Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

alaçıqda yaşayırdı. Alaçığın yaşı çox idi, onun hələ də birtəhər ayaq üstdə 
durmağının bircə səbəbi vardısa, o da Caydarın tükənməyən səbri idi.  
 
Bəzən gün uzunu Caydar alaçığın ora-burasına yamaq vururdu, güc-bəla ilə onu 
yaşamalı təhrə salırdı, ancaq çox keçmirdi ki, yenə tükü tökülmüş keçə  
 
sürüşüb düşürdü, dəlmə-deşik işarmağa başlayırdı, külək içəri vururdu, qar-
yağış içəri dolurdu. Caydarın əzabı təzədən başlanırdı və heç vaxt  
 
qurtarmırdı. 
Hərdən arvad şikayətlənirdi: 
– Nə vaxtacan müsibətdə yaşayacağıq? Bu nədir, bu necə keçədir, əl vurmamış 
kül olub tökülür. Dirəklər  
 
çürüyüb gedir. Adamın deməyə də ayıbı gəlir. Gedib danışaydın barı, heç 
olmasa, təzə keçə verəydilər. Sən bu evin sahibisən, yoxsa yox? Bəs biz haçan  
 
adam kimi yaşayacağıq?.. 
Əvvəllər Tanabay söz verirdi, arvadını sakitləşdirirdi. Ancaq bir gün o, 
kənddə təzə alaçıq barədə söhbət salanda məlum oldu  
 
ki, köhnə ustalar çoxdan ölüb gediblər, cavanlarınsa bu haqda heç təsəvvürü 
də yoxdur. Kolxozda keçə də qıt olmuşdu. 
Tanabay dedi: 
– Yaxşı, siz bizə  
 
yun verin, keçəni özümüz basarıq. 
– Necə yun?! – dedilər. – Aydan gəlmisən, nədir? Yunun hamısı plan üzrə 
satışa göndərilir, təsərrüfatda bir qram da  
 
yun saxlamağa ixtiyar yoxdur... 
Alaçıq yerinə Tanabaya brezent çadır təklif elədilər. Ancaq Caydar heç cür 
razılaşmadı. 
– Çadırdansa, – dedi, – bu uçuq  
 
alaçıq yaxşıdır. 
Başqa maldarların çoxu o vaxtlar çadırlara köçməyə məcbur olmuşdular. Ancaq 
bu da yaşayış idimi? Durmaq olmur, oturmaq olmur, içəridə  
 
od yandırmağa qorxursan.  
Yayı cəhənnəm istisi, qışda isə soyuqdan it də çadırda qalmaz. İçində şey 
qoymağa yer yox, mətbəx düzəldə bilmirsən, öz  
 
oturduğun yeri ürəyin istəyən cür qaydaya sala bilmirsən. Allahın bir qonağı 
da gələndə adam xəcalətdə qalır. 
Şübhəsiz ki, Caydar haqlı idi. O,  
 
sözünün üstündə bərk durdu: 
– Yox! – dedi. – Mən çadırda yaşaya bilmərəm. Çadır subay adamlar üçündür, o 
da vaxtdan-vaxta, həmişə yox. Biz külfətik,  
 
uşaqlıyıq. Uşağın çimməyi var, oynamağı var, min cür dərdi-səri var. O 
vaxtlar Tanabay təsadüfən Çoro ilə rastlaşdı. Ona hər şeyi danışdı. 
– Bu  
 
işlərin axırı nə olacaq, – dedi, – yoldaş sədr? 
Çoro isə yazıq-yazıq başını buladı: 


– Bu barədə biz gərək vaxtında fikirləşəydik. – Yuxarıdakı  
 
rəhbərlərimiz də həmçinin. İndi neynəmək olar? Məktubu məktub dalınca 
göndəririk, bilmirik ki, yuxarıdan nə cavab verəcəklər. Deyirlər yun qiymətli  
 
xammaldır. Defisitdir. Xaricə gedir. Onu məişət işlərinə sərf eləmək, 
deyirlər, məqsədəuyğun deyildir. 
Bununla da Tanabay səsini kəsdi. Belə çıxırdı  
 
ki, bu işdə onun özü də müqəssir idi. O, ürəyində öz axmaqlığına güldü: 
“Məqsədəuyğun deyildir! Ha-ha-ha! Məqsədəuyğun deyildir!” 
Bu söz uzun müddət  
 
Tanabayın yadından çıxmadı – “məqsədəuyğun deyildir!” 
Beləliklə də, onlar sökük-salxaq alaçıqlarında qaldılar. Bu alaçığı düzəltmək 
üçün adicə yun  
 
lazım idi. Elə bir şey ki, onu kolxoz sürüsündən ton-ton qırxıb 
aparırdılar... 
Beləcə, xeyli düşünüb-danşınandan sonra, Tanabay əlində cidar alaçığa  
 
qayıtdı. Köhnə alaçıq birdən-birə Tanabaya o qədər miskin göründü ki, bir 
andaca hər şey onun gözündən düşdü. O özünə də nifrət elədi, əlindəki  
 
qandala da nifrət elədi. Tanabay hirsindən dişlərini qıcırdatdı. Üstəlik, 
belə pis bir vaxtda, Gülsarının dalınca çapan atlılar da gəlib yetişdilər.  
 
Tanabay: 
– Gedin, aparın! – dedi. Qəzəbindən dodaqları titrədi. – Bu qandalı da 
sədrinizə verin, deyin ki, bir də bunu atın ayağına keçirsə, bu  
 
dəmirnən onun kəlləsini əzəcəyəm. Belə də deyin!.. 
Bu sözləri Tanabay ürəkdən dedi, ucadan dedi. Ancaq nahaq yerə dedi. Lap 
nahaq yerə! Bu hirslilik,  
 
bu açıq-saçıqlıq onun üçün həmişə baha başa gəlmişdi... 
 

 
Günəşli, işıqlı bir gün idi. Öz gəlişi ilə bahar hər yerdə göz qamaşdırırdı. 
Təzəcə açılmış  
 
yarpaqlar rəng alıb, rəng verirdi, çöllərdən ağappaq buxar qalxırdı. Bahar 
yaşıl otlardan hər yana xalı sərmişdi – yola, rizə, insanların ayağı  
 
altına. 
Tövlənin qabağında uşaqlar oynayırdılar. Oyunçuların biri çilingi göyə 
atırdı, ona havadaca bir ağac ilişdirib yolboyu tolazlayırdı. Sonra yol  
 
ağacın boyunca ölçülürdü: bir, iki, üç... yeddi... on... on beş... Tələbkar 
hakimlər də oyunçunun dalınca axışıb ölçüyə nəzarət eləyirdilər – oyuna  
 
xələl qatmaq olmazdı. 
Saydılar: iyirmi iki. Qalib əvvəl vurduqlarını da hesabladı: 
– Bayaq yetmiş səkkiz idi, bu da iyirmi iki. Oldu yüz! Yüz! Yüz! –  
 
deyə oğlan sevinclə qışqırdı. 


O birilər də bu səsə qoşuldu: 
– Ura-a, yüz! 
Deməli, oyun qurtarmışdı. Daha artıq-əskik danışmaq olmazdı. Uduzan qurd kimi  
 
ulamalı idi. Qalib cızığa yaxınlaşırdı, çilingi bir daha qabağa atırdı. Qolu 
gəldikcə atırdı. Hamı çilingin düşdüyü yerə axışırdı. Sonra çiling bir  
 
də göyə qalxırdı, bir də vurulurdu, beləliklə, zərbə üç dəfə təkrar olunurdu. 
Çiling irəli atıldıqca uduzanın ağlamağı gəlirdi, çünki o, bu qədər  
 
yolu nəfəs dərmədən ulamalı idi. Lakin oyunun çox möhkəm qanunları var. “Nə 
durmusan, tez ol, ula!” Uduzan havanı ciyərlərinə yığıb yola düşürdü. O  
 
qaçırdı, oxuyurdu: 
 
Akbay, Kokbay, ay dəcəl, 
Buzovları qovma gəl. 
Qovarsan, çatammazsan, 
Qulağını kəsərlər – du-u-u-u... 
 
Qaçanın başı gicəllənirdi, ancaq  
 
o, canını boğazına yığıb ulayırdı. Yox, yoruldu, nəfəsi çatmadı. İndi o, 
yenidən geriyə qayıtmalı idi, təzədən başlamalı idi. Başladı. Yenə də nəfəsi  
 
çatışmadı. Qalibin bayramı idi. Bu saat o, uduzanı minəcəkdi. Qalib uduzanın 
belinə atılırdı və eşşək kimi sürürdü. 
– Ço-ço, ço-ço! Yeri görüm, belə  
 
ha, tez-tez! Baxın, uşaqlar, mən Gülsarını minmişəm. Bu mənim Gülsarımdır. 
Gör necə yorğa gedir, ço-ço, ço-ço!.. 
Gülsarı isə bu vaxt divarın dalında,  
 
tövlədə idi. Səbri tükənmişdi. Bu gün onu, nədənsə, yəhərləyən yox idi. 
Səhərdən nə yem vermişdilər, nə su vermişdilər. Yaddan çıxmışdı. Tövlə çoxdan  
 
boşalmışdı, qoşqu atları da, minik atları da getmişdi, tövlədə bircə Gülsarı 
qalmışdı... 
Atçılar tövləni təmizləyirdilər. Divarın dalından uşaqların  
 
çığırtısı eşidilirdi. İmkanı olsaydı, Gülsarı bu saat çölə qaçardı, özünü 
ilxıya yetirərdi. Dümdüz çöllər Gülsarının gözü qabağında idi. Haradasa  
 
düzlərə yayılmış ilxılar Gülsarının xəyalından getmirdi. Orada atların başı 
üzərində quşlar uçuşurdu. Quşlar qanadlarını yellədirdilər, civildəşib  
 
bir-birini haraylayırdılar. 
Gülsarı silkələndi, dartınıb zənciri qırmaq istədi. Yox, onu bərk 
bağlamışdılar, qoşa zəncirlə bağlamışdılar. Bəlkə  
 
özününküləri çağıraydı? Gülsarı başını pəncərəyə uzatdı, ayaqlarını yerə 
döyüb, ucadan uzun-uzadı kişnədi: “Ey siz! Hardası-ı-ınız...” 
Atçılardan biri  
 
əlində bel Gülsarının üstünə cumdu: 
– Kəs! – dedi. – Bəsdir, zəhləmizi apardın. – Sonra qapının dalındakı bir 
nəfərə üz tutub soruşdu: – Çıxardımmı? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə