Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
Tanabay əməlli-başlı fikirləşməli idi. O özünü ələ almalı idi. İbrahimin 
canına qorxu düşmüşdü, buna görə də o, bir daha ehtiyatla izah elədi: 
– Belə  
 
bir iş üçün gəlmişik, Tanake, bu balaca işdən ötrü. 
Tanabay təmkinlə onun üzünə baxdı. 
– Yaxşı, İbrahim, – dedi, – iş qaçmır ki. Qoy bir də kumıs  
 
versinlər içək, söhbət eləyək. 
– Əlbəttə! Siz çox dərrakəli adamsınız, Tanake. 
Tanabay ürəyində: “Ay tülkü, – dedi, – belə şirin sözlərlə məni aldada  
 
bilməyəcəksən!” 
Yenə ordan-burdan söhbət başlandı. Daha tələsməyin mənası yox idi. 
Təzə gələn kolxoz sədri ilə Tanabay belə tanış oldu, daha doğrusu,  
 
sədrin özü ilə yox, onun qarmaqarışıq imzası ilə. Bu adamı Tanabay heç vaxt 
görməmişdi. Təzə sədr Çoronun yerinə qışda gəlmişdi, o vaxt Tanabay dağda  
 
olurdu, kənddən-kəsəkdən xəbərsiz idi. Yeni gələn sədr, deyilənə görə, sərt 
adam idi, böyük vəzifələrdə olmuşdu. Lap elə birinci iclasda o, işə can  
 
yandırmayanlara ciddi xəbərdarlıq eləmişdi, əmək minimumunu doldurmayanları 
məhkəmə ilə qorxutmuşdu. Təzə sədr demişdi ki, xırda təsərrüfatlar  
 
birləşdiriləcəkdir, çünki kolxozların geri qalmağına səbəb xırda 
təsərrüfatçılıq olmuşdur. Öz dediyinə görə, təzə sədr bunun üçün 
göndərilmişdi,  
 
bundan sonra vəziyyət dəyişməli idi və kolxozun dirçəlməyindən ötrü o, 
təsərrüfatı aqrotexnika və zootexnika qaydaları üzrə idarə etməyi əsas vəzifə  
 
kimi öz qarşısına qoymuşdu. Bundan sonra hamı aqrotexnika və zootexnika 
kurslarında təhsil almalı idi. 
Nəticədə, doğrudan da, kurslar işə düşmüşdü –  
 
plakatlar asılmışdı, mühazirələr başlanmışdı. O ki qaldı çobanların 
mühazirədə yatmağı, bunun məsələyə dəxli yox idi... 
İbrahim diqqətlə Tanabayın  
 
üzünə baxıb: 
– Daha vaxtdır, Tanake, biz getməliyik, – dedi; çəkməsinin boğazını dartıb 
düzəltdi, tülkü dərisindən olan papağını silkib təmizlədi. 
Tanabay dedi: 
– Məsələ belədir, yoldaş ferma müdiri: Gülsarını verməyəcəyəm. O, burda ilxı 
üçün lazımdır. Cütləşdirmə üçün. 
– Oy-boy, bu nə sözdür,  
 
Tanake? Onun yerinə biz sənə beş ayğır verə bilərik, heç bir madyanın qısır 
qalmaz. Bundan asan nə var ki!.. 
İbrahim mat-məəttəl qalmışdı. Qabaqca hər  
 
şey yağ kimi getdiyi halda birdən-birə... Nə isə, Tanabayın yerində başqa 
birisi olsaydı, o, söhbəti uzatmazdı. Lakin Tanabay Tanabay idi, elə bir  
 


adam idi ki, öz qardaşına da rəhm etməmişdi – bununla hesablaşmamaq olmazdı. 
Tanabayla yumşaq danışmaq lazım idi. 
Tanabay alnının tərini sildi,  
 
fikirləşib ferma müdiri ilə qəti danışmağı qərara aldı: 
– Sizin beş ayğırınız mənə lazım deyil, – dedi. – Nə olub bəyəm, sənin sədrin 
üçün minməyə  
 
atmı qəhətdir? Kolxozda at qıtlığıdır? Niyə gərək məhz Gülsarı olsun? 
– Bəs necə, Tanake? Sədr bizim başımızın böyüyüdür, onun hörmətini də biz  
 
saxlamalıyıq. Kişi tez-tez rayona gedir, rayondan onun yanına gəlirlər. 
Həmişə adam içindədir, göz qabağındadır. Necə deyərlər... 
– Nə necə deyərlər?  
 
Başqa ata minsə onu sayamı salmayacaqlar? Yoxsa, sədrin adam içinə çıxmağı 
üçün mütləq Gülsarı vacibdir? 
– Vacib oldu-olmadı, ancaq, mən bilən, onun  
 
haqqı vardır. Özünüz, Tanake, müharibədə olmusunuz. Məgər elə olubmu ki, siz 
yüngül maşına minəsiz, generalınız yük maşınında gəzsin? Əlbəttə  
 
olmayıb! Generalın general yeri var, əsgərin əsgər. Düz demirəmmi? 
– Bu, tamam başqa məsələdir, – deyə Tanabay qətiyyətsiz cavab verdi. Ancaq 
bunun nə  
 
üçün başqa məsələ olduğunu soruşsaydılar, bu saat o, heç bir cavab verə 
bilməzdi. Tanabay hiss eləyirdi ki, at əldən getməkdədir, buna görə də  
 
hirsli-hirsli dedi: – Verməyəcəyəm! Lazım deyiləmsə, ilxıdan götürün məni. 
Gedib dəmirçilik eləyərəm. Orda mənim çəkicimi əlimdən ala  
 
bilməyəcəksiniz. 
İbrahim yerində qurcalandı – yaman dolaşığa düşmüşdü. Bu fikri sədrin beyninə 
onun özü salmışdı, özü söz vermişdi, atın dalınca özü  
 
gəlmişdi, ancaq bu tərs adam işləri alt-üst eləmək istəyirdi. İbrahimin başqa 
əlacı qalmamışdı və o yalvarıb dil tökürdü: 
– Bu olmadı ki, Tanake! Biz  
 
sizə hamıdan çox hörmət eləyirik, həmişə xətrinizi əziz tuturuq. Ancaq siz 
uşaq hərəkəti eləyirsiniz. Belə şey sizə yaraşarmı? – İbrahim dərindən ah  
 
çəkib, üzünü Caydara tutdu. 
– Siz deyin, Caydar bəyxanım, bir atın maliyyəti nədir ki? İlxıda min cür at 
var, hansını istəyirsiniz, seçin, götürün.  
 
Kişini bizə sədr göndəriblər, gəlib ki... 
Caydar onun sözünü kəsdi: 
– Bəs sən nə üçün əl-ayağa düşmüsən? 
İbrahimin dili dolaşdı: 
– Oy-boy, bəs necə  
 
olsun? Qayda-qanun var. Mən balaca adamam, göndəriblər gəlmişəm. Özüm üçün 
istəmirəm ki? Mənə nə? İstəyir lap eşşək olsun, minəcəyəm. Bizi bura  
 
Gülsarının dalınca göndəriblər, inanmırsınız, Abalakın oğlundan soruşun. 


Oğlan dinməz-söyləməz başını tərpətdi və İbrahim yenə də yalvarmağa girişdi: 
–  
 
Öz aramızdır, heç yaxşı çıxmır. Bizə uzaqdan sədr göndəriblər, kişi bizim 
qonağımızdır, ancaq biz – bu boyda kəndin camaatı – onun üçün bir layiqli  
 
at da tapa bilmirik. Camaat eşidib nə deyər bizə? Qırğızlarda havaxt belə şey 
görünüb? 
– Lap yaxşı, lap yaxşı, – deyə Tanabay İbrahimin sözlərini  
 
təsdiqlədi. – Qoy camaat eşitsin. Çoronun yanına gedəcəyəm. Ver, – deyər, 
verərəm. 
– Elə bilirsiz ki, Çoro vermə deyəcək? Məsələ onunla da  
 
razılaşdırılıb. Siz ancaq Çoronun özünü pis vəziyyətdə qoya bilərsiniz. Heç 
yaxşı düşməz. Belə çıxır ki, təzə sədri saymırıq, köhnənin yanına  
 
şikayətə gedirik. Çoro xəstə adamdır. Niyə də onun sədrlə münasibəti 
korlansın? Bu gün-sabah Çoro partorq olacaq, bir yerdə işləyəcəklər. Mane 
olmağa  
 
dəyməz... 
Çoronun söhbəti düşəndə Tanabay susmalı oldu. Hamı susdu. Caydar dərindən ah 
çəkdi. 
– Ver aparsınlar, – dedi, – camaatı yoldan saxlama. 
– Bax,  
 
bu, ağıllı söz oldu, sağ olun, Caydar bəyxanım. 
Sevincdən gözləri parıldayan İbrahim Caydara dönə-dönə minnətdarlıq elədi. O, 
boş yerə sevinmirdi, bu  
 
minnətdarlıq boş yerə edilmirdi. Üstündən çox keçmədi ki, İbrahim ferma 
müdirliyindən qaldırılıb, sədrin maldarlıq üzrə müavini təyin edildi... 
 
 
O gün  
 
Gülsarı tutulanda Tanabay at üstündə başını aşağı salıb durdu. Baxmadı, ancaq 
hər şeyi gördü. Gördü ki, atı tutdular, boynuna təzə noxta keçirtdilər.  
 
(Tanabay onlara noxtamı verərdi!) Gördü ki, Gülsarı ilxıdan ayrılmaq istəmir, 
Abalakın oğlu yüyəni dartır, İbrahim atın üstündə səntirləyir, atı  
 
qoşqu qayışı ilə döydükcə döyür. Tanabay Gülsarının gözlərində təlaş gördü, 
çaşqınlıq gördü; at bilmirdi ki, onu madyanlardan, ayğırlardan niyə  
 
uzaqlaşdırırlar, sahibindən ayırıb hara aparırlar. At kişnədi, onun ağzından 
çıxan buxarı da Tanabay görməyə bilmədi. Gülsarının yalını, belini,  
 
sarğısını, belindəki, böyründəki qamçı yerlərini, atın gözəl qamətini, boy-
buxununu, hətta onun sağ qabaq ayağında, biləkdən yuxarıdakı ziyili də  
 
gördü. O, Gülsarının yerişini təsəvvürünə gətirdi, ayaq izlərini xəyalında 
canlandırdı, sahibindən uzaqlaşan sarı kəhərin bir tükü də Tanabayın  
 
nəzərindən qaçmadı. O, hər şeyi gördü, ancaq dinmədi, dodaqlarını dişləyib 
dözdü. Tanabay başını qaldıranda Gülsarını aparanlar təpəni aşmışdılar. O,  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə