Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

olmuşdu... 
Doğrudan, da uşaq ki, uşaq... Tanabay: 
– Azmışdım, – dedi. Dili topuq vurdu. Ər-arvad beləcə görüşdülər. Arada özgə 
bir söz olmadı. Uşaq  
 
qaçdı, ilxını qayalıqdan çıxarmağa getdi və yalnız o qaçandan sonra qadın 
dilləndi: 
– Heç, deyəsən, paltarını geyməyə də vaxt tapmamısan. Yaxşı ki,  
 
çəkmən, şalvarın yadından çıxmayıb. Heç utanmırsan? O boyda uşaqların 
atasısan, ancaq... 
Tanabay heç nə demədi. Axı, nə deyə bilərdi? 
Bu vaxt ərzində  
 
uşaq ilxını qovub gətirdi, atların hamısı sağ-salamat idi. Caydar uşağı 
çağırdı: 
– Gəl evə, Altıke! Bu gün sizdə də, bizdə də iş çoxdur. Külək  
 
yurtları alt-üst eləyib. Gəl gedək yığışdıraq. 
Sonra qadın lap astadan ərinə müraciət elədi: 
– Dur burda, mən gedim yeməyə bir şey gətirim, bir şey də  
 
tapım verim sal əyninə. Bu cür camaat arasına çıxmaq olmaz! 
Tanabay: 
– Mən aşağıda olacağam, – dedi. 
O, atı aşağı sürdü. İlxını örüşə çıxarıb xeyli vaxt  
 
qovdu. Gün düşmüşdü, hava qızmışdı. Çöl-çəmən buxarlanırdı, torpaq cana 
gəlirdi. Havada təzə ot iyi vardı, yağış qoxusu vardı. 
Atlar tələsmədən çayı  
 
keçdilər, dərədən adlayıb döşə qalxdılar. Burada Tanabayın gözləri önündə 
yeni aləm açıldı. Haradasa, lap uzaqlarda üfüq ağ buluda bürünmüşdü. Sanki,  
 
göylər həmişəkindən də geniş idi, uca və təmiz idi. Uzaqda, çölün düzündə 
parovoz tüstülənirdi. 
Tanabay atdan düşüb, otun üstü ilə addımladı. Yanından  
 
torağay uçdu, havaya qalxıb cikkildədi. Tanabay beləcə bir neçə addım yeridi, 
birdən o, üzü-üstə yerə gəldi. 
Gülsarı öz sahibini heç vaxt bu halda  
 
görməmişdi. Tanabay üzüqoylu uzanmışdı, hönkürürdü, hönkürdükcə çiyinləri 
titrəyirdi. O ağlayırdı, xəcalətdən ağlayırdı, bir də ona görə ağlayırdı  
 
ki, həyatda bu son xoşbəxtliyi də itirmişdi... 
Ertəsi gün ilxı dağa yollandı. Bir də onlar gələn il yaz açılanda buraya 
qayıdacaqdılar. Köç çaydan- 
 
çaylaqdan keçdi, kəndin yanından ötdü. Atlar ilxı-ilxı getdi, mal-qara sürü-
sürü getdi. Yollarda yüklü dəvələr, atlar, at üstdə arvad-uşaq; qıllı  
 
köpəklər sürülərin yanınca qaçdılar. Səslər bir-birinə qarışdı: insan səsi, 
at kişnəməsi, qoyun-quzu mələşməsi... 
Tanabay öz ilxısı ilə birgə böyük  
 


çəməni arxada qoydu, bir vaxt bayram şənliyi keçirilən döşə qalxdı və bütün 
yolboyu o, aul səmtə baxmamağa çalışdı. Gülsarı birdən-birə çevrilib o  
 
səmtə yönələndə, sahibi onu qamçı ilə geri qaytardı. Beləliklə də, onlar 
kəndin ayağındakı həyətə girmədilər. Bu dəfə o əllər Gülsarının başını  
 
tumarlamadı: o əllər ki, qəşəng idi, isti idi, alnında ağ ulduzu olan qulanın 
dodaqları kimi həssas idi, yumşaq idi... 
İlxı gedirdi. 
Gülsarı istəyirdi  
 
ki, sahibi mahnı oxusun, ancaq Tanabay oxumurdu. Aul arxada qalmışdı. Əlvida, 
aul! Qarşıda dağlar dayanıb. Çöllər, gələn yazacan sağlıqla qalın! 
 

 
Gecəyarıya az qalırdı. Daha burdan o yana getməyə Gülsarının halı yox idi. 
Yollarda addımbaşı dura-dura Gülsarı birtəhər yarğanın yanınacan gəlib  
 
çıxmışdı, ancaq at yarğanı keçə bilməyəcəkdi. Daha atı məcbur eləmək olmazdı 
– bunu qoca Tanabay yaxşı başa düşürdü. At inləyirdi, insan kimi  
 
zarıyırdı. Yenə atın qıçları bükülürdü, ancaq bu dəfə Tanabay onu qaldırmaq 
fikrində deyildi. 
Gülsarı yerə sərilib soyuq torpağın üstündə zarıdı, onun  
 
başı bir yerdə qərar tutmurdu. At üşüyürdü, bədəni əsim-əsim əsirdi. Tanabay 
kürkünü çıxarıb atın üstünə saldı. 
– Hə, qardaş, halın xarabdır. Lap  
 
xarabdır, eləmi? Nə yaman üşüyürsən, Gülsarı. Axı, sən heç vaxt üşüməzdin. 
Tanabay daha nəsə dedi, ancaq at eşidə bilmədi. O, ancaq ürəyinin səsini  
 
eşidirdi. O səs indi atın başına vurmuşdu, ürək partlayırdı, ürək yerindən 
qopurdu: Tum-tap, tum-tap, tum-tap, tum... Sanki, haradasa qorxub hürkmüş  
 
ilxı çapırdı. 
Ay dağların dalından çıxıb, buludlar arasından dünyaya baxdı. Göydən bir 
ulduz qopdu, axıb səssiz-səmirsiz söndü... 
– Sən dur burda, mən  
 
gedim çör-çöp gətirim. 
Qoca dörd tərəfi dolanıb bildirki qanqalın qurularını sındırdı. Bir qucaq 
çör-çöp yığanacan tikanlar əllərini didim-didim  
 
elədi. Sonra o, hər ehtimala qarşı, bıçağı əlində tutub yarğana endi, oradakı 
yulğun kollarından bir xeyli kəsib doğradı. Tanabay sevindi – yulğunun  
 
yaxşı odu olacaqdı. 
Həmişə Gülsarı oddan qorxardı. Bu dəfə qorxmadı, ocağın istisi də, tüstüsü də 
ona xoş gəldi. Tanabay kisənin üstündə əyləşmişdi,  
 
qanqalı yulğunun gözünə qatıb ocağa tullayır, oturub alova baxa-baxa əllərini 
qızdırırdı. O, hərdən dururdu, atın üstündəki kürkü düzəldirdi və yenə  
 
odun qırağında əyləşirdi. 


Gülsarı qızındı, titrəməsi qoydu, ancaq atın gözlərinin sarısı get-gedə 
artırdı, ürəyi daha bərk sıxılırdı, nəfəsi  
 
təngiyirdi. Ocağın qırmızı alovu gah yatır, gah qalxırdı. Gülsarının yanında 
oturmuş qoca gah görünür, gah qeyb olurdu. Qızdırmalı ata elə gəlirdi  
 
ki, onlar tufanlı bir gecədə yol gedirlər, o kişnəyir, şahə qalxır, ilxını 
axtarır, ancaq ilxı tapılmır... Şimşək çaxırdı, zülmət gecə ağarırdı,  
 
qaralırdı. 
İşıq, qaranlıq. İşıq, qaranlıq... 
 

 
Qış qurtardı, müvəqqəti olsa da, çəkilib getdi ki, çobanlar dünyada yaşamağın 
o qədər də çətin olmadığını  
 
hiss eləsinlər. Qabaqda isti günlər gəlirdi, bir azdan mal-qara dirçələcəkdi, 
bolluca ət olacaqdı, süd olacaqdı, bayramlarda igidlər at çapacaqdı,  
 
adi günlərdə kəsiləsi mal-qara ət kombinatına sürüləcəkdi. Doğum, qırxın, 
balaların bəslənməsi, bir yandan köç, bir yandan təhvil-təslim və bütün  
 
bunlarla yanaşı hər kəsin öz həyatı, öz dərdi-səri. Sevgi və intizar, doğum 
və ölüm; uşaqlarının yaxşı oxuduğunu eşidəndə çobanlar sevinəcəkdilər,  
 
fəxr eləyəcəkdilər, internatdan gələn pis xəbərlər onları kədərləndirəcəkdi: 
gözümün qabağında olsaydı, bəlkə də, pis oxumazdı... Bir yandan iş, bir  
 
yandan ev dərdi, uşaq dərdi; qışın qarı, soyuğu, birillik olsa da, unudulub 
gedəcəkdi.  
Xəstəlik, mal tələfatı, şaxtalar, cır-cındır köçəbələr və  
 
soyuq tövlələr gələn iləcən hesabatlarda, məlumatlarda qalacaqdı. Sonra qış 
yenə də ağ dəvəsini minib gələcəkdi, çobanı yerin dibində olsa da,  
 
axtarıb tapacaqdı, ona öz tərs üzünü göstərəcəkdi. Hər şey, hər şey təzədən 
başlanacaqdı. Bizim iyirminci əsrdə də elə qış öz qışlığındadır... 
O il də  
 
qış sərt keçmişdi. Arana köç başlananda at-ilxı, mal-qara çox arıq idi, hər 
halda çobanlar sevinirdilər, çünki yaz gəlmişdi və bu qışdan da onlar  
 
sağ-salamat çıxmışdılar. 
O yaz Tanabay Gülsarını ilxıya buraxmışdı. İndi o, çox nadir hallarda atın 
belinə yəhər qoyurdu. Tanabayın ata yazığı  
 
gəlirdi, bir də belə şey olmazdı – tezliklə cütləşmə dövrü başlanacaqdı. 
Gülsarının yaxşı ayğır olacağı əvvəlcədən bilinirdi. Qulanlara və dayçalara  
 
o, əsil ata kimi qayğı göstərirdi. Doğan atların yanında Gülsarı əlbəəl hazır 
olurdu, balanın münasib olmayan yerə düşməyinə, yaxud onun ana atdan  
 
uzaqlaşmasına imkan vermirdi. Üstəlik, Gülsarının başqa bir məziyyəti də 
vardı: atların boş-boşuna narahat edilməyinə o heç cür dözə bilmirdi, belə  
 
şeylər olanda Gülsarı ilxını qovub asudə yerə aparırdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə