:? 
a)  altıncı 
b)  birinci 
c)  ikinci 
d)  üçüncü 
e)  heç biri 
 
 


Sual  147:  Müqayisə  vahidlərinin  dəyərinin  müqayisə  elementləri  üzrə  təshihinin 
aparılması  prosesi  müqayisə  yanaşmasının  tətbiqi  ilə  qiymətləndirmə  prosesinin 
neçenci mərhələsini əhatə edir:? 
a)  beşinci 
b)  birinci 
c)  üçüncü 
d)  ikinci 
e)  altıncı 
 
Sual  148:  Zəruri  müqayisə  elementlərinin  seçilməsi  prosesi  müqayisə 
yanaşmasının  tətbiqi  ilə  qiymətləndirmə  prosesinin  neçenci  mərhələsini  əhatə 
edir:? 
a)  dördüncü 
b)  birinci 
c)  ikinci 
d)  üçüncü 
e)  beşinci 
 
 
 
Sual  149:  Qiymətləndirilən  obyektin  hüquqi  reallıqları  onun  dəyərinin  və  satış 
qiymətinin  müəyyənləşdirilməsində  həlledici rol oynayır.  Bu  hansı əsas  müqayisə 
elementidir:? 
a)  Ötürülmüş mülkiyyət hüquqları elementi 
b)  satış şərtləri elementi  
c)  Əmlakın yerləşdiyi ərazi elementi 
d)  Qiymətləndirmə obyektinin fiziki xüsusiyyətləri elementi 
e)  Satış vaxtı elementi 
 
 


Sual  150:  Əmlak  bazarında  alqı-satqı  əməliyyatlarının  dinamikasına  və  buna 
müvafiq  olaraq  satış  qiymətlərinin  səviyyəsinə  vaxt  amilinin  təsirini 
müəyyənləşdirməyə imkan verir - Bu hansı əsas müqayisə elementidir:? 
a)  Satış vaxtı elementi 
b)  Ötürülmüş mülkiyyət hüquqları elementi 
c)  Əmlakın yerləşdiyi ərazi elementi 
d)  Qiymətləndirmə obyektinin fiziki xüsusiyyətləri elementi 
e)  satış şərtləri elementi  
 
 
Sual 151: Bu element vasitəsi ilə təshihlər daşınmaz əmlak obyekti borc vəsaitləri 
cəlb  edilməklə  alındıqda,  yaxud  ödənişlər  nağd  pulla  yerinə  yetirildikdə  aparılır- 
Bu hansı əsas müqayisə elementidir:? 
a)  Aktivlərin  əldə  edilməsi  zamanı  maliyyə  hesablaşmalarının  şərtləri 
elementi 
b)  Ötürülmüş mülkiyyət hüquqları elementi 
c)  Əmlakın yerləşdiyi ərazi elementi 
d)  Qiymətləndirmə obyektinin fiziki xüsusiyyətləri elementi 
e)  Satış şərtləri elementi  
 
 
Sual  152:  Qiymətləndirilən  obyektin  faydalılığının  müəyyən  edilməsinə  imkan 
verən  binanın  tikilməsi  tarixini,  onun  mövcud  vəziyyətini,  tikinti  materiallarının 
növünü,  memarlıq  xassələrini,  torpaq  sahəsinin  və  binanın  özünün  ölçülərini, 
formasını müəyyənləşdirməyə imkan verir- Bu hansı əsas müqayisə elementidir:?  
a)  Qiymətləndirmə obyektinin fiziki xüsusiyyətləri elementi 
b)  Aktivlərin əldə edilməsi zamanı maliyyə hesablaşmalarının şərtləri elementi 
c)  Ötürülmüş mülkiyyət hüquqları elementi 
d)  Əmlakın yerləşdiyi ərazi elementi 
e)  Satış şərtləri elementi  


 
Sual  153:  Torpaq  sahələrinin  müxtəlif  təbii  iqlim  zonalarında,  müxtəlif 
kateqoriyalı  yaşayış  məntəqələrində,  müxtəlif  funksional  və  iqtisadi 
planlaşdırılma  zonalarında  və  daha  perspektiv  inkişafa  qadir  olan  regionlarda 
yerləşməsi  bu  kimi  hallarla  dəyəri  dəyişmək  xassəsinə  malikdir-Bu  hansı  əsas 
müqayisə elementidir:? 
a)  Əmlakın yerləşdiyi ərazi elementi 
b)  Satış şərtləri elementi  
c)  Ötürülmüş mülkiyyət hüquqları elementi 
d)  Aktivlərin əldə edilməsi zamanı maliyyə hesablaşmalarının şərtləri elementi 
e)  Qiymətləndirmə obyektinin fiziki xüsusiyyətləri elementi 
 
 
 
Sual  154:  Hazırkı  dövrdə  AQC  nin  idarə  heyəti  tərəfindən  qiymətləndirmə 
fəaliyyəti üçün konkret olaraq aşağıdakı müddəaları əsas kimi qəbul olunur: 
a)  elmi sahə  olmaq etibarilə, qiymətləndirmə fəaliyyəti qiymətləndiricidən 
xüsusi  biliklər,  peşəkar  qiymətləndirmənin  mürəkkəb  məsələlərinin 
həllini tapmaq bacarığı, qiymətləndirmə fəaliyyətinin yüksək peşəkarlıq 
səviyyəsində həyata keçirilməsini tələb edir; 
b)  müxtəlif vasitələrlə, o cümlədən qiymətləndirmə bazarının bütün iştirakçıları 
üçün  bərabər  şərait  yaratmaqla  qiymətləndirmə  xidmətləri  bazarının 
inkişafına və fəaliyyətinin sabitliyinə nail olmaq; 
c)  öz  üzvlərinin  qiymətləndirmə  xidmətlərinin  keyfiyyəti  ilə  bağlı  olaraq, 
üçüncü şəxslərin qeyri-qanuni iddialarından müdafiəsini təmin etmək; 
d)  müxtəlif vasitələrlə üzvlərinin peşəkarlıq səviyyəsini yüksəltmək;  
e)  qiymətləndirmə  xidmətlərinin  istehlakçılarının  maraqlarının  qorunmasını 
təmin etmək. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə